Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   20   21   22   23   24   25   26   27   28

 

76 


4.  Giriş  baryerlərinin  yüksək  olması.  Bir  tərəfdən,  adətən  iri  firmaların 

yüksək  rəqabət  qabiliyyəti  və  onlann  müqavimət  göstərməsi  ehtimalı  üzündən 

oliqopol bazara çıxmaq çətindir. Digər tərəfdən, bazara daxil olmaq üçün baryerlər 

lap əvvəldən yüksək olan sahələrdə prinsip etibarilə oliqopoliya yaranır. 

5.  Oliqopolistlər  tərəfindən  qiymətlərə  bu  və  ya  digər  dərəcədə  nəzarət 

edilməsi  mümkündür.  Oliqopoliya  şəraitində  bazar  subyektləri  özlərini 

müxtəlif şəktldə apara bilərlər:  

a)

 



mükəmməl  rəqabət  halında  olduğu  kimi  öz  rəqiblərinin  davranışını  

nəzərə almamaq;   

b)

 

 başqa  istehsalçıların davranışını  qabaqcadan  duymağa  çalışmaq;  



c)

 

başqa   istehsalçılarla sövdələşmək.  Sonuncu  halda  qiymətlərə əhəmiy-



yətli  dərəcədə təsir göstərmək imkanı yarana bilər.  

Oliqopol  bazarın  iştirakçılarının  bazarda  davranışının  xaratkerindən  asılı 

olaraq gizli oliqopoiiyanı və üstünlük oliqopoliyasını fərqləndirirlər. Oliqopolistlər   

öz   aralarında   tamamilə sövdələşə biləcəyi və ya özlərinin qarşılıqlı asılı olmasını 

nəzərə  alacağı  vəziyyətdə  gizli  oliqopoliya  yaranır.  Ən  iri  firmanın  sahə  üzrə 

satışın  ümumi  həcminin  60-80%-nə  nəzarət  etdiyi  bazarlarda  isə  üstünlük 

oliqopoliyası  yaranır.  Bu  halda  həmin  firma  başqa  iştirakçılarla  sövdələşmədən, 

bazarın bir hissəsini onlara güzəşt edir, sonra isə bazarın onun nəzarəti altında olan 

60-80%-də özünü inhisarçı kimi aparır. 

Xalis inhisarçılıq o deməkdir ki, sahədə təküfin həcminə və yaxın substitləri 

olmayan əmtəənin qiymətinə tamamüə nəzarət edən yalnız bir satıcı var. 

İnhisarın əsas xüsusiyyətləri bunlardır: 

1.

 

Bazarda müəyyən növlü əmtəələrin satıcısının yeganə olması. Məsələn, 



əksər  şəhərlərdə  ictimai  istifadə  müəssisələri  (qaz,  su  kəməri,  elektrik,      telefon)   

inhisarçılardır.   Mahiyyət   etibarilə   Rusiyanın   bank sistemində onilliklər boyu 

bu  vəziyyət  mövcud  olmuşdur.  Düzdür,  formal  cəhətdən  həmişə  bir  neçə  bank 

olmuşdur. Lakin əvvələn onlar hamısı dövlət banklan idi; ikincisi, onların fəaliyyət 




 

77 


dairələri sahə əlaməti üzrə bölünmüşdür; üçücüsü, onlar müəyyən fəaliyyət növləri 

ilə məşğul olmaq üçün müstəsna hüquqa malik idilər (bank işinin dövlət inhisarı, 

dövlət valyuta inhisarı). 

2.

 



Məhsulun  unikallığı,  yaxşı  və  ya  yaxın  əvəzedicilərin  olmaması. 

Alıcının  mövqeyindən  bu  fakt  o  deməkdir  ki,  inhisarçı  firmanın  əmtəəsini 

almağın  məqbul  alternativi  yoxdur.  Alıcı  ya  həmin  məhsulu  inhisarçıdan 

almalı, ya da bu məhsulsuz ötüşməlidir. 

3.

 

Burada  rəqabət  həmin  anlayışın  tərifinə  görə  yoxdur.  Yeganə 



satıcının  rəqibləri  yoxdur,  onun  məhsulu  ünikaldır  və  prinsip  etibarilə  həmin 

məhsulu  reklam  etməyə  heç  ehtiyac  da  yoxdur.  Lakin  bu  o  deməkdirmi  ki, 

firma  müəyyən  bazarı  bir  dəfə  inhisarlaşdırdıqdan  sonra  «rahat  yata  bilər»? 

Təcrübə  göstərir  ki,  inhisarçı  da  rəqabətin  müəyyən  təzahürləri  ilə  üzləşə 

bilər: 

a)

 



potensial rəqabət, yəni həmin sahədə yeni istehsalçıların yarana bilməsi. 

Hətta giriş baryerləri çox yüksək olduqda da bu imkanı nəzərə almamaq 

olmaz.  Yalnız  hüquqi  baryeləri  dəf  etmək  mümkün  deyildir.  Bu  halda 

mövcud  firmanın  inzisarçı  mənfəəti  nə  qədər  yüksək  oisa,  potensial 

rəqabət təhlükəsi bir o qədər güclü olur

b)

 



yeniliklərin  rəqabəti,  yəni  yeni  texnologiyaların  tətbiq  edilməsi, 

əmtəənin  istehlak  xassələrinin  təkmilləşdirilməsi.  Əmtəələrin  çeşidinin 

daim  yeniləqməsi,  əmtəənin  həyat  tsiklinin  azalması  tendensiyası 

müşahidə  olunan  indiki  şəraitdə  rəqabətin  bu  növü  xüsusilə 

əhəmiyyətlidir. Bu cür rəraqəbt üzündən inhisarçı özünü təhlükəsiz hiss 

edə bilmir, çünki rəqabət təhlükəsi ən gözlənilməz tərəfdən yarana bilər. 

Ona görə də inhisarçı həm əmtəənin keyfiyyətini təkmilləşdirməklə, həm 

də  əmətəənin  istehsal  edilməsi  üçün  yeni,  daha  qənaətli  üsulların  tətbiq 

edilməsi və sonra qiymətlərin azaldıiması ilə məşğul olmağa məcburdur



 

78 


c)

 

əvəzedici əmtəələr tərəftndən rəqabət. İlk baxışda əvəz edilən əmtəədən 



çox  uzaq  görünən  əmtəələr  də  əvəzedicilər  rolunda  çıxış  edə  bilər. 

Məsələn,  brilyant  satan  inhisarçı  hətta  çox  iri  olmayan  turist  firması 

tərəfindən  rəqabətlə  üzləşə  bilər.  Turist  firmasının  reklam  kampaniyası 

nəticəsində  potensial  brilyant  alıcılarının  bir  qismi  öz  pullarını  turist 

səfərinə xərcləmək qərarına gələ bilərlər. 

ç)  idxal  malları  ilə  rəqabət.  Hər  bir  ölkənin  daxili  bazarı  həmin  bazara 

xaricdə istehsal edilmiş əmtəələrin yarana bilməsi baxımından bu və ya 

digər dərəcədə açıq olması ilə səciyyəvidir. Aydındır ki, bir (və ya hətta 

bir neçə) ölkə miqyasında istehsalı inhisarlaşdırılmış firma sərbəst xarici 

ticarət  şəraitində  yenə  də  rəqabətdən  qorunmayacaq  və  bazar  üzərində 

mütləq nəzarət imkanına maük omlayacaqdır. 

4.  İnhisarlaşdırılmış  bazara  daxil  olmaq  çox  çətinləşdirilmiş  və  ya  bunun 

qarşısı  alınmışdır.  Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi,  burada  da  giriş  baryeləri 

heç  də  həmişə  aradan  qaldırıla  biiməyən  baryerlər  deyildir.  Baryerlərin 

xarakterindən və yüksəkliyindən asılı olaraq inhisarların üç növünü fərqləndirirlər: 

qapalı  inhisar,  təbii  inhisar  və  açıq  inhisar.  Rəqabət  barədə  hüquqi  qadağalarla 

(məsələn, qeydiyyata alınmış patenttərlə) müdafiə olunan inhisar qapaiı inhisardır. 

Əgər müəyyən sahədə uzunmüddətli orta məsrəflərin həcmi yalnız bütün bazara bir 

firma  xidmət  edən  halda  minimum  olursa,  həmin  sahədə  təbii  inhisar  yaranır. 

Beləliklə,  təbii  inhisar  bütün  istehsal  miqyasında  qənaətə  əsaslanır.  Açıq  inhisar 

halında  firmalardan  biri  ən  azı  müəyyən  müddət  ərzində  əmtəənin  yeganə 

satıcısına  çevrilir,  lakin  rəqabətdən  məxsusi  müdafiə  imkanına  malik  olmur. 

Bazara yeni məhsulla birinci daxili olmuş firmalar bu cür inhisarçılardır. Lakin bir 

müddətdən sonra bazarda onların rəqibləri də peyda ola bilər. 

5.  Qiymətə  əhəmiyyətli  dərəcədə  nəzarət  edilir.  İnhisarçı  «qiymətlə 

razılaşan»  qismində  deyil,  «qiyməti  seçən»    qismində  çıxış  edir.  Bunun  səbəbi 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə