Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə4/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
NORMALAR

Qrammatik normalar. Qrammatik normalar üç hissəyə bölünür:
1) sözdüzəltmə normaları;
2) morfoloji normalar;
3) sintaktik normalar.
Qrammatik normalar dilin qrammatikasına aid əsərlərdə və qrammatikaya dair soraq kitabçalarında təsvir edilir.
Sözdüzəltmə normaları söz hissələrinin birləşməsi və müəyyən model üzrə yeni sözün yaradılması üsulunu müəyyənləşdirir. Mövcud olmayan düzəltmə söz­lər tamam başqa şəkilçili mövcud düzəltmə sözlərin əvəzində işləndikdə söz­dü­zəltmə norması pozulur. Məsələn: salamatliq əvəzinə salamatçılıq, sakitlik əvə­zinə sakitçilik, qaçqınlıq əvəzinə qaçqınçılıq və s.
Morfoloji normalar. “Morfoloji norma sözdəyişmə və sözdüzəltməni tənzimləyir1“. Morfoloji norma sözün qrammatik formasının düzəldilməsi qaydasıdır. Bu normalar pozulduqda müxtəlif nitq hissələrinin işlədilməsi ilə əlaqədar nitq səhvləri yaranır. Səhvlərin əmələ gəlməsi, hər şeydən əvvəl, “mor­fologiya sahəsində normaların variativliyi ilə2“ şərtlənir. Morfoloji nor­ma­lar müxtəlif nitq hissələrinə aid sözlərin qrammatik formalarının düzgün ya­radılmasını tələb edir.
Morfoloji normalar yazıda səlislik prinsipinə riayət olunmasını tələb edir. Bu tələbə görə, cümlədə eyni qrammatik şəkilçilərin və eyni funksiya daşıyan qoşmaların təkrar işlədilməsi norma deyildir. Cüm­lənin həmcins olmayan üzvlərində eyni şəkilçi və qoşmanın təkrarı mə­nanın başa düşülməsində çətinlik törədir, süni paralellik yaradır. Mə­sə­lən: Suraxanı rayonunun Bülbülə qəsəbəsinin sizin köməyinizə ehtiyacı vardır. (“Ayna” qəzeti, 1991)
Bəzi cümlələrdə inkar formasının düzgün işlədilməməsinə təsadüf edilir. Cümlələrdə ya bir sözdəki inkarlıq şəkilçisi təkrar işlənir, ya da cümlə da­xi­lin­də inkarlıq bağlayıcıları işləndiyi halda, xəbərə yenidən inkar şəkilçisi ar­tırılır. Məsələn: Nə o gəlməyəcək, nə də mən. Halbuki, inkar bağlayıcıları iş­tirak edən cümlələrdə xəbər təsdiq for­mada işlənməlidir: o gələcək, nə də mən.
Sözdüzəldici və sözdəyişdirici şəkilçilərin sırası ədəbi dilin hər iki formasında gözlənilməlidir. “Şəkilçilərin söz kökündən sonrakı ardıcıllığı üçün əsas tələblər yeni söz yaradılması və onların qrammatik funksiya daşıması prinsiplərindən ibarətdir. Bu prinsiplərə uyğun olaraq söz köklərindən sonra sözdüzəldici şəkilçilər birinci, sözdəyişdirici şəkilçilər isə ikinci sırada gəlir. Söz kökündən sonra sözdüzəldici və sözdəyişdirici şəkilçilər adlarda və feillərdə vahid sıra qanununu gözləyir3“.
Şifahi dildə morfoloji vahidlərin istifadə olunmasında aşağıdakı qaydalar özünü göstərir:
1) Danışıq dilində şifahi ünsiyyət zamanı çətin qavranılan formalar − feili si­fətlər, xüsusən də feili sifət tərkibləri, feili bağlamalar, yiyəlik hal zən­cirləri az iş­lənir. Danışıq dilində yalnız sifət və ya zərflərin funksiyalarını ye­rinə yetirən və feili sifət və feili bağlama tərkiblərinin mərkəzi olmayan feili si­fət və feili bağ­la­maların işlənməsi mümkündür. Məsələn: bilən adamlar, həll­e­di­ci məna, ya­pı­şan paltar, titrəyən səs, parlayan şüşə, yerindən durmadan uza­nırdı, geriyə dön­mə­dən gedirdi, fikirləşmədən (fikirləşməmiş) cavab verir və s. Danışıq dilində fe­ili bağlamaların işlənməməsinin onun üçün mühüm sintaktik nəticəsi vardır. Sis­temə salınmış dildə feili bağlama və feili bağlama tərkibləri ilə ifadə olunan əla­qələr danışıq dilində “ikifeilli” kon­struk­siyalarla ifadə olunur. Məsələn: Ge­dim gətirim. Danışıq dili üçün səciyyəvi olan belə konstruksiyaların sistemə salınmış dildə işlədilməsi yolverilməzdir.
2) Şifahi dildə isimlər və xüsusən sifətlər nisbətən az işlənir, çünki əşyalar və onların əlamətləri çox vaxt həmsöhbətlərə məlum olur.
3) Əvəzlik və ədatlar daha çox işlənir, bu isə danışanların bilavasitə əlaqəsi ilə və onların nitqinin spontan xarakteri ilə şərtlənir.
4) Danışıq dilində feil zamanlarının işlədilməsi yazılı dildən fərqlənir. Belə ki, danışıq dilində söhbətin məzmunundan asılı olaraq həm indiki, həm keç­miş, həm də gələcək zaman formaları bərabər şəkildə işlənir. Danışıq dilində mikrotema boyunca zamanın dəyişməsi mümkündür. Həm də danışıq dilində bəzən zaman formaları həmişəki mənalarında işlənmir. Məsələn: danışan hələ evdə oturduğu halda, indi gəlirəm deyir. Əslində isə indi gələcəyəm şəklində deyilməli idi. Deməli, danışıq dilində zaman formalarının işlədilməsində sərbəstlik müşahidə olunur: indiki və keçmiş zaman formaları gələcək zaman mənasında, indiki və gələcək zaman formaları keçmiş zaman mənasında və s.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə