Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   2   3   4   5   6   7   8   9   10   ...   28

 

20 


sığorta fəaliyyəti ifə məşğul olmalarına açıq icazə verir. Buna baxmayaraq bankla-

rın çoxu qanunvericilikdə (ilk növbədə ştatalar səviyyəsində) lazımi boşluqlar tapa 

bilmişlər və hazırda onlar sığorta məhsullarının bütöv bir dəstini fəal təklif edirlər. 

Rieltor firmaları.  Rieltor firmaları ilə kommersiya bankiarının münasibət-

lərində  də  bir  növ  buna  oxşar  mənzərə  müşahidə  edilir:  bir  tərəfdən,  peşəkar 

rieltorların  vasitəçiliyi  sayəsində  daşınmaz  əmlaka  investisiyalar  qoyulması  bank 

əmanətiəri də daxil olmaqla investisiyaların başqa növlərinə substitlər hesab edilə 

bilər. Digər tərəfdən, banklar özləri də daşınmaz əmlak bazarına nüfuz edə bilərlər. 

Rusiyalı ekspertlər qeyd ediriər ki, Moskvanın daşınmaz əmlak bazarında get-gedə 

daha çox nəzərə çarpan hadisələrdən biri həmin bazarda həyata keçirilən əməliy-

yatlarda iri kommersiya banklarının fəal iştirak etməsidir. (Halbuki əvvəllər bank-

ların bu bazarda iştirakı demək olar ki, müstəsna olaraq bir dəfəük həyata keçirilən 

tədbirlərlə,  məsələn,  ofıs,  öz  əməkdaşları  üçün  mənzillər  alınarkən)  bu,  təbiidir, 

çünki bankların çoxu sərfəli əməliyyatlara sərmaya qoyulması tələb edilən həcmdə 

sərbəst  pul  kütləsinə  malikdirlər,  daşınmaz  əmlak  isə,  ənənəyə  görə  vəsaitin 

yerləşdirilməsi  üçün  ən  cəlbedici  obyektdir.  Bank  kapitalının  daşınmaz  əmlak 

bazarına  geniş  miqyaslı  «müdaxiləsi»  xüsusən  iri  kreditorlar  tərəfindən  etibarlı 

rieltorlar ayrılmasında təzahür edir. 

İnvestisiya xidmətfəri bazarında banklaria rəqabət aparan qeyri-bank maliy-

yə  təsisatlarının  ən  çoxsaylı  qrupu  fond  bazarının  müxtəlif təsisatları  -emitentlər, 

investorlar və investisiya təsisatlarıdır. 



Qiymətli kağızlarm emitentləri. Nəzəri cəhətdən, kağızların istənilən emi-

tenti  hüquqi  və  fiziki  şəxslərin  vəsaitlərini  cəlb  etməkdə  kommersiya  banklarının 

rəqibi  qiymətli  ola  bilər,  çünki  bu  emitent  bizim  bank  bazarı  dediyimiz  bazarda 

investisiya  imkanları  təkiifini  artırır.  Lakin  bu  söztər  əsasən  borc  öhdəliklərinin 

(istiqrazlar, veksellər və s.) emitentlərinə aiddir, müəssisə və təşkilatlar tərəfindən 



 

21 


səhmlər emissiya edilməsi isə bank bazarında həm təklifi, həm də tələbi, konkret 

olaraq bankların emissiya xidmətlərinə tələbi artır (emissiyanın təşkil edilməsi və 

kənar  emitentlərin  qiymətli  kağızlarının  ilkin  bazarda  yerləşdirilməsi).  Bundan 

əlavə, səhm emitentlərinin sayının çox olması bankların müştərilərə fond dəyərlə-

rinin əldə edilməsi və satışı ilə bağlı vasitəçilik xidmətləri göstərməsi üçün zəruri 

ilkin şərtdir. 

Bununla əlaqədar, qiymətli kağızlar bazarında kommersiya banklarının əsas 

rəqibləri emitentlərdən daha çox institusional investorlar və investisiya təsisatları-

dır.  Mütəxəssislərin  fikrincə  Rusiyada  qiymətli  kağızlar  bazarı  kəskin  rəqabət 

bazarıdır. Burada yaxın və üuzaq perspektivlərdə banklar və qeyri-bank investisiya 

təsisatları arasında çox kəskin rəqabət gözlənilir. 

Rusiyada investisiya təsisatı qismində qanunla yol verüən istənilən formada 

yaradılmış  və  qiymətli  kağızlar  bazarında  vasitəçi  (maliyyə  brokeri),  investisiya 

məsləhətçisi, investisiya şirkəti və ya investisiya fondu qismində fəaliyyət göstərən 

hər bir fiziki şəxs ola bilər. 

Maiiyyə  brokerləri  və  investisiya  məsləhətçiləri.  Maliyyə  brokerləri 

komission  müqavilə  və  ya  tapşırıq  əsasında  müştərinin  vəsaiti  hesabına  və  onun 

tapşırığı  ilə  qiymətli  kağızların  alqı-satqısı  zamanı  vasitəçi  (agent)  funksiyalarını 

yerinə  yetirirlər.  Dövlət  mülkiyyətinin  genişmiqyaslı  özəlləşdirilməsi  dövründə 

maliyyə brokerlərinin çoxu ən geniş əhatəli investorlarla fond mağazaları prinsipi 

üzrə  işləyirdilər.  İnvestisiya  məsləhətçisinin  fəaliyyəti  qiymətli  kağızların  bura-

xılışı və dövriyyəsi barədə məsləhət xidmətləri göstərilməsi ilə məhdudlaşır. 

Qanunvericiliyə görə, investisiya təsisatları qiymətli kağızlarla bağlı fəaliy-

yətini  yalnız  müstəsna  hal  kimi  həyata  keçirməlidirlər.  Buna  görə  də  investisiya 

təsisatiarının  yuxarıda  adları  çəkilən  iki  tipinin  hər  biri  yalnız  bir  xidmət  növü 




 

22 


sahəsində  -  qiymətli  kağızların  buraxılışı  və  dövriyyəsi  sahəsində  kommersiya 

bankları ilə rəqabət aparır. 



Investisiya  Ģirkətləri.  İnvestisiya  şirkətlərinin  fəaliyyət  dairəsi  və  onların 

bank  rəqabətinə  cəlb  edilmə  dərəcəsi  bir  qədər  genişdir.  Bu  sahəyə  qiymətli 

kağızlar  buraxılmasının  təşkil  edilməsi  və  onların  üçüncü  şəxslərin  xeyrinə 

yerləşdirilməsinə dair zəmanətlər verilməsi; qiymətli kağızlara sərmayə qoyulması, 

öz  adından  və  öz  hesabına,  o  cümlədən  qiymətli  kağızların  kotirovkası  yolu  ilə 

(qiymətli  kağızlar  üçün  «satıcı  qiymətinin»  və  «alıcı  qiymətinin»  eian  edilməsi, 

investisiya şirkətləri həmin qiymətli kağızları bu qiymətlər üzrə satmağı və almağı 

öhdəyə götürür) alqı-satqısı daxildir. 



Ġnvestisiya  fondları  öz  səhmlərinin  emissiyası  yoiu  ilə  xırda  investorların 

vəsaitlərini  akkumliyasiya  edən  və  onları  öz  adından  başqa  emitentlərin  qiymətli 

kağızlarına,  eləcə  də  bank  hesablarına  və  əmanətiərə  sərmayə  qoyulmasını  təmin 

edən maliyyə təsisatıdır. 

Qərbdə  qarşılıqlı  sərmayə  qoyma  fondları  və  ya  qarşılıqlı  fondlar  adlanan 

analoci təsisatlar 1924-cü ildə ABŞ-da yaradılmışdır. İkinci dünya müharibəsi başa 

çatandan sonra investisiya fondları ən dinamik şəkildə inkişaf edən maliyyə təsisat-

larına  çevrilmişlər.  Hazırda  onlan  ABŞ-ın  instituosional  investorları  arasında  öz 

aktivlərinin  cəminə  görə  korporasiyalann  pensiya  fondiarından  və  sığorta  şirkət-

lərindən  sonra  üçüncü  yeri  tutur,  lakin  bankların  trast  departamentlərini  qabaq-

layırlar. 

Eyni zamanda qeyd etmək lazımdır ki, sənaye cəhətdən inkişaf etmiş ölkə-

lərdə  «investisiya  fondu»  və  «investisiya  şirkəti»  anlayışları  əsasən  sinonimlər 

kimi işlədilir. Fərq yalnız bundan ibarətdir ki, investisiya şirkətlərinin qiymətli ka-

ğız topluları («İnvestisiya portfelləıi») kimi başa düşülən bir neçə investisiya fondu 

ola bilər. Həmin fondlar menecerlərin ayrı-ayrı komandaları tərəfindən idarə edilir. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə