Azərbaycan əDƏBİ DİLİNİn normalari



Yüklə 146,24 Kb.
səhifə6/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
NORMALAR

Üslubi normalar dil vahidlərinin janrın qaydalarına, funksional üslubun xü­susiyyətlərinə və ünsiyyət şəraitinə müvafiq şəkildə işlədilməsini mü­əy­yən­ləş­dirir. Başqa üslubi çalarlı sözün mətndə əsaslandırılmamış şəkildə işlədilməsi üslubi səhvlərə səbəb olur. Üslubi normalar izahlı lüğətlərdə xüsusi işarələrlə qeyd edilir, üslubiyyata və nitq mədəniyyətinə dair dərsliklərdə şərh edilir.
Düzgünlük, dəqiqlik, məntiqilik, ardıcıllıq və estetiklik kimi əlamətlər üslubi normalar üçün əsas ölçüdür. Üslubi normalarda fərqləndirici cəhətlər bunlardır:
a) fonetik, leksik, morfoloji və sintaktik normalar ədəbi dilin strukturu, üslubi normalar isə funksional sistemi ilə əlaqədardır;
b) üslubi normalar dil sistemində mövcud olan üslubi variantlardan ən məqbulunun, məqamına düşənin seçilib işlədilməsini tələb edir;
c) üslubi normalar tarixi kateqoriyadır. O, təkamül prosesində tarixi şəraitə uyğun dəyişir, yeniləşir;
ç) ədəbi dilin qrammatik və üslubi quruluşunu gözləməyi, sözün, ifa­də­nin, qrammatik formanın həm əsas mənasını, həm də incə çalarlarını başa düş­mək üçün “xüsusi lüğət” yaratmağı tələb edir.
Üslubi səhvlər üslubi normaların pozulmasından, mətnin üslub və jan­rı­na müvafiq olmayan dil vahidlərinin daxil edilməsindən ibarətdir.
Daha səciyyəvi üslub səhvləri aşağıdakılardır:
a) üsluba müvafiq olmayan dil vahidlərinin işlədilməsi; b) ağır, uğursuz me­taforaların işlədilməsi; c) leksik çatışmazlıq; ç) leksik artıqlıq; d) iki­mə­na­lı­lıq.
Üslubi normaların fəaliyyət dairəsi daha genişdir. Üslubi normalar lek­sik-qrammatik normaların, bir növ, davamıdır, onların başa çatdırılmasıdır. Bəzən üslubi norma leksik-qrammatik normaları pozur. Bədii üslubda obrazın danışıq tərzini fərqləndirmək üçün təsirli vasitəyə çevrilir.
Üslubi normalar sistemlidir. Bunlar arasında qarşılıqlı dialektik əlaqə var, bi­ri digərini tamamlayır. Üslubi normalar ümumdil normalarına nisbətən ət­raf­lıdır, sərbəstliyə, fərdi yaradıcılığa meyl edir. Üslubi normalar ictimai hə­yatın müəyyən sahələrində dildən real is­tifadədir.
Üslubi normalar tarixi səciyyəlidir: onun dəyişməsi dilxarici və dildaxili amillərin təsiri ilə reallaşır. Hər üslubun öz norma sistemi, onların öz ciddilik, sərbəstlik dərəcəsi, həm də düzgünlük, dəqiqlik, estetiklik kimi ölçüləri var. Mə­sələn, rəsmi-işgüzar üslub üçün düz­gün­lük ən yaxşı cəhətdir. Bunun ən yax­şı cəhəti nümunəviliyi izləmək, standartı göz­ləməkdir, leksik vahidlərin dəqiq, hə­qiqi, xüsusi nominativ mənada işlə­dil­mə­sidir. Elmi üslub üçün norma düz­gün­­lük, izahatın ardıcıllığı və mənti­qi­li­yi­dir. Bu üslubun estetik mə­ziy­yəti məz­mu­nun aydın və sadə ol­ma­sı­dır.

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə