Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   2   3   4   5   6   7   8   9   ...   28

 

Bank bazarı anlayışına bu gür geniş izah verildikdə iqtisadi kateqoriya olan 



bank  rəqabətinin  spesifikası  xeyli  itirilmiş  olur.  Bu  spesifika  ümumilikdə  bazar 

rəqabəti aniayışının içərisində sanki əriyir. 

Buna  görə  də  bank  bazarı  dedikdə  yalnız  spesifik  mənada,  yəni  bank 

xidimətlərinin  satışı  ilə  məşğul  olan  bazarları  başa  düşülməlidir.  Lakin  məsələyə 

hətta  bu  cür  məhdud  mövqedən  yanaşdıqda  belə,  bank  bazarı  çox  mürəkkəb  bir 

qurum olub geniş hüdudlara və çoxsayh elernentlərə malikdir. Bu, bazar sisteminin 

struktur  elementləri  arasında  hədd  qoyulması  meyarıarının  çoxsaylı  olmasını 

şərtləndirir. Məsələyə ciddi yanaşsaq, bir bazar barədə deyil, çoxlu bank bazarları 

barədə danışmaq daha düzgün olar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

 

 



 

1.2. Bank, maliyyə və pul bazarlarının qarĢılıqlı nisbəti 

Bank  bazarının  mahiyyətini  və  hüdudlarını  nəzərdən  keçirərkən  onunla 

məzmun  etibarilə  çox  yaxın  olan  maliyyə  bazarı  və  pul  bazarı  kateqoriyalan 

arasındakı nisbətə diqqət yetirmətnək olmaz. 

Maliyyə bazarı  - maliyyə aktivləri ilə, yəni nağd və nağdsız pullarla, eləcə 

də qiymətli kağıziarla bağlı əqdlərin həyata keçirildiyi bazardır. Bağlanan əqdlərin 

xarakterindn asılı olaraq maliyyə bazarını iki hissəyə bölürlər:  

1)

 



pul bazarı ;  

2)

 



kapital bazarı.  

Beləliklə,  pul  bazarı  qısamüddətli  əqdlərin  həyata  keçirildiyi  maliyyə 

bazarının seqmentidir (məsələn, ödənilmə müddəti bir ildən çox olmayan əqdlərin 

həyata keçirildiyi bazar). Kapital bazarı uzunmüddətli (yəni bir ildən artıq müddətə 

bağlanılan)  aktivlərlə  bağlı  əqdləri  birləşdirir.  Lakin  bazarın  bu  iki  tipi  arasında 

ciddi  hədd  yoxdur.  Heç  olmasa  ona  görə  ki,  istiqrazların  ödənilmə  müddəti  son 

dərəcə müxtəlifdir. 

Aktivin konkret növünə müvafiq olaraq maliyyə bazarını üç sektora bölmək 

olar:  

1)

 



kredit bazarı;  

2)

 



qiymətli kağızlar bazarı; 

3)

 



valyuta bazarı. 

Kredit bazarı müvəqqəti sərbəstləşmiş pul vəsaitlərinin sahibləri və onfardan 

borc  alanfar  arasında  əqdləri  birləşdirir.  Borcalanlar  qismində  fiziki  şəxslər, 

istehsal  və  qeyri-istehsal  müəssisə  və  təşkilatları  və  dövoət  özü  çıxış  edə  bilər. 




 

Ədəbiyyatda kredit bazarını ssuda-depozitlər bazarına (maliyyə-kredit təsisatları ilə 



onların  əmanətçiləri  arasında  sövdələr),  banklararası  kredit  bazarı  (ayrı-ayrı 

kommersiya  bankları  arasında  sövdələr),    banklararası    kredit  bazarı    (ayrı-ayrı  

kommersiya  bankları arasında sövdələr), istehsal krediti bazan (istehsal xarakterli 

məsrəflərin  ödənilməsi  üçün  ssudalar),  kommersiya  krediti  bazarı  (satılmış 

əmtəəyə görə ödənişin təxirə saiınması formasında ssudafar), istehlak krediti bazarı 

(alınmış və istehlak edilmiş nemətlərin haqqını ödəmək üçün vətəndaşlara verilən 

ssudalar)  kimi  növlərə  bölürlər.  Qiymətii  kağıziar  bazan  qiymətli  kağızların 

emitentləri,  fondların  müxtəlif  vasitəçiləri  və  son  investorlar  arasında  sövdələr 

bağlanan sahədir. Valyuta bazannda xarici vafyutanın alqı-satqısı ilə bağlı sövdələr 

həyata keçirilir. 

Əvvəllər universal və ixtisaslaşmış banklar arasında dəqiq hədd olurdu. Bu, 

ilk növbədə onunla bağlı idi ki, bir sıra əməliyyatlar üçün qanunvericiük yoiu ilə 

məhdudiyyətlər  müəyyən  edilirdi.  Məsələn,  ötən  əsrin  30-cu  illərində  Böyük 

Britaniyada  investisiya  fəaliyyətinə  bu  cür  məhudiyyətlər  tətbiq  edilmişdi.  Bu, 

1929-1933-cü  illərdə  ümumdünya  iqtisadi  böhranı  dövründə  çoxsaylı  bankların 

müflisləşməsinə reaksiya tədbiri idi. İkincisi, bankların ayrı-ayrı ixtisaslaşdırılmış 

əməliyyatlar hesabına əldə etdiyi mənfəət o qədər çox olurdu ki, başqa sahələrdə 

fəaiiyyət göstərmək onlardan ötrü vacib olmurdu. 

Nəticədə universal və ixtisaslaşmış banklar yanaşı mövcud idi. Bu halda bəzi 

ölkələrin  bank  sistemlərində  universal  banklar,  digər  ölkəiərin  bank  sistemində 

ixtisaslaşmış  banklar  üstünlük  təşkil  edirdi.  Məsələn,  ənənəyə  görə  İsveçrədə, 

AFR-də  və  Avstriyada  universal  banklar,  Böyük  Britaniyada,  Fransada,  ABŞ-da, 

İtaliyada  və  bəzi  qeyd-şərtlərlə  Yaponiyada  isə  ixtisaslaşmış  bankların  üstünlük 

təşkil etməsi səciyyəvi hal idi. 

Lakin son vaxtlar bir sıra ölkəiərdə bank rəqabətinin güclənməsi şəraitində 

bankların fəaliyyətinin universallaşması meyli daha çox nəzərə çarpır. Universal və 

ixtisaslaşmış  bank  arasında  fərqlər  get-gedə  daha  artıq  dərəcədə  qeyri-müəyyən 

olur,  xarici  ölkələrdəki  kommersiya  banklannın  çoxu  isə  bu  gün  bir  növ  «bank 




 

10 


supermarketlərinə» çevrilmişlər, həmin banklarda ən müxtəlif bank xidmətlərindən 

istifadə  etmək  mümkündür.  Bunun  səbəbi  maddi  istehsal  sahələrində  diversifika-

siyanın  səbəbləri  ilə  eynidir:  uııiversal  bank  ixtisaslaşmış  bankla  müqayisədə 

kommersiya  riskindən  daha  yaxşı  qorunmuşdur,  o,  konyunktur  dəyişikliklərinə 

daha çevik reaksiya verə bilər və deməli, onun rəqabətqabiliyyəti daha yüksəkdir. 

Maliyyə  bazarında  həyata  keçirilən  sövdələrin  xarakterindən  asılı  olaraq, 

onun  strukturlaşdırılmasının  bir  variantı  da  bundan  ibarətdir  ki,  onu  mülkiyyət 

titulları  bazarına  və  borc  öhdəlikləri  bazarına  bölürlər.  Mülkiyyət  titulları 

bazarında  səhmlər,  borc  öhdəlikiəri  bazarında  isə  bütün  digər  maliyyə  aktivləri 

həm qiymətli kağızlar formasında, həm də başqa formalarda iştirak edirlər. 

Asanlıqla görmək olar ki, kommersiya bankları yuxarıda sadalanan maliyyə 

bazarının bütün seqmentlərində ən aktiv fəafiyyətlə məşğuldurlar. Ona görə də bu 

qənaətə gəlmək olar ki, bank bazarı və maliyyə bazarları anlayışları əsasən üst-üstə 

düşür. 


Son  vaxtlar  bir  sıra  ölkələrdə  bank  rəqabətinin  güclənməsi  şəraitində 

bankların fəaliyyətinin universallaşması meyli daha çox nəzərə çarpır. Universal və 

ixtisaslaşmış  bank  arasında  fərqlər  get-gedə  daha  artıq  dərəcədə  qeyri-müəyyən 

olur,  xarici  ölkələrdəki  kommersiya  banklarının  çoxu  isə  bu  gün  bir  növ  «bank 

supermarketlərinə» çevrilmişlər, həmin banklarda ən müxtəlif bank xidmətlərindən 

istifadə  etmək  mümkündür.  Bunun  səbəbi  maddi  istehsal  sahələrində  diversifika-

siyanın  səbəbləri  ilə  eynidir:  universal  bank  ixtisaslaşmış  bankla  müqayisədə 

kommersiya  riskindən  daha  yaxşı  qorunmuşdur,  o,  konyunktur  dəyişikliklərinə 

daha çevik reaksiya verə bilər və deməli, onun rəqabətqabiliyyəti daha yüksəkdir. 

Amma hər halda bu anlayışlar tam mənada bir-birinin sinonimi deyildirlər. 

İş  burasındadır  ki,  banklar  maliyyə  sövdələrinin  əksəriyyətini  həyata  keçirmək 

hüququna  malik  olsalar  da,  bu  cür  sövdələrin  hamısını  həyata  keçirə  bilməzlər. 

Məsələn,  Rusiyada  bankfarın  sığorta  əməliyyatları  aparması  qadağandır,  ABŞ-da 

isə kommersiya bankları qiymətli kağızlarla bağlı əməliyyatlar aparmaq hüququna 

malik  deyildiriər  (bu,  Amerikanın  investisiya  banklarının  imtiyazıdır).  Bu  faktı 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə