Azərbaycan elmlər akademiyasi arxeologiya və etnoqrafiya institutu



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix17.09.2018
ölçüsü1,31 Mb.
#68764
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

13 

 

qazıntılarından  əldə edilən  rombvarı  ülgünün  eyni  oxşarı  olan  ox  ucunun  Ermənistandan  tapılması  da  diqqəti 



cəlb edir

45



Qeyd etməliyik ki, belə rombvarı ox ucu həm orta əsr

46

, həm də qədim



47

 abidələrdən məlumdur. Bakıdan 

tapılan rombvarı ülgü yalnız bir tərəfinin—ucunun azca uzadılmış şəkildə olması ilə onlardan fərqlənir. 

Nizələr.  Orta  əsrlərdə  geniş  yayılmış  silah  növlərindən  biri  də  nizələrdir.  Azərbaycanın  orta  əsr 

şəhərlərindən  arxeoloji  qazıntılar  nəticəsində  xeyli,  həm  də  müxtəlif  formalı  nizə  ucluqları  əldə  edilmişdir. 

Lakin Bakıdakı tədqiqatlar nəticəsində cəmi bir neçə nizə ucluğu tapılmışdır. Onlardan yalnız ikisinin forması 

yaxşı  qalmışdır.  Bu  nizə  uclarının  hər  ikisi  konusvarıdır.  Biri  kiçik  konus  şəklindədir  (V  tablo,  1).  Onun 

uzunluğu 4,5 sm, ağac sap keçirilən hissəsinin diametri 1,7 sm-dir. 

Bəhs etdiyimiz nizənin eyni oxşarı Beyləqan qazıntıları zamanı tapılmışdır

48

. Onlar yalnız ölçüsünə görə 



bir-birindən  fərqlənir.  Beyləqandan  tapılan  nizə  ucluğunun  uzunluğu  11  sm-dir.  IX—XIII  əsrlərə  aid  belə 

konusvarı nizə ucları Dvin qazıntılarından da məlumdur

49



1976-cı  ildə  11-ci  qazıntı  sahəsindən  tapılan  digər  nizə  ucu  isə  əvvəlkindən  fərqli  olaraq  uzadılmış 



konusu xatırladır (V tablo, 2). Onun həm sivri uc hissəsi, həm də küp tərəfinin ağzı qırılmışdır. Qalmış uzunluğu 

15  sm,  ağzının  diametri  isə  3  sm-dir.  Nizə  ucluğunun  qırılan  hissələrini  də  nəzərə  alsaq,  onun  xeyli  böyük 

olduğunu  görərik.  Nizənin  borusu  ilə  ucluğunun  birləşdiyi  yerə  enli  halqavarı  sağanaq  qaynaq  edilmişdir. 

Görünür, nizə iri olduğu üçün onun boru ilə ucluğunu möhkəmlətmək və ya sınmış ucluğu boruya yapışdırmaq 

məqsədilə belə edilmişdir. 

Böyük  nizə  ucları  Beyləqandan  da  tapılmışdır

50

.  Onların  bəziləri  konusvarı,  bəziləri  isə  yarpaqvarı 



formadadır. 

Nizə  uclarının  dəstəyi  ağacdan  olmuşdur.  Uzun  müddət  torpaqda  qaldığından  ağac  çürümüş  və  qazıntı 

zamanı  yalnız  metal  ucluqlar tapılmışdır.  Adətən  ağac  dəstəklər  nizənin  borusuna  keçiriləndən  sonra  möhkəm 

olmaq üçün ya mıx və yaxud dəmir sağanaq vasitəsilə sıxılıb bərkidilir. 



Qılınc və xəncərlər. Orta əsrlərdə döyüş silahı kimi qılınc və xəncərdən geniş istifadə edilmişdir. Lakin 

təəssüflə deməliyik ki, Bakıda aparılan arxeoloji qazıntılar nəticəsində belə silahlara az təsadüf olunur. Tədqiqat 

zamanı əldə edilənlər əsasən kiçik qırıqlardan ibarətdir. Güclü korroziyaya uğrayaraq pis vəziyyətdə qalmış bu 

qırıqlar həmin növ silahlar haqqında müqayisəli şəkildə geniş danışmağa imkan vermir. 

1967-ci  ildəki  qazıntılar  zamanı  qədim  mədəni  təbəqədən  4,3  metr  dərinlikdən  bir  ədəd  xəncər  tiyəsi 

tapılmışdır (V tablo, 5).Onun hər iki tərəfi iti olub uca doğru getdikcə sivriləşir. Sulğuncunun ucu qırılmışdır. 

Qalmış uzunluğu 22 sm-dir. Üzərini pas örtsə də formasını saxlamışdır

51



Tapılan qılınc hissələri əsasən tiyələrinin kiçik qırıqlarından ibarətdir. 10—15 sm uzunluğunda və 5—6 

sm enində tapılan hissələr isə belə silahların bütöv formasını bərpa etməyə imkan vermir. 

Orta əsr Ani

52

 şəhərindən əldə olunan X—XI əsrlərə aid dəmir qılınc bu cəhətdən diqqəti cəlb edir. Qılınc 



dəstəyi  ilə  birlikdə  bütöv  tapılmışdır.  Onun  tiyəsinin  hər  iki  tərəfi  iti  olub  xəncər  kimi  uca  doğru  getdikcə 

sivriləşir.  Dəstək  ilə  sulğuncun  birləşdiyi  yer  kəmər  şəklində  çıxıntılıdır.  Sulğuncun  uc  hissəsi  isə  yumru 

düzəldilmişdir. Bu tapıntı tədqiqat dövründə qılıncın formasını bərpa etmək üçün çox qiymətlidir. Çox güman 

ki, Bakıdan tapılan qılınc da belə formada olmuşdur. 

Orta  əsrlərdə  əlbəyaxa  döyüş  silahı  kimi  əsasən  qılınc  və  xəncərdən  istifadə  olunmuşdur.  IX  əsrdə 

Xürrəmilərin əsasən qılınc və xəncərlə silahlanmaları haqqında mənbələrdə məlumat vardır

53

. Orta əsr Beyləqan 



şəhərinin naib və mutofisi Məsud ibn Namdar bir döyüş səhnəsini təsvir edərkən döyüşçülərin qılınc və xəncərlə 

silahlanmasını xüsusi qeyd edir

54



Bakıda arxeoloji qazıntılar nəticəsində aşkar edilən XIV—XVII əsrlərə aid məzar daşlarının üzərində ox, 



kaman, qalxan və s. silahlarla yanaşı, qılınc və xəncər rəsmləri də təsvir edilmişdir

55

. Döyüşçülərə aid edilən bu  



başdaşılarındakı    silahlar  içərisində  qılınc  və  xəncərin  olması  faktı  həmin  dövrdə  ordu  heyətində  bu  növ 

silahlardan  kütləvi  şəkildə  istifadə  edilməsi  haqqındakı  tarixi  mənbələrin  məlumatını  təsdiq  edir.  Bu  silahlar 

                                                           

45

 Abramyan V. A. Göstərilən əsəri, 23-cü şəkil. 



46

 Örənqala çöl qeydləri. 

47

 Qazıyev S. M. Göstərilən əsəri, s. 14, III tablo, 22. 



 

48

 İbrahimov F. Ə. IX — XIII əsrlərdə Azərbaycan şəhərlərində metalişləmə sənəti, Azərb. EA TİEA, fond 1, siyahı 15, iş 6600, s. 91. VIII tablo, 4. 



49

 Абрамян В. А. Оружие средневековой Армении, тр. ГИМ Армении, том II, 1949; yenə onun: Ремесла в Армении в IV—XVIII вв., Ереван, 1956. 

50

 İbrahimov F. Ə. Göstərilən əsəri, s. 91, VIII  tablo,  1, 5, 6.  



 

51

 İsmizadə Ö. Ş., Qədirov F. V. 1967-ci ildə Bakıda aparılan arxeoloji  qazıntının hesabatı. Azərbaycan EA  Tarix İnstitutunun elmi arxivi, 0—09;   № 18: 



0—09/2; № 19. 

52

 Абрамян В. А. Ремесла в Армении...,. 25-ci şəkil. 



53

 «Azərbaycan tarixi». I cild, 1958, s. 115. 

54

 Масуд йбн Намдар. Сборник рассказов, писем и стихов. Факсимиле текста,-предисловие и указатели В. М. Бейлиса. М., 1970; Azərbaycan EA 



Tarix İnstitutunun elmi arxivi, fond 1, siyahı 14, iş 6126 (tərcümə V.M. Beylisindir), s.  174 а —  175 а,  142 —  143. 

55

 İsmizadə Ö. Ş., Ciddi H. Ə. Bakı, Qız qalası yaxınlığındakı abidədən tapılan məzar daşları haqqında, AMM, VIII cild, Bakı, 1976. 




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə