Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   2   3   4   5   6   7   8   9   ...   28

 

17 


Rusiyada  ilk  lizinq  şirkəti  («Yevrolizinq  QmbH»)  hələ  1990-cı  ildə 

qeydiyyata  alınmışdır.  Əlamətdar  haldır  ki,  onun  əsas  təsisçiləri  banklar  idi.  O 

vaxtdan bəri başqa lizinq şirkətləri də yaradılmışdır. Kommersiya bankları da həm 

bilavasitə,  həm  də  özlərinin  təsis  etdikləri  törəmə  firmalar  vasitəsilə  lizinq 

fəafiyyəti ilə məşğul olmağa başlayırlar. Lakin bütövlükdə Rusiyada lizinq hələlik 

çox zəif inkişaf etmişdir.  



Faktorinq Ģirkətləri. Həm banklar, həm də banka oxşar qurumlar tərəfindən 

həyata keçirilən dolayı kreditvermənin digər forması faktorinqdir. O, maliyyə təsi-

satı  tərəfindən  əmtəə  tədarükü  və  xidmətlər  göstərilməsi  ilə  bağlı  tələblər  hüqu-

qunun alınmasında, bu cür tələblərin icra riskinin qəbul edilməsində və sonradan 

onların inkassasiya edilməsində ifadə olunur. Faktorinq ilk dəfə XVI-XVII əsrlərdə 

xalis əmtəə xarakterli əməliyyat kimi yaranmışdı və ixtisaslaşdırılmış vasitəçilər - 

faktorinq  şirkətləri  tərəfindən  təklif  olunurdu,  Yalnız  XX  əsrin  60-cı  illərindən 

başlayaraq maliyyə faktorinqi banklar tərəfındən də mənimsənildi. Dünyada fakto-

rinq şirkətlərinin dövriyyəsi daim artmaqdadır. Onların xeyli hissəsi dörd qrup şək-

lində birləşmişdir. Rusiyanın banklarından ikisi artıq həmin qrupların birinə daxil 

omtuşdur. Lizinq kimi faktorinq də Rusiyada hələlik zəif inkişaf etmişdir və əsas 

etibarilə kommersiya bankları tərəfindən təklif olunur. 



Forfeytinq Ģirkətləri. Kommersiya bankları ixracatçt firmalara dolayı yolla 

kredit  verilməsinin  fortfeytinq  formasını  təklif  edirlər.  Bu  formanın  mahiyyəti 

kommersiya veksellərinin və xarici ticarət sövdələri ilə bağlı digər borc tələblərinin 

dövriyyəsiz alınması yolu ilə ixracın kreditləşdirilməsindən ibarətdir. Başqa sözlə 

desək,  forfeytinq  sahibkarın  kommersiya  kreditini  bank  kreditinə  transformasiya 

edilməsinin bir formasıdır. Başlanğıcda ixtisaslaşdırılmış şirkətlər tərəfindən həya-

ta keçirilən lizinqdən və faktorinqdən fərqli olaraq forfeytinq İkinci Dünya  Müha-

ribəsindən sonra yarandığı andan başlayaraq kommersiya bankları tərəfindən həya-




 

18 


ta keçirilirdi. Yalnız müvafiq əməliyyatların həcmi artıqdan sonra ixtisaslaşdırılmış 

forfeytinq  şirkətləri  yaradılmağa  başlandı.  Rusiyada  forfeytinq  xidmətləri  kom-

mersiya bankları tərəfindən həyata keçirilir. 

Uçot-veksel  kontorlan.  İqtisadiyyatda,  xüsusən  Rusiyada  mövcud  olan 

ödəniş  böhranı  şəraitində  veksellərin  dövriyyəsinin  yaxşı  təşkil  edilməsi,  o 

cümlədən veksellərin uçot sisteminin təşkil edilməsi mühüm rol oyanaya bilər. Bu 

cür xidmətləri banklarla yanaşı ixtisaslaşdırılmış təşkilatlar  - uçot (aksept) evləri, 

uçot-veksel kontorları da göstərirlər. 

Məsələn,  «Yedinaya  energetiçeskaya  sistema»  aksept  evinin  fəaliyyətinin 

predmeti  Rusiyada  veksel  dövriyyəsini  təşkil  etməkdən  ibarətdir.  Bu  aksept  evi 

tərəfindən yaradılmış uçot-veksel kontorları (UVK) şəbəkəsinin fəaliyyəti region-

larda malyiyə sabitliyinin artırılmasına yönəlmişdir. 

Qeyri-dövlət  pensiya  fondlan.  Kommersiya  banklarının  «banka  oxşar 

qurumlar» tərəfindən rəqabətlə qarşılaşdığı sahə təkcə kreditvermə sahəsi ilə məh-

dudlaşmır. Məsələn, qeyri-dövlət pensiya fondları müştərilərin sərbəst vəsaitlərinin 

cəlb edilməsi uğrunda banklarla rəqabət aparırlar. Bu cür fondlar işə götürənlərin 

və vətəndaşların üzvlük haqları hesabına əlavə könüllü pensiya təminatı həyata ke-

çirirlər. Rusiyada qeyri-dövlət pensiya fondlarının yaradılmasının fəallaşması kom-

mersiya banklarına əmanətlər axınını müəyyən qədər azaltmışdır. 

Sığorta Ģirkətləri öz müştərilərinə sığorta müqavilələri təklif edirlər. Bu cür 

müqavilələrin  bir  qismi,  mahiyyət  etibarilə  bank  əmanətlərinin  substitləri  hesab 

edilə bilər. Məsələn, hələ sovet dövründə SSRİ dövlət sığorta idarəsinin müəssisə-

ləri uşaqların sığortası, nigah günü münasibətilə sığorta, ömür sığortası (sığortanın 

bu növü əlavə ödənişli müddətli əmanətlərin analoqu idi), eləcə də əlavə pensiya 

sığortası  (müəyyən  mənada  bankda  sığorta  əmanəti  müqaviləsi  bağlanmasına 

oxşayır) kimi sığorta formaiarı təklif edirdilər. 



 

19 


Yenidənqurmadan sonrakı dövrdə Rusiyada yeni yaradılmış sığorta şirkətləri 

bu  cür  xidmətiərin  çeşidini  genişləndirmişlər.  Məsələn,  sığorta  şirkətlərindən  biri 

özünün  potensial  müştərilərinə  müddətsiz  sığorta  sertifikatı  təklif  edirdi.  Bu 

sertifikat  bədbəxt  hadisələrdən  ömürlük  fərdi,  ailəvi  və  kollektiv  sığorta  üçün 

nəzərdə  tutulmuşdur.  Şirkət  idddia  edirdi  ki,  müştəri  istənilən  vaxt  heç  bir  məh-

dudiyyət olmadan sığorta polisini şirkətə qaytarmaq və inflyasiya ilə əlaqədar itki-

ləri  dəqiq  kompensasiya  edən  əlavə  ilə  birlikdə  öz  pullarını  şirkətdən  almaq 

hüququna malikdir. Bu nümunədə sığorta şirkəti mahiyyət etibarilə onkol əmanə-

tinin  bir  analoqunu  bir  qədər  üstörtülü  formada  təklif  edir.  Bəzi  sığortaçtlar  isə 

banklarla  rəqabət  aparmaq  üçün  həyata  sığortasının  qaytarılması,  yığım,  əmanət 

sığortası və inflyasiyadan sığorta xidmətlərini reklam edirfər. 

Bundan əlavə, bəzi ölkələrdə (məsələn Almaniyada) sığorta şirkətləri sənaye 

və  ticarət  firmalarına  uzunmüddətli  kreditlər  verilməsi  ilə  məşğul  olurlar.  Bank 

xidmətlərinin zəmanət verilməsi kimi növündən istifadə edən ixtisaslaşmış sığorta 

şirkətləri də mövcuddur. 

Kommersiya  bankları  da  sığorta  bazarını  diqqətdən  kənarda  saxlamırlar. 

ABŞ-da  son  illərdə  kommersiya  baknlarının  sığorta  fəaliyyətində  iştirak  etməyə 

marağının xeyli artması müşahidə edilir. Bir sıra iri banklar öz müştərilərinin əhatə 

dairəsini  genişləndirməyə  çalışaraq  «one-stop-shopping»  konsepsiyasını,  yəni 

müştərinin  sığorta  ehtiyaclan  da  daxil  olmaqla  bütün  maüyyə  ehtiyaclarının  eyni 

yerdə  təmin  etmək  konsepsiyasını  fəal  işləyib  hazıriamışlar.  Lakin  bankların 

sığorta fəaliyyətində tam hüquqlu iştirakt yolunda bir sıra qanunvericilik maneələri 

mövcuddur. Məsətən, hazırda federal səviyyədə qüvvədə olan Qan-Sen-Jermen ak-

tında  açıq-aşkar  göstərilir  ki,  ABŞ  bankları  sığorta  fəaliyyətində  iştirak  edə  bil-

məzlər,  çünki  bu  cürfəaliyyət  bankların  təbiəti  üçün  «səciyyəvi  deyildir),  yalnız 

Cənubi Dakota ştatında yerli qanunvericilik bu ştatda qeydiyyata alınmış bankların 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə