Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə273/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   265   266   267   268   269   270   271   272   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

593 



sultanlara  görə.  Bəylərbəylərinə  bağlı  “qol  bəyləri”nin  (qol  bəyləri  /  qul  bəyi)  

digər adının “xan” olduğu təxmin edilir. Hakimlər onları təyin edir və vəzifədən 

azad edirdi. Bəylərbəyi kimi hər sərhəddin sultanı o sərhəddin xanına tabe idi.

1

 



 

Səfəvi  dövlətində  farsların  hakim  mövqeyə  gəlməsində  əsas  iki  amil  rol 

oynamışdır. a) Paytaxtın dəyişdirilib fars bölgələrinə nəql etdirilməsi

2

; b) Qızılbaş 



türk bəylərinin əhəmiyyətli mövqelərdən uzaqlaşdırılması 

a)  Səfəvilərin  paytaxtının  dəyişdirilməsinin  Farsların  və  Fars  dilinin 

qüvvətlənməsində  rolu:  Osmanlı  ilə  ardı  arası  kəsilməyən  mücadilələr,  Səfəvi 

şahlarını  paytaxtı  və  dolayısı  ilə  dövlətin  mərkəzi  təşkilatını  qorumaq  barəsində 

qayğılandırırdı.  Bu  səbəblə  paytaxt  Səfəvi  hakimiyyətində  iki  dəfə  dəyişdiril-

mişdir. İlk öncə Qəzvinə köçürülən paytaxt, Şah Abbas zamanında İsfahana nəql 

etdirildi. Hər iki şəhərin əhali baxımından fars ağırlıqlı olması dövlət təşkilatında 

farsların və fars dilinin mövqeyini qüvvətləndirmişdir. Turhan Gencəyinin də haqlı 

olaraq qeyd etdiyi kimi paytaxtın türklərin yaşadıqları məntəqələrdən İsfahana nəql 

etdirilməsi  Təbrizin  siyasi  və  mədəni  əhəmiyyətinə  şiddətli  bir  zərbə  olmuşdur. 

Şah Abbasın reformları da Qızılbaş boylarının təsirini və əhəmiyyətini azaltmışdır. 

Buna baxmayaraq Səfəvi şahlarının və Səfəvi dövlətini quran Qızılbaşların ana dili 

olan türk dili yeni paytaxtda - 

İsfahanda,  Təbriz  və  Qəzvindəki  kimi  sarayın  və 

ordunun dili olaraq qalmışdır.

3

 



Səfəvilərin rəsmi yazışmalarda hər iki dildən istifadə etdikləri bilinməklə 

birlikdə  sarayda  istifadə  edilən  dilin  Türk  dili  olması  bir  çox  səyyah  tərəfindən 

qeyd olunmuşdur.

4

  



Dövlət  təşkilatında  fars  dilinin  istifadə  olunması  ənənəvi  bir  haldı  və 

bunun dəyişdirilməsi ciddi reformist bir hərəkat gərəkdirirdi. Fars dilinin Səfəvi-

lərdə istifadə olunması ilə əlaqədar tənqidlərdə bir məsələ diqqətdən yayınmışdır. 

Münşilik,  katiblik  məsləyi  digər  məsləklər  kimi  atadan  oğula  öyrədilərək  davam 

etdirilirdi.  Bu  müəssisələrin  farsların  əlində  olması  onları  dövlətə  tabe  və  bağlı 

etdiyi kimi, eyni zamanda böyük qazanclar əldə etmələrinin də qarşısını alırdı. Bu 

məmuriyyətlərin  qazancları  dövlət  tərəfindən  məhdud  maaşlarla  və  ya  keçici 

torpaq  mülkiyyətləri ilə tənzimlənirdi. Türk boylarının bəyləri isə əksinə böyük 

vilayətlərin idarəsini əllərində tutur və ordu saxlayırdılar və lazım olduğu zaman 

bu  ordularla  müharibələrdə  iştirak  edirdilər.  Həm  maddi  və  həm  də  hərbi  güc 

baxımından bu məmurlara görə daha müstəqildilər.  

b) Qızılbaş türk bəylərinin əhəmiyyətli mövqelərdən uzaqlaşdırılması 

–- 


Qızılbaş bəylərinin hakimiyyət uğrunda apardıqları mücadilələrin kontrol altına 

tutulması  səyləri  Şah  İsmayıl  dövründən  başladılmış

5

 

və  daha  sonrakı  Səfəvi 



şahları (sadəcə Şah Abbas tərəfindən deyil, şah İsmayıldan sonra gələn digər şahlar 

tərəfindən  də)  tərəfindən  də  davam  etdirilmişdir.  Bu  mücadilələrə  Şah  Abbas, 

                                                 

1

 



V. Minorsky, eyni adlı əsər,  s. 43. 

2

 



Şah İsmayılın oğlu və vəliəhdi Şah Təhmasib, Osmanlıların təzyiq və hücumları səbəbi ilə paytaxtı 

Qəzvinə  daşıdı  (H.  962/1555),  I.  Şah  Abbas  da  paytaxtı  Qəzvindən  İsfahana  köçürdü  (H. 

1006/1598). 

3

 



Turhan  Gəncəyi,  “Zeban-i Torki der Derbar-i  Sefevi  der  İsfahan”,  “Tribun”  jurnalı,  sa.  4,  İsveç 

1999, İngilis dilində - Turcica, Tome, XXII, Paris 1991, s. 73.  

4

 S

. S. Əliyarov, Y. M. Mahmudov, Azərbaycan Tarixi Üzrə Qaynaqlar, Bakı 1989, s. 230.  



5

 

А. П., Новосельцев, Некоторые Вопросы Государственной Организации Державы Сефевидов 



в Иране, Ближневосточный Сборник, Тиблиси 1983, s. 178. 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

594 



Qızılbaş bəylərini əhəmiyyətli mövqelərdən uzaqlaşdırmaq yolu ilə və orduda apar-

dığı  islahatlarla  son  qoymağa  çalışmışdır.  Türk  bəylərinin  hakim  olduğu  vəzi-

fələrdən ən əhəmiyyətlisi “vəkil” vəzifəsi idi. Qızılbaş bəyləri bu məqamı əllərində 

tutmağa  çalışaraq  şahın  dövləti  idarəsinə  birbaşa  təzyiq  göstərə  bilirdilər.  Vəkil 

vəzifəsində olan türk əsilli bəylər arasında Div Sultan Rumlu, Çuxa Sultan Təkəli 

və Hüseyn Xan Şamlunun adları qeyd olunur.

1

  

Hakimiyyət uğrunda mübarizələrdə sadəcə türk əmirlərinin bir-biriləri ilə 



deyil, həm də hakim sülalə ilə yaxın qohumluq əlaqəsi olan fars əsillilərlə toqquş-

ma

ları qaynaqlarda qeyd olunmuşdur. Bunlardan ən çox diqqəti çəkən şah Məhəm-



məd  Xudabəndənin  xanımı  Mazandaranlı  Mehdi  Ülyanın  və  onun  yaxın  adamı 

olan  vəzir  Mirzə  Salmanın  Qızılbaş  əmirləri  tərəfindən  öldürülməsi  hadisəsidir. 

Saray

dakı yeganə “tacik” vəzir Mirzə Salmandı. O, Fars valisi İbrahim xan Zül-



kad

rin vəziri olan İsfahanlı Ağa Mirzə Əli Cabirinin oğlu idi. O, I.Şah Təhbasibin 

zamanında  “nazir-i  büyutat”  vəzifəsini  icra  etmiş,  daha  sonra  II.Şah  İsmayılın  za-

manında vəzir olaraq təyin olunmuşdu. Məhəmməd Xudabəndə zamanında onun xa-

nımının  etimadını  qazanaraq,  “etimad  əd-dövlə”  titulunu  almış  və  “vəzir-i divan-ı 

ala” vəzifəsinə yüksəldilmişdi. Mirzə Salman Qızılbaş əmirlərinin arasını vuraraq, 

onla

rın gücünü zəiflətməyə çalışmışdır. Qızını Həzmə Mirzə ilə evləndirərək ha-



kimiyyəti ələ keçirməyi planlayırdı.

2

 



Bu vəziyyətdən narahat olan qızılbaş əmirləri 

şahın xanımı aradan qaldırdıqları kimi Mirzə Salmanın öldürülməsinə də fərman 

verdilər. 

Şah Abbasın və daha əvvəlki Səfəvi şahlarının Qızılbaş əmirlərinin təsirini 

azaltmağa  yönəlik  səyləri, onların  müstəqil  hərəkətlərini  məhdudlaşdırmaq  məq-

sədi daşıyırdı. Davamlı Osmanlıların təzyiqlərinə məruz qalan coğrafiyadan pay-

taxtın köçürülməsi, regionda hakim olan qızılbaş əmirləri üzərində kontrolun zəif-

ləməsinə  səbəb  olmuşdu.  Qızılbaş  əmirlərinə  (I.Şah  İsmayıl  tərəfindən)  verilən 

mülklər və səlahiyyətlər onların qüdrətini artırmışdı. Bu səbəblə mərkəz, qızılbaş 

əmirlərinin  gücünü  zəiflətmək  məcburiyyətində  idi.  Osmanlı  ilə  yaxın  mövqedə 

yerləşmələri mərkəz dövlətlə Osmanlı arasında müharibələrdə siyasi balansın bir 

digərinin lehinə dəyişməsində rol oynamalarına imkan yaradırdı. Osmanlıya sığı-

nan  Səfəvi  soyundan  olanların  xəyanətləri  də  bu  qəbildən  olan  tədbirlərin  alın-

masına səbəbiyyət verirdi. 

Qızılbaş əmirlərinin mərkəzi təşkilatda təsirsiz hala gətirilməsi Səfəvilərin 

zəifləməsində  əhəmiyyətli  yer  tutur.  Qızılbaş  boyları  bilindiyi  üzrə  şahdan  çox 

bəylərinə  bağlı  idilər.  Mərkəzdə  yer  aldıqları  müddətcə  Qızılbaş  boy  əmirləri 

ölkənin bütövlüyünün qorunmasına xidmət etmişdirlər. I. Şah Abbasla başladılan 

reformlar qızılbaş əmirlərinin hakim mövqelərdən sıxışdırılıb çıxarılması və mər-

kəzi təşkilatın İsfahana daşınması qızılbaş boylarının kontroldan uzaq qalmalarına 

səbəb  olmuşdur.  Hakimiyyətdən  uzaq  tutulmalarına  baxmayaraq  Səfəvi  sonrası 

dövlətlərin meydana çıxmasında təkrar türk boylarının - Afşarların və Qacarların – 

                                                 

1

 



O.  Ədəndiyev,  onlarla  (Div  Sultan  Rumlu,  Çuxa  Sultan  Təkəli  və  Hüseyn  Xan  Şamlu)  əlaqəli 

aşağıdakı məlumatı qeyd edir: “Onlar əslində kiçik yaşda olan I. Şah Təhmasibin dövründə vəkil 

vəzifəsinə  öz  sələflərini  öldürərək  keçən,  tam  səlahiyyətli  və  güclü  səltənət  naibləri  idilər.”  O. 

Əfəndiyev, eyni adlı əsər, s. 227. 

2

 

O. Əfəndiyev, eyni adlı əsər, s. 162. 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

595 



rol oynaması, İranda hakimiyyəti ələ keçirməsi türklərin bu mübarizədən əsla geri 

çəkilmədiklərinə işarətdir. 

 

 

“JANGE” AND “TAJEKEYA” IN THE SAFAVID STATE STRUCTURE  



 

Summary 

 

In the Safavid state the sharing of responsibilities among governors and managed 



being displayed in traditional form. If the governors of the Safavid state and the 

shah structure were beys of the Turkish clans, the clerks and administrators were 

staffs of Persian origin from the Achaemenids,  Sasanian  and  Seljuks  states and 

those who had followed the “Tajekeya” direction. By time, the second group was 

full of with Turkish origin staff and they also had followed the institutional 

bureaucratic direction and written their works on Safavid’s shahs history in the 

Persian. This dualist direction was continued till the modern times and had stayed 

in the same form as well as in the states reigned by Nadir and Ghacar shahs. 



Key words: Safavi, the State Organization, Jange, Tajekeya, Turkish, Persian 

 

Document Outline

  • azmedtar dun.pdf
    • KURBAN SAİD’İN DOĞU-BATI SERÜVENİ
    • “Ali ve Nino” Romanında Bakü-Berlin İmgesi ve Kültür Çatışması
    • ALMAS YILDIRIM’IN ŞİİRLERİNDE VATAN HASRETİ MOTİFİ ÇÖZÜMLEMESİ
    • İRAN’DA AZERBAYCAN TÜRKÇESİNE DAİR BAZI ÇALIŞMALAR
    • XX ƏSR KLASSIK ÖZBƏK ƏDƏBIYYATINDA “AZƏRBAYCAN” MÖVZUSU
    • ÇAĞDAŞ TÜRK NƏSRİNDƏ KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI NÜMUNƏLƏRİ
    • (Orxan Pamukun “Mənim adım qırmızı” romanı əsasında)
    • CİHAN AKTAŞ’IN AZİZE’NİN SON GÜNÜ ADLI HİKÂYE KİTABINDAKİ AZERBAYCAN KÜLTÜRÜNE AİT UNSURLAR
    • CURCI ZEYDANIN «FƏRQANƏ GƏLINI» ƏSƏRINDƏ AZƏRBAYCAN VƏ BABƏK HƏRAKATININ TƏSVIRI
    • ZİYA GÖKALPIN TURANÇILIQ GÖRÜŞLƏRİNDƏ AZƏRBAYCAN
    • AZƏRBAYCANIN AVROPA TƏHLÜKƏSIZLIK VƏ ƏMƏKDAŞLIQ INSTITUTLARI ILƏ MÜNASIBƏTLƏRI
    • BAKI RUS MODERNİST POEZIYASINDA
    • KIBRIS TÜRK ŞERINDƏ AZƏRBAYCAN
    • CEYMS MORIYERIN VƏ JAMES BAILLIE FRASERIN YARADICILIĞINDA AZƏRBAYCAN
    • ABDULKADİR İNALTƏKİN ŞEİRLƏRİNDƏ AZƏRBAYCAN SEVGİSİ
      • Pertev Naili Boratavın yazdığına görə, Richard Leonhard “Paphlagonia, Reisen und Forschungen im nordlichen Kleinasien”  əsərində Koroğlu dağının Bolu-Beypazarı istiqamətində yerləşdiyini diqqətə çatdırır, Koroğlunu əfsanəvi bir şəxsiyyət kimi qə...
      • Macar türkoloqu, dilçi, еtnoqraf və səyyah  Hermann (Arminius) Vambеry (1832-1913) 1856-cı ildə İstanbula gəlir, 6 il orada qalır, burada təhsil alır. Sonradan bir neçə dəfə  İstanbula qayıdır. 1861-1864 –cü illərdə dərviş kimi  İranda, Orta As...
      • 1982-ci ildə Remy Dor-un fransız dilində yazdığı “Chants du toit du monde: textes d`orature kirghize suivis d`un lexique kirghiz-français” kitabının108F   23-31-ci səhifələrində Əfqanıstan qırğızlarından toplanmış bir Koroğlu hekayəsindən danışılır.
    • ALI BEY HÜSEYNZADE`NIN EDEBI FAALIYETI
    • SUYU ARAYAN ADAM’IN AZERBAYCAN GÜNLERİ
    • AZƏRBAYCAN YAZIÇILARININ ƏSƏRLƏRİNİN DÜNYA ƏDƏBİYYATINDA TANIDILMASINADAİR
    • FAZİL HÜSNÜ DAĞLARCANIN POEZİYASINDA AZƏRBAYCANIN TƏRƏNNÜMÜ
    • GÜRCÜ ƏDƏBİYYATINDAAZƏRBAYCANLI OBRAZI
    • (M. Cavaxişvilinin yaradiciliğiəsasinda)
    • FRIEDRICH MARTIN VON BODENSTEDT’İN ŞİİRLERİNDE MİRZA ŞEFİ VAZEH İZLERİ
    • POLONYALI ŞAİRLERİN “KAFKASYA GRUBU” VE TEMSİLCİLERİNDEN WLADYSLAW STRZELNİCKİ
    • 1920’Lİ YILLARDA NÂZIM HİKMET’İNÂZERÎ EDEBİYATININ OLUŞMASINA ETKİLERİ
    • TACLI SƏRGƏRDAN — BAYRAM XAN XANXANAN. RƏHİM ESENOVUN TARİXİ ROMANINDA AZƏRBAYCAN ŞAİRİ MƏHƏMMƏD BAYRAM XAN OBRAZI
    • BAKI YESENİNİN VƏSFİNDƏ
    • К ПРОБЛЕМЕ АЗЕРБАЙДЖАНСКО-ПОЛЬСКИХ ЛИТЕРАТУРНЫХ СВЯЗЕЙ В XXI ВЕКЕ
    • AZƏRBAYCAN ƏDƏBIYYATI RUMIN DILINDƏ
    • FATİH ORDU`NUN “BEYAZ BİR GÜLDÜR SEMAYE”HİKÂYESİNİN TAHLİLİ
    • AZERBAYCANLI ŞAİR MEHEMMED HÂDİ’NİN TÜRK MATBUATINDAKİ YAZILARI (1910-1913)
    • MEVLÜT SÜLEYMANLI’NIN “GÖÇ” VE YAŞAR KEMAL’İN “BİNBOĞALAR EFSANESİ” ROMANLARINDA GELENEK-MODERNİZM ÇATIŞMASI
    • RUS YAZIÇILARININ ƏSƏRLƏRİNDƏ AZƏRBAYCAN ADLARI BƏDİİ-ÜSLUBİ VASİTƏ KİMİ
    • AZERBAYCAN SEVDALISI BİR ŞAİR: YAVUZ BÜLENT BAKİLERKAPLAN
    • SAMET AĞAOĞLU’NUN HAYATI VE EDEBİ ESERLERİ
    • AZERBAYCAN HALK TÜRKÜLERİ VE TÜRK HALK MÜZİĞİ ARASINDAKİ İLİŞKİLER
    • “AZERBAYCAN YÜREĞİMDE BİR ŞAHDAMARDIR” YAHUT YAVUZ BÜLENT BAKİLER’İN KÜLLENMEYEN AZERBAYCAN SEVDASI
    • DUYĞU VƏ IZTIRABLARINI PANTOMIMLƏRINDƏ ƏKS ETDIRƏN YAZIÇI
    • Key words: mysticalrealism, South Azerbaijan, Iran, Qulamhuseyn Saidi
    • ÇÂKERÎ SİNAN’IN ŞİİRLERİNDE AZERBAYCAN TÜRKÇESİ
    • ПОЭТЫ-МЕТАФИЗИКИ: ОТ ДЖОНА ДОННА ДО ГАМЛЕТА ИСАХАНЛЫ
    • MƏRKƏZI ASIYA XALQLARI ŞEIRINDƏ AZƏRBAYCAN MÖVZUSU
    • ИСТОРИЯ РАЗГАДКИ МИСТИФИКАЦИИ ЛЬВА НУСЕНБАУМА И ЕЕ ЗНАЧЕНИЕ
    • ALMAN ƏDƏBİYYATŞÜNASLARI MİRZƏ ŞƏFİ HAQQINDA
    • AZƏRBAYCAN ƏL-MÜQƏDDƏSİNİN «ƏHSƏN ƏT-TƏQASİM Fİ MƏRİFƏT ƏL-ƏQALİM» ƏSƏRİNDƏ
    • jurnal tex medendfdfcvcv.pdf
      • TÜRKİYE TÜRKÜ KÜLTÜRÜNDE AZERBAYCAN HALK MAHNILARI
        • Günümüzde icra edilen büyük hacimli Azerbaycan Muğamları (destgah) on iki tanedir ve adları şu şekildedir:
        • Azerbaycan Muğamlarının, içeriğine göre ayrıca şube ve bölümleri de vardır. Örneğin Rast muğamı aşağıdaki bölümlerden oluşmaktadır:
      • AZƏRBAYCANIN BEYNƏLXALQ MƏDƏNİ ƏLAQƏLƏRİ YUNESKO VƏ İSESKO İLƏ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ
      • TÜRKİYƏ XARİCİ SİYASƏTİNİN CƏNUBİ QAFQAZLA BAĞLI MİLLİ TƏHLÜKƏSİZLİK MARAQLARI
      • Key words: foreign policy, Southern Caucasus, West, the Balkans and the Near East  AZƏRBAYCANNIN AVROPA TƏHLÜKƏSİZLİK VƏ ƏMƏKDAŞLIQ İNSTİTUTLARI İLƏ MÜNASİBƏTLƏRİ
      • İran-Gacarlar Döneminde (1279/1862 ve 1331/1913) Yılları Arasında Yazılan Farsça Hac Seyahatnamelerinde Bakü
      • (Firdovsiyyə Əhmədova) RUSİYANIN MÜASİR NƏŞRLƏRİNDƏ AZƏRBAYCANIN 1920-ci İLLƏR TARİXİNİN BƏZİ MƏSƏLƏLƏRİ
      • EVLİYA ÇELEBİ SEYAHATNAMESİNDE AZERBAYCAN
      • ALMAN SƏYYAHLARI BAKI VƏ AZƏRBAYCAN HAQQINDA
      • AZERBAYCANLI FİLOZOF EBU’L HASAN BEHMENYÂR VE FELSEFESİ
      • Key words: Ibn Sina, philosophy, Abu al-Hasan Bahmanyar bin Marzuban, “Risalah fi Maratib al-Mawjudat”, “Ma-Ba‘d al-Tabi‘ah” and “Kitab al-Tahsil” ORTA ƏSR MƏNBƏLƏRI VƏ AVROPALI ALIM, COĞRAFIYAŞUNAS, DIPLOMAT, SƏYYAH, TACIRLƏR BAKI HAQQINDA
      • Поло о тюрках и об Азербайджане
      • XV ƏSRDƏ AZƏRBAYCANDA OLMUŞ SƏYYAHLARIN “SƏYAHƏTNAMƏLƏR”INDƏ ŞIRVAN ŞƏHƏRLƏRI
      • “TARİX-İ ALƏMARA-Yİ ABBASİ” ƏSƏRİNDƏ XVI ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI MƏSƏLƏLƏRİ
      • ПРОБЛЕМА ОТРАЖЕНИЯ ИСЛАМСКОЙ РЕЛИГИИ В АЗЕРБАЙДЖАНЕ В АНГЛИЙСКИХ ИСТОЧНИКАХ 16 ВЕКА
      • СОЧИНЕНИЕ А. ОЛЕАРИЯ – ПЕРВЫЙ НАУЧНЫЙ ТРУД ПО ГЕОГРАФИИ АЗЕРБАЙДЖАНА И КАСПИЙСКОГО МОРЯ
      • ÂZERBAYCAN’IN MÜSLÜMANLAR TARAFINDAN FETHİ SIRASINDA YAPILAN ANTLAŞMA METNİNİN FIKHÎ ANALİZİ –
      • Kılıç Müslümanlığı Diye Bir Şey Var mı?-
      • XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN MİLLİ HƏRƏKATI XARİCİ ÖLKƏLƏRİN TARİXŞÜNASLIĞINDA
      • ГРАЖДАНСКОЙ ВОЙНЫ 1918-1920 ГГ.»
      • AZƏRBAYACANIN ERMƏNI TƏCAVÜZÜ OBYEKTI OLAN MƏDƏNI IRSI
      • MAHMUD KAMAL İNAL TƏZKIRƏSINDƏ AZƏRBAYCANLI ŞAIRLƏR
      • AVROPALILARIN SƏYAHƏTNAMƏLƏRINDƏ AZƏRBAYCAN
      • (Qacar dövrü)

Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə