Azərbaycan əDƏBİ DİLİNİn normalari


ŞİFAHİ VƏ YAZILI DİLİN ÜMUMİ NORMALARI



Yüklə 146,24 Kb.
səhifə2/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
NORMALAR

ŞİFAHİ VƏ YAZILI DİLİN ÜMUMİ NORMALARI
Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus fərq­ləndirici əlamətləri mövcuddur. Şifahi dil danışıq səslərini, fikrin bütün in­cə­lik­lə­rini özündə əks etdirən, müxtəlif intonasiyaları ifadə edə bilən, fikri daha tez və vaxtında ifadə etmək imkanına malik olan, insanlar arasında ünsiyyət ya­rat­mağı təmin edən canlı dildir. Lakin şifahi nitqdə danışan öz fikrini yığcam və üslubi cəhətdən tam, düzgün ifadə edə bilmədiyi üçün bir sıra üslubi xə­ta­la­ra yol verir. Yazılı nitqdə danışan və yazanın isə öz fikrini daha səlis, aydın, yığ­cam şəkildə ifadə etmək üçün əlverişli leksik vahidlər və daha münasib üs­lub seçmək imkanı olur. Bu prosesdə orfoqrafik qaydalara, yazılı dilin nor­ma­la­rına düzgün riayət edir.
Dilin bu iki formasının oxşarlığı ondan ibarətdir ki, onların hər ikisinin əsa­sını ədəbi dil təşkil edir. Buna görə də hər iki forma ədəbi dilin hamı tə­rə­findən qəbul edilmiş normalarına tabe olmaq məcburiyyətindədir. Lakin şifahi dil ya­zılı dilə nisbətən normalaşdırmadan və nizama salınmadan daha azaddır.
Onlar arasında fərqlər daha çox ifadə vasitələrinə aid olur. Şifahi dil intonasiya və melodika ilə əlaqəlidir, burada müəyyən miqdarda özünəməxsus dil vasitələri də işlənir, şifahi dil danışıq üslubuna bağlıdır. Yazı isə hərfi, qra­fik işarələrdən, çox vaxt kitab dilindən, onun bütün üslub və xüsu­siy­yət­lə­rin­dən, normalaşdırılmasından və formal təşkilindən istifadə edir.
Nitq mədəniyyətinin normaları həm yazılı, həm də şifahi nitqin qay­da­la­rın­dan ibarətdir. Dilin nitq fəaliyyətində reallaşması ilə şifahi nitqin qaydaları yaranır.
Dilin normalar sistemi daha sadə və sistemlidir. Nitq normaları ilə ya­na­şı, dil normaları da dərsliklərdə, qrammatika, lüğət və arayışlarda təsdiqlənir.
Dilin hər bir səviyyəsində norma xüsusi qanunlar üzrə fəaliyyət göstərir. Belə ki, fonetik normalar kökün quruluşu, leksik normalar məna və anlayış, qram­matik normalar isə şəkilçi paradiqması, birləşmə və cümlə daxilindəki söz­lərin ardıcıllığı ilə əlaqədar şəkildə formalaşır. Bütün normalar dil va­hid­lə­ri­nin uyğun qanu­na­uy­ğunluqları əsasında meydana çıxır.
Şifahi və yazılı dilin ümumi normalarına aşağıdakılar aid edilir:

  • leksik normalar;

  • qrammatik normalar;

  • üslubi normalar.


Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə