Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   14   15   16   17   18   19   20   21   22

30 

 

Qazıntılar nəticəsində tapılan metaldan nadir  sənət nümunələri bu sənətkarlığın lap qədim zamanlardan 



püxtələşdiyini  xəbər  verir.  Məhz  buna  görə  də  bu  xalq  yaradıcılığının  ətraflı  tədqiqi  qədim  sənətkarlarımızın 

irsinin öyrənilib yayılması cəhətdən böyük əhəmiyyət kəsb edir. 

Orta əsr abidələrindən tapılan bədii sənətkarlıq yadigarları həmin dövrdə bu məqsəd üçün əsasən misdən 

və tuncdan istifadə edildiyini göstərir. Xüsusilə mis üzərinə vurulmuş incə, zərif naxışlar ona füsunkar gözəllik 

vermiş və orta əsr sənətkarlarının bədii yaradıcılıq qabiliyyətini canlı əks etdirmişdir. 

Orta  əsr  tapıntıları  bu  dövrdə  əsasən  zərbetmə,  cızma,  basma,  tökmə  və  s.  üsullardan  geniş  istifadə 

olunduğunu  göstərir.  Metal  üzərindəki  naxışlar  bu  üsulların  bir-birini  tamamlayaraq  müxtəlif  kompozisiyalı 

əsərlər  yaradılmasına  əsas  vasitə  olmuşdur.  Orta  əsr  zərgərlərinin  yaradıcılıqla  işlətdiyi  müxtəlif  texnoloji 

üsullar Azərbaycanın bədii sənətkarlıq tarixində hələ çox qədimlərdən mövcud olmuşdur.

182


 

Qeyd  etməliyik  ki,  tədqiq  olunan  dövrdə  zərgərlik  bir  sənət  sahəsi  kimi  tam  formalaşmış,  hətta  onun 

daxilində parçalanma baş verərək yeni sənət sahələri yaranmağa başlamışdır.

183


 

Orta əsrlərdə Bakının metal məmulatı üzərindəki naxışlar əsasən həndəsi və nəbati bəzəklərdən ibarətdir. 

Qeyd etməliyik ki, orta əsr abidələrindən tapılan müxtəlif maddi mədəniyyət əşyaları, xüsusilə saxsı məmulatı  

üzərindəki  ornamentlər  də    həmin  dövrdə  həndəsi  və  nəbati  naxışların  üstün  mövqe  tutduğunu  təsdiq  edir.

184

 

Müşahidələrə əsasən demək olar ki, tədqiqat dövründə metal üzərində sadə həndəsi fiqurlardan yaradıcı şəkildə 



geniş istifadə olunmuşdur. Bu dövrün zəngin nəbatət aləmi də gözəl kompozisiyalı əsərlər yaratmaq üçün əsas 

mənbə rolunu oynamışdır. 

Metal  üzərində  naxışların  salınması  sənətkardan  gərgin  zəhmət,  yüksək  zövq,  istedad  və  məharət  tələb 

edir.  Arxeoloji  tapıntılardan  bəlli  olduğu  kimi  orta  əsrlərdə  bədii  yaradıcılıqla  bacarıqlı  və  təcrübəli  ustalar 

məşğul olmuşlar. Mahir sənətkarlar mövcud naxışlardan istifadə edərək ona yaradıcı yanaşmış, onun motiv və 

kompozisiyalarını yeni ünsürlərlə zənginləşdirmişlər. 

Bakıdan arxeoloji qazıntılar nəticəsində tapılan və üzərində müxtəlif bədii naxışlar olan metal məmulatı 

əsasən  bəzək  əşyalarından,  bir  hissəsi  isə  məişət  qablarından  ibarətdir.  Mətndə  yeri  gəldikcə  qruplar  üzrə 

zərgərlik məmulatı və metal qabların naxışlanması barədə geniş danışıldığından burada təkrar olunmamaq üçün 

ümumi  məlumatla  kifayətlənirik.  Qeyd  etməliyik  ki,  etnoqrafik  materiallar  da  bədii  sənətkarlığın  davam 

etdirilməsi  baxımından  diqqəti  cəlb  edir.  Bu  cəhətdən  Azərbaycanın  Bakı,  Şəki,  Şamaxı,  Gəncə,  Ağdam, 

Naxçıvan,  Ordubad  və  s.  şəhərlərində,  xüsusilə  İsmayıllı  rayonunun  Lahıc  qəsəbəsində  hazırlanan  müxtəlif 

çeşidli, zəngin motivli misgərlik və zərgərlik məmulatı böyük əhəmiyyətə  malikdir.

185


 

Göründüyü  kimi, Azərbaycanın  qədim  və orta  əsr  ustalarının  yaratdığı  və  getdikcə    inkişaf  etmiş    

zəngin köklərə malik    bədii sənətkarlıq ənənələri sonrakı əsrlərdə yaradıcılıqla davam etdirilib yeni motivlərlə 

zənginləşdirilərək müasir dövrə qədər gəlib çatmışdır. 

 

• • • 


 

Orta      əsrlərdə    şəhər    əhalisinin  əsas  kütləsini  sənətkarlar  təşkil      edirdi.  Həmin  dövrdə  Bakıda 

metalişləmənin  dəmirçilik,  nalbəndlik,  bıçaqçılıq,  çilingərlik,  misgərlik,  zərgərlik,  nəqqaşlıq  sahələrilə  yanaşı 

dulusçuluq, daşişləmə, həkkaklıq, memarlıq, rəssamlıq və s. müxtəlif sahələri də fəaliyyət göstərirdi. 

Arxeoloji      qazıntılar    nəticəsində    aşkar    olunan    geniş  çeşidli  materiallar  tədqiq  olunan  dövrdə 

sənətkarlığın dövrün tələbinə uyğun səviyyədə yüksək inkişaf etdiyini göstərir. Bütün bunlara baxmayaraq orta 

əsr mənbələrində      sənətkarlıq təşkilatları  və  onların  daxili quruluşu   haqqında   yazılı məlumat yoxdur. 

Lakin orta əsrlərlə   məşğul   olan   mütəxəssislər   həmin  dövrdə  sənətkar     təşkilatlarının  olmasına   şübhə    

etmirlər.     Qeyd etməliyik  ki,  son  zamanlara  qədər saxlanılan kustar sənətkarlıq emalatxanalarında aparılan 

müşahidələr  və  toplanılan  etnoqrafik  materiallar  da  tədqiqat  dövründə  sənətkarlıq  təşkilatının  varlığını 

söyləməyə əsas verir. 

Qeyd etmək lazımdır ki, Bakıda 20 ilə yaxın aparılan arxeoloji qazıntıların nəticələri göstərilən fikirləri 

təsdiq  edən  real  maddi  dəlillərlə  zəngindir.  Bütün  deyilənlər  orta  əsrlərdə  Bakıda  sənətkarlıq  təşkilatının 

fəaliyyət  göstərdiyini  təsdiq  edir.  Yəqin  ki,  bu  təşkilatın  üzvləri  vaxtaşırı  toplaşaraq  öz  daxili  sənət  və  ticarət 

işlərini,  həmçinin  müxtəlif  sosial  məsələləri  müzakirə  etmiş,  öz  peşələrinin  gələcəyi  haqqında  düşünmüş, 

                                                           

182

  Асланов  Г.  М.,  Голубкина  Т.  И.,  Садыхзаде  Ш.  Г.  Каталог  золотых  и  серебянных  предметов  из  археологических  раскопок  Азербайджана, 



Баку. 1966. 

183


 Ибрагимов Ф. А. Металлообрабатывоющее ремесло в средневековых городах Азербайджана  в   IX —  X I I I   вв.,  Автореф. Баку,   1969, с.  

21. 


184

 Якобсон А. Л. Художественная керамика Байлакана, МИА СССР, М.—Л., 1959 с 228—300. 

 

185


  Quliyev  H.  XIX  və  XX  əsrin  əvvəllərində  Lahıc  qəsəbəsində  mis  qab  istehsalı,  «Azərb.  SSR  EA  Xəbərləri»  (ictimai  elmlər  seriyası),  №  1,  1962; 

Quliyev H., Tağızadə N. Metal və xalq sənətkarlığı. Bakı. 1968; Əsədova S. D. XIX —XX əsrlərdə Azərbaycan zərgərlik incəsənəti, Bakı, 1978. 

 



31 

 

sənətin texnoloji inkişafına xüsusi fikir vermişlər. Şübhəsiz, bu təşkilat bütün orta əsrlər boyu şəhərin ictimai-



iqtisadi və siyasi həyatında böyük rol oynamışdır. 

Sənətkar  təşkilatları  haqqında  məlumatlara  epiqrafik  abidələrdə  də  təsadüf  etmək  olar.  Azərbaycanda  o 

cümlədən  Abşeronda  XVIII—XIX  əsrlərə  aid  epiqrafik  abidələrdə  sənətkarlıqla  bağlı  yazılara  da  təsadüf 

edilmişdir.

186

 

Maraqlı bir məlumat Ani şəhərindəki epiqrafik abidələrdən bəllidir. Tədqiqatçıların qeyd etdiyinə görə bu 



abidələrdə xeyli sənətkar cərgələri — dəmirçilər, nalbəndlər, toxucular, dərzilər, başmaqçılar və sairənin adları 

saxlanılmışdır  ki,  bunların  küçə  və  məhəllələrdə  birləşən  sənətkar  sexlərilə    əlaqədar  olduğu  göstərilir.

187

  Bu 


cəhətdən tədqiqat obyekti olan Bakının və Abşeronun memarlıq abidələri üzərindəki epiqrafik məlumatlar daha 

böyük  maraq  doğurur.  Bakıda  şəhərin  cənub  qala  darvazasında  və  Abşeronun  Kürdəxanı  kəndində  türbənin 

üzərindəki yazılarda sənətkarlıq təşkilatı ilə əlaqədar olan məlumatlar diqqəti xüsusilə cəlb edir.

188


 

Bakı  tarixinin  tədqiqatçısı  S.  B.  Aşurbəyli  bu  epiqrafik  abidələrə  əsaslanaraq  orta  əsrlərdə  Bakıda,  o 

cümlədən Abşeronda sənətkarlıq təşkilatlarının fəaliyyət  göstərdiyini söyləyir.  O,  belə  təşkilatların  hələ XI 

əsrdə Ön Asiyanın bir çox ölkələrində geniş yayıldığını və XIV əsrdə Kiçik Asiya ölkələrinin ictimai həyatında 

görkəmli  rol  oynadığını  göstərir.

189


  Ərəb  səyyahı  İbn  Bəttutə  «Əxi»  adlanan  bu  təşkilatı  zəhmətkeş  əhali  ilə 

sənətkarların sıx əlaqəsi olan  təşkilat kimi  qeyd edir.

190

 

Qeyd etməliyik ki,  sənətkarlıq təşkilatlarının daxili quruluşu haqqında da tədqiq olunan dövrə aid yazılı 



mənbələrdə  məlumat  yoxdur.  Bu  məsələnin  öyrənilməsi  üçün  işin  texnoloji  cəhətlərinə  xüsusi  diqqət 

yetirilməlidir.  Məhz  karxananın  daxili  quruluşu  və  orada  işin  təşkilini  araşdırmaq  üçün  arxeoloji  tapıntıların 

etnoqrafik baxımdan təhlil edilməsinin əhəmiyyətini xüsusi qeyd etməliyik. 

Məlum olduğu kimi, karxanada sənətin xarakterindən asılı olaraq işləyənlərin miqdarı müxtəlif olur. Təbii 

haldır ki, dəmirçilik, misgərlik və s. kimi aparıcı sahə olan metalişləmə emalatxanalarında işin mürəkkəbliyi ilə 

əlaqədar olaraq çox işçi qüvvəsi lazımdır. Məsələn, Qala darvazası qapılarını düzəltmək üçün körükçəkən, maşa 

ilə metalı tutan və çevirən, çəkiclə onu döyəcləyən işçilərsiz keçinmək olmaz. Həmçinin misgərxanada qazan, 

səhəng,  tava  və  s.  iri  məişət  qablarını  düzəltmək  məqsədi ilə  mis  külçələri  döyüb  təbəqə  şəklinə  salmaq  üçün 

müəyyən  vərdişi  olan  çoxlu  işçi  tələb  olunur.  Məhz  belə  istehsal  prosesi  istər-istəməz  ustanın  köməkçilərlə 

birlikdə işləməsini zəruri edir. Arxeoloji materiallar və etnoqrafik müşahidələr Bakıda orta əsrlərdə metalişləmə 

emalatxanalarında  bilavasitə  istehsalatla  bağlı  olan  müxtəlif  dərəcəli  usta,  şagird  və  köməkçilərdən  ibarət 

işçilərin  çalışması,  habelə  onların  sənətkarlıq  təşkilatlarında  birləşməsi  haqqında  ümumi  də  olsa  müəyyən 

təsəvvür  yaradır.  Metalişləmə  və  metallurgiyanın  inkişafını  orta  əsr  feodal  şəhərlərinin  iqtisadi  qüdrətinin  bir 

növ göstəricisi kimi də qiymətləndirmək olar. Bu baxımdan Bakıda öyrəndiyimiz dövrə aid zəngin çeşidli metal 

məmulatı tapıntıları və onlarla bağlı ayrı-ayrı sənətkarlıq sahələrinin varlığı şəhərin orta əsrlərdə Şərqin qüdrətli 

sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri kimi  yüksəldiyini aydın nümayiş etdirir. 

 

 

 



                                                           

186


 Нейматова М. С. Эпиграфические памятники и их значении в изучении социально-экономической истории Азербайджана (XIV—XIX вв.). 

Авт. док. днсс. Баку. 1968, с. 93. 

187

 Аракелян Б. Н. Развитие ремесла и товарного производства в Армении в IX -   XIII вв.. СА, XXVI, М, 1965, с. -16. 



188

  Дорн  Б.  Отчет  об  ученом  путешествии  по  Кавказу  и  южному  берегу  Каспийского  моря.  Труды  Восточного  отделения  Императорского 

Археологического общества," ч. V I I I ,  СПб, 1864, с. 302. Müq. et. Aşurbəyli S.B. Göstərilən əsəri, s.104. 

189


 Aşurbəyli S. B. Göstərilən əsəri, s. 103— 104. 

190


 Bertels E. Nizami. M. 1956, s 74 — 75. 

 



32 

 

NƏTİCƏ 

 

Arxeoloji  qazıntılardan  çoxlu  miqdarda  tapılan  metal  əşyaları  orta  əsrlərdə  Bakıda  metalişləmənin 



dəmirçilik,  misgərlik  və  zərgərlik  kimi  sahələrinin  müstəqil  fəaliyyət  göstərdiyini  və  dövrün  texniki  tələbləri 

səviyyəsində inkişaf etdiyini söyləməyə  əsas verir. 

Tədqiq  etdiyimiz  dövrə  aid  əmək,  təsərrüfat  alətləri və  silahların  hazırlanmasında  əsasən  qara  metaldan 

istifadə  olunmuşdur.  Kəsər  alətlərin  ağzına  polad  təbəqə  bağlamaq  kimi  texnoloji  üsuldan  Bakı  ustaları 

bacarıqla  istifadə  etmişlər.  Etnoqrafik  müşahidələr  bu  əlverişli  üsulun  son  zamanlara  qədər  davam  etdiyini 

göstərir.  Arxeoloji    qazıntılardan    tapılan    bülöv    daşları    onların  kəsər  alətlərin  itilənməsində  geniş  tətbiq 

olunduğunu  göstərən      əsas      dəlildir.  Misgərlik    və    zərgərlik    məhsulları    isə    əsasən      əlvan  və  qiymətli 

metallardan hazırlanmışdır. Əldə edilən arxeoloji materiallar IX — XVII əsrlərdə göstərilən sənətlərdə döymə, 

qaynaqetmə,  bəndetmə,  pərçimləmə,  tökmə,  məftilçəkmə,  lehimləmə,  basma,  zərbetmə  və  s.  bu  kimi  texniki 

üsulların geniş tətbiq edildiyini təsdiq edir. Arxeoloji qazıntı materiallarının tədqiqi göstərir ki, bu dövrdə sənət 

sahələri  daxilində  ixtisaslaşma  artmışdır.  Qazıntılardan  əldə  edilən  materiallara  əsasən  demək  olar  ki,  orta 

əsrlərdə  yüksək  keyfiyyətlə  düzəldilmiş  bəzi  əmək  alətləri,  məişət  əşyaları  və  bəzək  şeylərinin  isə  çoxu 

nəsildən-nəslə  keçərək  son  zamanlara  qədər  özünün  qədim  formasını  saxlaya  bilmişdir.  Bu  isə  Bakı 

sənətkarlarının  hələ  orta  əsrlərdə  məhsulu  təkmilləşdirmək  sahəsində  çox  iş  gördüklərini  göstərir.    Dekorativ-

tətbiqi  sənətin  maraqlı  sahələrindən  biri  olan  bədii  metalişləmə  də  tədqiq  etdiyimiz  dövrdə  yüksək  səviyyədə 

olmuşdur. 

Bakıda metalişləmədə  hansı yanacaq növündən istifadə edilməsinin aydınlaşdırılması da maraqlıdır. Bu 

cəhətdən Bakı nefti də diqqəti cəlb edir. Bizə elə gəlir ki, o dövrdə neftdən işıq və istilik üçün istifadə edilməsi 

ilə  yanaşı,  sənətkarlığın  müəyyən  sahəsində  işlədilməsi  də  şübhə  doğurmur.  Çox  güman  ki,  Bakı  neftindən 

yüksək temperatur tələb olunmayan sənət sahəsində yanacaq kimi istifadə olunmuşdur. 

Lakin Bakının şimalında Xəzərsahili boyu Nabran meşələri bu cəhətdən xüsusi maraq doğurur. Hər halda 

bu meşələrdə istehsal olunan kömürbasma məhsullarından sənətkarlıq ocaqlarında istifadə olunması şübhəsizdir. 

Buradan kömürün daşınmasına gəldikdə isə quru yol ilə birlikdə dəniz-su yolu da yəqin ki, az əhəmiyyət kəsb 

etməmişdir. İçərişəhərin yaxınlığında qala divarının xaric tərəfi — XIX əsrin sonlarınadək «Kömürçü meydanı» 

adlandırılan  yer  də  xeyli  maraq  doğurur.  Burada  dağ  kəndlərindən  kəl  arabalarında,  dəvələrdə  taxıl,  kömür 

gətirilib  satılması  haqda  H.  Sarabskinin  məlumatı  deyilənləri  bir  daha  təsdiq  edir  (H.  Sarabski.  Köhnə  Bakı, 

1982, s. 120). Bütün yuxarıda deyilənlər orta əsrlərdə Bakı şəhərində metalişləmənin bir sənət sahəsi kimi tam 

formalaşdığını və dövrün texniki tələbləri səviyyəsində inkişaf etdiyini göstərir. 



QƏBUL OLUNMUŞ İXTİSARLAR 

 

Azərb. SSR EA TİEA — Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun elmi arxivi 

Azərb. SSR EA Məruzələri — Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri 

AAЭН  —  Архитектура Азербайджана эпохи Низами 

Azərb. SSR EA Xəbərləri — Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri 

Azərb. SSR EA TİAİEKMT — Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu aspirantlarının ikinci elmi 

konfransı məruzələrinin tezisləri. 



AMM — Azərbaycanın maddi mədəniyyəti 

ATM — Azərbaycan tarixi məsələləri 

ATMƏ — Azərbaycan Tarixi Muzeyinin əsərləri 

ATDM — Azərbaycan tarixinə dair materiallar 

ВГМГ — Вестник Государственного музея Грузии 

Изв. АН Азерб. ССР — Известия Академия наук Азербайджанской ССР. 

Изв. Аз. АК — Известия Азербайджанского археологического комитета 

Изв. АН Турк. ССР — Известия Академия наук Туркменской  ССР 

Изв. Аз. ФАН СССР — Известия Азербайджанского филиала Академии наук СССР 

Изв. ИАК — Известия Императорского археологического комиссии. 

ИАЭА   —  Исследования  по археологии и  этнографии  Азербайджана 

КСИИМК. — Краткие сообщения Института истории материальной культуры 

МКА  — Материальная  культура Азербайджана 

МИА   СССР  —  Материалы  и  исследования  по   археологии  СССР 

СА — Советская археология 

СМОМПК — Сборник материалов для описания местностий и племен Кавказа 

ЗКВ — Записки Коллегии Востоковедов 

ДАН Азерб. ССР — Доклады Академии наук Азербайджанской ССР 

Труды Аз. ФАН СССР — Труды Азербайджанского филиала Академии наук СССР. 


33 

 

Труды ГИМ  — Труды   Государственного  Исторического Музея 



Труды ГАИМК — Труды Государственной Академии Истории Материальной культуры. 

ТИИ — Труды Института Истории АН Азербайджана 

ТİƏ   —   Tarix İnstitutunun əsərləri 

ТАЭ — Труды Азербайджанской экспедиции 

ТГИМА   —  Труды   Государственного  Исторического  Музея  Армении 

ТХАЭЭ — Труды Хорезминской археолого-этнографической экспедиции 

ТЮТАКЭ — Труды Южно-Туркменской археологической комплексной экспедиции 

SРА — A Survey of Persian Art.  

 

 




34 

 

Tablo 1 



TABLOLAR 


35 

 

Tablo 2 



 

 

 


36 

 

Tablo 3 



 

 

 


37 

 

Tablo 4. 



 

 

 


38 

 

Tablo 5 



 

 

 


39 

 

Tablo 6 



 

 

 


40 

 

Tablo 7 

 

 

 



41 

 

Tablo 8 



 

 

 


42 

 

Tablo 9 



 

 

 


43 

 

Tablo 10 



 

 

 


44 

 

Tablo 11 



 

 

 


45 

 

Tablo 12 



 

 

 


46 

 

Tablo 13 



 

 

 


47 

 

Tablo 14 



 

 

 


48 

 

Tablo 15 

 

 

 



49 

 

Tablo 16 



 

 

 


50 

 

Tablo 17 



 

 

 

 

 


51 

 

 



Fərhad Əlibaba oğlu İbrahimov  

BAKIDA METALİŞLƏMƏ TARİXİ 

(IX-XVII əsrlər) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nəşriyyat redaktoru: R.Əliyev  

Rəssamı: V.Ustinov  

Texniki redaktoru: T. Ağayev  

Korrektoru: Ə.Musayeva  

 

 

 

Yığılmağa verilmiş 23.05.94. Çapa imzalanmış 16.02.95. 

Kağız formatı 60x84/16. Mətbəə kağızı № 2.  

Şrifti ədəbi qarnitur. Yüksək çap üsulu. Şərti çap vərəqi 5,12. 

Rəngli şərti ç/v. 5,12. Tirajı 500. Sifariş 229.  

 

 

 

“Elm"nəşriyyatı. 

370143, Bakı – 143, Hüseyn Cavid prospekti, 31.  

Akademiya şəhərciyi. Əsas bina.  

Azərbaycan EA mətbəəsi.  

Bakı, Hüseyn Cavid prospekti, 31.  

 

 



 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə