Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə3/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
NORMALAR

Leksik normalar. Leksik norma sözün mənaca və ya formaca ona yaxın olan bir sıra vahidlərin arasından seçilməsi qaydası, həmçinin onun ədəbi dildə olan mənalarının işlədilməsidir. Leksik normalar izahlı lüğətlərdə, əcnəbi sözlər lüğətlərində, terminoloji lüğətlərdə və soraq kitabçalarında əks etdirilir.
Azərbaycan dilinin lüğət tərkibi milli mənşəli və alınma sözlərdən iba­rətdir. Milli mənşəli sözlərdə yazı normaları onların birvariantlı tə­ləf­fü­zü üzrə sabitləşdiyi kimi, alınma sözlər də uyğünlaşma prinsipinə əsaslanır. Ya­zıda vahidlik xətrinə sözlərin sabit şəklinin işlədilməsi üçün məcburi nor­malar tət­biq edilir. Milli mənşəli söz­lər­də norma və variant əsas götürülür. Sözlərin sabit qayda üzrə yazılışında mü­əyyən edilən prinsiplər yazıda şivə variantlarına yol ve­ril­mə­mə­sindən irə­li gəlir.
Yazıda vahidlik və sabitlik prinsipinə əməl edilməsi məqsədi ilə müx­tə­lif nitq variantlarından biri seçilir, ya da sözlərin dil strukturuna uyğun şəkli əsas gö­türülür.
Leksik normalara riayət edilməsi nitqin dəqiqlik və düzgünlüyünün ən mü­hüm şərtidir. Həmin normaların pozulması müxtəlif tipli leksik səhvlərə gə­ti­rib çıxarır.
Leksik normada əsas prinsip müasir dildə işlədilən sözlərin mənaca ondan istifadə edənlər üçün aydın olmasındadır. Bunun üçün bir neçə qaydaya əməl olunması vacib şərtlərdəndir:
1) Arxaik sözlərə, məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tər­zi­nə yol verilməməlidir. Əgər danışan öz nitqində arxaik sözlərdən və ayrı-ayrı şi­vələrə məxsus areal səviyyəli vahidlərdən istifadə edərsə, onların mənası din­lə­­yənlərə aydın olmaz. Müasir ədəbi dil üçün köhnəlmiş sözlər hesab edilən, an­layış cəhətdən norma olmayan arxaizmlər öz dövrünün dil norması ol­muş­dur. Həmin sözlərə qədim yazılı abidələrin dilində rast gəlmək müm­kün­dür. Ar­xaik sözlərin arxaikləşməsinin səbəbi ondadır ki, həmin sözlər nitq fəa­liy­yə­tində işlənmə intensivliyini itirməklə normalılığını da itirir. Məsələn: say­ru, yağı, yağma, xış, kəndxuda və s.
2) Danışan və ya yazanın nitqində əcnəbi sözlər lüzumsuz iş­lə­dil­mə­mə­li­dir. Çox zaman bir sıra əşya və hadisələrin dilimizdə müvafiq adı olduğu hal­da, o, alınma sözlərlə adlandırılır. Məsələn: xolodilnik (soyuducu), pılesos (toz­so­ran), lineyka (xətkeş), kley (yapışqan), çaşka (fincan) və s. Dilimizdə qar­şı­lı­ğı olan sözün əvəzində başqa bir alınmanın işlədilməsi dili korlamaqdır, leksik normanın pozulmasıdır. Əcnəbi söz və terminlərin işlədilməsi natiq üçün o zaman məqbul sayıla bilir ki, onun mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün qarşılığı olmasın.
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Danışan qur­maq istədiyi cümləni tamamlaya bilmədikdə, zəruri sözləri tapmaqda çətinlik çəkdikdə yersiz fasilələr etmək məcburiyyətində qalır və həmin fasilələrdə mətnlə əlaqəsi olmayan yersiz sözlər, ifadələr işlətməli olur. Məs.: deməli, mə­sə­lən, əsas etibarilə, türkün məsəli, zaddı, şeydi, beləliklə, adı nədir, adını sən de, hansı ki, canım sənə desin və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uy­ğun­suzluq, rabitəsizlik əmələ gətirir.
4) Jarqon söz və ifadələr işlədilməməlidir. Belə söz və ifadələrin (mə­s., znaçit, voobşe, tem bolee, mejdu proçim, niçeqo sebe, kakraz, toçno, uje və s.) iş­lədilməsi nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.
5) Loru söz və ifadələr, söyüş xarakterli söz və ifadələr işlə­dil­mə­məlidir. Məsələn, zırpı (böyük), lələş, qağa, fısqırıq, dürtmək, bağırmaq və s.
6) Şəkilçi artırılması ilə yaranan sözlərdən istifadə olunmamalıdır. Məsələn, sakitçilik, qaçqınçılıq, salamatçılıq, piyadaçı, aşağılaşdırmaq və s.
7) Sözlərin yerində işlənilməməsi hallarına yol verilməməlidir. Məs., mü­da­xilə etmək əvəzinə müdaxilə göstərmək, sual vermək əvəzinə sual soruşmaq və s.
8) Danışıq dilində kitab sözlərindən də istifadə edilməməlidir. Onlardan yersiz halda istifadə olunması danışıq dilinin leksik normalarının açıq şəkildə pozulmasıdır. Lakin son zamanlar müasir danışıq dilində kitab sözlərinin işlənməsi artmışdır ki, onların da bir çoxu danışıq dilinin norması kimi qəbul edilməyə başlanmışdır. Məsələn: perspektiv, məlumatlandırmaq və s.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə