Azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ «magġstr hazirliği məRKƏZĠ» Əlyazması hüququnda



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix14.09.2018
ölçüsü0,93 Mb.
#68184
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

 

23 


Bu  halda  hər  bir  investisiya  fondunun  bütün  səhmləri  və  ya  səhmlərinin  nəzarət 

paketləri idarəedici şirkət adlanan baş investisiya şirkətinin mülkiyyətində olur. 

Rusiya  Federasiyasının  prezidentinin  «Dövlət  və  bələdiyyə  müəssisələrinin 

özəlləşdirilməsi  prosesində  qiymətli  kağızfar  bazarının  təşkil  edilməsi  tədbirləri 

haqqında» 7 oktyabr 1992-ci il tarixii 1186 N°-li Fərmanında İnvestisiya fondu an-

layışı çox geniş şəkildə şərh edilmişdir. Həmin açıqlamaya görə, mahiyyət etibari-

lə, investisiya fondu beynəlxalq meyarlara müvafiq olaraq investisiya şirkətləri he-

sab edilən şirkətlərə bərabər tututur. Fəaliyyəti eyni zamanda aşağıdakı iki meyara 

uyğun olan hər hansı açıq tipli səhmdar cəmiyyəti investisiya fondu hesab edilir: 

1)

 



Fond  öz  səhmlərinin  emissiyası,  öz  vəsaitlərini  başqa  emitentlərin  qiy-

mətli   kağızlarına   sərmayə   qoyması,   qiymətlt   kağızlar  alqı-satqısı hesabına 

vəsaitlər cəlb etməkdən ibarət fəaliyyəti həyata keçirir;  

2)

 



Fondun malik olduğu investisiya qiymətli kağızlarının dəyəri bir təqvim 

ili  ərzində  4  aydan  artıq  müddətdə  onun  aktivlərinin  ümumi  dəyərinin  30%-i  və 

daha artıq hissəsi qədərdir. 

Riskli maliyyələĢdirmə Ģirkətləri. Payçılıq qaydasında iştirak cəmiyyətləri 

və vençur firmaları şəklində riskli maliyyələşdirmə şirkətləri (fondları) investisiya 

fondlarının  özünəməxsus  növüdür.  Xüsusən  Almaniyada  geniş  inkişaf  etmiş 

payçılıq  qaydasında  iştirak  cəmiyyətləri  öz  kapitalını  payçılıq  qaydasında  iştirak 

formasında  məhdud  vaxt  ərzində  öz  səhmlərini  emissiya  etmək  hüququna  malik 

olmayan  xırda  və  orta  müpəssisələrə  təqdim  etməklə  məşğul  olurlar.  Bu  halda 

kapitalın  «alıcıları»  qismində  yalnız  sabit  inkişaf  və  yüksək  gəlirlərlə  səciyyəvi 

olan sabit müəssisələr çıxış edirlər. Bunlardan fərqli olaraq vençur firmaları yalnız 

yaxşı  inkişaf  perspektivlərinə  malik  olan  gənc  innovativ  müəssisələri  maliyyə-

ləşdirilər. Lakin hər iki halda maliyyələşdirmə məqsədli fonddan həyata keçirilir və 

həmin  fondun  vəsaitləri  institusional  və  özəl  investorlar  arasında  qiymətli  kağız-



 

24 


ların  yerləşdirilməsi  yolu  ilə  formalaşan  məqsədli  fonddan  həyata  keçirilir.  Bu 

şirkətlər həm də kredit xidmətlərinə görə bankların rəqibləri hesab edilə bilər. 



Maliyyə  Ģirkətləri.  Rusiya  fond  bazarında  yuxarıda  sadalanan  investisiya 

təsisatları  ilə  yanaşı  maliyyə  şirkətləri  deyilən  strukturlar  da  müəyyən  dərəcədə 

yayılmışdır. Lakin onların nizamnamədə nəzərdə tutulan fəaliyyətləri ilə bir qədər 

ətraflı tanış olduqda məlum olur ki, onlar investisiya şirkətlərindən praktiki olaraq 

heç nə ilə fərqlənmir. Xarici ölkələrin praktikasında maliyyə şirkəti dedikdə müəy-

yən meyar üzrə seçilmiş məhdud əhatə dairəsinə daxil olan korporasiyaları maliy-

yələşdirən və tnvestisiya  şirkətinə,  eləcə də digər  oxşar strukturlara xas olan  sər-

mayələrin  diversifikasiyanı  həyata  keçirməyən  korporasiya  başa  düşülür.  Adətən 

holdinq  şirkətlərindən  fərqli  olaraq  maliyyə  və  investisiya  şirkətləri  özlərinin 

maliyyələşdirdiyi korporasiyaların səhmlərinin nəzarət paketinə malik olmurlar. 

Eyni zamanda, Rusiya maliyyə bazarının spesifik xüsusiyyəti ondan ibarət-

dir ki, bir sıra investisiya və maliyyə şirkətlərinin fəaliyyəti qanunla icazə verilən 

hədlərdən  kənara  çıxmışdır  və  (bəzən  üstüörtülü  şəkildə)  əmanətlərin  qəbul  edil-

məsi, kreditlər veritməsi və həyata keçirilməsi üçün bank lisenziyasının olması tə-

ləb edilərı digər fəaliyyət növlərini əhatə edirdi. Bundan əlavə, maliyyə xidmətiəri 

bazarında ümumiyyətlə heç bir lisenziyast olmayan çoxsaylı cəmiyyət və ortaqlıqla 

maliyyə  şirkətləri,  kredit-əmanət  agentlikləıi  və  s.  adlar  altında  fəaliyyət 

göstərirdilər. 



Dilinq  mərkəzləri.  Nisbətən  yaxın  vaxtlarda  Rusiya  bazarında  investisiya 

xidmətlərinin  yeni  bir  növü-valyuta  diünqi  peyda  olmuşdur.  Bu  halda  müştəri 

beynəlxalq  maliyyə  bazarlarına  birbaşa  çıxış  və  orada  öz  vəsaitləri  hesabına  val-

yuta, qiymətli kağızlar və s. aktivlər alqısatqısı ilə bağlı əməliyyatlar aparmaq im-

kanı  əldə  edirlər.  Xaricdə  onilliklər  boyu  dilinq  əməliyyatları  ilə  məşğul  olan 

broker evlərinin və maliyyə şirkətlərinin bütöv bir şəbəkəsi mövcüddur. Hazırda bu 




 

25 


və digər şirkətlərin iştirakı ilə Rusiyada və yaxın xaric ölkələrində bir sıra dilinq 

mərkəzləri  yaradılmışdır.  Bu  məsələyə  kommersiya  banklarının  münasibətini  çox 

gözləməyə  ehtiyac  olmamışdır:  məsələn  Avtobank  Moskvada  özünün  iki  dilinq 

mərkəzini  açmışdır.  Bu  halda  bankirlər  əmin  olduğunu  bildiriıiər  ki,  dilinq 

əməliyyatlarının  həyata  keçirilməsində  rəqabət  üstünlükləri  onların  tərəfində  ola-

caqdır,  çünki  Rusiya  bankları  təkcə  daha  sərfəli  şərtlər  deyil,  həm  də  vəsaitlərin 

qorunmastna zəmanətlər təklif ediriər. 

Klirinq  palataları.  Son  vaxtlar  Rusiyanın  hesablaşma-kassa  xidmətləri 

bazarında klirinq palatalarının yaranması fəallaşmışdır. Bu palatalar əsasən bank-

lararası korperasiya əsasında yaradılır (məsələn, moskva klirinq mərkəzi, mərkəzi 

hesablaşma  palatası)  və  iştirakçı  banklar  üçün  bir  növ  tədarükçü  roiu  oynayırlar, 

çünki  onlar  RF  mərkəzi  bankının  hesablaşma-kassa  mərkəzləri  sistemini  geniş-

ləndirilər. Eyni zamanda hüquqi cəhətdən müstəqil olan klirinq palataları məxsusi 

hesablaşma-klirinq  sistemləri  olan  kommersiya  banklarının  (İnkonbank,  «Mena-

tep» bankı, Tveruniversal bank, Orqbank) üçün eləcə də birbaşa müxbirlik müna-

sibətlərinə ümid bəsləyən banklar üçün rəqib hesab edilə bilərlər. 

Plastik  kartlann  emitentləh.  Banklarla qeyri  bank  maliyyə  təsisatları  ara-

sında rəqabət maliyyə biznesinin sürətlə inkişaf etməkdə olan daha bir sahəsində - 

plastik  kartların  (kredit,  debet  və  diskont  kartların)  buraxılışı  və  onlara  xidmət 

sahəsində  də  müşahidə  olunur.  Lap  əvvəldə  kartların  emissiyası  ilə  yalnız  kredit 

kartları şirkətləri («Ameriken Ekspress», «Dayners Klab», «Kart Blanş» və s.) və 

diskont şirkətləri (məsələn xaricdə İAPA, ETN, «Countdown» şirkətləri, Rusiyada 

- «Moskow Times», «Ekstra-Klub») məşğul olurdu. Bu şirkətlərin uğur qazanması 

sayəsində sonradan qeyri-maliyyə müəssisələri (telefon şirkətləri, super marketlər, 

otellər,  yanacaqdoldurma  stansiyalan  şəbəkələrinin  sahibləri  və  b.)  və  banklar  da 

plastik kartlar buraxmağa başladılar. 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə