Azərbaycan əDƏBİ DİLİNİn normalari


Yazılı nitqdə sual işarəsi



Yüklə 146,24 Kb.
səhifə14/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
NORMALAR

4. Yazılı nitqdə sual işarəsi. Sual işarəsi yazılı nitqdə sual ifadə edir və aşağıdakı hallarda işlənir:
a) sual əvəzliklərinin sonunda sual işarəsi qoyulur. Məsələn:
Solmaz. Sən ən doğru bir qadını tapındıra bilərsən. Sözlərin bir il­dı­rım kimi insan beyninə, baxışların bir iynə kimi ürəyinə sancılır. Ancaq mən heç bir zaman sənin ola bilməyəcəyəm.
Elxan. Nə üçün, Solmaz, nə üçün? (C.Cabbarlı, “Od gəlini”);
Altunbay. Yalnız orasını mənə anlat ki, sən kimsən? (C.Cabbarlı, “Od gəlini”);
b) sual məqsədilə işlənən cümlələrin sonunda sual işarəsi qoyulur. Mə­sə­lən:
Yenə o, Əlmurad dayının üstünə qışqırdı: ― De görüm, neçə pətəyin var sənin? (Ə.Əylisli, “Adamlar və ağaclar”).
c) məzmununda sual ifadə edilməyən, ancaq formaca sual cümləsi şəklində qurulan cümlələrin sonunda sual işarəsi qoyulur. Su­­al cüm­lələrinin bu növündə cavab tələb olun­­­mur, bu cavab su­­­a­­lın özündə implisit tərzdə dü­şü­nü­lür. Təs­diq və ya in­karda de­yil­mə­li olan fikir ritorik sual cüm­lə­­­lə­ri va­­si­tə­silə daha tə­sirli və qə­­ti şə­kildə ifadə olu­nur. Məsələn:
Buğda çörəyinin buynuzu olar? (Atalar sözü); İt dəmirçi dükanından nə apa­rar? (Atalar sözü); İslanmışın sudan nə qorxusu? (Atalar sözü); Hansı şə­hər­­də ac və lüt tapılmaz? (M.İbrahimov, “Gələcək gün”);
Sual cümlələri bütöv və ya elliptik ola bilir. Elliptik cümlə bir söz­dən də ibarət olur və bu məqamda da sual işarəsindən istifadə olunur. Mə­sələn:
Altunbay. Kəndlilər qiyam etmiş, darğaları çıxarıb qovurlar. Qara kütlə bir od seylabı kimi axır. Qarşı gələni amansız bir sel kimi süpürüb aparır.
Rəbi. Bəs Solmaz? (C.Cabbarlı, “Od gəlini”).
Bəzən sual cümləsi nida tonunda deyilir. Belə cümlələrin sonunda sual-nida işarəsi qoyulur. Məsələn:
Hanı şəfəqin, gözəl cəvahir, ha­ra­da­san, zərif qızıllar?! (S.S.Axundov, “Ta­mah­kar); ― … Ağlın olsa, bir neybətdən ötrü oturub ömrünü çü­rüt­məz­sən. Axı onun nəyini gözləyirsən?! (Ə.Əylisli, “Mənim nəğməkar bi­bim”); ― … Niyə, dün­yada bir subay oğdan tapılmırdı ki, mənə aşiq olay­dı?! (İ.Əfəndiyev, “Sö­yüd­lü arx”); Zərrintac baxışlarını qaldırıb Elməddinə diq­­qətlə baxdı və:― Hə! ― de­di. ― Bəs sən?! (Ə.Hacızadə, “Əfsanəsiz illər”).

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə