Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   2   3   4   5   6   7   8   9   ...   28

 

11 


daha  dəqiq  əks  etdirmək  üçiin  yuxanda  misal  çəkdiyimiz  maliyyə  bazarı 

strukturlaşmasının  variantlarına  daha  bir  variant  əlavə  olunur.  Yuxarıdakı 

variantiarda  alqı-satqı  obyektlərinin  xüsusiyyəti  əsas  götürülürdü.  Yeni  variantda 

isə  bazarın  seqmentJərə  bölünməsi  meyarı  kimı  maliyyə  bazarının  əsas 

subyektlərindən (bu obyektlərin satıcılarından) istifadə edilir. 

Maliyyə  bazarının  əsas  subyektlərindən  asılı  olaraq  onu  (və  onun  bir 

seqmenti olan pul bazarını) bank bazart, sığorta bazarı, pensiya bazarı, trast bazarı 

və  s.  seqmentlərə  bölmək  olar.  Nəzərə  almaq  lazımdır  ki,  yuxarıda  adlarını 

çəkdiyimiz bazarlar ayrıca segmentlər deyildirlər: onlar bir-biri ilə sıx əlaqədardır 

və onların hüdudları kəsişir. Məsələn, əgər bankların valyuta və kredit risklərinin 

sığortalanması  ilə  bağlı  əməliyyatları  həyata  keçirmələrinə  icazə  verilmişdirsə, 

onlar sığorta bazarına müdaxilə edir, sığorta şirkətləri isə, məsələn, yığım sığortası 

poiislərini  təklif  etməklə  bank  bazarına  daxil  olurlar.  Lakin  adlarını  çəkdiyimiz 

seqmentlər  bir-birindən  o  mənada  fərqlənirlər  ki,  bank  bazarının  əsas  subyektləri 

(lideriəri,  əsas  iştirakçıları)  həmişə  banklar,  sığorta  bazarının  əsas  subyektləri 

sığorta şirkətləri, pensiya bazarının əsas subyektləri pensiya fondları olur və s.  

Başqa sözlə desək, bank bazarı, müəyyən mənada, maliyyə bazarının (və pul 

bazarının) bir seqmenti hesab edilə bilər. Bu seqmentin əsas iştirakçıları banklar-

dır.  Eyni  zamanda,  bank  bazarını  daha  məhdud  anlayış  hesab  etmək  o  qədər  də 

düzgün olmazdı. Bəzi hallarda (məsələn, informasiyanın təqdim   edilməsi,   seyf-

lərin   icarəyə   verilməsi,   marketinq   xidmətləri göstərilməsi və sair qeyri-maliy-

yə  xidmətlərindən  söhbət  gedəndə)  bank  xidmətlərinin      satış      bazarı      ənənəvi   

maliyyə   və   pul   bazarı   anlayışı hüdudlarından kənara çıxa bilər. 

Beləliklə, müxtəlif nöqteyi-nəzərdən bank bazarənı maiiyyə və pul bazarları 

ilə  müqayisədə  daha  məhdud  və  ya  daha  geniş  qurum  hesab  etmək  olar.  Bu  o 

deməkdir  ki,  maliyyə  bazarı  anlayışı  bank  və  pul  bazarları  anlayışlarından  fərqli 

müstəvilərdə yeriəşir və onları bir-biri  ilə qarışdırmaq lazım deyil. 

 

 




 

12 


 

 

 



 

1.3. Bank bazarının iĢtirakçıları 

Bank bazarında əsas rəqabət mübarizəsi kommersiya bankları arasında, yəni 

ikisəviyyəli  bank  sisteminin  ikinci,  aşağı  «mərtəbəsində»  yerləşən  və  müştərilərə 

bank xidmətləri (hər cür xidmətlə və ya onların bir qismini) göstərməkiə  məşğu! 

olan bank təsisatları arasında cərəyan edir. Mərkəzi banklar bankların müştərilərə 

xidmət uğrunda bilavasitə rəqabətinə qoşulmamalıdır. 

Ənənəyə  görə, bank bazarının bir-biri  ilə rəqabət  aparan bu  əsas qrupunun 

daxilində universal və ixtisaslaşmış banklar yarımqrupları fərqlənir. 

Universal bank ən müxtəlif müəssisəyə və təşkilatlara, eləcə də əhaliyə bank 

xidmətlərinin  bütün  növlərini  və  ya  demək  olar  ki,  bütün  növlərini  göstərməklə 

məşğuldur. 

Ixtisaslaşmış (xüsusi) bank isə, əksinə, öz fəaliyyətini xidmətlərin bir və ya 

neçə növü üzərində cəmləşdirir: 

 



əmanət  bankları    əhaliyə  əsas  etibarilə  depozit  xidmətləri  göstərməklə 

məşğuldur. 

 

tikinti-əmanət    bankları    krediti    və    əmanətçilərin    öz    yığımlarını 



kombinə etmək yolu iiə fərdi mənzil alınmasını maliyyətəşdirirlər. 

 



ipoteka  bankları  daşınmaz  əmiakı  girov  götürməklə  kreditlər  verir  və 

girov vərəqələrinin (ipotekaiarın) emissiyasınt həyata keçirirlər. 

 

investisiya  bankları  qiymətli  kağızlar  bazarında  vasitəçilər  qismində 



çıxış edirlər. 


 

13 


 

işgüzar  banklar  investisiya  layihələrinin  işlənib  hazırlanması  ilə 



məşğul olurlar, 

 



klirinq banklarının fəaliyyəti təsərrüfatda hesablaşmaların təşkili üzərində 

cəmləşir və s. 

Əvvəllər universal və ixtisaslaşmış banklar arasında dəqiq hədd olurdu. Bu, 

ilk növbədə onunla bağlı idi ki, bir sıra əməliyyatlar üçün qanunvericiük yoiu ilə 

məhdudiyyətlər  müəyyən  edilirdi.  Məsələn,  ötən  əsrin  30-cu  illərində  Böyük 

Britaniyada  investisiya  fəaliyyətinə  bu  cür  məhudiyyətlər  tətbiq  edilmişdi.  Bu, 

1929-1933-cü  illərdə  ümumdünya  iqtisadi  böhranı  dövründə  çoxsaylı  bankların 

müflisləşməsinə reaksiya tədbiri idi. İkincisi, bankların ayrı-ayrı ixtisaslaşdırılmış 

əməliyyatlar hesabına əldə etdiyi mənfəət o qədər çox olurdu ki, başqa sahələrdə 

fəaiiyyət göstərmək onlardan ötrü vacib olmurdu. 

Nəticədə universal və ixtisaslaşmış banklar yanaşı mövcud idi. Bu halda bəzi 

ölkələrin  bank  sistemlərində  universal  banklar,  digər  ölkələrin  bank  sistemində 

ixtisaslaşmış  banklar  üstünlük  təşkil  edirdi.  Məsələn,  ənənəyə  görə  İsveçrədə, 

AFR-də  və  Avstriyada  universal  banklar,  Böyük  Britaniyada,  Fransada,  ABŞ-da, 

İtaliyada  və  bəzi  qeyd-şərtlərlə  Yaponiyada  isə  ixtisaslaşmış  bankların  üstünlük 

təşkil etməsi səciyyəvi hal idi. 

Lakin son vaxtlar bir sıra ölkələrdə bank rəqabətinin güclənməsi şəraitində 

bankların fəaliyyətinin universallaşması meyli daha çox nəzərə çarpır. Universal və 

ixtisaslaşmış  bank  arasında  fərqlər  get-gedə  daha  artıq  dərəcədə  qeyri-müəyyən 

olur,  xarici  ölkələrdəki  kommersiya  banklarının  çoxu  isə  bu  gün  bir  növ  «bank 

supermarketlərinə» çevrilmişlər, həmin banklarda ən müxtəlif bank xidmətlərindən 

istifadə  etmək  mümkündür.  Bunun  səbəbi  maddi  istehsal  sahələrində  diversifika-

siyanın  səbəbləri  ilə  eynidir:  universal  bank  ixtisaslaşmış  bankla  müqayisədə 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə