Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

20 

 

diqqəti daha çox cəlb edir. Bu dəmir əşya 1976-cı il qazıntısı zamanı əldə edilmişdir. Silindr formasında olan bu 



tapıntının  yanları  dilimli  şəkildə  düzəldilmişdir  (IX  tablo,  5).  Üzərini  pas  örtdüyündən  üstündə  müəyyən  bir 

işarənin  olub-olmadığını  müəyyənləşdirmək  mümkün  olmadı.  Bu  əşyanın əlamətləri  və  həcmi  onun  çəki  daşı 

olduğunu güman etməyə əsas verir. 1977-ci il qazıntısı zamanı 3,7 metr dərinlikdən əldə edilən kiçik gil əşyanın 

da çəki daşı olduğu ehtimal edilir

102



Ümumiyyətlə, Bakı qazıntılarından çoxlu miqdarda aşkar edilən şar formal və müxtəlif həcmli daşların da 



çəkidə istifadə edildiyi şübhə yaratmır. Adətən çəkidə daşdan hər yerdə və hər zaman geniş istifadə edilmişdir. 

Təsadüfi  deyildir  ki,  çəkidə  istifadə  edilən  ağırlıq  vasitəsi  hansı  materialdan  olursa-olsun  məhz  onu  «daş» 

adlandırırlar. Qeyd etməliyik ki, Azərbaycanın orta əsr abidələrindən çəki daşı hesab edilən xeyli materiallar da 

tapılmışdır

103



Etnoqrafik  məlumatlara  görə,  Azərbaycanın  rayonlarında  metaldan  düzəldilmiş  çəki  daşlarından  xalqın 



məişətində  indi  də  geniş  şəkildə  istifadə  olunur.  Belə  müasir  daşların  əksəriyyəti  şar  formasında  olub  onların 

dairəvi qulpu vardır. Bu daşlar daha ağır olduğu üçün onlar iri çəkilərdə işlədilir. Arxeoloji qazıntılardan tapılan 

istər  metal, istərsə  də  gil  daşlar  kiçikdir  və  çox  güman  ki,  onlardan  yüngül  çəki  işlərində istifadə  olunmuşdur 

Ümumiyyətlə, orta əsr çəki sistemi haqqında mənbələrdə də müəyyən məlumatlara təsadüf olunur

104



Zınqırovlar.  Məişət  ilə  əlaqədar  əşyalar  içərisində  zəng  və  zınqırovlar  xüsusi  yer  tutur.  İçərişəhərdəki 



arxeoloji  qazıntılar  nəticəsində  xeyli  zınqırov  tapılmışdır.  Onları  formalarına  görə  iki  qrupa  bölmək  olar:  şar 

konusvarı və kəsik konus formalı. Bakı zınqırovlarının əksəriyyətini şarvarı gövdəlilər təşkil edir (IX tablo, 6, 

8).  Onlar  həcmlərinə  görə  bir-birindən  fərqlənirlər.  Asmaq,  tikmək  və  ya  əl  ilə  tutmaq  üçün  qulpu  vardır. 

Zınqırovların  aşağı  hissəsi  yarılaraq  içərisinə  metal  parçası  salınmışdır.  Onlardan  iki  ədədi  içərisindəki  metal 

qırığı  ilə  birlikdə  əldə  olunmuşdur

105


. Bu zınqırovların bir hissəsinin altı aypara, qövs formasında kəsilmişdir. 

Həmin  aypara  kəsiklərinin  bəzisinin  bir  tərəfində  (IX  tablo,  7),  bəzisinin  isə  hər  iki  tərəfində  (IX  tablo,  8) 

dairəvi deşiklər açılmışdır. 

Zınqırovların  içərisində  həcmcə  kiçik  olanları  da  vardır.  Yuxarıda  təsvir  olunan  zınqırovlardan  fərqli 

olaraq, bunlardan bəzək üçün istifadə edilmişdir. Adətən belə şarvarı zınqırovlar qadın bəzəkləri içərisində asma 

kimi və ya uşaq paltarlarına tikilən bəzək kimi işlədilir. Zınqırov tipli bəzək əşyaları digər orta əsr şəhərlərindən 

də məlumdur

106


Tədqiqatçı Y. Ataqarrıyev etnoqrafik məlumatlara əsaslanaraq, bu cür bəzəklərdən qadınların saça asmaq 

üçün istifadə etdiyini göstərir

107


Yuxarıda  haqqında  danışdığımız  zınqırovların  oxşarları  istər  Azərbaycanın

108

,  istərsə  də  qonşu 



respublikaların

109


 orta əsr şəhərlərindən tapılmışdır. 

Bakı  tapıntılarının  içərisində  bir  ədəd  kəsik  konus  formalı  zəng  diqqəti  cəlb  edir  (IX  tablo,  9).  Tökmə 

üsulu ilə düzəldilmiş bu zəngin üzərində batıq xətlərlə naxışlar çəkilmişdir. Zəngin üstünə asmaq üçün en kəsiyi 

lent  formasında  olan  qulp  yapışdırılmışdır.  Bu  cəhətdən  XIII  əsrin  əvvəllərində  Şirvanda  hazırlanmış  bir  qab 

diqqəti  xüsusilə  cəlb  edir.  «Şirvan  lüləyini»  adlanan  bu  metal  qab  haqqında  elmi  ədəbiyyatda  geniş  məlumat 

vardır


110

.  Qab  —  inək,  onun  üstündə  qulpu  əvəz  edən  şir  və  kompozisiyanı  tamamlayan  anasını  əmən 

vəziyyətdə düzəldilmiş dana fiqurundan ibarətdir. «Şirvan lüləyini» tökmə üsulu ilə hazırlanmışdır. Hər üç fiqur 

bir dəfəyə tökülmüşdür ki, bu haqda inəyin boynunda yazı vardır. 

M.  Dyakonov  qab  haqqında  maraqlı  fikirlər  söyləmiş  və  onun  Şirvanda  istehsal  olunduğu  qənaətinə 

gəlmişdir. Qabın Şirvanın hansı şəhərində hazırlandığı isə hələlik məlum deyildir. 

Bizi  daha  çox  maraqlandıran  cəhət  bu  qabda  inək  və  dananın  boynundan  asılmış  Bakı  tapıntısına  oxşar 

kəsik  konus  formalı  zəngdir.  Dövrün  bədii  sənətkarlıq  nümunəsi  olan  «Şirvan  lüləyini»ndə  inək  və  dananın 

boğazından asılmış zənglər Bakı tapıntısının vəzifəsini araşdırmaq üçün çox qiymətlidir. Tədqiq edilən dövrdə 

yaşamış Xaqani Şirvani və Nizami Gəncəvinin əsərlərində dəvə karvanlarının hərəkəti zamanı zənglərin ahəngli 

səs  çıxarması  haqqındakı  məlumatları  və  arxeoloji  qazıntılardan  tapılan  həmin  dövrə  aid  zənglər  bir-birini 

                                                           

102

 İsmizadə Ö. Ş., İbrahimov F. Ə. 1977-ci ildə Bakıda arxeoloji qazıntılar. Azərb. EA TİEA, 0—195. 



103

 İbrahimov F. Ə. Göstərilən əsəri. s. 102, 161, XXIII tablo, 4— 15; Müq. et: Əhmədov Q. M. Orta əsr Beyləqan şəhəri, s. 54, 54-cü şəkil, «t», «i». 

 

104


 Бунятое 3. М. Азербайджан в VII — IX вв.. Баку, с. 155; Сейфеддини М. А. Монетное дело и денежное обращение в Азербайджане XII — XV 

вв., Баку, 1978, с. 109 — 166. 

105

 İbrahimov F. Ə., İsmizadə Ö. Ş., Fomenko V. P. 1971-ci ildə Bakıda V sahədə arxeoloji qazıntıların hesabatı. Azərb. EA Tarix İnstitutunun elmi arxivi, 



h-72. 

106


 Атагаррыев Е. О некоторых средневековых женских украшения из Шехр-Ислама.  Изв. АН Туркменской ССР, №  1,   1965, с.  10. 

107


 Атагаррыев Е. Материальная культура Шехр-Ислама, с. 72—73. 

108


 İbrahimov F. Ə. Göstərilən əsəri, s. 163, Müq. et: Əhmədov Q. M. Göstərilən əsəri, s. 55. 

109


 Kafadaryan K. Q. Göstərilən əsəri. s. 274; Лунина С. Б. Гончарное производство в Мерве X — начало XIII в., ТЮТАКЭ, т. II, Ашхабад, 1962, с. 

363. 


 

110


 Дяконов М. М. Ширванский бронзовый водолей 1206 г., Памятники эпохи Руставели. Гос. Эрмитаж. Л., 1938, с. 247—254. 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə