Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   2   3   4   5   6   7   8   9   ...   22

 

tərəfində  təhlükə  zamanı  su  ilə  doldurmaq  üçün  müdafiə  əhəmiyyətli  dərin  xəndək  də  qazılmışdır.  Yeri 



gəlmişkən qeyd etməliyik ki, arxeoloji qazıntılar Bakının qala divarının qaya üstündə tikilməsini dəfələrlə təsdiq 

etmişdir. 

Şəhərin yaranmasını, onun inkişafını, sənətkarlıq mərkəzi  kimi formalaşmasını əsaslandıran, ona zəmin 

yaradan  təbii  zənginliklər,  coğrafi  yerləşmə,  habelə  başqa  ictimai  amillərlə  yanaşı,  onun  qala  divarları,  qala 

darvazası,  həmçinin  digər  memarlıq  abidələrindən  əsərin  girişində  qısa  şəkildə  olsa  da  danışmaqda  məqsəd 

şəhərin  iqtisadi  həyatında  metalişləmənin  rolunu  və  arxeoloji  qazıntılar  nəticəsində  tapılan  metaldan  əmək 

alətləri, silahlar, tikinti-inşaat materialları, habelə məişət, insəsənət və bəzək məmulatının məhz təsadüfən deyil, 

inkişaf  etmiş  bir  şəhərin  məhsulu  olduğunu,  həm  də  yerli  sənətkarların  yüksək  yaradıcılıq  qabiliyyətinin 

göstəriciləri kimi nəzərə çarpdırmaqdır. 

Qeyd etməliyik ki, şəhərin tarixi yazılı mənbələrin azlığı üzündən çox zəif öyrənilmişdir. Məhz buna görə 

də Bakının qədim tarixi, maddi mədəniyyəti, incəsənəti və memarlığının ətraflı tədqiqi üçün İçərişəhərdə geniş 

arxeoloji qazıntı işləri aparılır. 

Qeyd etməliyik ki, şəhərin zəngin yerüstü memarlıq abidələri kimi, arxeoloji qazıntılar nəticəsində torpaq 

altından üzə çıxarılan müxtəlif sahələrə aid minlərlə maddi mədəniyyət nümunələri, o cümlədən çoxlu miqdarda 

metal əşyalar Bakının keçmiş həyatı haqqında çox şey deyə bilir. 

Bakının  arxeoloji  tədqiqinə  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  başlanmışdır.  Burada  

1924—1925,  1938—1939,  1944—1946-сı  illərdə  yalnız  qısamüddətli  qazıntı  işləri  aparılmışdı,  1962-ci  ildən 

isə geniş tədqiq olunur. 

Bakının  inkişaf  tarixini  və  maddi  mədəniyyətini  diqqətlə  araşdırmaq  üçün  arxeoloji  tədqiqatlar  həm 

şəhərin  yerləşdiyi  təpənin  zirvəsində,  həm  yamaclarında,  həm  də  ətəklərində  aparılmışdır.  Qazıntılar 

göstərmişdir ki, əsrlər boyu İçərişəhər ərazisində intensiv həyat nəticəsində 5—6 m qalınlığında mədəni təbəqə 

yaranmışdır.  Burada  yaşayış  qala  divarları  tikiləndən  çox-çox  qabaq  başlamışdır.  Arxeoloji  tədqiqatlar 

Abşeronda hələ tunc  dövründə insan  məskənlərinin  mövcud  olduğunu  sübut etmişdir.  Bu  da  Bakıda  yaşayışın 

qədim  dövrlərdən  başladığını  söyləməyə  əsas  verən  amillərdən  biridir.  V—VI  əsrlərə  aid  Sasani  dəfinələrinin 

tapılması  Bakının  həmin  dövrlərdə  böyük  yaşayış  məntəqəsi  olduğunu  söyləməyə  imkan  verir.  Görünür, 

əvvəllər kiçik yaşayış məntəqəsi olan Bakı özünün təbii  sərvətlərinin zənginliyinə və əlverişli yerdə olmasına 

görə daha sürətlə inkişaf etmiş, getdikcə ticarət və sənətkarlıq mərkəzinə çevrilə bilmişdir. 

Qədim  Bakının  adının  mənşəyi  məsələsinə  gəldikdə  bu  hələ  də  mübahisəli  qalmaqdadı.  Tədqiqatçılar 

elmi  araşdırmalara  əsaslanaraq  Bakı  istilahını  müxtəlif  şəkildə  izah  edirlər.  Həmin  fikirlərin  içərisində 

tarixçilərdən  S.  Aşurbəyli  və  Ə.  Hüseynzadənin  mülahizələri  daha  çox  maraqlıdır.  Tədqiqatçı,  tarix  elmləri 

doktoru  S.  Aşurbəyli  tarixi  araşdırmalara  əsaslanaraq  Bakı  termininin  qədim  tayfa  adı  ilə  bağlı  olduğunu 

söyləyir


6

. Ə. Hüseynzadə isə  Bakı istilahı ilə əlaqədar olan bütün fikirləri elmi  şəkildə təhlil edir və XI əsrin 

məşhur türk alimi Mahmud Kaşqarinin qədim türk dilinin lüğətinə əsaslanaraq təpə adı ilə əlaqələndirir

7



Azərbaycanın orta əsrlər tarixinin bir sıra məsələlərini tədqiq etmək üçün başqa orta əsr şəhərlərilə yanaşı, 

Bakının  da  şəhər  həyatının,  xüsusilə  sənətkarlığının  öyrənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Ümumiyyətlə 

şəhərlər  ölkənin  iqtisadi,  ictimai  və  siyasi  həyatında  mühüm  rol  oynadığından  onlarsız  ölkədə  məhsuldar 

qüvvələrin inkişafını, sənətkarlığın vəziyyətini,    formalaşmasını və xalqın mədəni   səviyyəsini   araşdırmaq    

qeyri-mümkündür. 

Orta əsr şəhərlərinin inkişafına nəzər salarkən onların sənətkarlıq və ticarət mərkəzi kimi formalaşdığını 

aydın  görmək  olur.  Karl  Marks  şəhərlərin  yaranması  prosesində  məhz  sənətkarlığın  rolunu  yüksək 

qiymətləndirir

8



Bakıda  aparılan  qazıntılar  zamanı  əldə  olunan  zəngin  materiallar  içərisində  metal  məmulatı  xüsusi  yer 



tutur.  Ümumiyyətlə,  Azərbaycanda  metalişləmə  sənətinin  qədim  bir  tarixi  vardır.  Arxeoloji  qazıntılar 

nəticəsində aşkar edilən metal məmulatı nümunələri bu peşənin burada hələ eradan əvvəl IV — III minilliklərdə 

yaranıb sonralar  sürətlə  inkişaf  etdiyini  göstərir

9



Zəngin təbii sərvətlərə malik olan Azərbaycan torpağı qədim zamanlardan başlayaraq bütün orta əsrlər və 

sonrakı  dövrlərdə  metallurgiyanın  inkişafı  üçün  təbii  zəmin  yaratmış  və  ölkədə  metalişləmə  sənətinin  geniş 

yayılmasına  təsir  göstərmişdir.  Arxeoloji  tədqiqatlar  Azərbaycanın  orta  əsr  şəhərlərində  inkişaf  etmiş  sənət 

sahələri içərisində metalişləmənin özünəməxsus yer tutduğunu bir daha təsdiq etmişdir. Xüsusilə, orta əsr şəhər 

sənətkarlığında aparıcı sahələrdən biri kimi metalişləmə feodal şəhərlərinin formalaşması və inkişafında böyük 

rol oynamışdır. Bu baxımdan Bakıdan əldə olunan metal məmulatının öyrənilməsinin əhəmiyyəti böyükdür. 

                                                           

6

 Ашурбейли С.Б. Очерк истории средневекового Баку. Баку, 1964, с. 43-46.  



7

 Гусейнзаде А.О. О происхождении топонима Баку. Советская Тюркология, № 3, Баку, 1970, с. 82-84.  

8

 Маркс К., Энгельс Ф. Сочинения, т. IV, с. 41.  



9

  Иессен  А.  А.,  Деген-Ковалевский  Б.  Е.  Из  истории  древней  металлургии  Кавказа.  Изв.  ГАИМК,  120-ci  бур.  1935,  с.  20;  Кашкай  М.  А., 

Селимханов И. Р. Химическая характеристика браслетов из Мингечаурских погребении с сильноскорченным костяком. Аz. SSR ЕА Məruzələri, 

1955, № 3. с. 201—203; Абибуллаев О. А. К вопросу о древней металлургии Азербайджана. Труды Азерб. экспедиции, т. II, МИА СССР, № 125. 

М—Л., 1965. с. 66. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə