Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə22/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   18   19   20   21   22   23   24   25   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

48 


 

f

ə Azərbaycan dilinə şair Zeynal Xəlil tərcümə etmişdir. Sonralar həmin şeir 1958-



ci ild

ə Bakıda nəşr olunmuş "Özbək ədəbiyyatı antologiyası" kitabında da verilmiş-

dir  (4,  s.  26).  1979-cu ild

ə  Qafur Qulamın  "Ömrün baharında"  (4)  və  Xəlil Rza 

Ulutürkün "Turan ç

ələngi"  (6),  "Nəğməli Özbəkistan"  (5)  almanaxlarında həmin 

şeir Xəlil Rzanın  tərcüməsində  dərc olunmuşdur.  Xəlil Rza tərcüməsində  poetik 

b

ədii ifadələr, tərənnüm, estetik duyum oxucuya daha güclü təsir bağışlayır. Qafur 



Qu

lamın "Səməd Vurğuna" şeirində (4, s. 70-71) Turan dünyasının qüdrətindən, ta-

rixind

ən, şeiriyyətindən, musiqisindən, sənət və sənətkarlığından heyrətlə söz açı-



lır, Nizami, Məhsəti şeirinin heyranlığından bəhs edilir. Tarixə ünvanladığı poetik 

duy


ğulardan sonra "lirik mən" Səməd şeirinin əzəməti, saflığı, duruluğu, gözəlliyi, 

f

əlsəfəsi,  üfüqlərə,  kəhkəşana yayılan nəğmələrimizin ahəngi qarşısında baş  əyir, 



qürurla

nır.  


S

ən xalqını ucaltdın, xalq da səni – Səmədi,  

Əsl şair, sənəti – yurdun hünər sənədi.  

Yaz


dığın şeirlərin dağ kimidir siqləti,  

Tük


ənməz sərvəti, soyumaz hərarəti.  

 

Burnumun ucu göyn



ər yada düşəndə dostlar,  

S

əməd Vurğun adını çəkərəm qürur ilə.  



Özb

əkistan göyləri mənim qəlbim tək dolar  

Az

ərbaycandan gələn sevinc ilə, nur ilə!  



 

Bu şeir dəfələrlə Azərbaycan mətbuatı səhifələrində, almanax və kitablarında 

d

ərc olunub. Qafur Qulamın bu iki xalq arasındakı ədəbiyyat dostluğunu tərənnüm 



ed

ən "Biri-birinə şagird, biri-birinə ustad" (4) şeiri isə dillər əzbərinə, dastana çev-

ril

mişdir –  



Şagirdlər qəlb evinin parlayan çırağıdır,  

Ustadı ötən şagird – ustadın bayrağıdır.  

M

ərifət insana xas, könül göz bulağıdır,  



Yurdu sev

ənlər üçün yurd bir çiçək bağıdır,  

Yurdsev

ərlər bu bağda olar Şirin, ya Fərhad.  



Biri-birin

ə şagird, biri-birinə ustad.  

Füzulinin rübabı milyon canda yerləşir,  

Bulaqbaşı ustadı – şair ata Əlişir.  

Müquminin gülüşü zülmətləri qəhr edir.  

Onun ilk mü

əllimi Seyid Əzim Şirvanidir.  

Üfüqd


ə qoşa qartal - qoşa uç, evin abad! 

Biri-birin

ə şagird, biri-birinə ustad. 

 

Ədəbi  əlaqələrin inkişafında tərcümə  sənəti ilə  yanaşı,  ədəbi görüşlərin də 



keçirilm

əsi aktual xarakter daşıyır. 1960-cı ildə Özbəkistanda Azərbaycan, Azər-

baycanda özb

ək ədəbiyyatı həftələri keçirilən ərəfədə Azərbaycan Yazıçılar İttifa-

qının birinci katibi Mehdi Hüseyn demişdir: "Əgər mən desəm ki, müasir ədəbiy-

ya

tımızın böyük yaradıcıları Cəfər Cabbarlı və Səməd Vurğun Özbəkistanda sevil-



diyi q

ədər Aybək, Qafur Qulam da Azərbaycanda sevilir, bu çox təbii və qanuni bir 

hal

dır. Bizim hansımıza məlum deyil ki, qılınc və nizələrin vurduğu yaraları həmi-



şə şeir və sənət məlhəmi sağaltmışdır. Kimə məlum deyil ki, canlı sərkərdələrin heç 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

49 


 

za

man qılıncla fəth edə bilmədikləri ürəkləri Nizami, Nəvai, Puşkin, Vaqif, Firqət 



v

ə Muqimi şeiri asanlıqla fəth etmişdir" (7).  

Özb

ək  ədəbiyyatı  haqqında düşünəndə  dahi Nəvai gözlərimizin  önünə 



g

əlirsə, könlümüzü açırsa, "Səməd Vurğun və özbək ədəbiyyatı" deyəndə ilk olaraq 

Qafur Qula

mı xatırlamalı oluruq. Bu çox təbii və doğma haldır. Xalq yazıçısı Əzizə 

C

əfərzadənin bir qeydini, əslində hər kəsin qəlbindən doğan hissi xatırlayaq: “Sə-



m

əd Vurğun bizim üçün necə sənətkardırsa, özbəklər üçün də Qafur Qulam elə bir 

s

ənətkar idi. Azərbaycan deyəndə Səməd Vurğun, Özbəkistan deyəndə Qafur Qu-



lam göz qaba

ğında canlanardı” (8). Qafur Qulam Azərbaycan poeziyasının böyük 

usta

sı Səməd Vurğunla dost idi. Özbək ədəbiyyatşünası, filologiya elmləri doktoru 



Ədhəm Əkbərov "Qafur Qulam" kitabında (9) yazır ki, Qafur Qulam dəfələrlə Sə-

m

əd Vurğunun evinin qonağı olmuşdur. Tədqiqatçı monoqrafiyada Qafur Qulamın 



«S

əməd Vurğuna» şeirinin təhlilinə geniş yer ayırıb. O, qeyd edir ki, Qafur Qulam-

la S

əməd Vurğun dostluğunun vacib ştrixlərinə onun "Səməd Vurğuna" adlı şeirin-



d

ə rast gələ bilərik. Tarix boyu qədim Odlar yurdunun gözəlliyi, füsunkar təbiəti, 

Az

ərbaycan xalqının mənəvi ucalığı, qəhrəmanlığı, neçə-neçə şairin könül rübabını 



dill

əndirmiş, yaxın və uzaq ellərdən gələn sənətkarların dodağında nəğməyə dön-

müşdür. Böyük rus şairi N. Tixonovun dediyi kimi, «canlı şeir kimi gözəldi Səməd, 

şeir də Səmədlə gözəlləşirdi…».  

Özb

ək alimi, professor Ləziz Kəyumov qeyd edir ki, «özbək oxucuları bö-



yük Az

ərbaycan şairi Səməd Vurğunu yaxşı tanıyırlar. Onun əsərlərini özbək dilinə 

respublika

mızın ən yaxşı şairləri Qafur Qulam, Maqsud Şeyxzadə və başqaları tər-

cüm

ə etmişlər. Gənc nəsil bu nəcib, xeyirxah işi davam etdirir. Səməd Vurğun və 



H

əmid Alimcan müharibədən əvvəl öz respublikalarının yazıçılar ittifaqlarının rəh-

b

ərləri olmuşlar. Səməd Vurğun "Vaqif" pyesində, Aybək isə "Nəvai" romanında 



böyük tari

xi şəxsiyyət obrazı nümunəsini yaradıblar. Əgər indi hər iki ədəbiyyatda 

yax

şı tarixi romanlar çoxdursa, bunlar yaxşı müəllimlərimizin əməllərinin inkişafı 



n

əticəsidir. Səməd Vurğunun ev muzeyində Qafur Qulamın təsirli avtoqraf yazıl-

mış şeir kitabını gördüm. Əsl poeziya böyük istedad və başqa oxşar cəhətlər onları 

qo

şalaşdırmış və hər birini öz milli mədəniyyətində yüksək ehtiram kürsüsünə qal-



dırmışdır. Səməd Vurğun ürək sözlərini –  

 

Bizd



ə şeir də var, sənət də vardır,  

Şairə, sənətə hörmət də vardır.  

– misrala

rı ilə ifadə etmişdir» (10).  

 

Şair Səyyar Səməd Vurğun  şəxsiyyətinə,  ədəbi irsinə  məhəbbətini belə 



bildirmişdir: "Azərbaycanla, onun zəngin ədəbiyyatı ilə dostluğum lap çoxdandır. 

Bu dostluq öz kökl

əri ilə qədimlərə bağlıdır. Dahi Nizamidən, Füzulidən, Nəsimi-

d

ən, Vaqifdən başlanan həmin dostluq sənətinə qəlbən vurulduğum Səməd Vurğu-



nun z

əngin yaradıcılığında qərar tutub.  Doğrudan da poeziyada,  sənət aləmində 

q

əlbimə, ruhuma Səməd Vurğun qədər yaxın, doğma ikinci adam yoxdur. O mənim 



üçün şeir, sənət dünyasının nadir incisi, poeziya kəhkəşanı, parlaq ulduzudur. Sə-

m

əd Vurğunun adı Mirtemirin adı qədər mənə doğma və əzizdir. Azərbaycan ədə-



biyya

tı, bu ədəbiyyatın bayraqdarı Səməd Vurğunu mənə sevdirən də ustadım, mü-

əllimim Mirtemir olmuşdur. O, Səməd Vurğunun əsərlərini gözlərimin qabağında 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə