Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə270/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   265   266   267   268   269   270   271   272   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

586 



Qara  şəhəri  ziyarət  edirdi.  Həmin  qonaqlardan  biri  Henri  Binder  oraya  baxış 

keçirərkən Amerikada gördüyü neft quyularını Bakıdakı neft quyuları ilə müqaisə 

edərk yazır: “Burada əməliyyat geniş miqyasda həyata keçirilir. Amerikada enişli-

yoxuşlu  yerlərdə  qazılan  quyulardan  fərqli  olaraq burda  quyular  hamar  bir  çöldə 

qazılıb.  Quyuların  üzərində  bir-birinin  yanında  düzülmüş,  sıxlığına  görə  meşəyə 

bənzəyən buruqlar qoyulmuşdur.(1; s. 509) 

Nefti Bakının möcüzəsi adlandıran Henri Binder Balaxanıdakı neft buruqları 

və  neftayırma  zavodunun  yerləşdiyi  Qara  şəhər  və  neftin  çıxarılması  prossesi 

haqqında olduqca geniş məlumat vermişdir. Neft quyusundan neftin fatan şəklındə 

çıxması ilə onu heyrətləndirən səhnəni belə yazır: “Yeri qazarkən quyunun dibində 

neftə çatdıqda ilk olaraq qara su, sonra yaş quma çıxır, daha sonra isə qumla qarışıq 

neft,  nəhayət  xam  neft  fəvvarə  şəklində  fantan  atırdı.  Qısa  müddətdə  quyunun 

dibindən çıxan qum və daş qırıntıları vasitəsilə kənarda kiçik bir dağ yarandı və 

bunun  ortasından  qəhveyi  rəngdə  havaya  doğru  qalxan  bir  sütun  görünürdü. 

Hündürlüyü yüz-

yüz əlli metrə çatan bu sütun yerin altından fatan atan neft idi. Daş 

və  topaq  qırıntıları  ilə  fatan  atan  neft  vulakana  bənzəyirdi.  Neftin  təqribən  yerin 

800 metr dərinliyindən fantan atdığını və özü ilə birlikdə yerin altından daş-kəsək 

qırıntılarını o yan bu yana tulladığını öz gözlərimlə gördüm. Elə həmin vaxt külək 

əsməyə  başladı  və  bir  anda  ətrafdakıları  neft  yağışı  ilə  islatdı.  Bir  neçə  dəqiqə 

ərzində  ərtafda  kiçik  neft  nohurları  yarandı  və  on  dəqiqə  ərzində  neft  su  kimi 

axmağa  başladı.  Mənə  elə  gəlir  hədər  gedən  bu  neftin  miqdarı  Berilinin  bir  ay 

ərzində bütün çıraqlarda yandırdığı neftin miqdarından çox idi... Bəzən axan neft 

yaxınlıqdakı  yaşayış  məskənlərinə  qədər  gedib-çatır  və  əhalinin  əkin  yerlərini 

sıradan çıxarırdı.  Bu  da çox  vaxt  əhali ilə  neft  şirkəti  məmurları  arasında böyük 

narazılığıa səbəb olurdu”.(2; s. 40-41) 

Xəzər  dənizi  təkcə  neft  deyil,  digər  sərvətləri  ilə  də  zəngidir.  Elə  həmin 

dövürdə  neftdən  başqa  dənizin  dibindən  çıxan  parafinin  böyük  bir  sənayeyə  aid 

oluna biləcəyi haqda Ser Karls Yete məlumat vermişir.(16; s. 264) 

Qara şəhərdəki neftayırma zavodunun fəaliyyəti o dövrün sənaye inkişafını 

sübut edir. Neftayırma zavodunda xam  maldan benzin, anilin rənglər, kerosin və 

oksid sulfid kimi bir çox maddələr əldə edirdilər. Bakı neftindən 25% ağ neft əldə 

etmək olurdu lakin bu rəqəm Amerika neftində 75%-ə çatır.(2; s. 42) 

Hələ  o  dövürdə  neftdən  müxtəlif  yerlərdə,  müxtəlif  vasitələr  üçün  geniş 

istifadə edirdilər.Henri  Binder  Bakıda  bütün istilik  sistemi,  buxarlar,  atəşxanalar, 

şəhər və evləri işiqlandırma, kürələr, dəmir əridən zavod və sair yerlərdə neftdən 

istifadə olunduğu haqda məlumat verir.(1; s. 509-510) 

Azərbaycan neftdən başqa, hələ o dövürdə Rusiya və İran arasında mövcud 

olan iqtisadi əlaqələrdən də bəhrələniridi. İranın Rusiyaya yolladığı kişmiş və quru 

meyvə kimi əsas malları məhz Astara gömrüyündən Həştərxana göndərilirdi. 

Bundan  başqa  Xəzər  sualarında  olan  çoxlu  sayda  balıq  növləri  və  bu 

balıqlardan əldə edilən ikra çox geniş olmasa da, baha qiymətə satılırdı.(2; s. 46) 

Qacar  dövrü  Azərbaycan  tacirləri  təkcə  ölkə  daxilində  deyil,  digər  yaxın 

ölk


ələrdə  də  fəaliyyət  göstərirdilər.  Corc  Krezen  1889  may  ayında  İran  şahnın 

bütün  zeytun  alışı  və  istehsalının  imtiyazını  Badkubədən  olan  iki  tacirə  verdiyi 

haqda yazmışdır.(6; s. 601)  

Özündə  bir  çox  tarixlər  yaşatmış  Azərbaycan  həmin tarixləri sübut  edəcək 

əsərlərə  də  malikdir.  Azərbaycanın  bir  çox  şəhər  və  kəndləri  tarixi  abidələrlə 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

587 



zəngindir. Lakin günlərini ən çox Bakıda keçirən bu səyahətnamələrin müəllifləri 

sadəcə  Bakı  şəhərindəki  abidələr  haqqında  məlumat  vermişdirlər.  Daha  əvvəlki 

ərslərdə  Şirvanşahlar  dövlətinin  ən  böyük  şəhərlərindən  biri  olan  Bakı  şəhəri 

özündə  bir  çox  memarlıq  abidələrini  qoruyub  saxlayan  şəhərlərdən  biridir.  Bu 

tarixi  abidələrdən  biri  haqqında  söhbət  açdığımız  Atəşgahdır.  Torenton Lin, 

Kolomabrinin xatirələrinə əsasən yazdığı kitabında Atəşgah haqqında məlumatdan 

başqa  səyyahların  çoxunun  diqqətini  cəlb  edən  yerlədən  biri  su  altında  olan 

şəhərcik  haqqında  yazmışdır.(13;  s.73)  Hedin  Sven  də  Xəzər  dənizinin  sahilinə 

yaxın yerdə qalıqları olan karvansara haqqında yazır: “Bakı sahilində suyun altında 

bir karvansara var və bu karvansarının bir bürcü suyun üzərinə çıxıb. Apardığımız 

araşdırmadan,  həmin  karvansaranın  onikinci  miladi  əsrində  inşa  edildiyi  məlum 

oldu”.(12; s. 591) Hər iki müəllifin haqqında yazdığı bu tarixi abidə Bayıl qalası 

kompleksinin qalıqlarıdır. 

Bakı haqqında ən çox məlumat verən alman Henrix Brukeş bu şəhərdə qəsr 

adlandırdığı  İçəri  şəhər,  Şirvanşahlar  sarayı  və  Qız  qalası  haqqında  yazır:  “Bakı 

orta  əsrlərdə  bir  qala  idi  və  şəhərin  mərkəzində  xanın  binalara  bitişik  bir  qəsri 

vardı.  Bu  binaların  hamısı  İran  üslubu  ilə  yonulmuş  daşlardan  tikilib,  hər  yeri 

oymalar və gözəl naxışlarla bəzədilmişdi. Bu qalaya çatmaq üçün şəhərin ortasında 

olan böyük darvazadan girmək lazımdır. Bu darvazanın arxasında yerli müsəlman 

xalq 


dar və qaranlıq küçələri olan evlərdə yaşayırlar. Bu məhəllədə yoxsulluq hiss 

olunur.  Darvazanın  yuxarısı  da  İrana  aid  gözəl  naxışlarla  bəzədilmişdir.  Qəsrin 

görünüşü  olduqca  gözəldir.  Onun  eyvanı  və  ikinci  mərtəbəsinə  çıxmaq  üçün 

kənarında olan pillələrdən istifadə etmək lazımdır. Qəsr böyük bir zal və bir necə 

oraqdan ibarətdir, sadə lakin gözoxşayandır. Kənarında səkkiz güşəli, asma tavanı 

olan bir bina var. Binanın daş döşəməsində üzəri lay daşlarla örtülmüş, haqqında 

çox  əfsanələr  söylənilən  quyuya  bənzər  qazmalar,  ətrafında  isə  dördbucaqlı  və 

sütunlu  səki  vardır.  Yaxınlıqda  birinin  divarlarına  Quran  ayələri  həkk  olunmuş 

digəri  gül  və  buta  ilə  bəzədilmiş  iki  məscid  inşa  edilmidir.  Bu  məscidlərin 

memarlıq  üslubu  digərlərinə  bənzəyir.  Binanın  yaxınlığında  diqqəti  cəlb  edən 

başqa bir səkkizgüşəli bina var, lakin nə üçün istifadə oluğu məlum deyil. Bu bina 

daşdan  düzəlinmiş  bir  çadıra  bənzəyir.  Bala  Hesar  binasından  bir  az  aralıda 

Müqəddəs bakirə bürcü

 



ucaldılıb. Bürc yüksək olduğuna görə keçmiş zamanlarda 

ondan gəmilər üçün dəniz bürcü kimi istifadə edilirmış. Bu qalanın yuxarısından 

dənizə  baxdıqda  türkmənlərin  məskəni  olan  kiçik  qayalıqlar  və  adaları  görmək 

olur.( 2; 39-40) 

Yuxarıda  adı  sadalanan  səyahətnamlər  əsasında  aparılan  bu  araşdırmada 

Az

ərbaycana  Avropadan gələn yollar, Azərbaycanın  iqtisadi,  ictima,  siyasi 



v

əziyyəti, Azərbaycan xalqı, Bakı şəhəri və Xəzər dənizi haqqında bəzi məlumatlar 

əldə  etdik. Həmin dövürdə  bir çox ölkələrlə  müqaisədə  Azərbaycanın  bir  çox 

c

əhətdən dövrünə görə inkişaf etdiyinin şahidi olduq.  



 

                                                 

 - 


Müəllif Qız qalasına belə adlandırıb 


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə