Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   20   21   22   23   24   25   26   27   28

 

86 


kreditləı üzıə faiz dərəcəiərinin azalması müşahidə olunur, kredit almaq imkanları 

artmışdır.  Bankların  nəzərəçaracaq  dərəcədə  genişlənmiş  fılial  şəbəkəsinin 

regionların, kiçik və orta sahibkarlığın inkişafına köməyi güclənmişdir. 

Bununla  yanaşı,  yuxarıda  sadalan  proseslər  iqtisadiyyatın  bu  sahısinin 

qanunvericilik  və  institusional  bazasının  təkmilləşməsi  ilə  müşayət  olunmuşdur. 

Banklar  haqqında, 

Milli 

Bank, 


ipoteka  haqqında 

qanunlar 

qəbul 

edilmişdir.ÖIkəmizin  bankları  kororativ  idarəetmənin  və  hesabat  formalarının 



beynəlxalq  satandartlarını  tətbiq  etməyə  başlamışdır.  Bank  infrastrukturu  sürətlə 

möhkəmlənmişdir  -    Mərkəzləşdirilmiş    Kredit    Reyestri,    Milli    Kart  posessinq 

mərkəzi və Milli Ödəniş Sistemi yaradılmışdır. 

Lakin  bank  sektorunda  vəziyyətin  yaxşılaşmasına və  əldə olunmuş  uğurlara 

baxmayaraq,  onun  indiki  durumunu  şişirtmək  olmaz.Bank  bazarında  bir  çox 

problemlər  hələ  də  qalmaqdadır.  Bunlar  ilk  nöbədə  yüksək  kredit  və  yalyuta 

riskləri,  kreditorların  hüquqlarının  müdafiəsinin  və  menecmentin  səviyyəsinin 

qənaətbəxş  olmaması,  bankların  likvidliyi  və  kapitallaşması  dərəcəsinin,  əhalinin 

banklara  etimadının  nisbətən  aşağı  olması,  uzunmüddətli  kreditlərin  qıtlığı,  bank 

biznesi  aparılması  xərclərinin  yüksək  olması,  onun  sərmayə  cəlbediciliyinin  və 

istehsal  sahəsi  ilə  qarşılıqlı  əlaqəsinin  zəifliyi,  resurs  bazasını  genişləndirmək 

mənbələrinin sayının məhdudluğu, korporativ idarəetmə mexanizmlərinin ləng işə 

sahnması,  kredit  idarələrinin  şəffaflığının  yetərli  olmamasıdır.  Ümumi  Daxili 

Məhsulda  bank  aktivlərinin  və  real  iqtisadiyyata  kreditlərin  payının  aşağı  olması 

ölkənin  bank  sektorunun  inkişaf  miqyasının  məhdudluğunu  göstərir.  Bu 

göstəricilərə görə Azərbaycan , iqtisadi cəhətdən daha çox inkişaf etmiş dövlətlər 

bir yana, hətta MDB ölkələrindən də nəzərəçarpacaq dərəcədə geri qalır. 

Azərbaycan Bank Bazarında Nağd olamyan ödənişlərə keçiş prosesi getdikcə 

sürətbnməkdədir.  Nağd  olmayan  ödəmələrə  keçişin  dünya  təcrübəsi,  əhalinin 

maliyyə imkanlarının banklara cəlb edilməsi ölkədəki iqtisadi  vəziyyəti keyfıyyət 




 

87 


baxımından yaxşılaşdırdığını və bunun da xalqın social vəziyyətini yüksəldəcəyini 

göstərir. 

Bank Bazarında 2005-ci ilin yanvar ayından etibarən Azərbaycanda "İnternet 

Bankçılığı" və " Mobil Bankçılıq" ödəniş sistemləri tətbiq ediləyə başlamışdır. 

Hal-Hazırda  Azərbaycanın  Bank  Bazarında  Müştərilərin  imkanları  inkişal 

etməkdə və onların tələblərinə uyğun bank xidmətləri tətbiq edilməkdədir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

88 


N Ə T Ġ C Ə    V Ə   T Ə K L Ġ F L Ə R  

 

Məlumdur  ki,  bazar  rəqabətinin  hər  bir  sahəsində  müvafiq  bazar 



mövcuddur.  Deməli,  bank  rəqabətinin  fəailyyət  sahəsi  bank  bazarıdır.  Belə  bir 

sual ortaya çıxır: bank bazarı dedikdə nəyi nəzərdə tutmalıyıq? Bank bazarı ilə 

yanaşı  aşağıdakı  bazarlar  da  mövcuddur:  istehsal  vasitələri  bazarı  və  istehsal 

xidmətləri  bazarı;  əmək  bazarı;  intellektual  –  informasiya  məhsulları  bazarı; 

daşınmaz əmlak bazarı; maliyyə bazarı. Bura: ssuda kapitalları bazarı, qiymətli 

kağızlar bazarı, valyuta və qiymətli metallar bazarı aiddir. 

Bank  bazarı  anlayışına    bu  gün  geniş  izah  verildikdə  iqtisadi  kateqoriya 

olan  bank  rəqabətinin  spesifikası  xeyli  itirilmiş  olur.  Bu  spesifika  ümumilikdə 

bazar rəqabəti anlayışının içərisində sanki əriyir.  

Odur  ki,  bank  bazarı  dedikdə  yalnız  spesifik  mənada,  yəni  bank 

xidmətlərinin  satışı  ilə  məşğul  olan  bazarları  başa  dühülməlidir.  Amma 

göstərmək  lazımdır  ki,  bank  bazarı  çox  mürəkkəb  bir  qurum  olub  geniş 

hüquqlara və çoxsaylı ünsürlərə malikdir. 

Deyilənlərdən aşağıdakı nəticəyə gəlmək olar: 

1.

 

 Bank  bazarı  bank  sahələri  sistemi  şəklində  təsvir  edilə  biləcək  bank 



xidmətlərinin satış bazarının məcmusudur. 

2.

 



Bank bazarının əsas subyektləri kommersiya banklarıdır, lakin çoxsaylı 

qeyri-bank  maliyyə-kredit  təşkilatları  və  qeyri-maliyyə  təşkilatları  da  

həmin subyektlərlə  rəqabət aparır. 

3.

 



Bank  işində  rəqabət  sənayedə  rəqabətdən  gec  yaranmışdır,  lakin  daha 

yüksək  intensivliyi,  istifadə  edilən  forma  və  metodların  daha  çox  

müxtəlifliyi  ilə  fərqlənir.  Bank  bazarında  qrup  halında  rəqabət  xüsusi 

rol oynayır. 

Azərbaycan Respublikası bank sistemini bazar iqtisadiyyatı sisteminə uyğun 

qurmuş  olduğuna  görə  bankların  xidmətləri  də  bu  istiqamətdə  inkişaf  etdirilib 




 

89 


dərinləşdirilmişdir.  Buna  imkan  verən  ölkədəki  iqtisadi  inkişaf    və  rəsmi  dövlət 

dəstəyinin olmasıdır. 

Azərbaycan  Respublikasının  iqtisadi  və  sosial  inkişafının  yekunlarına  həsr 

edilən iclasların materiallarından bunu  aydın görmək olar.  

Bu  səviyyədən  olan  rəsmi  bildiriş  bank  işinin,  konkret  olaraq  onun 

xidmətlərinin təşkili və inkişafının zəruri iqtisadi bazaya arxalanması deməkdir. 

Bank  xidmətlərinin  beynəlxalq  təcrübəyə  meyl  göstərməsi,  xidmət  növlə-

rinin  müəyyən  olunub  tətbiqində  Azərbaycanın  öz  imkanlarını  və  ehtiyaclarını 

nəzərə alıb irəliləməsi bu sahədə mühüm istiqamətlər kimi qiymətləndirilə bilər. 

Azərbaycan yüksək sürətlə inkişaf etdiyinə görədir ki, Respublika Prezidenti 

İ.Əliyevin  ifadəsində  «dünya  iqtisadiyyatına  çox  sürətlə  intqerasiya  özünü  bütün 

sahələrdə  göstərir».  Bank  sistemi  həmin  intiqrasiyada  iştirakçı  olmuş  və  ondan 

kənarda qala bilməz. 

Dünya  (xarici)  təcrübəyə  istinad  edilməklə  bankların  aktiv-passiv 

əməliyyatları tərkibində hallandırılır. Bunlar bank tərəfindən müştərilərin tapşırığı 

ilə müəyyən haqq alınmaqla həyata keçirilən komissiya, vasitəçilik əməliyyatlarını 

təmsil edir. Bank xidmətlərinin həmin qrupu xidmətlər sayılır. Həmin xidmətlərin 

tərkibində müştərilərin tapşırığı ilə yerinə yetirilən bir sıra xidmət növləri vardır. 

Komissiya  əməliyyatlarına  bərabər  tutulan    xidmətlər  bankın  o 

əməliyyatlarını  təmsil  edir  ki,  onlar  müştərilərin  tapşırığı  ilə  onların  hesabına 

həyata keçirilir və  banka komissiya haqqı şəklində gəlir gətirir. 

Onların məcmusunu belə qəbul edirik: debitor borclarının inkassasiyası üzrə 

əməliyyatlar;  köçürmə  əməliyyatları,  ticarət-komissiya  (ticarət-vasitəçilik) 

əməliyyatları; o cümlədən müştərilər üçün qiymətli kağızların, qiymətli metalların 

alınması  və  satılması,  faktorinq,  lizinq;  etibar  (trast)  xidmətləri;  müştərilərə 

məsləhət; hesablaşma-kassa xidmətləri. 

Dünya  təcrübəsində  bankların  xidmətlərindən  əldə  edilən  gəlirlərin  onların 

rentabelliyinin yüksəldilməsində mühüm mənbə olduğunu və hətta, bəzi ölkələrdə 




 

90 


mənfəətin  40  %-ə  qədərinin  xidmətlər  sayəsində  əldə  olunması  bunların  rolu 

haqqında mühüm nəticə hesab edilə bilər. 

Bank  xidmətlərinin  dünyəvi  praktikasının  öyrənilməsi  onların  tətbiqi  üçün  

olan imkanların meydana çıxarılmasını tələb edir. Buna imkan verən maddi şərait 

odur ki, Azərbaycanda formalaşmış bank sistemi mövcuddur, ölkənin iqtisadiyyatı 

çoxsahəlidir, sabitlik özünü göstərir. Təsisat məsələsinin həll olunduğu nəticəsinə  

gəlmək olar. 

Azərbaycan  Respublikasında    Mərkəzi  Bank  özünün  vəzifələrinin  həyata 

keçirilməsində  Azərbaycan  iqtisadiyyatı  ilə  yanaşı  olaraq  dünyada  gedən 

proseslərin öyrənilməsinə, onların nəzərə alınmasına diqqət verir ki, bu da dünya 

iqtisadiyyatında böyük dəyişikliklərin baş verməsi və təsirləri ilə əlaqədardır. 

Dünya  təcrübəsi  öyrənilməklə  belə  nəticəyə  gəlmək  olar  ki,  bankların 

spesifik  xarakterli  xidmətləri  heç  də  hər  yerdə  olmur,  yaxud  ayrı-ayrı  hallarda 

həmin xidmətlərdən istifadə olunur. 

Spesifik xarakterli bu kimi xidmətlərin tərkibinə xidmətlərin bir sıra növləri 

aid  edilə  bilər.  Bankların  əmtəə-komisyon  xidmətləri;  forfeytinq  xidmətləri; 

bankların  təsisçilik  xidmətləri;  zəmanətlər  və  qarantiyaların  banklar  tərəfindən 

verilməsi;  bankların  anbar  xidmətləri;  bank  tərəfindən  elmi-texniki    xarakterdə 

işlərin hazırlanması; bankların sair xidmətləri. 

Spesifik xarkterli bank xidmətlərinin  özünə münasib xüsusiyyətləri, təşkili 

əsasları və icrası vardır.  

Məhsuldar  qüvvələr  inkişaf  etdikcə  və  banklar  arasında  rəqabət  artdıqca  

daha  çox  sayda    xidmətlər  göstərilməsinə    meyllərin  güclənməsi    qanunauyğun 

prosesdir. Bu prosesdə həm də bankların iş səviyyəsi  də yüksəlir. Əhalinin daha 

çox hissəsinin bank xidmətləri ilə əhatə edilməsi tələb olunur. 

Xarici təcrübəyə görə bəzi ölkələrdə  əhalinin 80 %-ə qədəri bankda, sığorta 

cəmiyyətində  və  ya  bir  neçə  maliyyə-kredit  institutunda    bank  hesabı  açmaqla 

müvafiq xidmətlərdən  istifadə edir. 




 

91 


Müasir  dövrdə  banklar  həm    ticarət-sənaye  kliyenturası  ilə,  həm  də  fərdi 

şəxslərlə əlaqələrin inkişafına  böyük əhəmiyyət  verirlər. Böhranlı dövrlər istisna 

olmaqla  bunlar  bank    xidmətləri    bazarında  yeni  mərhələnin  başlanması  kimi 

qiymətləndirilir. 

Bank  xidmətləri  bazarındakı  inkişafın  birinci  istiqaməti  artıq  mövcud  olan 

bank xidməti və əməliyyatları növlərinin təkmilləşdirilməsidir. 

Bank xidmətlərinin inkişaf etdirilməsində  ikinci böyük istiqamət müştərilər 

üçün  prinsipcə  yeni,  əvvəllər  tətbiq  edilməyən  xidmətlərin  təşkil  edilməsidir.  Bu 

istiqamət bir çox banklarda  bank siyasətinin müəyyən həlqəsinə çevrilməlidir. Bu 

isə  bankların  öz  fəaliyyətində    mühüm  funksional  və  struktur  dəyişiklikləri 

aparılmasına gətirib çıxara bilər.  

Böhrandan əvvəlki dövrdə xarakterik olan hallar dünya təcrübəsində banklar 

arasında  rəqabətin  güclənməsi,  bank  işində  texnoloji  inqilab  olmuşdur.  Üstünlük 

müştərilərə  xidmətin  yeni  formalarının  inkişafına  verilmiş,  bank  xidmətləri 

bazarında  yeniləşmə prosesləri getmişdir. 

Bank xidmətləri sahəsində dünya təcrübəsinin, qanunçuluq bazası həcminin, 

iqtisadi  ədəbiyyat  mənbələrində  yer  almasının  dərəcəsi  bu  xidmətlərin  nə  qədər 

əhəmiyyətli olmasını səciyyələndirir. 

Bunlar  öyrənilib  nəzərə  alınmaqla  nəticəyə  gəlinir  ki,  bank  xidmətləri 

sahəsində  aparıcı  istiaqmətlər  olaraq  bankların  hesablaşma-kassa  xidmətləri; 

faktorinq xidməti; lizinq xidməti; trast xidmətləri əsas götürülə bilər. 

Azərbaycan  Respublikasında  həmin  xidmətlər  sırasında    ən  əhəmiyyətlisi 

bankların hesablaşma-kassa xidmətləri olduğu nəticəsinə gəlirik. Bu sahədə keçmiş 

və yeni  təcrübədən hərtərəfli istifadə edilməlidir.  

Bank  xidmətlərinin  digər    aparıcı  hesab  etdiyimiz  növlərinin  çox  böyük 

prosedurları  və  incəlikləri    vardır  ki,  onların  geniş  tətbiqi  gələcəyin  işidir  və 

tədricilik əsas götürülməlidir. 

 

 




 

92 


Ġ S T Ġ F A D Ə   E D Ġ L M Ġ ġ   Ə D Ə B Ġ Y Y A T L A R 

 

1.



 

Abbasov  G.M.,  Məmmədov  Z.F.,  Rzayev  R.M  və  b.  Bank  işi  və 

elektron bankçılıq. Dərslik. Bakı, 2003 

2.

 



Bağırov M.M. Banklar və bank əməliyyatları. Dərslik. Bakı, 2003 

3.

 



Meybullayev M., Babayev Ə.İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2005 

4.

 



Жуков Е.Ф. Банки и банковские  операции. Учебник. М., 1997. 

5.

 



Лаврушин О.И. Банковские операции. Учебное пособие. М., 1995 

6.

 



Лаврушин О.И. Банковское дело. Учебник. М., 2006 

7.

 



Жуков Е.Ф. Банковское  дело. Учебник. М., 2006 

8.

 



Белоглазова Г.Н. Банковское  дело. Учебник. М., 2006 

9.

 



Букато В.И. и др. Банки и банковские операции в России. М., 1996 

10.


 

Коваленко  С.Б.  Финансовый  рынок.  Учебное  пособие.  Саратов. 

1997 

11.


 

Маркова  О.М. и др. Коммерческие банки и их операции. М., 1995 

12.

 

Усоскин  В.М. Современный   коммерческий    банк: управление    и 



операции. М., 1994 

13.


 

Коробова Г.Г. Банковское дело. Учебник. М., 2006 

14.

 

Поляк  Г.Б.  Финансы,  денежное  обращение,  кредит.  Учебник.  М., 



2007 

15.


 

Галанов В.А. Основы банковского дела. Учебник. М., 2007 

16.

 

Банковское дело. Учебник. Под ред. Г.Г.Коробовой. М., Экономист, 



2006  

17.


 

 Жарковская Е.П. Банковское  дело. Учебник. М., Омега – л. 2005  

18.

 

Основы банковской деятельности (Банковское дело). Учеб.пособие. 



М., 2001  


 

93 


19.

 

Организация  деятельности  коммерческого  банка.  Под  ред.  К.Р. 



Тагирбекова. М., Мир, 2004 

20.


 

Журнал. «Деньги и кредит». М., 2005-2015 гг. 

21.

 

Журнал «Финансы и кредит». М., 2005-2015 гг. 



22.

 

Журнал. «Банковское дело». М., 2005-2015 гг. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

94 


РЕЗЮМЕ 

 

Во  всем  мире  банковский  рынок  —  одно  из  наиболее 



прибыльных  направлений  банковской  деятельности.  Начавшийся 

экономический подъем, рост занятости и доходов населения создали 

необходимые  предпосылки  для  роста  востребованности  банковских 

услуг частными лицами и формирования устойчивого спроса на них. 

Банковский рынок имеет колоссальный потенциал роста и развития. 

Формирование    комплекса  банковских  услуг,  обеспечило  банкам 

получение  постоянных  устойчивых  доходов  от  обслуживания 

розничных  клиентов.  При  этом  значительное  место  отведено 

комиссионно-посредническим 

и 

сервисным 



услугам, 

ориентированным  на  разные  группы  потребителей.  На    данном 

рынке  важно  обеспечить  стандартизацию  продуктов,  упрощение 

технологии  их  продвижения  и  на  этой  основе  —  снижение  затрат 

банка. 

SUMMARY 

Around the world the banking market-one of the most profitable directions of 

bank  activity  .The  begun  economic  recovery  ,growth  of  employment  and  the 

income  of  the  population  have  created  necessary  prerequisites  for  grow  of  a 

demand  of  banking  services  by  individuals  and  formations  of  steady  demand  for 

them . 


The  banking  market  has  the  enemous  potential  of  growth  and  development. 

Formation of  a  complex  of  banking  services  , has  provided  to banks the  constant 

steady income from service of retail clients. 

In this market of banking services it is important to provide standardization of 

products,simplification  of  technology  of  their  advance  and  on  this  –  decrease  in 

expenses of bank. 



 


 

95 


 

 

Azərbaycan Dövlət İqtisad Universiteti  

«MagistrMərkəzi»nin  Maliyyə-Bank işi  - (060403) 

üzrə magistri  İsmətli Mirməhəmməd Səbuhi oğlunun 

 «Bank xidmətləri  bazarının təhlili» mövzusunda   

magistr dissertasiyasının 

 

R E F E R A T I  

 

Mövzunun    aktuallığı.  Bank  xidmətləri    bazarı  elə  bir  bazardır  ki, 

burada  əmtəə  pul,  kredit  və  digər  bank  xidmətləridir.  Bununla  əlaqədar 

olaraq  bank  bazarını  pul-kredit  bazarı  kimi  də  səciyyələndirmək  olar.  Pul-

kredit bazarı müasir pul-kredit siyasətinin institut əsasına aid edilir, çünki o 

iqtisadiyyatda  pul-kredit  tənzimlənməsinin  bazar  modelinin  mühüm 

həlqəsidir.  Azərbaycanda  bank  infarstrukturu  qurulduğu,  kommersiya 

banklarının  inkişaf  mərhələsində  olduğu  bir  dövrdə  bank  xidmətləri  bazarının 

araşdırılması prioritet istiqamətlərdən biridir. Odur ki,  bank xidmətləri bazarının  

və  onun  xüsusiyyətlərinin  öyrənilməsi  və  təhlil  edilməsi  günün  aktual 

məsələsidir. 

Problemin  öyrənilmə  səviyyəsi.  Bank  xidmətləri  bazarı  və  onun 

xüsusiyyətlərinə  aid  dünya  ölkələrində  və  Azərbaycanda  bir  sıra    tədqiqat 

işləri 

aparılmışdır. 



Bu 

istiqamətdə 

D.Bağırovun, 

M.Həsənlinin, 

M.M.Sadıqovun,  R.A.Bəşirovun,  R.M.Rzayevin,  M.M.Bağırovun,A.Kə ri-

movun, Z.F.Məmmədovun, E.M.Sadıqovun tədqiqatlarını göstərmək olar. 



Tədqiqatın  məqsədi  və  vəzifələri.  Dissertasiya  işinin  əsas  məqsədi 

Bank  xidmətləri  bazarı  və  onun  xüsusiyyətlərini    araşdırmaq  və 

müəyyənləşdirməkdən ibarətdir. 



 

96 


Tədqiqat işinin məqsədinə uyğun olaraq aşağıdakı sadalanan vəzifələr 

qarşıya qoyulmuş və öyrənilmişdir: 

- bank bazarını araşdırmaq; 

- bank bazarı iştirakçılarına  ümumi xarakteristika vermək;  

-  bank  xidmətləri  bazarının  quruluşunun  təkmilləşdirilməsi  istiqamət -

lərini öyrənmək; 

bank,  maliyyə  və  pul  bazarlarının  qarşılıqlı  əlaqəsini 



səciyyələndirmək; 

- bank bazarının quruluşunu və qanunauyğunluqlarını təhlil etmək;  

- bank xidmətləri bazarında rəqabəti öyrənmək və araşdırmaq;  

- bank xidmətləri bazarında rəqabətin formatalarını müəyyənləşdirərək 

ətraflı şərh etmək; 

- bank xidmətləri bazarının inkişaf istiqamətlərini araşdırmaq.  



Tədqiqatın  obyektini  bank  xidmətləri  bazarının  nəzəri  və  praktiki 

məsələləri təşkil edir.  



Tədqiqatın predmetini isə  müasir şəraitdə bank xidmətləri bazarının 

formalaşması  xüsusiyyətləri  və  təhlili  ilə  bağlı  elmi-nəzəri  məsələlərin  

öyrənilməsi təşkil edir. 

Tədqiqat  iĢinin  nəzəri-metodoloji  əsasları.  Tədqiqatın  nəzəri-

metodoloji  bazasını  dövlətin  iqtisadi  və  sosial  inkişaf  strategiyası  və 

proqramından  irəli  gələn  müddəalarla  yanaşı,  dünyanın    və  ölkəmizin 

aparıcı  iqtisadçı  alimlərinin    əsərləri,  onların  bank  xidmətləri  bazarının 

təkmilləşdirilməsi haqqında nəzəri və təcrübi fikirləri təşkil edir. 

Tədqiqat  iĢinin  informasiya  bazası.  Dissertasiya  işində  informasiya 

bazası  kimi  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin, 

Mərkəzi  Bankın,  Qiymətli  Kağızlar  Komitəsinin,  Azərbaycan  Banklar 

Birliyinin  məlumatlarından,  xarici  dövlətlərin  və  Azərbaycanın  dövri 

mətbuatının  təhlili  üzrə  məqalələrdən    və  internet  materiallarından  istifadə 

edilmişdir. 




 

97 


Tədqiqat iĢinin elmi yeniliyi. Tədqiqat işinin hazırlanması prosesində 

aşağıdakı elmi yeniliklər müəyyən edilmişdir: 

-  Dünya  təcrübəsi  öyrənilməklə  belə  nəticəyə  gəlmək  olar  ki,  bankların 

spesifik xarakterli xidmətləri ayrı-ayrı hallarda həmin xidmətlərdən istifadə olunur; 

-  Bank  bazarının  əsas  subyektləri  kommersiya  banklarıdır,  lakin  çoxsaylı 

qeyri-bank  maliyyə-kredit  təşkilatları  və  qeyri-maliyyə  təşkilatları  da    həmin 

subyektlərlə  rəqabət aparır. 

-  bank  xidmətləri  sahəsində  aparıcı  istiaqmətlər  olaraq  bankların 

hesablaşma-kassa  xidmətləri;  faktorinq  xidməti;  lizinq  xidməti;  trast  xidmətləri 

əsas götürülə bilər. 

-  Bank  xidmətləri  bazarının  inkişafının  iki  istiqaməti  müəyyən  edilmişdir. 

Bunlardan  birinci  istiqaməti  artıq  mövcud  olan  bank  xidməti  və  əməliyyatları 

növlərinin təkmilləşdirilməsidir. Bank xidmətlərinin inkişaf etdirilməsində  ikinci 

böyük  istiqamət  müştərilər  üçün  prinsipcə  yeni,  əvvəllər  tətbiq  edilməyən 

xidmətlərin  təşkil  edilməsidir.  Bu  istiqamət  bir  çox  banklarda    bank  siyasətinin 

müəyyən həlqəsinə çevrilir.  



Tədqiqat  iĢinin  təcrübi  əhəmiyyəti.  Magistr  dissertasiyasında  bank 

xidmətləri  bazarının    xüsusiyyətləri  tədqiq  edilmiş,  burada  mövcud  olan 

əsas  problemlər  aşkara  çıxarılmış,  onların  həlli  haqqında  fikirlər  irəli 

sürülmüşdür. 



ĠĢin  quruluĢu  və  həcmi.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və 

təkliflərdən  və  ədəbiyyat  siyahısından  ibarətdir.  Həcmi  isə  97  səhifədən 



ibarətdir.

 

 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə