Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   2   3   4   5   6   7   8   9   ...   28

 

14 


kommersiya  riskindən  daha  yaxşı  qorunmuşdur,  o,  konyunktur  dəyişikliklərinə 

daha çevik reaksiya verə bilər və deməli, onun rəqabətqabiliyyəti daha yüksəkdir. 

Müasir  Rusiyada  bankların  əksəriyyəti  (o  cümlədən  ixtisaslaşmanı  öz 

adlarında  və  nizamnəmələrində  bəyan  edən  bankların  çoxu)  universal  banklardır,  

Bununla    belə,    bəzi    banklar  müəyyən  fəaliyyət  sahələrini  (ipoteka  krediti 

verilməsi, qiymətli kağızların bazarında iş, banklararası əməliyyatlar) öz fəaliyyət-

lərinin strateji prioritetləri hesab ediılər. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  bank  bazarında  satıcıların  tərkibi  təkcə 

kommersiya bankları ilə məhdudlaşmır.80-ci illərin əvvəllərində «Vizainterneşnl» 

(Visa  International)  şirkətinin  prezidenti  befə  bir  bəyanatla  çıxış  etmişdi: 

«Gələcəkdə  banklar  pul  tədavülünün  mərkəzində  olmayacaqlar,  onların  yerini 

başqa  müəssisələr  tutacaqdır».  Geyri-bank  kredit-maliyyə  təsisatları  və  qeyri-

maliyyə müəssisələri də çox fəal rəqiblərin daha iki qrupunu təşkil edir. 

Qeyri-bank  kredit-maliyyə  təsisatları  -  formal  baxımdan  bank  olmayan 

(bank  lisenziyası  olmayan),  lakin  əsas  fəaliyyəti  maliyyə  xidmətlərinin 

göstərilməsi  və  çox  cəhətdən  bank  əməliyyatlarına  oxşar  əməliyyatların  həyata 

keçirilməsi  ilə  bağlı  olan  müəssisələrdir.  Buna  görə  də  ingilisdilli  ədəbiyyatlarda 

qeyri-bank  maliyyə-kredit  təsisatlarına  «banka  oxşar  qurumlar»  (near-banks)» 

deyirlər. Məsələn, kredit kooperativləri, lombardlar, lizinq və faktorinq şirkətləri, 

bəzi  başqa  müəssisələr  kreditvermə  sahəsində  kommersiya  bankları  ilə  müəyyən 

mənada rəqabət apara bilərlər. 



Kredit  kooperativləri  payçı  üzvlərin  istehsal  və  istehiak  ehtiyaclarını 

kreditləşdirmək  məqsədilə müəssisələr (adətən, kiçik müəssisələr) və ya ayrı-ayrı 

şəxslər tərəfindən payçılıq qaydasında yaradılır. XIX əsrin ortalarında xırda əmtəə 

istehsalının inkişafı ilə əlaqədar Avropada bu cür müəssisələr yaranmağa başlamış, 

onlar  Almaniyada  (şəhər  və  kənd  kredit  ortaqlıqları  formasında)  və  Rusiyada 



 

15 


(qarşılıqlı kredit cəmiyyətləri, ssuda və ssuda-əmanət ortaqlıqları formasında) daha 

geniş inkişaf etmişdi. 

Hazırda dünyanın 80-dən çox ölkəsi kredit kooperativləri şəbəkəsi ilə əhatə 

edilmişdir.  Onlar  öz  müştərilərinə  genişspektrli  xidmətlər  göstərirlər:  öz  üzvləri 

üçün  yığım,  pensiya  və  digər  hesablar  açır,  ev,  avtomaşın  almaq,  təhsil  haqqını 

ödəmək  üçün  kredit  xəttləri  açır  və  uzunmüddətli  borclar  verir,  çek  və  veksel 

tədavülündə  iştirak  edir,  öz  payçılarına  münasibətdə  maliyyə  məsləhətçiiəri  kimi 

çıxış  edir,  onların  maliyyə  hüququnu  öyrənməsini  təşkil  edirlər.  Təşkilati  fəa-

liyyətlə  bağlı  xərcdlərin  minimal  səviyyədə  və  kapitalın  dövriyyəsinin  maksimal 

səviyyədə olması sayəsində oniar özəl müştərilərə xidmət göstərilməsi baxımından 

kommersiya  banklarının  rəqibfərinə  çevrilirlər.  Adətən,  kredit  kooperativlərində 

kreditlər üzrə faiz dərəcəsi banklardakına nisbətən xeyli aşağı olur. 

XX əsrin əvvəllərində Rusiya kredit kooperavtilərinin sayına görə dünyada 

lider,  həmin  kooperavtilərin  üzvlərinin  sayına  görə  aparıcı  ölkələrdən  biri  idi. 

Sovet  dövründə  kredit  kooperasiyası  əsasən  müəssisə  və  təşküatlarda  yaradılan 

qarşılıqlı  yardım  kassaları  şəklində  mövcud  olmuşdur.  Kredit  kooperativlərinin 

yaradılması  ölkədə  bazar  münasibətlərinin  inkişafının  başlanması  ilə  əlaqədar 

dirçəlmişdir.  Hüquqi  cəhətdən  sənədləşdirilmiş  və  fəaliyyət  göstərən  ilk  kredit 

kooperavtilərindən biri Moskvadakı «Zoloto Atlantidı» kredit istehlakçı ittifaqı idi. 

Lakin  Rusiyanın  bank  bazarında  kredit  kooperavtiləri  hələlik  nəzərəçarpacaq  rol 

oynamırlar. 

Lombardlar.  Kredit  müəssisələrinin  ən  qədim  növlərindən  biri  olan  lom-

bardlar müasir Rusiyada kredit kooperavtiləri ilə müqayisədə bir qədər geniş yayıl-

mışdır. Belə hesab ediriər ki, ilk lombard XV əsrdə Fransada, əslən Lombardiyada 

olan sələmçilər tərəfindən təsis edilmişdir. Ənənəyə görə lombardlar fiziki şəxslərə 

məxsus daşınan əmlakı (qiymətti metallardan hazırlanmış məmulat, sənət əsərləri 



 

16 


və əntiq əşyalar, avtomobillər və s.) girov götürülməklə onlara kredit verilməsi ilə 

məşğui olurdular. Bundan əiavə, inqilabdan əvvəlki Rusiyada və sonralar SSSR-də 

lombardların yaradılmasından bir məqsəd də girov müqabilində ssuda verilməsi ilə 

yanaşı  əhaliyə  şəxsi  istifadə  və  məişət  əşyalarını  mühafizə  etmək  imkanı 

yaratmaqdan ibarət idi. 

Hazırda  lombardlar  (bəzən  girov  və  ya  kredit-girov  şirkətləri  adı  altında) 

Rusiyanın  bir  sıra  kommersiya  şirkətləri  tərəfindən  öz  fəaliyyətlərinin  diversifi-

kasiyası çərçivəsində yaradılır, bu halda yerii bankların istehlak kreditləri verilməsi 

məsələsinə  hələ  az  diqqət  yetirməsindən  istifadə  edirlər.  Lakin  kredit  veriiməsi 

sahəsində  lombardların  daha  artıq  dərəcədə  mobil  olması,  xırda  borcverənlərlə 

işləməyə  hazır  olması  hesabına  onlar  banklarla  rəqabət  apara  biləcəyi  halda 

girovun saxlanmasının etiralılıq dərəcəsində banklardan xeyli geri qalırlar. Təəssüf 

ki,  yeni  yaradıian  lombardların  çoxu  sərvətlərin  saxlanması  üçün  iazımi  qaydada 

təchiz edilmiş mühafizəxanalara və etibarlı mühafizəyə malik deyildirlər. 



Lizinq Ģirkətləri. XX əsrin 50-ci illərinin əvvəllərində ABŞ-da, 60-cı illər-

dən  başlayaraq  Qərbi  Avropa  ölkələrində  sahibkarlıq  fəaliyyətinin  yeni  bir  növü 

olan  lizinq  yaranmışdır.  Lizinq  şirkətləri  maşınlar,  avadanlıqlar,  nəqliyyat  vasi-

tələri almağa və onları adətən 5-8 il və daha artıq müddətə icarəçi firmaya icarəyə 

verməyə başladılar. İcarəçi firma əmlakdan istifadə etdtkcə borcunu tədricən ödə-

yirdi.  80-ci  iilərin  əvvəllərində  lizinq  çox  geniş  yayılmışdı,  Qərb  iqtisadçılarının 

hesablamalarına  görə  inkişaf  etmiş  ölkələrdə  əsas  fondlara  investisiyalar  üçün 

vəsaitlərə  illik  tələbatın  6-20%-i  lizinq  vasitəsi  ilə  ödəniür.  Lizinq  dolayı  yolla 

kredit  verilməsinin  bir  növü  (əmtəə  formasında  kredit)  oiduğu  üçün  o,  bank 

təsisatlarının  diqqətini  çox  cəlb  etmişdir  və  hazırda  lizinq  əməliyyatları  təkcə 

ixtisasiaşmış  şirkətlər  tərəfindən  deyil,  həm  də  kommersiya  bankları  tərəfindən 

həyata keçirilir. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə