Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   20   21   22   23   24   25   26   27   28

 

73 


Mükəmməl  rəqabət  -  heç  bir  məhdudiyyət  olmadan,  bazarda  çoxsaylı, 

rəqabət  baxımından  bərabər  şəraitdə  olan  və  əsasən  qiymət  metodları  vasitəsilə 

rəqabət  aparan,  identik  (standartlaşdırılmış,  bircins)  əmtəələr  satan  kiçik  firmalar 

fəaliyyət göstərdiyi şəraitdə yaranır. 

Onun əsas xüsusiyyətləri aşağıdakılardır: 

1)

 



iştirakçıların  sayının  çox  böyük  olması  (yüzlərlə  və  ya  minlərlə 

müstəqif firma); 

2)

 

məhsulun standartlaşdırılmış (bircins) olması sayəsində qiymətin müəy-



yən  səviyyəsində  istehlakçının  məhsulu  hansı  satıcıdan  almasının 

fərqi   yoxdur   (mükəmməl   rəqabət   bazarında   alıcı   bütün  satıcıların 

əmtəələrini bir-birinin dəqiq analoqları hesab edir); 

3)

 



məhsulun  standartlaşdırılması  nəticəsində  qiymətlə  bağlı  oimayan 

rəqabət  üçün,  yəni  məhsulun  keyfiyyət  fərqləri,  reklam  və  ya  satışın 

stimulfaşdırılması bazasında rəqabət üçün əsas yoxdur. Bu halda rəqabət 

qiymət xarakteri daşıyır.  

4)

 

yeni  firmalar  müəyyən  sahəyə  sərbəst  daxil  olmaq,  mövcud  firmalar 



isə bazarın həmin sahəsini sərbəst tərk etmək imkanına malikdirlər, yəni 

giriş və çıxış baryerləri aşağıdır, onlar asanlıqla dəf edilə bilər

5)

 

hər  bir  firma  ümumi  istehsal  həcminin  o  qədər  cüzi  hissəsini  istehsal 



edir  (alır)  ki,  onun  fərdi  təklifinin  (tələbinin)  artması  və  ya  azalması 

ümumi  təklifə  (tələbə)  və  deməli,  məhsulun  qiymətinə  hiss  olunacaq 

dərəcədə  təsir  göstərməyəcəkdir.  Rəqabətdə  iştirak  edən  ayrıca  bir 

istehsalçı  (alıcı)  praysteyker  (price-taker)  kimi  çıxış  edir,  yəni  mövcud 

qiymətlə razılaşır. 

Real  həyatda  mükəmməl  rəqabətə  çox  nadir  hallarda  rast  gəlmək  olur.  bu 

modelə az-çox yaxılaşan bazarlar kənd təsərrüfatı məhsulları bazarı, inkişaf etmiş 

valyuta  bazarı  və  qiymətli  kağızların  mütəşəkkil  təkrar  bazarıdır  (fond  birjası). 




 

74 


Bazarların (o cümlədən bank bazarlarının) əksəriyyətində qeyri-mükəmməl rəqabət 

müşahidə olunur. 



Qeyri-mükəmməl  rəqabət  -  məhdudlaşdınlan  rəqabətdir.  Bu,  bazar 

münasibətlərinin bir və ya bir neçə subyektinin bazarda hakim mövqe tutması və 

buna görə də bir növ rəqabətdən kənar olması ilə bağlıdır. Başqa sözlə desək, bu 

halda rəqabət şəraiti bərabər deyildir. 

Qeyri-mükəmməl rəqabətlə səciyyəvi olan bazar strukturlarının üç  müxtəlif 

növünü fərqləndirirlər: inhisarçı rəqabət; oliqopoliya və xalis inhisar. 

İnhisarçı  rəqabət  -  hər  biri  bazarın  ayrıca  bir  sektorunda  (seqmentində) 

kvazi-inhisarçı  mövqe  tutan  diferensiasiya  edilmiş  məhsulların  çoxsaylı  satıcıları 

arasında rəqabətdir. Onların hər biri əsas diqqətini qiymətlə bağlı olmayan rəqabətə 

yönəldir, İnhisarçı rəqabətin əsas xüsusiyyətləri bunlardır: 

1.  Firmaların  sayının  nisbətən  çox  olması.  Mükəmməl  rəqabətdən  fərqli 

olaraq  inhisarçı  rəqabət  üçün  yüzlərlə  və  ya  minlərlə  firma  olması  tələb  edilmir, 

onların nisbətən azsaylı, məsələn, 25, 35, 60 və ya 70 olması kifayətdir. 

2. Əmtəənin  diferensiasiyası nəticəsində hər bir firma burada kvaziinhisarçı 

kimi çıxış edir. Bu, istehlakçıların artıq qərarlaşmış üstün dəyərləri ilə və özlərinin 

ticarət markasına müstəsna hüquqları ilə şərtlənir (Məsələn,   məşhur   «Adidas»   

firması   bütövlükdə   idman   malları bazarında mütsləq inhisarçı deyildir, lakin 

o,  «Adidas»  ticarət  markasına  inhisara  malikdir,  bu  isə  firmaya  çoxlu  mənfəət 

gətirir.  

3.  Əmtəənin  diferensiasiyası  nəticəsində  əsas  diqqət  qiymətlə  bağlı 

olmayan rəqabətə yönəldilir. 

4.  İnhisarçı  rəqabət  hökm  sürən  sahələrə  daxil  olmaq  nisbətən  asandır. 

İnhisarçı  rəqabət  şəraitində  istehlsaçılar  adətən  həm  mütləq,  həm  də  nisbi 

mənada  kiçik  ölçülü  firmalar  olur.  Çu  halda  nəzərdə  tutulur  ki,  istehsalın  miq-

yasları hesabına qənaət və tələb edilən minimal kapital çox deyildir. Eyni zamanda, 

mükəmməl rəqabətlə müqayisədə rəqiblərin məhsullarından fərqlənən məhsul əldə 




 

75 


etmək  tələbatı  və  həmin  məhsulu  reklam  etmək  zərurəti  ilə  əlaqədar  bəzi  əlavə 

maliyyə baryerləri yarana bilər. 

5. Firmalar  özlərini  diferensiasiya  edilmiş  məhsulu  satılan  bazarda 

(bütövlükdə  bazarda  yox)  kvazi-inhisarçı  mövqe  tutmaları  nəticəsində  qiymətə   

təsir   göstərmək   üçün   məhdud   imkana   malikdirlər.   Lakin mükəmməl rəqa-

bət şəraitində ofduğu kimi bu halda da firmalar arasında sövdələşmə istisna olunur. 

Sahə  bazarında  satıcıların  sayı  kiçik  (lakin  birdən  çox)  olduğu  şəraitdə 

oliqopoliya yaranır. Onlar öz bazar siyasətlərini razılaşdırmaq imkanına malikdir-

lər. Oliqopoliyanın əsas xüsusiyyətfəri: 

1. Bazarda firmaların sayı nisbətən azdır (Bu sayı dəqiq təyin etmək çətindir. 

Oliqopoliya  bazar  modeü  xalis  inzisarla  inhisarçı  rəqabət  arasındakı  diapazonda 

çox böyük bİr sahəni əhatə edir. ABŞ-da avtomobil şirkətlərinin «Böyük üçlüyü» 

(«Ceneral Motors»,   «Ford»,    «Kraysler»)  oliqopoliyaya  klassik nümunədir.  Orta 

ölçülü şəhərdə təqribən bərabər paylara malik olan 10 və yya 15 yanacaqdoldurma 

stansiyası  da  birlikdə  oliqopoliya  təşkil  edir).  Oliqopoliyanın  bazarda  iki  firma 

fəaliyyət göstərən xüsusi halı duopoliya adlanır  

2.  Satılan  əmtəələr  həm  bircins  (standartlaşdırılmış),  həm  də  müxtəlif 

cinsli  (diferensiallaşdınlmış)  ola  bilər.  Bundan  asılıl  olaraq,  oliqopoliyanın  iki 

tipini  fərqləndirirlər.  Bircins  məhsullar  və  böyük  ölçülü  müəssisələrlə  səciyyəvi 

olan  baza  sahələrində  bircins  oliqopoliya  yaranır.  Polad,  sink,  mis,  alüminium, 

qurğuşun,  sement,  texniki  spirt  və  fiziki  mənada  bircins  olan  başqa  məhsullar 

istehsalı  buna  misaldır.  İstehlak  malları  ilə  yanaşı  bir  sıra  xidmətlər,  o  cümlədən 

bank  xidmətləri  də  istehsal  edən  sahələrdə  diferensiasiya  edilmiş  oliqopoliya 

yaranır. 

3.  Məhsulun  xarakterindən  (onun  diferensiasiya  edilmiş  yoxsa  bircins 

olmasından)  asılı  olaraq  qiymətlə  bağlı  olmayan  rəqabət  az  və  ya  çox 

dərəcədə yayılır. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə