Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   2   3   4   5   6   7   8   9   ...   22

 

bu çəkic daha çox müasir misgərlərin çəkicinə oxşayır



16

. Lakin müasir misgərlərin çəkicinin dəstək yeri küpün 

bir tərəfində olduğu halda, bu çəkicinki orta hissədədir. Bu isə, görünür, çəkiclərin təkmilləşməsi ilə əlaqədardır.                          

İçərişəhərdə 1976-cı il arxeoloji tədqiqatları nəticəsində XIV—XV əsrlərə aid  üst təbəqədən tapılan bir 

ədəd  dəmir  gürz  qırığı  da  maraqlıdır.  Üstünü  qalın  pas  təbəqəsi  örtdüyündən  bu  gürzün  formasını  dəqiq 

müəyyənləşdirmək çətindir. Lakin qalığa əsasən demək olar ki, bir tərəfi dördkünc, digəri isə dairəviyə yaxındır. 

Onun orta hissəsində dəstəyinin izi qalmışdır. Güclü korroziyaya uğradığından parçalanma qorxusu olduğu üçün 

dəstək  yerini  təmizləmək  mümkün  olmadı.  Qeyd  etməliyik  ki,  çəkici  və  quruluşu  onun  gürz  olduğunu  

söyləməyə əsas  verir. 

Bakıda Şirvanşahlar sarayının həyətində aparılan arxeoloji qazıntılar zamanı 4 metr dərinlikdən başqa bir 

gürz də tapılmışdır. Onun uzunluğu 15, eni 10, qalınlığı isə 8 sm-dir. Tədqiqatçı V. N. Leviatov qazıntıya həsr 

etdiyi hesabatda gürzün quruluşu haqqında ətraflı məlumat vermir

17

. Haqqında danışdığımız gürzün ölçüləri və 



çəkici  onun  dəmirçi  sənətkara  məxsus  orta  həcmli  zərb  aləti  olduğunu  göstərir.  Gürz  XII—XIII  əsrlərə  aid 

edilir


18



Dəmirçi maşası. Bakıda Şirvanşahlar sarayının həyətində 1939-cu ildə aparılan qazıntı nəticəsində qeyd 

etdiyimiz gürz ilə birlikdə dəmir maşanın bir parçası da tapılmışdır

19

. Onun uzunluğu 45 sm-dir. V. N. Leviatov 



qeyd  edir  ki,  bu  maşa  kömür  götürmək  üçündür

20

.  Təəssüflə  qeyd  etməliyik  ki,  hesabatda  dəmir  maşanın  nə 



şəkli, nə də haqqında başqa məlumat verilməmişdir. Bu cəhətdən maşanı etnoqrafik materiallarla müqayisə edib 

haqqında ətraflı məlumat vermək imkanımız azdır. Lakin qeyd etməliyik ki, dəmir maşa kömür götürmək üçün 

məişətdə  işlənməklə  bərabər  dəmirçi  sənətkara  məxsus  alət  kimi  daha  qiymətlidir.  Dəmir  maşa  qızdırılmış 

dəmiri ocaqdan götürüb zindan üstündə əşya hazırlamaq üçün lazım olan ən yararlı alətlərdən biri sayılır. Bizə 

elə  gəlir  ki,  dəmir  maşanın  gürzlə  birlikdə  tapılması  və  etnoqrafik  materiallardan  məlum  olan  ölçü  ilə  bu 

maşanın uyğunluğu onun məhz dəmirçi sənətkara məxsus alət olduğunu söyləməyə daha çox əsas verir

21



İskənə. 1967-ci ildə İçərişəhərdə arxeoloji qazıntılar  zamanı üç ədəd dəmir iskənə  tapılmışdır. İskənə



22

 

üstünə çəkic zərbləri  vurmaq yolu ilə metalı    kəsmək üçün işlədilən alətdir. Belə alətlər əslində iki cür olub 



biri metalı isti, digəri isə soyuq şəkildə kəsmək üçün işlədilir. Adətən metalı isti halda kəsmək üçün iskənədən 

əsasən  dəmirçi,  soyuq  şəkildə  isə  misgər,  zərgər  və  çilingərlər  istifadə  edirlər.    Bakıdan  tapılan  isgənələr  öz  

quruluşlarına      görə          bir-birindən  fərqlənir.  Onlardan  biri  1975-ci  ildə  10-cu  qazıntı  sahəsindən      2,8  m  

dərinlikdən tapılmışdır   (I  tablo, 6). En  kəsiyi    lentvarı  formadadır.   Çox   paslandığından  uc  hissəsi   xeyli  

ovxalanıb  tökülmüşdür.    Onun  başlığı      dördbucaqlı  formaya  yaxın  olub,  ölçüsü    1,5X2  sm-dir.    İskənə  uca 

doğru getdikcə bir az ensizləşir. Belə ki, onun zərb vurulan başlıq hissədə eni 2 sm, uc tərəfdə isə 1 sm-dən bir 

qədər  çoxdur.  Kəsər  hissəsi  qırıldığından  onun  ucluğunu  dəqiq  müəyyən  etmək  mümkün  olmadı.  Sağ  qalmış 

uzunluğu isə 13,8 sm-dir. 

1969-cu  ildə  11-ci  qazıntı  sahəsindən  aşkar  edilən  iskənənin  də  en  kəsiyi  lentvarıdır  (I  tablo,  4).  Lakin 

əvvəlkindən xeyli qalındır. Nisbətən yaxşı qalmış bu alətin zərb hissəsi dördbucaq formadadır. İskənə uca doğru 

getdikcə nazilir. Zərbə vurulan tərəfdə eni 1,5 sm, ucluqda isə 0,5 sm-dir. Onun ümumi uzunluğu 12,5 sm-dir. 

Bu  iskənə  ağzının  kiçikliyinə  görə  çox  güman  ki,  metalın  soyuq  halda  kəsilməsində  işlədilən  çilingər  alətidir. 

Qazıntının II mədəni təbəqəsindən əldə olunan bu alət saxsı məmulatına əsasən XIV—XV əsrlərə aid edilir. 

Şəhərin cənubunda yerləşən XIV—XV əsrlərə aid ikimərtəbəli karvansaranın bərpası ilə əlaqədar aparılan 

qazıntılar  zamanı  tapılan  dəmir  iskənə  də  diqqəti  cəlb  edir  (I  tablo,  2).  Bu,  əvvəlkilərdən  quruluşuna  görə 

fərqlənir. Başlığı dairəvi formada olub yuxarıya doğru azca qabarıqdır. Onun papağa yaxın hissəsinin en kəsiyi 

dairəvidir.  Lakin    uca    doğru  getdikcə  lentvarı  şəkil  alaraq  həm  də  genəlir.  Zərb  vurulan  tərəfinin  eni  1,5  sm 

olduğu  halda,  uca  yaxın  enlənib  2,5  sm-ə  çatır.  İskənənin  kəsər  tərəfi  qırıldığından  ölçüsünü  tam  vermək 

mümkün olmadı. Onun qalmış uzunluğu isə 9 sm-dir. Əvvəlkilərdən fərqli olaraq bunun ağzı çox enlidir. Bu da 

yəqin  ki,  iş  xüsusiyyəti  ilə  əlaqədardır.    Ondan  mis  təbəqələrini  kəsmək  üçün  istifadə  olunduğunu  söyləmək 

mümkündür. 

                                                           

16

 Yenə orada. s. 33, II tablo. 



 

17

 Leviatov V. N. Göstərilən əsəri, s. 115. 



18

 Yenə orada. 

19

 Leviatov V. N. Göstərilən əsəri, s. 115. 



20

 Yenə orada. 

21

 Quliyev H., Tağızadə N. Göstərilən əsər. s. 63. XIV tablo.  12. 



22

  Metalı      kəsmək  üçün    işlədilən    bu  alət    bəzi  ədəbiyyatda    «metalkəsən  qələm»,  bəzisində  isə  sadəcə  «metal  qələm»  kimi  də  işlənmişdir.  Lakin 

«Azərbaycan dilinin orfoqrafiya lüğəti» və «Rusca-azərbaycanca lüğət»də isə iskənə yazılmışdır. Həm lüğətlərə, həm də etnoqrafik məlumatlara əsasən bu 

termin əsərdə iskənə kimi işlədilir.  

 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə