Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə272/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   265   266   267   268   269   270   271   272   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

591 



quruluşunda Qızılbaş boyları və onların bəyləri (əmirləri) mühüm rol oynamışdır. 

Bu boyların əksəriyyəti türk boyları idi. Tarix-i Aləm - Ara-i Abbasidə 17 önəmli 

boy əmirinin və onların boylarının adları verilmişdir.

1

 



Azərbaycanın dəyərli Səfəvi 

tarixçisi O. 

Əfəndiyevin doğru olaraq qeyd etdiyi kimi, Azərbaycan (türk) boyları 

digər  mənşəli  boylara  görə  daha  səlahiyyətli  mövqelərə  sahibdilər.  Bu  boyların 

əyanları  hakimiyyətlərini  XVI  əsr  boyunca  I.  Şah  Abbasın  reformlarına  qədər 

qoruya bi

lmişdilər. Türk əslli boylardan sonra fars və digər mənşəli boylar qaynaq-

larda qeyd edilir.

2

  

Əhəmiyyətli  boy  bəylərinin  təmsil  olunduqları  məkan  əsasən  dövlətin 



idarəsində mühüm yer tutan məclislər idi. Səfəvi dövləti əsas iki – mülkü və hərbi 

məclis tərəfindən idarə olunurdu: a) “Divan-ı Ala”

 

və b) “Cəngi”. Hər iki məclis 



qızılbaş  türk  əmirlərinin  toplandığı  məclislərdi. Bu məclislərdə  dövlətin  əhəmiy-

y

ətli qərarları qəbul olunurdu və burada sadəcə türk mənşəli əmirlər iştirak etmə 



haqqına sahibdi. “Tacikiyə” adlanan münşi heyəti sadəcə bu məclisin qərarlarının 

qeyd


ə alınmasında və ya şahın fərmanlarının tutulmasında iştirak edirdi.  

Səfəvilərdə farsların mövqeyi - Səfəvilərdə “Fars” sözü əsasən vilayət adı 

olaraq istifadə olunmaqla birlikdə bu gün bizim istifadə etdiyimiz millət adı kimi 

isə  “tacik”  ifadəsi  daha  geniş  istifadə  edilirdi.  Səfəvilərə  qədər  farslar  xüsusən 

bürokratik  aparatda,  katiblik  vəzifələrində,  mövqelərini  qüvvətləndirmiş  olduqla-

rından  bu  mövqelərini  qorumağa  davam  etmişdirlər. Elə  bu  səbəblədir  ki,  onlara 

məxsus olan bu mövqelər milli bir kimliklə “tacikiyə” olaraq Səfəvi salnaməçiləri 

tərəfindən qeyd olunmuşdur. Bu mənada Səfəvi tarixçilərindən F. Sümer də haqlı 

olaraq qeyd edir ki,  “taciklər, əvvəlki kimi, dövlətin mülkü təşkilatlarını əllərində 

tuturdular, amma XVI əsrdə Səlcuqlu dövründə olduğu  kimi, dövlətin idarəsində 

nüfuz və qüdrətə çox da sahib deyildilər və dövlətin idarəsində türklər söz sahibi 

idilər. Səfəvilər zamanında taciklər maliyə xaricində digər işlərə qarışmırdılar”.

  3


 

O. Əfəndiyevə görə, taciklər Azərbaycan Səfəvilər dövlətinin feodal sinfinə qismən 

daxildilər və tabe mövqedə idilər. Venesiyalı d’Alessandirinin sözləri də bu fikri 

təsdiqləməkdədir. Baş müşavirlər (dövlət şurasında) söz haqqına sahib deyildilər, 

şah onları dəvət etmədiyi müddətcə fikirlərini söyləmə haqları yoxdu. Onlar yük-

sək məqam sahibi olsalar da sultan ola bilməzdilər. Əyan olmalarına baxmayaraq 

hərbi vəzifələrə təyin edilmirdilər. Bu səbəblədir ki, Qızılbaş bəyləri farslara (tacik-

lərə) xor baxırdılar, onları hərbi işlərə qarışmağa layiq olmayan aşağı sinif nüma-

yəndələri kimi görürdülər.

4

  



 

“Tacikiyə” diyə adlanan zümrə eyni zamanda “qələm sahipləri” olaraq da 

qeyd olunur. 

Aləm  Ara-i  Abbasinin  müəllifi  İsgəndər  bəy  Münşi  Türkman 

“məmalik-i  məhrusə”nin  (Allahın  qoruduğu  vilayətlərin)  böyük  vəzirlərini  qeyd 

etdikdən sonra ali hüzurda xidmət edən tacikiyə adlanan qələm sahiblərinin adlarını 

çəkir. İsgəndər Bəy Münşi “saray təşrifat məmurlarını” (saray xidmətçiləri) - saray 

axırlarının məmurlarını, bəxşiş katiblərini – peşkəşnevis, rikabxana və qamçıçıxana 

                                                 

1

 



İskender  Bey  Münşi  Türkmen,  Tarih-i Alem-Ara-i Abbas-i, Çeviri Ali  Genceli,  (yayınlanmamış 

TTK Kütüphanesi tercüme No: Ter/51)  I. cilt, II. kısım, s. 244. 

2

 

Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər Dövləti, Bakı 1993, s. 195. 



3

 

F.  Sümer,  Safevi  Devletinin  Kuruluşu  ve  Gelişmesinde  Anadolu  Türklerinin  Rolü,  Ankara  1999,     



s. 5. 

4

 



O. Əfndiyev, eyni əsər, s. 197. 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

592 



məmurunu,  xas  dəvə  baxıcısını  tacikiyə  zümrəsi  arasında  göstərir,  onların 



dərgâh-ı mualla”da (ali dərgahda) olduqlarını, amma bunların çoxunun mühüm 

işlərə daxil edilmədiklərini, bəzilərinin “cənnətasa məclisinə” (məclis-i cənnətasa 

– 

cənnət kimi məclisə) gəlib getdiklərini və bir neçəsinin o məclisdə söz haqqına 



sahib  olduğunu  qeyd  etmişdir.

1

 



Eyni  zamanda  dəftərxana-i hümayun-ı  alanın 

möhtəsib  və  münşiləri  də  -  mustoufilər,  kalem  ərbabının  məşhurları  -  Tacikiyə 

olaraq verilmişdir.

2

 



Dəftərxana-i hümayun-ı ala “divan-ı ala”nın bir şöbəsi idi.  

Səfəvilərdə  türklərin  mövqeyi  –  yuxarıda  da  qeyd  etdiyimiz  kimi 

Səfəvilərdə türk əslli boyların əmirlərin toplandığı məclislər Divan-ı ala və Cəngi 

idi.  Səfəvi  hökmdarları  digər  şərq  müstəbidləri  kimi  dövlət  məsələlərini  öz 

başlarına həll edirdilər. Onların yanında məşvərətci hüququna sahib olan ali məclis 

(məclis-i ala və ya divan-ı ala) vardı. I. Şah Təhmasibin dövründə, məclis “dövlət 

işlərində  böyük  təcrübəsi  olan  şəxslərdən”  –  12  nəfərdən  (sultanlardan)  təşkil 

olunurdu. “Divan-

ı ala”da mövqe sırasına görə vəzir-i azam, rükn əl-dövlə qullara-



ğası, nazır-ı büyutat, muqərrəb əl-xaqan divanbəyi, əmiraxurbaşı cilau (cilov), mu-

qərrəb əl-xaqan həkimbaşı, tüfənkçibaşı, məclisnevis, əmirşekarbaşı və münəccim-

başı, xacəsərayan, eşikağasıbaşı, mehtər, qurçibaşı (daha əvvəllər məclisə yer alır-

dı, Şah Abbasdan sonra məclis toplantılarında oturduğu qeyd olunmur) otururdu.  

Türk  əmirlərinin  əsasən  toplandığı  məclislərdən  biri  də  Əmirlər  Məclisi 

(Üməra-i Cəngi) idi. 7 əsl üzvlə birlikdə (1. qurçibaşı, 2. qullarağası, 3. Eşikağası-

başı, 4. tüfekçiağası. 5. vəzir-i azam. 6. divanbəyi,  7. vəqiənevis) nazir-i büyutat, 

mustoufi-

i  məmalik  və  emirşikarbaşı  da  daxil  olmaqla  10  səlahiyyətli  əmirdən 

ibarətdi.  Səfəvilərin  son  şahlarından  olan  Şah  Sultan  Hüseynin  son  dövrlərinə 

doğru nazir, mustoufi əl-məmalik və əmirşikarbaşı bəzi toplantılarda iştirak etməyə 

başlamışdır.  Cəngi  Monqol  dilindədir  və  “düyüm”,  “bağ”,  “rabitə”  mənası 

daşımaqdadır.  Cəngi  Minorski  tərəfindən  “Dövlətxana-i  müharibə”  -  “dövlət 

şurası” şəklində Monqol və Teymur mənşəli bir təşkilat kimi izah edilmişdir.

 3

   



Mühüm  qərarların  alındığı  məşvərət  şurasının  üzvləri  əsasən  türk 

boylarının emirlərindən ibarətdi. Təzkirət əl-mülükə  görə, Səfəvilərdə əmirlər iki 

yerə  ayrılırdı.  a)  Dövlətxana  əmirləri  (üməra-i  dövlətxana);    b)  qeyri  dövlətxana 

əmirləri (üməra-i qeyri dövlətxana).  



a)  Dövlətxana  əmirləri  –  bunlara  “mübarək  dövlətxana  əmirləri”  də 

deyilirdi. Bunların hər biri xüsusi bir vəzifə ilə şərəfləndirilmişdi və “cahanpənah 

şah”ın  dərgahında  (sarayında)  yaşayırdılar.  Dövlətxana  əmirləri  qurçibaşı, 

qullarağası,  eşikağasıbaşı,  tüfekçiağası  olmaq  üzrə  əsas  dörd  nəfərdən  ibarətdi. 

Onlar  eyni  zamanda  “ərkan-ı  dövlət-i  qahirə”  adlanırdılar  və  üməra-i  cengidə 

(əmirlər məclisində) iştirak edirdilər.

4

 



b) Qeyri dövlətxana əmirləri - Bunların başında hakimlər, bəylərbəyləri, 

sultanlar  və  xanlar  gəlirdi.  Bu  qrup  “sərhəd  əmirləri”  (“sərhəddaran”  –  sərhəd 

mühafizləri) olaraq da adlandırılırdı. Hakimlər rütbə, mənsəb və etibar baxımından 

bəylərbəyinin  üzərində  yer  alırdı.  Bəylərbəyi  xanlara  görə  üstündü,  xanlar  da 

                                                 

1

 

İskender Bey Münşi Türkmen, Tarih-i Alem-Ara-i Abbas-i, I. cilt, II. kısım, s. 285–287.  



2

 

İskender Bey Münşi Türkmen, Tarih-i Alem-Ara-i Abbas-i, I. cilt, II. kısım, s. 272. 



3

 V. Minorsky, Tadhkirat al-Mulûk, A Manual of Safavid Administration (circa 1137-1725), London 

1943, s. 113. 

4

 



V. Minorsky, eyni adlı əsər, s. 44. 


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə