Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

 
40
müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz 
otuz xəfiyyə  mə'muru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi 
propaqanda ilə biri digəri  əleyhinə silah işlətməyə  təşviq və  əsrlərcə yaxşı 
keçinən iki milləti biri digərinə qırdırdı".
1
  
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər 
komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları 
bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz 
bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə 
planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi 
ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini  əllərinə 
keçirəcəklərinə  və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah 
gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 
10-a qədər Bakıda  şiddətlə davam edən qırğınlar zamanı  hər iki tərəfdən 
tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış  və  məğlub 
olmuşdular.
2
  
Ermənilər fevralın 21-23-də  İrəvanda da qırğınlar törətmişdilər. 
M.S.Ordubadi "Qanlı illər" kitabında verdiyi məlumata görə, ermənilərin 
növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində 
üç nəfər müsəlmanın ağır yaralanması  və mayın 7-də bir nəfər müsəlmanın 
Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də  İrəvan vitse-
qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan 
şəhər qlavası  Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara 
vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir. 
Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları  İrəvanda  
törədirlər. Ermənilərin məqsədi ilk növbədə  İrəvan və onun ətraf kəndlərini 
müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə, 
«İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla 
İrəvan ermənilərini Naxçıvanda hazır  əsgəri qüvvələrlə birləşdirmək, 
Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur 
könüllüləri ilə Naxçıvandakı  əsgəri qüvvəni bitişdirmək kimi alçaq 
xəyallar»dan
3
 ibarət idi.  
Mayın 23-də ermənilərin Qarsaçay  bağçasında müsəlman gənclərinə 
hücumu ilə  İrəvanda qırğınlar başlanır. Mayın 31-də  İrəvanda qırğınlar 
dayandırılsa da, ermənilər  ətraf müsəlman kəndlərinə hücum etməyi qərara 
alırlar. Elə  həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə 
                                                           
1
 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992, səh. 106. 
2
 Ордубади М.С., «Qanlı illər», Bakı, 1991, səh. 7. 
3
 Ордубади М.С., göstərilən əsəri, səh.119. 


 
41
hücum edirlər.  İyunun 2-də 10 min nəfərlik erməni alayı  Məngüs kəndinə 
hücum edir. Dağılmış 12 müsəlman kəndinin  əhalisi Təzəkəndə qaçır. 
Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, 
Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 
3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin 
(Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi 
tərk edirlər.  İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, 
Qoşabulaq,  İrku,  Əngirsək, Təkiyə  kəndlərini dağıdırlar.  İyunun 10-da 
ermənilər Eçmiədzində 10  kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə 
indiki Ermənistan  ərazisində ermənilərin törətdikləri soyqırımını belə 
səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib 
islam millətini yandırmaqda, boğmaqda idi».  
1897-ci ildə  İrəvan quberniyasında azərbaycanlı  əhali 313176 nəfər 
olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. 
Deməli, 1905-ci və 1906-cı illərdə  İrəvan quberniyasında  əhalinin 10 illik 
təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.  
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı 
dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan 
erməni hücumları nəticəsində Cəbrayıl-Qaryagin bölgəsində Veysəlli, Qacar, 
Çəmənli, Arış, Qışlaq, Məzrə  kəndləri darmadağın edilir. Avqustun 16-da 
Şuşada qırğınlar törədilir.  
1905-ci ilin noyabrında Gəncə  şəhərində, Cavanşir və Qazax 
qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız 
azərbaycanlını qətlə yetirirlər. 
Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə  həmin dövrdə 
Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur 
qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
1
  
1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun 
təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh 
konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri 
Əhməd bəy Ağayev,  Əlimərdan bəy Topçubaşov,  Ədil xan Ziyadxanov və 
başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda 
törədilən qırğınların, terrorçuluğun təşkilatçısı  və icraçısı olduğunu göstərir, 
                                                           
1
 Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с 
армянского, С.Петербург, 1907, səh. 61. 


 
42
rəsmi hökumət dairələrinin bu təşkilatın  əməllərinə göz yumduğunu sübuta 
yetirilər.
1
  
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı 
dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və  Şuşadakı ikinci 
məğlubiyyətlərindən sonra "Böyük Rusiya inqilabı söndü, biz işləri sona 
çatdıra bilmədik" deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol 
açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə 
teleqramlar göndərərək 
əsgər toplamışdılar.  İrəvandan Zəngəzura, 
Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az 
idi. Ona görə  də erməni komandalarına yol üstündə yerləşən müsəlman 
kəndlərinə hücum etmək əmri verilmişdi.  
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında 
Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, 
Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, 
Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan 
etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
2
  
Ümumiyyətlə, 1905-1906-cı illərdə 
İrəvan və 
Gəncə 
quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, 
əhali soyqırıma məruz qalmışdır. 
                                                           
1
 Ордубади М.С., göstərilən əsəri, səh. 105-116; Кавказский календарь на 1913, 
Тифлис, 1912, səh.66. 
2
 Ордубади М.С., göstərilən əsəri, səh.126-140. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə