Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə20/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   20
NORMALAR

Vurğu normaları. Orfoepiya ilə bağlı məsələlər sırasına vurğu da da­xil­dir. Vurğu şifahi nitqdə mühüm rol oynayır. O, eyni formada olan sözlərin, qram­matik formaların mənaca bir-birindən fərqləndirilməsinə xidmət edir. Şi­fa­hi nitqdə vurğu sərbəst və sabit şəkildə özünü göstərir. Azərbaycan dilində əsa­sən sabit vurğu (sözün son hecası üzərinə düşən), məhdud dərəcədə, yəni ədə­bi dildə işlənən alınma sözlərin bir qismində isə sərbəst vurğu (söz əv­və­lin­də və ya söz ortasında) vardır. Lakin şivələrdə sərbəst vurğu daha çox nəzərə çar­pır.
Bir qisim sözlərdə, daha çox alınma sözlərdə vurğunun düzgün de­yil­mə­mə­si nəticəsində tələffüz qüsurları baş verir. Məsələn: Pifάqor, qάytar, qúrtar, bάş­qa, dάha, kafédra, mǘxtəlif, şúra, Xόsrov, όxu, bǘtün, gǘnorta və s. Şifahi nitq­də belə vurğu tələffüzü səhvləri ədəbi tələffüzə zidd hesab edilir.Çünki di­li­miz­də vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Azərbaycan dilində elə şə­kilçilər var ki, onlar vurğu qəbul etmir: -gil (xalamgil), -ma2 (gəlmə), şəxs-xəbərlik şəkilşçiləri və s. Belə halda şifahi nitqdə vurğu son hecaya düşmür.
İntonasiya normaları. İntonasiya şifahi nitqdə özünü göstərən mürəkkəb nitq hadisəsidir. İntonasiyaya səs tonunun alçalması və ya artması, nitqin tempi, hecaların uzun və qısa tələffüzü, tələffüzün güclü və ya zəifliyi, ifadələr, sözlər arasında pauzanın olub-olmaması, nitqin tembri, danışanın hadisəyə münasibəti və sair ünsürlər daxildir. İntonasiyanın köməyi ilə şifahi nitqdə ifadə olunan müxtəlif fikirlər, rəylər, təkliflər bir-birindən fərqləndirilir, şübhə, təəccüb, sevinc, nifrət, kədər və s. hisslər əyani şəkildə ifadə olunur.
Hər hansı bir bədii əsərin müxtəlif intonasiyada tələffüzü dinləyicidə müxtəlif təəssürat oyada bilir.
İntonasiyanın əsas əlaməti dil vahidinin müxtəlif səs tempində, emo­si­o­nal çalarlıqda tələffüz edilməsidir. Məsələn: 1) Müəllim gəlir. 2) Müəllim gəlir? 3) Müəllim gəlir! 4) Müəllim gəlir?!
Birinci cümlənin adi intonasiya ilə deyilməsində müəllimin gəlməsi xə­bər verilir. Ikinci cümlədə xəbərin ikinci hecasının (-lir) uzun tələffüzü sual in­to­­na­si­ya­sı yaradır və bu situasiya qarşıdakı şəxsdən müəllimin gəlib-gəl­mə­məsi haq­qında cavab tələb edir. Üçüncü cümlənin bütövlükdə ucadan tələffüzü nida in­tonasiyasını əmələ gətirir və eşidənlərdə müxtəlif hiss-həyəcan doğurur. Dör­dün­cü cümlənin sual-nida intonasiyası tərzində tələffüzü danışanın intizar, na­rahatlıq hissini ifadə edir.
Göründüyü kimi, intonasiya məna ifadə edən universal səciyyəli nitq vasi­tə­sidir. O, danışanın fikri daha düzgün və aydın ifadə etməsinə, dinləyənin isə həmin fikri asanlıqla və dəqiq başa düşməsinə xidmət göstərir.
İntonasiya cümlənin sərhədini göstərir və onu müxtəlif tiplərə ayırır: 1. Nəq­li cümlə. 2. Sual cümləsi. 3. Əmr cümləsi. 4. Nida cümləsi.
Dilçilik ədəbiyyatında səsin tonunun dəyişilməsi ilə əlaqədar in­to­na­si­ya­nın üç tipi olduğu göstərilir:
1. Xəbərdaredici intonasiya cümlənin bitmədiyini bildirir: Onlar evə get­di­lər, ...
2. Tamamlayıcı intonasiya cümlənin bitdiyini, tamamlandığını bildirir: O, konfransda məruzə ilə çıxış etdi.
3. Sadalayıcı intonasiyada sadalama olur. Bu, cümlənin həmcins üzvləri arasında özünü göstərir: Onun əlində kitab, dəftər, qələm göründü.
Yüksək nitq mədəniyyətinə, nümunəvi tələffüzə nail omaq üçün orfoepik normalara da riayət olunması vacib amillərdəndir.
Təəssüflə qeyd etməliyik ki, qeyd edilən bu orfoqrafik qüsurlar müəllimlərin nitqində də müşahidə olunur. Bu isə şagird və tələbələrin düzgün nitqə yiyələnməsi işinə mənfi təsir göstərir. Halbuki müəllimlər öz nümunəvi nitqləri ilə şagird və tələbələrə örnək olmalıdırlar. Buna görə də müəllimlər öz nitqlərinə xüsusi fikir verməlidirlər.
Bundan əlavə, internetin həyatımızda oynadığı müs­bət rolla bərabər, onun dilimizə mənfi təsiri də müşahidə olunur. Belə ki, şə­bə­kə jarqonunun tə­siri və internet istifadəçilərinin dilə laqeyd münasibəti ilə şi­fahi və yazılı nitq normaları pozulur, Azərbaycan nitq mədəniyyətinin səviyyəsi aşağı düşür. Bunun qarşısını almaq üçün internet dilinə nəzarət vacib şərtlərdəndir.



1 Чуксина И.Г. Культура речи. Деловое общение. Учебно-методическое пособие для студентов заочной формы обучения.- Калининград: Рио БГА, 1999, с. 18.

2 Yenə orada.

3 Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı: BDU nəşri, 1999, s. 109.

1 Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili (fonetika, orfoepiya, orfoqrafiya). Bakı: Maarif, 1972, 308, s. 266.

2 Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı: BDU nəşri, 1999, s. 118.

1 Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili (fonetika, orfoepiya, orfoqrafiya). Bakı: Maarif, 1972, 308, s. 271.

1 Современный русский язык, ч.2., Синтаксис. Москва: Высшая школа, 1970, с. 215.

1 Абдуллайев Я., Сейидов Й., Щясянов А. Мц­а­сир Азяр­­байъан дили. Бакы: Ма­ариф, 1985, с. 464.

1 Сиротинина О.Б. Что и зачем нужно знать учителю о русской разговорной речи. М., 1996, c. 42.

1 Abdullayev N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyətinin əsasları. Bakı: ADPU nəşri, 2008, s. 173.

2 Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili (fonetika, orfoepiya, orfoqrafiya). Bakı: Maarif, 1972, 308, s. 171.

3 Yenə orada, s. 172.


Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə