Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   20   21   22   23   24   25   26   27   28

 

83 


Belə  ki,  bir  tərəfdən  respublikada  mövcud  sosial-iqtisadi  vəziyyət  bank 

sistemini  böhran  vəziyyətinə  gətirib  çıxarmış,  digər  tərəfdən  isə  bank  sisteminin 

lazımi qaydada işləməməsi sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərmiş və onun 

daha da pisləşməsinə səbəb olmuşdur. 

Son  20    il    ərzində    bazar    iqtİsadiyyatına  keçid    dövründə    bank  sistemi  

əsas  3 mərhələdən keçmişdir. 

I  mərəhələdə  (1987-1991)  bazar  münasibətlərinə  uyğun  bank  işi 

formalaşmağa başlamışdır. 

II 

mərhələ  (1992-1995)  hiperinfılyasiya  şəraitində  bank  sisteminin 



ekstensiv  artımı  ilə  xarakterizə  olunur.  Bu  mərhələ  milli  valyutanın  kursunun 

halloperik templə düşməsi və real faiz stavkasının mənfı rolu ilə müşahidə edilir. 

Bunun  əsas  səbəbi  bank  əməliyyatlarının  aparılması  üçün  vacib  olan 

lisenziyanın çox asan əldə olunması idi. 

III 

mərhələ  1996-cı  ildən  başlayaraq  bank  sisteminin  inkişafı  və 



iqtisadiyyatda,  o  cümlədən  maliyyə  sferasında  baş  verən  sabitləşmə  prosesinə 

uyğunlaşması ilə xarakterizə edilir. 

1996-cı  ildən  başlayaraq  maliyyə  sferasında  sabitləşmə  prosesi  getsə  də 

böhran  hələ  də  tam  aradan  qaldırılmamışdır.  Belə  ki,  bir  tərəfdən  yüksək  gəlirli 

üsulların meydana gəlməsi ilə müştəri bazasının genişlənməsi, maliyyə bazarında 

bərqərar  olmuş  sabitliklə  əlaqədar  müsbət  dəyişikliklər  müşahidə  olunur.  Bank 

fəaliyyətinin  dövlət  tənzimlənməsinin  keyfıyyətidə  yaxşılaşmışdır.  Belə  ki,  Milli 

Məclis  tərəfıindən  "Azərbaycan  Respublikasının  Milli  Bankı  və  kommersiya 

bankları haqqında qanun" qəbul edilmişdir. 

Digər  tərəfdən  isə,  biz  vəsait  qoyuluşunun  gəlirliyinin  azalması  və  geri 

qaytarılmayan  kreditlərlə  əlaqədar  ciddi  problemlərin  meydana  çıxmasının  şahidi 

oluruq. Çox vaxt bu problemlər o qədər ciddi olur ki, hətta ən böyük banklar da öz 

vəzifələrini  həyata  keçirə  bilmir  və  çıxılmaz  vəziyyətdə  qalırlar.  Bu  meyl  sürətlə 

inkişaf edir və nəticədə-çoxsaylı maliyyə institutlarının iflası baş verir. 




 

84 


Azərbaycanda  bu  vəziyyəti  qaydaya  salmaq  üçün  beynəlxalq  təşkilatlar 

tərəfındən hazırlanan və dəstəklənən islahat konsepsiyası təqdim edilmişdir. Lakin 

nəticədə  sivilizasiyalı  dünya  tərəfindən  qəbul  edilmiş  kredit  pul  kütləsinin 

tənzimlənməsi və maliyyə sabitliyinin təmin edilməsi metodlan( ehtiyat tələbin və 

hesablama  normasının  dəyişilməsi,  açıq  bazarda  əməliyyatlar,  vergilər  və  s. 

vasitəsilə) Azərbaycanda çox zəif fəaliyyət göstərir və lıəlla əks effeki verir. 

Bank  bazarında  baş  verən  böhranın  əsas  səbəblərindən  biri  bankların 

nizamnamə  kapitahnın  minimum  səviyyəsinin  artmasıdır.bir  tərəfdən  bankların 

nizamnamə  kapeitalının  minimum  səviyyəsinin  artması  bank  sisteminin  struktur-

laşmasına  imkan  verən  "bazar"  addımı  rolu  oynayır.  Bu  addım  nəticəsində  zəif, 

yaşamaq qabiliyyəti olmayan banklar ya bağlanır, ya da böyük banklara birləşir. 

Lakin digər tərəfdən Azərbaycan şəraitində bu tədbir əks nəticə verdi. Belə 

ki, hətta ən böyük və sabit işləyən banklar belə nizamnamə fondunun tələb olunan 

səvİyyəyə çatdırılması problemi ilə qarşılaşdılar. Kiçik və orta banklar haqqında isə 

danışmağa  dəyməz-  faktiki  olaraq  bir  zərbə  ilə  maliyyə  xidmətləri  bazarında  öz 

yerini  tutmaq  imkanına  malik  və  potensial  yaşama  qabiliyyətli  bir  çox  kredit 

institutları təbəqəsi aradan çıxarıldı. 

Bu iflas təkcə kiçik və orta banklan deyil, iri bankları da bürüdü. Bunun əsas 

səbəbi  bu  bankların  yüksək  inflyasiya,  qiymətin  yüksək  artımı,  pulun  qiymətdən 

düşməsi  şəraitində  valyuta  əməliyyatları  apararaq  və  qısamüddətli  kreditlərlə 

işləyərək yüksək gəlir əldə etməsi idi. Yüksək infılyasiya şəraitində qaytarılmayan 

kreditlərlə  bağlı  zərərlər  bir  çox  banklar  üçün  o  qədər  də  problem  doğurmurdu. 

Lakin  maliyyə  sabitliyi  yaradıldıqda  və  infilyasiyanın  tempi  aşağı  düşdükdə 

qaytarılmayan kreditlər bankların iflasının əsas səbəbkarı olmuşdur. Buna görə də, 

bank sistemində baş verən böhranın əsas səbəblərindən biri də- verilən kreditlərin 

qaytanlmamasıdır.  Bu,  bir  çox  bankların  apardığı  yarıtmaz  kredit  siyasəti  ilə 

bağlıdır. Onlar çox böyük risklə fəaliyyət göstərirlər. Belə kı, onların çox hissəsi 

valyuta  resurslarını  əlverişli  istehsal  səhələrinə  yönəltməyin  zəruriliyini  nəzərə 




 

85 


almayıb,  kreditlər  verərkən  iqtisadi  normativləri  pozur,  kreditlərin  təminatlılığı 

prinsiplərinə  məhəl  qoymadan  böyük  məbləğli  kreditlər  verirlər.  Borcun 

verilməsinin  özü  heç  də  həmişə  gözlənilən  nəticəni  vermir.  Bu,  borc  alanın 

maliyyə  vəziyyətinin,  kreditin  alınması  məqsədinin,  kreditin  ödənmə  mənbəyinin 

öyrənilməsi  üsullarının  çətinliyi  ilə  əlaqədardır.  Hor  bir  bank  müəssisə  və 

təşkilatların tə'diyyə qabiliyyətini təsdiq edən sənədlər topladıqdan, tə'minatlıhğına 

omin olduqdan sonra kredil verməlidir. Lakin mə'lum olduğu kimi, Azorbaycanın 

bir   çox   banklan   bu   cəhotdən   çox geri qalmışlar   ki,   bu   da qaytarılmayan 

kreditlərin artmasına səbəb olmuşdur. Bunu aşağıdakı cədvəldən görmək olar. 

Buna  görə  də,  banklar  müəssisələrə  və  təşkilatlara  kredit  verərkən  kredit 

təminatını,  yəni  girovu  əsas  diqqətlərində  saxlamışdılar.  Girovlar  əsasən  əmtəə 

ehtiyatı,  valyuta  və  digər  aktivlər  formasında  ola  bilər.  Lakin  Azərbaycanda 

banklar bu şərtə əməl etmirlər. 

Bank böhranının ən xarakterik cəhətlərindən biri odur ki, böhran şəraitində 

banklar nəinki uzun müddətli, heç ortamüdətli kreditlər verməyə də hazır deyillər. 

Bunun  əsas  səbəbi,  banklann  böhran  şəraitində  yalnız  qısamüddətlt  kreditlərlə 

əməliyyatdan daha çox gəlir əldə etməsilə əlaqədardır. Bundan başqa, kredit riski 

də az rol oynamır. 

Qeyd  etmək  lazımdır  ki,  son  illər  ölkə  iqtisadiyyatının  ümumən 

sağlaınlaşması və əhalİnin pul gəlirlərinin arttnası ilə yaranan müsbət meyil bank 

sistemində də belə meyillərin güclənməsinə kömək etmişdir. Statistika məlumatları 

belə  bir  nəticəyə  gəlməyə  imkan  verir  ki,  hazırda  bu  sahədə  əsas  kəmiyyət  və 

kryfıyyət  parametirləri  üzrə  şəksiz  tərəqqi  əldə  olunmuşdur.  Kredit  təşkilatlarının 

capital  bazasının  güclənməsi  təmin  olunmuş,  ban  məhsulları  və  xidmətlərinin 

təklifı  fəallaşmışdır.  Bankların  məcmu  aktivləri  aıtmış,  onların  strukturu  və 

keyfıyyəti  təkmilləşmişdir.  Hüquqi  və  fıziki  şəxslərin  depozitlərinin  ümumi 

məbləği artmış, onlann müddətlərinin uzanması meylləri müşahidə olunur. Kredit 

əməliyyatlarının  həcmi  xeyli  artmış,  kredit  portfelinin  keyfıyyəti  yaxşılaşmışdır, 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə