Azərbaycan dövləti öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə



Yüklə 127,13 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü127,13 Kb.
#65342


“Xalq qəzeti”.-2012.-6 iyun.-N 123.-S.5.

Azərbaycan dövləti öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə

nüfuz qazanıb

Respublikamız öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  demokratik  prinsiplərin  inkiş afına  xüsusi

önəm verən dövlət kimi Avropaya və dünya birliyinə sürətlə inteqrasiya etməyə baş ladı. Biz dünyanın qədim

və zəngin mədəniyyətinə malik ölkələrdən biri kimi, Avropa sivilizasiyasının tərkib hissəsi, demokratiya yolu

ilə  inkişaf edən,  insan  hüquq  və  azadlıqlarının  yüksək  səviyyədə  qorunmasını  prioritet  vəzifə  kimi  qarşıya

qoyduq.

Müstəqilliyinin ilk illərindən dünyanın inkişaf etmiş ən nüfuzlu təşkilatları ilə sıx əməkdaşlıq quran dövlətimiz

bu  gün  həmin  qurumların  ən  fəal  üzvlərindəndir.  Azərbaycan  beynəlxalq  təşkilatlar  qarşısında  götürdüyü  bütün

öhdəlikləri  layiqincə  yerinə  yetirir  və  yalnız  öz  milli  maraqlarına  əsaslanan  müstəqil  siyasət  yürüdür.  Ölkəmizdə

vətəndaş  cəmiyyəti  institutları  müstəqil,  sərbəst  fəaliyyət  göstərir,  fikir  plüralizmi,  söz  azadlığı  və  müstəqil

mətbuatın  inkişafı  üçün  hər  cür  şərait  yaradılımışdır.  Təbii  ki,  bütün  bunlar  beynəlxalq  aləmdə  yüksək

dəyərləndirilir.  İnsan  hüquq  və  azadlıqlarının  müdafiəsi,  Azərbaycan  vətəndaşlarının  şərəf  və  ləyaqətinin

qorunması,  demokratik  prinsiplərin  inkişafı,  habelə  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi  Prezident  İlham

Əliyevin  həyata  keçirdiyi  dövlət  siyasətinin  əsasını  təşkil  edir.  Bu  istiqamətdə  reallaşdırılan  tədbirlər  ölkəmizin

beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.

Azərbaycanda  insan  hüquq  və  azadlıqlarının əsaslı şəkildə  müdafiəsinin,  insanların  öz  fikirlərini  sərbəst  ifadə

etmələrinin  təməli  ümummilli  lider  Heydər  Əliyevin  ikinci  dəfə  siyasi  hakimiyyətə  gəlişindən  sonra  qoyuldu.

1993-cü  ildə  ölüm  hökmünün  icrası  üzərində  moratorium  qoyulmasını,  1998-ci  ildə  isə  bu  cəzanın  tam  ləğv

olunmasını xüsusi qeyd etmək lazımdır.  Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda

insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət  mərkəzində saxladığı məsələlərdəndir.Bununla

yanaşı, ölkəmizin demokratik prinsiplərə sadiqliyi də beynəlxalq aləmdə öz təsdiqini tapdı.  Çünki  ölüm  cəzasının

ləğv  edilməsi  nüfuzlu  beynəlxalq  təşkilatların,  əsasən  də  Avropa  Şurasının  bu  quruma  üzv  dövlətlər  qarşısında

müəyyənləşdirdiyi  başlıca  tələblərdən  idi.  Avropa  Şurasının  1983-cü  ildə  qəbul  etdiyi  İnsan  Hüquqlarına  dair

Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın

ləğvi,  nüfuzlu  qurumun  insan  hüquq  və  azadlıqlarına,  insanın  yaşamaq  hüququna  necə  yüksək  dəyər  verdiyinin

əyani təzahürüdür. Ulu öndərin insan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirdiyi

tədbirlər bu dəyərləri özündə yüksək səviyyədə əks etdirmişdir.

Bütün  siyasi  fəaliyyəti  humanizm  prinsiplərinə  əsaslanan  ümummilli  lider  Heydər  Əliyev  1995-ci  ildə

Azərbaycanda əfv və amnistiya institutunu təsis etdi. Ümumiyyətlə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv

sərəncamı imzalandı.  Bu  amnistiya  aktları 77  mindən  çox  insana  şamil  edilib.  Bunlardan  21325  nəfəri  cəzasının

çəkilməmiş hissəsindən, 3 mindən çox şəxs isə bağışlanaraq cəzadan azad edilib.

Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  əsası qoyulmuş  humanizm  ənənələri  bu  gün  də  yüksək  səviyyədə

davam  etdirilir.  Ulu  öndərin  yarımçıq  qalmış  ideyalarını  layiqincə  həyata  keçirən  Prezident  İlham  Əliyevin

humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq

aləmdə  yüksək  dəyərləndirilir.  Səhvindən  səmimi  peşmançılıq  hissləri  keçirən,  dövlət  başçısına  bağışlanması ilə

bağlı  müraciət  edən  və  ictimai  asayişə  bütövlükdə  təhlükə  təşkil  etməyən  məhkumların  bağışlanması  insanların

dövlət başçısına olan inamını daha da artırıb. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik

ölkə  kimi  beynəlxalq  aləmdə  nüfuz  qazanıb.  Tarixi  şəxsiyyət  Heydər  Əliyevin  humanist  prinsiplərinin  davam

etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli

Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  atdığı  qətiyyətli  addımlar  da  xüsusilə  qeyd  edilməlidir.  M.

Əliyevanın  təşəbbüsü  ilə  2007-ci  il  mayın  8-də  Milli  Məclis  "Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər

Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar qəbul etdi. Ulu öndərin anadan olmasının 84 illiyi ilə

əlaqədar  amnistiya  qərarından  9  min  877  məhkum  bəhrələnmişdir.  Mehriban  xanım  Əliyeva  Azərbaycanda  insan

hüquq  və  azadlıqlarının  qorunması  istiqamətində  dövlətin  həyata  keçirdiyi  siyasəti  yüksək  qiymətləndirərək

demişdir: "Hər bir amnistiya humanizm ideyasının qələbəsidir. İndi həyat hər şeydən üstündür. Hər bir insan layiqli

həyat  sürmək  hüququna  malikdir  və  amnistiya  aktını  qəbul  edərkən  biz  insanlara  öz  səhvlərini  anlamaqda,

cəmiyyətə qayıtmaqda və düzgün yol seçməkdə kömək etmiş oluruq. Mərhəmət, bağışlama və rəhmlilik - ən yüksək

insani keyfiyyətlərdir".

Bütün  bunlar  Azərbaycanda  insan  hüquqlarının  etibarlı təminatına  və  demokratikləşməyə  xidmət  edən  strateji

siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Bir hüquq eksperti kimi qeyd etmək istərdim ki, Azərbaycanda

insan  hüquq  və  azadlıqlarının müdafiəsi  dövlətin  daim  diqqət  mərkəzində  saxladığı zəruri  məsələlərdəndir.  Bunu

dünyanın tanınmış ekspertləri də təsdiqləyirlər.

Müasir  dövrdə  hər  bir  müstəqil  dövlətin  nüfuzu  və  qüdrəti  həm  də  onun  xarici  siyasət  sahəsində  qazandığı

nailiyyətlərlə  ölçülür.  Dövlətçiliyin,  müstəqilliyin,  milli  təhlükəsizliyin  qorunması,  beynəlxalq  aləmə  çoxşaxəli

inteqrasiyanın  təmin  olunması,  enerji  asılılığının  azaldılması,  iqtisadi  və  geostrateji  maraqların  ödənməsi,




vətəndaşların  firavan  yaşayışının  təmin  olunması  xarici  siyasətdə  mühüm  istiqamətlər  kimi  nəzərdən  keçirilir.

Xarici siyasət  və diplomatiya eyni zamanda hər bir dövlətin beynəlxalq  arenada  mövqelərinin  möhkəmlənməsinə,

ümummilli  problemlərinin  həllinə  yönəlir.  Bu  gün  Azərbaycanın  xarici  siyasətinin  prioritetləri  Avropaya  və

Avratlantik qurumlara inteqrasiyadır.

Azərbaycanın  xarici  siyasətinin  əsas  prinsiplərini  dahi  siyasət  və  dövlət  xadimi  Heydər  Əliyev

müəyyənləşdirmişdir.  O,  2000-ci  il  dekabrın  29-da  yeni  əsr  və  üçüncü  minilliyin  başlaması  münasibəti  ilə

Azərbaycan  xalqına  müraciətində  vurğulamışdır:  "Azərbaycanın  xarici  siyasəti  dünyanın  bütün  dövlətləri  ilə

bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm Azərbaycan Respublikasının

beynəlxalq  mövqelərini  möhkəmləndirmək  üçün,  həm  də  respublikanın  iqtisadiyyatını,  elmini,  mədəniyyətini

inkişaf etdirmək üçün səmərəli istifadə etmək məqsədini daşıyır... Azərbaycan dövlətinin xarici siyasətinin başlıca

prinsipləri  beynəlxalq  hüquq  normaları  ilə  tənzimlənən  dövlətlərarası  münasibətlərə  hörmət  etməkdən,  bütün

dövlətlərin suveren hüquqlarına hörmətlə yanaşmaqdan, bütün mübahisəli məsələləri sülh və danışıqlar yolu ilə həll

etməkdən, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaratmaqdan, dövlətlərarası əlaqələrə mane

olan hər cür məhdudiyyətləri aradan qaldırmaqdan ibarətdir".

Hazırda regionun geosiyasi mühitinin formalaşmasında Azərbaycanın oynadığı fəal rol ümummilli lider Heydər

Əliyevin  ifadə  etdiyi  xarici  siyasət  prinsiplərinin  konstruktiv  və  müasir  tarixi  şəraitə  tam  uyğun  olduğunu

təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya nəticəsində bu gün

region ilə bağlı heç  bir  beynəlxalq  layihə  Azərbaycanın iştirakı olmadan  reallaşdırıla bilmir  və  bilməz.  Dünyanın

enerji  təhlükəsizliyi  sisteminin  formalaşdırılması  ilə  bağlı  bütün  proqram  və  layihələrdə  Azərbaycan  əsas

iştirakçılardan biri kimi nəzərdə tutulur. Hətta bu layihələrin Azərbaycanın iradəsi olmadan baş tutmayacağı hamıya

məlumdur.

Müstəqilliyimizin 20-ci ili ərəfəsində Azərbaycanın BMT kimi çox nüfuzlu bir qurumun Təhlükəsizlik Şurasına

üzv olması və bu ilin may ayından Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun

yüksək  səviyyədə  artmasını  təsdiqləyən  faktdır.  Ölkəmizin  BMT  Təhlükəsizlik  Şurasına  qeyri  -  daimi  üzv

seçkilərində 155 dövlətin dəstəyini qazanması çox böyük etimad idi. Bu, Azərbaycanın dünya birliyində qazandığı

inamın  nəticəsi  idi.  Buna  qədər  isə  dünyanın  mötəbər  qurumlarının  öz  tədbirlərini  Azərbaycanda  keçirmələri  də

ölkəmizə olan etimadın bariz nümunəsi idi.

Bu  günlərdə  başa  çatmış  "Eurovision-2012"  mahnı  müsabiqəsinin  Azərbaycanda  çox  yüksək  səviyyədə

keçirilməsi bir daha təsdiqlədi ki, ölkəmiz yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsində hətta inkişaf etmiş

dövlətlərə  də  nümunə  göstərdi.  Təbii  ki,  bütün  bu  uğurların  qazanılması cəmi  20  illik  müstəqillik  tarixi  olan  bir

dövlət  üçün  böyük  tarixi  qələbə  hesab  edilir.  Ona  görə  də  bizə  düşmən  olan  qüvvələr  hər  vasitə  ilə  müxtəlif

təxribatlar  törətməklə  ölkədə  çaxnaşma  salmağa  cəhd  göstərir,  yalan  və  böhtanla  dolu  olan  hesabatlar  hazırlayır,

beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin qarşısını almaq üçün ən çirkin vasitələrə əl atırlar. Son vaxtlar

İran  tərəfinin  belə  təxribatlar  törədilməsində  xüsusi  fəallıq  göstərməsi  də  başadüşüləndir.  Görünür  Azərbaycanın

sürətli  inkişaf  yoluna  qədəm  qoyması  bu  ölkənin  maraqlarına  uyğun  deyilmiş.  Milli  Təhlükəsizlik  Nazirliyi

əməkdaşlarının  ayıq  -  sayıqlığı,  peşəkarlığı  və  hadisələrə  dəqiq  yanaşmaları  nəticəsində  İran  İslam

Resbublikasındakı bəzi dairələrin hazırladıqları terror aktlarının qarşısı vaxtında  alınmış  və  onların bəd  niyyətləri

ürəklərində  qalmışdır.  Xüsusilə  də  "Eurovision-2012"  mahnı müsabiqəsi  ərəfəsində  Milli  Təhlükəsizlik  Nazirliyi

əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində böyük bir terror qrupu ifşa olunaraq zərərsizləşdirilmiş,

həyata  keçirilən  antiterror  əməliyyatları  kütləvi  insan  qırğınına  səbəb  ola  biləcək  partlayışların  və  digər

terror-təxribat əməllərinin qarşısının vaxtında alınması ilə nəticələnmişdir.

Təhlükəli  transmilli  cinayətkar  silahlı  birləşmənin  əsas  məqsədlərindən  biri  "Eurovision-2012"  mahnı

müsabiqəsi  keçiriləcəyi  zaman  Bakı  şəhərində  ayrı-ayrı  qruplar  tərkibində  terror-təxribat  aksiyalarını  törətmək,

kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olmuşdur. Lakin Milli

Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  tərəfindən  həyata  keçirilmiş  qabaqlayıcı  antiterror  tədbirləri,  onların

peşəkarlığı  və  həyatları  bahasına  göstərdikləri  şücaət  kütləvi  insan  qırğınına  səbəb  ola  biləcək  partlayışların  və

digər terror-təxribat əməllərinin qarşısının vaxtında və qətiyyətlə alınması ilə nəticələnmiş, Azərbaycanın sabit və

təhlükəsiz  ölkə  kimi  nüfuzu  qorunub  saxlanılmışdır.  Azərbaycan  heç  bir  dövlətin  daxili  işlərinə  qarışmır  və

müstəqil  siyasət  yeridir.  Heç  bir  dövlətin  də  ölkəmizin  daxili  işlərinə  qarışmasına  hüququ  yoxdur.  Beynəlxalq

hüququn  norma  və  prinsipləri  də  bir  dövlətin  başqa  bir  dövlətin  daxili  işlərinə  qarışmasını qadağan  edir.  Bu  gün

Azərbaycanda  hakimiyyət  çox  etibarlı  əllərdədir.  Bunu  xalq  da  çox  yaxşı  bilir  və  ona  görə  də  dövlət  başçımız

İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsi



üçün bütün qüvvəsindən istifadə edir.

İsmayıl ZALOV,

 hüquq eksperti

Yüklə 127,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə