Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə5/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
NORMALAR

Sintaktik normalar əsas sintaktik vahidlərin − söz birləşməsi və cümlənin düzgün qurulması qaydalardır. Bu normalara sözlərin uzlaşması və sintaktik idarə qaydaları, cümlə üzvlərinin qrammatik formaların köməyi ilə bir-biri ilə əlaqələndirilməsi daxildir.
Sintaktik normalar nitqin ardıcıllıq və rəvanlıq qa­nu­nu prinsiplərinə əməl olunmasını tələb edir. Bu, cümlələrdə eyni söz tək­ra­rı­na və həmçinin sin­taktik sı­ranın pozulmasına yol verilməməsi tələbini qar­şıya qoyur. Cüm­lə­də söz sı­ra­sının pozulması nitqin ardıcıllıq qanununa məx­sus prin­sip­lə­rə əməl olun­maması sayəsində baş verir. Yazılı dildə söz sı­rasının pozulması in­for­ma­siya üçün əsas olan sözün onun aid olduğu söz­dən sonra işlənməməsi ilə əla­qədar baş verir.
Yazılı dildən fərqli olaraq, şifahi dildə ifadələri söyləməzdən qabaq onları düşünüb seçmək imkanı olmur, bu isə danışıq dilində genişlənmiş sadə cümlələrin və mürəkkb cümlələrin işlədilməsinə mane olur. Hətta danışan yazılı və şifahi nitqdə elmi üsluba vərdiş etmiş alim olsa belə.
Bilavasitə şəxsi ünsiyyət şəraitində belə nitq normal və təbiidir. Uzun, xüsusən də mürəkkəb cümlələr danışıq dilində, sadəcə, mümkün deyil, çünki nə danışan, nə də dinləyən onların öhdəsindən gəlmək iqtidarında deyil. Belə ki, insan danışmağı və eşitdiyini anlamağı operativ yaddaşın köməyi ilə edir. Deyilənin əvvəli, davamı və sonu yaddaşda saxlanır. Lakin operativ yaddaşın həcmi kiçikdir. Yazılı nitqdə müəllif cümlənin hər hansı bir hissəsini yazarkən onu görür və yazılanın əsasında davam edə bilir. Hətta nəsə düzgün alın­ma­yıb­sa və ya istədiyi kimin alınmayıbsa, onu poza, dəyişdirə bilər. Yaxud da oxucu hər hansı bir cümləni anlayana qədər təkrarən oxuya bilər. Şifahi nitqdə isə bun­ların heç biri mümkün deyil. Əgər cümlə uzun və ya mürəkkəbdirsə, da­nı­şan onun öhdəsindən gələ bilmir, cümlənin əvvəlini unudur. Danışıq dili üçün nisbətən üzun olan cümlə başa düşülmür, təkrarən soruşulur.
Mürəkkəb cümlələr danışıq dilinin normalarını pozur, kitab dili, rəsmi dil onu bir qədər süni dil edir.
Danışıq dilinin norması qısa cümlələrdir. Həmin cümlələr çox vaxt na­ta­mam­lığina görə qısa olur. Danışıq dili situasiyaya əsaslandığı üçün cümlənin bir çox üzvü nitq aktında gərəksiz, artıq olur, çünki müsahib hər şeyi an­lamış olur. Məsələn: İstəyirsən? – Yox. Belə halda tamamlığın mövqeyi dol­du­rul­ma­mış olur, lakin o, sözlə ifadə edilmir, çünki haqqında söhbət gedən əş­ya­nın özü söz­süz də aydın olur. Digər situasiyalarda cümlənin xəbəri iştirak et­mir, çünki söz­lə fadə edilməyən feil birmənalı şəkildə qəbul edilir. Məs.: Sən hara? – Dər­sə. Yaxud təyin təyin olunan söz olmadan işlənə bilir. Məs.: Qırmızını gö­tür.
Danışıq dilində söz sırası da yazılı dildən fərqlənir. Belə ki, danışıq di­lin­də əsas fikirlər cümlənin əvvəlinə gətirilir. Fikir hər hansı bir vacib, əsas mə­sə­lə­dən formalaşdığı üçün məlumat da həmin fikri ifadə edən sözlərdən başlayır.
Danışıq dilində köməkçi nitq hissələrinin də (bağlaycı, ədat) cümlədəki mövqeyi dəyişir. Məsələn: Onun qayıtmasını gözləyə bilmərəm, tələsirəm çünki – Onun qayıtmasını gözləyə bilmərəm, çünki tələsirəm və s.
Bədii ədəbiyyatda bütün bu sintaktik quruluşlardan danışıq dilinin yaradılması üçün geniş şəkildə istifadə olunur.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə