Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

64 


Rəqabətin  kəskinləşməsi,  xalis  spekulyasiya  imkanlarının  məhdudlaşması, 

kredit  bazarında  faiz  dərəcələrinin  azaldıiması  və  vaxtaşırı  bank  böhranlarında 

təzahür edən qeyri sabitlik - bütün bunlar hətta ən uzaqgörən bankirləri də məcbur 

edir  ki,  onlar  etibarlı  invenstisiyaiar,  öz  kapitallarını  sənayeyə  tərəf  yönəltmək 

barədə  düşünsünlər.  Bu  gün  bank  kapitalı  ilə  sənaye  kapitalının  qeyri-formal 

birləşməsinin  çoxsaylı  variantları  mövcuddur  (bir  qayda  olaraq,  bu  birləşmə 

bankların təşəbbusu və ya onların fəal iştirakı ilə baş verir). Yeni bankfar, bir qay-

da  olaraq,  müəyyən  maliyyə  qrupu  ilə  sıx  əlaqəli  şəkildə  yaradılır  və  işləyirlər. 

Rusiya  qanunvericiliyinin  mükəmməl  olmadığı  şəraitdə  holdinqlər  yaradılması, 

müəyyən mənada, maliyyə-sənaye qruplarının təşkilinin aiternatividir. 

Bank  holdinq  şirkəti  hüquqi  cəhətdən  müstəqil  olan  bir  sıra  bankların  və 

bank  olmayan  firmaların  əməliyyatlarına  nəzarət  etmək  məqsədilə  onların  səhm-

lərinin nəzarət paketlərinə sahib olan səhmdar cəmiyyətdir. Bank holdinq şirkətləri 

ABŞ-da  daha  geniş  yayılmışdır.  Bu  ölkədə  iri  banklar  holdinq  şirkətlərinin 

köməyilə  geniş  regionlarda  vahid  mərkəzdən  idarə  edilən  və  həmin  bankların 

bölmələrini əvəz edən bank müəssisələrinin bütöv sistemlərini yaradırlar. 

Bank holdinqfərinin iki əsas növü var - çoxbanklı (İki və ya daha çox banka 

nəzarət  edən)  və  birbanklı  holdinqlər.  Ən  iri  bank  holdinqlərindən  biri  –  Ame-

rikanın  «Sitikorporeyşn»  («Sİtikorp»)  şirkətidir.  Bu  şirkətin  əsas  aktivləri 

«Sitibenk»ə məxsusdur. 

Rusiyada holdinqlərin yaradılması prosesi əsasən iki üsulla baş vermişdir  - 

«yuxarıdan»  və  «aşağıdan».  Keçmiş  sahə  idarələrinin  və  müəssisə  birliklərinin 

holdinq şirkətlərinə çevrilməsi prosesi «yuxarıdan» gedirdi. 1993-cü ilin ortalarına 

qədər  bu  sxem  üzrə  təqribən  10  holdinq  şirkəti  («Qazprom»,  «Lukoyl»  və  s.) 

yaradılmışdır,  lakin  Rusiya  Federasiyasının  Dövlət  Əmlakının  idarə  edilməsi 

Komitəsi  bu  prosesə  mane  olaraq  əvvəlcə  müəssisələrin  özəlləşdirilməsini  tələb 

etdi. 



 

65 


Özəlləşdirilmiş və yeni yaradıimış müəssisələrdən olan yeni sahibkarlar tərə-

findən holdinqiər yaradılması prosesi «aşağıdan» gedirdi. Kommersiya banklannın 

çoxu özlərinin iqtisadi sabitliyini artırmaq məqsədilə müəssisə və firmaların bütöv 

kompleksini  əhatə  edən  «müdafiə  zolaqları»  yaradırdılar.  Onlar  daim  həmin 

müəssisə və firmaların fəaliyyəti ilə bağlı idi. Qrup şəkiində rəqabət əksər hallarda 

heç də o demək deyildir ki, eyni bir qrupa mənsub olan təsisatlar arasında heç bir 

rəqabət  yoxdur.  Eyni  bir  bazarda  fəaliyyət  göstərən  maliyyə-kredit  təsisatları, 

həmin  qrupa  mənsub  olub-olmamalarından  asılı  olmayaraq,  hökmən  bir-biri  ilə 

rəqabət aparırlar. 

Rəqabət  subyetklərinin  sahə  mənsubiyyətindən  asılı  olaraq,  rəqabətin  iki 

növünü  fərqiəndirmək  qəbul  edilmişdir:  1)  sahədaxili  rəqabət  və  2)  sahələrarası 

rəqabət. 

Sübut  editmişdir  ki,  bank  işi  iqtisadiyyatın  ayrıca  bir  sahəsi  olmayıb, 

iqtisadiyyatın çox müxtəlif və bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən sahələr 

çoxluğunu əhatə edir. Buna görə də aşkardır ki, bank rəqabətinin formalarının bu 

cür təsnifatı xüsusi əhəmiyyət kəsb edir. 



Sahədaxili  rəqabət  dedikdə  eyni  tələbatı  ödəyən,  lakin  qiymətinə, 

keyfiyyətinə  və  çeşidinə  görə  fərqlənən  oxşar  əmtəə  və  xidmətlər  istehsal  edən 

eyni  sahənin  nümayəndələri  arasında  rəqabət  nəzərdə  tutulur.  Rəqabətin  bu  növü 

iki əsas formada həyata keçirilə bilər: a) predmet rəqabəti və b) növ rəqabəti. 

Predmet  rəqabəti  yalnız  hazırlanma  keyfiyyəti  ilə  fərqlənən  və  ya  hətta 

keyfiyyətinə görə də fərqlənməyən identik əmtəələr istehsal edən firmalar arasında 

həyata  keçirilir.  Bu  vəziyyət  istehlak  mallarının  istehsalı  üzrə  əksər  sahələr  üçün 

səciyyəvidir. 

Növ  rəqabəti  eyni  növlü  (yəni  eyni  bir  məqsəd  üçün  nəzərdə  tutulan) 

əmtəələr buraxan müəssisələr arasında həyata keçirilir. Rəqabətin bu növünə misal 

olaraq,  mühərriklərinin  gücü  müxtəlif  olan,  lakin  eyni  sinfə  aid  avtomobillər 



 

66 


buraxan  müəssisələr  arasında  rəqabəti  göstərmək  olar.  Növ  rəqabəti  predmet 

rəqabətinə nisbətən az intensiv olur. 

Bu  cür  bölgü,  müəyyən  məhdudiyyətlərlə  də  olsa,  bank  işi  üçün  də  tətbiq 

edilə  bilər.  Banklarda  predmet  rəqabəti  əsas  etibarilə  standartlaşdırılmış,  bircins 

xidmətlər  göstərilməsi  sahəsində  yarana  bilər.  Məsələn,  hazırda  kommersiya 

banklarının  demək  olar  ki,  hamısı  əhalidən  tələb  edilənə  qədər  əmanətlər  qəbul 

edir.  Bu  cür  standartlaşdırılmış  xidmətlər  üzrə  müxtəlif  banklarda  yalnız  qiymət 

fərqləri vardır (faiz dərəcələrinin qiyməti müxtəlifdir). 

Lakin bank xidmətlərinin heç də hamısı standartlaşdırılmış xidmətlər deyil. 

Onların  çoxu  fərdi  xarakter  daşıyır,  konkret  müştərinin  maliyyə  problemləıinin 

həllinə oriyentasiya etmişdir. Müəssisələrə kreditlər verilməsi bu baxımdan klassik 

nümunədir - hər bir konkret halda kreditin şərtləri kredit müqaviləsi ilə müəyyən 

edilir.  Burada  növ  rəqabəti  var.  Üstəlik,  bank  işinin  və  bütöviükdə  iqtisadiyyatın 

inkişafı  ilə  əlaqədar,  hətta  kütləvi  çeşidli  xidmətlər  də  öz  bircinsliyini  itirə  bilər. 

Məsələn, çox vaxt müxtəlif banklar tərəfindən təqdim edilən eyni xidmətlər fərqli 

cəhətlər  kəsb  edir  (əmtəənin  diferensiyası    effekti    yaranır).  Bu,  həmin  bankın 

xidmətlərinin  istehlakçılarının  nəzərində  bankın  formalaşmış  imici  ilə  əlaqədar 

Təbii  ki, başqa şərtlər  eyni  olduqda əmanətçi  özünün daha sanballı,  daha  etibarlı 

hesab etdiyi banka gedəcəkdir. 

Beləliklə,  bank  işində  sahədaxili  rəqabət  əsas  etibarilə  növ  rəqabəti 

formasında  həyata  keçirilir.  Məsələyə  konkret  strategiya  baxımından  yanaşdıqda 

bu  o  deməkdir  ki,  əgər  mövcud  növ  çərçivəsində  yeni  çeşid  vahidlərinin  işlənib 

hazırlanması istehlakçının üstünlük verdiyi amillərin formalaşması üçün tədbirlərlə 

möhkəmlənmirsə, o hələ rəqabət üstünlüyünü təmin etmir. 

Sahələrarası  rəqabət  -  bank  işinin  müxtəlif  sahələrinin  nümayəndələri 

arasında rəqabət deməkdir. Rəqabətin bu növü aşağıdakı formalarda həyata keçirilə 

bilər:  1)  kapitalın  bir  tərəfdən  başqa  tərəfə  axması  vasitəsi  ilə  rəqabət  və  ya  2) 

funksional rəqabət (substitlərin rəqabəti) formasında. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə