Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə267/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   263   264   265   266   267   268   269   270   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

580 



noyabra qədər Qafqaz və Merkuri şirkətinin gəmiləri həftədə bir, bəzən də iki dəfə 

Bakıdan Ənzəliyə gedir, ilin başqa vaxtlarında isə nizamsız işləyirlər. Adətən bazar 

günü axşam Badkubədən yola çıxırdılar. Azərbaycan ərazisində olan Lənkəran və 

Astara  limanlarına  gəldikdən  sonra  bazar  ertəsi  günü  günortadan  sonra  Ənzəliyə 

çatmaq üçün vaxtı nizamlayırdılar. Bu yolun uzunluğu cəmi 197 mildir”. (6; S. 62-

63) 


Almanyalı Henrix Brukeş isə bu şirkətin gəmilərinin Həştərxandan Ənzəliyə 

həftədə iki  dəfə nizamlı  şəkildə  səfər  etdiyini  və Xəzərin  digər  limanlarından  da 

keçdiyini yazır. Bu şirkətin gəmiləri Xəzərin şərq və qərbindən keçdiyi, Petrovski, 

Dərbənd,  Bakı,  Lənkəran,  Astara  və  Ənzəli  limanlarında  dayandığını  yazır.(2;  s. 

44) Henrix 

habelə  qeyd  edir  ki,  Xəzər  dənizinin  limanlarında  gəmilərin  gəlişini 

gözləmək bir çox narahatlıq yaradırdı. Çünki bu dəniz ilin hər fəslində tufanlı olur 

və əvvəlcədən hazırlanmış hərəkət cədvəli saatlar, hətta günlərlə təxirə salınırdı.(2; 

s. 44) 

Henrix 


Brugeş bundan başqa Tiflisdən Bakıya gələn qatar yolunda dəmiryol 

stansiyaları  haqqında  məlumat  vermiş  və  Tiflis  -  Bakı  arasında  dəmir  yol 

satnsiyalarının qırmızı kərpiclərlə hörüldüyü, çox gözəl görüntüsü olduğunu və bu 

stansiyalarda verilən yeməklər haqqında da maraqlı məlumatlar yazmışdır.(2; s. 33)  

Öz səfərlərini anbaan qələmə alan avropalı səyyahlar Azərbaycan ərazisində 

yerləşən  şəhərlərdən,  habelə  Xəzər  dənizindən  keçərkən  bu  yerlərin  təbiəti 

haqqında  da  bəzi  məlumatlar  vermişdirlər.  Quru  yolla  Tiflisdən  Bakıya  və 

Azərbaycanın qərbi və Naxçıvanın şərqinə doğru gələn yol üzərindəki yerlərin bir-

birindən fərqlənən  təbiəti səyahlarda  müxtəlif təəssüratlar  yaratmışdır.  Gürcüstan 

ərazisində  yaşıl  meşələr  və  axar  çayları  görən  səyyahlar  Bakıya  doğru  hərəkət 

etdikcə böyük iqlim dəyişikliyinin olduğunu yazırlar. 

Almanyalı  Henrix  Tiflisdən  qatarla  Bakıya  doğru  gəldiyi  zaman  yol  boyu 

Azərbaycan  təbiətindən  yazır:  “İrəliyə  doğru  getdikcə  ətraf  ərazilərin  daha  quru 

olduğunu  görürük.  Hətta  getdikcə  adama  elə  gəlir  ki,  İordaniya  ərazisində  yol 

gedir. Xüsusilə yay fəslində olan quru və yandırıcı isti bu yolun əsas çətinliklərin-

dəndir. 1884-cü il oktyabrın əvvəlində səhər saat 10:00 termometr havanın tempra-

turunu  28  dərəcə  göstərirdi...Bakıya  yaxınlaşdıqca  toz-torpaq  daha  da  çoxalır, 

həmçinin  neftə  görə  xoşagəlməz  qoxu  gəliridi...Yeddi  saat  yol  getdikdən  sonra 

qatar 

şərqdən şimala doğru döndü. Sarı qumların arxa tərfində göy rəngdə nazik bir 



xətt görünürdü. Bu göy rəngli xətt Xəzər dənizinin uzaqdan görüntüsüdür və sanki 

göy  rəngdə  bir  divar  bu  səhranın  qurtaracağıdır.  Bu  görüntü  Bakının  yaxınlığına 

qədər  davam  edir.  Qafqaz  dağlarının  bir  qolu  bu  bölgədə  qərbdən  şərqə  doğru 

uzanır və Abşeron yarımadasında Xəzər dənizinin suyuna qərq oldur. Burada çox 

kolluq var, görün

ür su olsaydı bu torpaqlardan çox məhsul əldə etmək olardı. Ax-

şam sərin hava vardı lakin neftin qoxusu bu sərin havanı bürümüşdü”.(2; s. 33-34) 

Bakı  şəhəri  kənarında  yerləşdiyi  Xəzər  dənizinə  görə  xüsusi  bir  iqlimə 

malikdir. Şımal və açıq dəniz üzərindən əsən şərq küklərinin məskəni olan Bakı bu 

xüsusiyyətinə görə dünyada küləklər şəhəri kimi məşhurdur.  

Henrix Bakı şəhəri və Xəzər dənizinin təbiəti haqqında da geniş və məlumat 

vermişdir. O, yazır: “Baku, Bakı ya iranlıların dediyi kimi Badkubə şəhəri Xəzər 

dənizinin  sahili,  Abşeron  yarımadasının  cənubunda,  yarımhilal  formada  dəniz 

ortasına  doğru  çəkilmiş  yerdə  yerləşir  və  strateji  vəziyyətinə  görə  liman  üçün 

əlverşli yerdir. Günbəzlər və məscid minarələrinin kölgə saldığı alçaq evlər dənizin 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

581 



sahilindən başlayaraq ərtafdakı təpələrin üzərinə qədər olan sahədə yerləşir... Bakı 

şəhərinin  yeri  qayalıq  və  qumluqda  olduğu  üçün  burada  çox  bir  bitki  yetişmir... 

Bəzi bağlarda gül-çiçək yetişdirmək üçün gəmi ilə Lənkərandan torpaq gətirir və 

bunun  üçün  çox  zəhmət  çəkirdilər.  Bakıda  su  az  olduğu  üçün  suya  qənaət 

edirdilər...Mavi dənizi seyr etmək nə qədər gözəl olsa da təbiətin əsl bəzəyi olan 

yaşıllıq və gül-çiçək, meşələr və çəmənlərin verdiyi gözəllik gözə dəymir. Hərçənd 

şəhərin  ətrafında  yaşıllıq  yerlər  vardır  və  Şamaxı  özü  bu  baxımdan  olduqca 

gözəldir”.(2; s. 37) 

Bakıdan İrana istər quru istərsə də dəniz yolu ilə səfər edənlər Azərbaycanın 

dilbər  guşəsi  olan  liman  şəhəri,  Lənkərandan  keçməli  olur.  Henrix  gəmi  ilə 

Ənzəliyə  gedərkən  gördüyü  Lənkəran  şəhəri  haqqında  yazmışdır.  “Lənkəran 

yaxınlığında çox gözəl və ürək oxşayan təbiət var. Lənkəran sahil boyu çəkilib və 

şəhər bir-birinin uzərində pilləkənvari şəkildə yerləşən yaşıl dağlar, əkin sahələri 

və  meşələrlə  əhatə  olunub...  Lənkəran  və  Astarada  Rusiyanın  hərbi  qarnizonu 

yerləşir.  Lənkəran  sularında  çoxlu  sayda  balıq  növləri,  meşələrdə  isə  vəhşi 

heyvanlar, o cümlədən bəbr vardır. (2; s. 46) 

İtaliyalı Karla xanim Serena da İrana gedərkən Qafqazdan keçmiş, Abşeron 

limanı  haqqında  təəssüratları  yazarkən  bu  yerin  ab-havası  haqqında  məlumat 

vermişdir.  Məlumatda  yazır:  “Çox  qəmgin  görüntüsü  olan  Abşeron  müstəqil  bir 

limandır və pis havalarda gəmilər orada lövbər salır. Bu yarımadada qoruqçular və 

mayak  nəzarətçiəlindən  başqa  heç  kim  yaşamır.  Üfüqü  geniş  dəniz  olan  və  bir 

tərəfində  uca  qayalıqlardan  başqa  heş  bir  şey  görünməyən  bu  susuz  və  otsuz 

torpaqlar  sanki  insanı  dərdə-qəmə  düçar  etmək  üçün  yaradılmışdır.  Abşeronun 

sahili çox məşəqqətlidir və onun qarşı tərəfində Müqəddəs

 

adında bir ada var.  



Bu vaxta qədər bu susuz və otsuz çöldə yolçuların tələblərini təmin etmək 

üçün  heç  bir  tadarük  görülməmişdir.  Qida  məhsunu əldə etmək  üçün  Abşeronun 

səkkiz  verst

 



yaxınlığındakı  tatarların  oturduğu  qonşu  Bossuni

 



kəndinə  gedir-

dilər.(11; s. 4) 

Səyyahların  çoxu  ən  çox  Bakı  şəhərində  qaldıqları  üçün  digər  şəhərlərə 

nisbətən Bakı şəhəri və onun yaxınlığında neft mədənlərinin yerləşdiyi Balaxanı, 

Qara şəhər

 



və xarabalıqları qalan Bayıl qalası haqqında məlumat yazmışdırlar.  

Henri Binder Bakı şəhəri və nefti haqqında çox maraqlı bir məlumat yazır: 

“Bakı  ümumilikdə  neft  şəhəridir  və  hər  yerdən  neft  qoxusu  gəlir.  Neft  hər  yeri 

bulaşdırıb,  yağlamış  və  dənizin  üzərini  neft  layı  örtmüşdü.  Bu  lay  qalınlaşmasın 

deyə bəzən onu yandırırdılar. Bu işi gecə gördükləri zaman çox gözəl bir mənzərə 

ya

ranır.  Gəmilər  heç  çəkinmədən  o  alovların  üzərindən  keçib,  yolarına  davam 



edirlər”.(1; s. 509) 

Ser Karls Yet Məşhəddə konsul olduğu vaxt türkmənistan üzərindən gəmi ilə 

Bakı şəhərinə gəlmiş və Bakı şəhərinin yaxınlığında Xəzər dənizində yerləşən ada 

haqqında yazmışdır. “Düz dənizin ortasında bir təpəyə bənzər quru yer gözə dəyir. 

                                                 

 



Pirallahı 

 Ölçü vahidi 1067 metr. 



 - Boussouni

 ﻲﻧﻮﺳﻮﺑ ( Buzovna yeqin ki) 

 



Balaxanı yaxınlığında neftayırma zavodu yerləışdiyi üçün orda havanın çox çirkli 

olmasından dolayı həmin yeri Qara şəhər adlanıdırıb. 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə