Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   2   3   4   5   6   7   8   9   ...   22

10 

 

işlədilən əsas əmək alətlərindən biri olduğunu qeyd edir



32

. Orta əsrlərə aid belə dəhrə nümunəsi Gürcüstandan 

da  məlumdur

33



Bıçaqlar. Arxeoloji tapıntılar içərisində bıçaqlar çoxluq təşkil edir. Bu isə başqa əmək alətlərinə nisbətən 

bıçağın daha çox vəzifə daşıması ilə əlaqədardır. Dəmir bıçaqlardan orta əsrlərdə universal alət kimi məişətdə, 

sənətkarlıqda,  ovçuluqda,  hərbi  sahədə  və  s.  işlərdə  geniş  istifadə  edilmişdir.  İri  bıçaqlar  isə  bağçılıq 

təsərrüfatında (ağac budamaqda və s.) geniş tətbiq olunmuşdur. 

İnkişaf etmiş orta  əsrlərdə dəmir bıçaqların istehsal texnologiyası daha da təkmilləşmişdir. Başqa kəsər 

alətlər  kimi  dəmir  bıçaqların  da  ağzını  polad  təbəqə  qaynaq  edilməklə  onun  işlək  qabiliyyəti  dəfələrlə 

artırılmışdır. 

Qazıntılardan  əldə  olunan  bıçaqlar  güclü  korroziyaya  uğradığından  tiyələrinin  formasında  müəyyən 

dəyişikliklər  əmələ  gəlmişdir.  Onlar  həm  də  uzun  müddət  istifadədə  olduğundan  tiyələrinin  kəsər  tərəfi  iş 

zamanı  yeyilərək  nazilmişdir.  Lakin  qeyd  etməliyik  ki,  qazıntılardan  tapılan  orta  əsr  bıçaqlarının  qalmış 

formaları müasir kustarların hazırladığı bıçaqlardan bir o qədər də kəskin fərqlənmir. Tədqiqat nəticəsində tək-

tək hallarda bıçaqlar bütöv tiyə, əksər hallarda isə ya tiyəsinin və ya sulğuncunun tiyə ilə birlikdə qırığı tapılır. 

Əldə edilən bıçaqların əksəriyyətinin sapı saxlanılmamışdır. Bəzi bıçaqların sulğuncunda ağac izinin qalması isə 

bıçaqların  dəstəyinin  əsasən  ağacdan  düzəldiyini  söyləməyə  əsas  verir.  Lakin  qazıntılar  zamanı  heyvan 

buynuzundan  hazırlanmış  bıçaq  dəstəyi  yarımfabrikatların  və  kiçik  bıçaq  (II  tablo,  1)  dəstəyinin  tapılması 

bıçaqların sapının həm də sümükdən düzəldilməsini təsdiq edir. 

Bakı qazıntılarından tapılan bıçaqlar ölçülərinə görə kiçik, orta və böyük həcmdə olub formalarına görə 

müxtəlifdirlər.  Onların  bir  qrupunun  tiyəsinin  sivri  ucu  kəsər  tərəfə  (II  tablo,  3,  5,  8),  digər  qrupununku  isə 

arxaya əyləmli (çevrilmiş) düzəldilmişdir (II tablo, 4, 6, 7,). Az təsadüf olunan başqa bir qrupu isə formaca bir 

növ  xəncərə  oxşayır.    Həmin    bıçaqların  tiyəsi  hər    iki  tərəfdən  uca  doğru  getdikcə  sivriləşir  (II  tablo,  10). 

Görünür, belə bıçaqlardan həm də soyuq silah kimi istifadə olunmuşdur. 

Dvindən tapılan bu növ bıçaqların da hərbdə istifadə edildiyi ehtimal edilir

34

. Bıçaqların sulğuncunun en 



kəsiyi  dairəvi  və  ya  dördtilli  olub  uca  doğru  getdikcə  sivriləşir  ki,  bu  da  onların  dəstəyə  saplanmasını 

asanlaşdırır.  Ümumiyyətlə,  bıçaqlar  sənətkarlığın  müxtəlif  sahələrində  geniş  istifadə  edilən  alətlərdəndir. 

Tapıntılar  bakılıların  iqtisadi  həyatında  bu  sənətkarlığın  xüsusi  yer  tutmasını  göstərən  dəlillərdən  biri  kimi 

mühüm əhəmiyyət kəsb edir. 



Bizlər. Məişətdə və bəzi sənətkarlıq sahələrində işlədilən alətlərdən biri də bizdir. Papaqçı, pinəçi, dabbağ 

və  palanduzçunu bu  alətsiz  təsəvvür  etmək  çətindir. Arxeoloji  qazıntılar  nəticəsində  belə  metal  alətlərin  əksər 

hallarda  qırıqları  tapılır.  Dəmir  bizlərin  antik  dövrdə  Azərbaycanda  geniş  yayıldığı  Nüydi  qazıntılarından 

bəllidir


35

Bakıdakı  qazıntılar  zamanı  bir  ədəd  dəstəksiz  biz  tapılmışdır  (III  tablo,  1).  Dəmirdən  düzəldilmiş  bu 



alətin  ucu  qırılmışdır.  Bizin  uc  və  uca  yaxın  tərəfinin  en  kəsiyi  dairəvi,  qalan  hissəsininki  isə  lentvarıdır.  Bu 

hissənin  üstündə  ağac  izləri  aydın  bilinir.  Göründüyü  kimi,  onun  dəstəyi  ağacdan  olmuşdur.  Çox  güman  ki, 

dəstəyin  içərisində  möhkəm  durmaq,  burulmamaq  üçün  bizin  tiyəsi  yastı  düzəldilmişdir.  Müasir  dövrdə 

məişətdə  geniş  işlədilən  belə  alətlərin  dəstəyi  də  ağacdandır.  Onun  qalmış  uzunluğu  6  sm-dir.  Eyni  ilə  buna 

oxşar bir biz Beyləqandan XII—XIII əsrin əvvəllərinə aid mədəni təbəqədən tapılmışdır

36



Bakıdan tapılan digər biz isə əvvəlkindən fərqlənir. Onun dəstək hissəsi güclü korroziyaya uğradığından 

qopub tökülür (III tablo, 2). Tiyəsinin en kəsiyi dairəvi olan kiçik hissəsi qalmışdır. Ucu qırıldığından ölçüsünü 

bərpa etmək mümkün olmadı. 

Bakıdan 1970-ci ildə tapılan bizin tiyəsi nisbətən yaxşı qalmışdır (III tablo, 3, 4). Onun qalmış uzunluğu 7 

sm-dir.  En  kəsiyi  dairəvi  olan  məftilə  oxşar  tiyə  uca  doğru  getdikcə  sivriləşir.  Bu  bizin  dəstəyi  də  yəqin  ki, 

ağacdan olmuşdur. 



Oymaqlar.  Arxeoloji  qazıntılar  nəticəsində  əmək  alətlərinin işlənilməsi  üçün  rahatlıq  yaradan  yardımçı 

əmək  vasitələri  də  aşkar  olunmuşdur.  Onlardan  mis  oymaqları  qeyd  etmək  olar.  Bakıdan  bir  neçə  oymaq 

nümunəsi tapılmışdır (III tablo, 5—9). 

Mis təbəqədən döymə üsulu ilə düzəldilmiş bu oymaqların gövdələri silindr şəklində olub, əsasən müasir 

oymaqların  formasına  oxşardır.  Bakı  oymaqlarının  quruluşundakı  fərq  ucluq  hissəsinin  müxtəlif  formada 

düzəldilməsindədir. Tikiş zamanı iynə və ya qıyığın keçirilməsinə kömək etmək üçün oymaq üzərinə düzülmüş 

batıq  nöqtələr  də  müxtəlifdir.  Onların  bəziləri  saya,  bəziləri  isə  rombvarı  şəkildə  düzülmüşdür.  Barmağa 

keçirilən  hissəsinin  diametri  1,8—2  sm-dir.  Oymaqların  bəzisinin  ağzının  qıraqları  köbər  şəklində  üstünə 

                                                           

32

 Исмизаде О. Ш. Ялойлутепинская культура, Бакы, 1956, с. 25, XI табло, I. 



33

 Gürcüstan materialları ilə Gürcüstan Tarix Muzeyində XI — XIII əsrlərə aid Dmanisi və Qudarexi materialları nümayiş etdirilən zalda tanış olduq. 

 

34

 Kafadaryan K.Q. Göstərilən əsəri, s.290.  



35

 Osmanov F.L. Орудия производства из раскопок Нюди ―Azərb. SSR EA Xəbərləri‖ (tarix, fəlsəfə və hüquq seriyası) 1984, № 1, s. 66-74. 

36

 Örənqala, çöl qeyd siyahısı № 197, 1959-cu il.  




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə