Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   2   3   4   5   6   7   8   9   ...   63

 

ÖN SÖZ 
 
Qan yaddaşımızın  ən ağrılı-acılı  səhifələrindən olan deportasiya
soyqırım və qaçqınlıq bəlaları xalqımızın taleyinə çox baha başa gəlib. 
Nə yaxşı ki, nəhayət, uzun illər susduqdan  (özümüzdən asılı olan və 
asılı olmayan səbəblər ucbatından)  sonra öz dədə-baba, etnik torpaqlarından 
qovulmuş  həmvətənlərimizin çəkdiyi  əzab-əziyyətlərin dilə  gətirilməsi, 
öyrənilməsi, bütün bunlar barədə dünya ictimaiyyətinə  mə"lumat verilməsi 
üçün yeni  imkanlar açıldı. 
Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli 
"1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan  SSR ərazisindəki tarixi-
etnik torpaqlarından kütləvi deportasiyası haqqında" və 26 mart 1998-ci il 
tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanları çox qiymətli və 
tarixi addımdır.  
Bu fərmanlarda çox haqlı olaraq göstərilir ki, son iki əsrdə Qafqazda 
azərbaycanlılara qarşı  məqsədyönlü  şəkildə  həyata keçirilmiş etnik 
təmizləmə  və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, 
milli faciə 
və 
məşəqqətlərə 
məruz qalmışdır. Mərhələ-mərhələ 
gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi 
Ermənistan adlandırılan  ərazidən – min illər boyu öz doğma tarixi-etnik 
torpaqlarından didərgin salınaraq kütləvi qətl və  qırğınlara mə"ruz qalmış, 
xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb 
viran edilmişdir. 
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 
1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı 
növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar  əsasında 1948-1953-cü 
illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR  ərazisindəki dədə-baba 
yurdlarından kütləvi və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq 
normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin 
mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən 
qocalar və körpələr ağır  şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki 
sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni 
şovinist dairələri və SSRİ  rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o 
dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, 
soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində 
və 
həyata 
keçirilməsində iştirakı da az olmamışdır. 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindən deportasiya olunması faktı ötən  əlli il ərzində lazımınca 
araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdi. 


 

Ermənistan deyilən qurumun tarixi torpaqlarımız hesabına 
qurulduğunu vaxtilə qaldırsaydıq dünya ictimaiyyəti həqiqəti bilərdi. Heç 
Dağlıq Qarabağ hadisələri də baş verməzdi.  
1992-ci  ilin  fevral  ayında  Milli  Münasibətlər  İnstitutu   fəaliyyətə 
başlayanda institutunda xüsusi bir şöbə – "Qaçqınlıq tarixi" şöbəsi yaradıldı. 
Bu 
şöbənin tədqiqat sahəsi təkcə sonuncu 1988-1989-cu illər 
deportasiyasının öyrənilməsi ilə deyil, eyni zamanda ermənilərin İrandan və 
Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülməsinin və erməni 
təcavüzünün tədqiqi ilə bağlıdır. Yaxşı olar ki, xalqımızın deportasiya 
tarixinin öyrənilməsi ilə bağlı respublikamızda  əlaqədar elmi strukturlar, 
institutlar, təşkilatlar özləri işçi qrupları, qurumlar yaratsınlar. Əgər biz tarixi 
həqiqətlərə söykənərək obyektiv fakt və sübutlarla son 200 ildə Qafqazda 
ermənilərlə bağlı bütün qurumların  əzəli və tarixi Azərbaycan torpaqları 
üzərində yaradıldığını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilsək, 
nəinki DQ probleminin, eləcə  də Ermənistan-Azərbaycan münaqişələrinin 
bütün köklərinin, təzahürlərinin həlli üçün yeni üfüqlər açar, yeni imkanlar 
əldə edə bilərik. 
Hələ 1995-ci ildə, Milli Münasibətlər  İnstitutu Azərbaycan 
Respublikası  Prezident Aparatı ilə birlikdə qaçqınlıq tarixi ilə bağlı elmi-
nəzəri konfrans keçirmişdir. Xalqımızın qaçqınlıq və deportasiya tarixi ilə 
bağlı vaxtaşırı məruzələr etmişik. "Qaçqınlıq tarixi"  şöbəsinin xətti ilə elmi-
monoqrafik  əsərlər və  sənədlər toplusu hazırlamışıq. Bu mövzuda institutun 
əməkdaşları respublikamızda, xarici mətbuat orqanlarında xüsusi məqalələr 
çap etdirmişlər. Qaçqınlıq və deportasiya ilə bağlı 1992-ci ildən etibarən 
"Elturan"  ("Milli məsələlər") jurnalında institutun əməkdaşları silsilə 
yazılarla çıxış edib, təkliflərini bildirmişlər. 
Tarixən azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiya 
olunması, iki yüz illik qaçqınlıq tariximizin ən ağrılı  səhifələri araşdırılıb 
öyrənilməlidir. Qaçqınlıq və deportasiya faciəmizin tarixi köklərini, ictimai-
siyasi amillərini üzə çıxarıb, təbliğ etmək lazımdır. 
Azərbaycanlıların dədə-baba torpaqlarından deportasiya olunması 
haqqında Bakıda beynəlxalq konfrans keçirilməsi tarixi torpaqlarımızın 
taleyinə günün tələbləri baxımından yanaşılması, Azərbaycan diasporunun 
xətti ilə deportasiyaya dair sərgilər, dəyirmi masalar, yığıncaqlar təşkil 
olunması olduqca vacibdir. 
Bu fərmanın imkanlarından istifadə edərək Azərbaycan 
Respublikasından kənarda öz tarixi torpaqlarında cəm halında yaşayan 
(Dərbənd, Borçalı, Güney Azərbaycan) azərbaycanlıların sosial-mədəni 
həyatının öyrənilməsinə diqqət artırılmalıdır. Beynəlxalq təşkilatlara 


 

müraciət edərək, xalqımıza qarşı edilən haqsızlıqlara hüquqi qiymət 
verilməsinə nail olmalıyıq. Bununla yanaşı, biz indiki Ermənistanda qalan bir 
çox tarixi abidələrimizin taleyi haqqında da düşünməliyik. 
Azərbaycanlılara qarşı törədilmiş deportasiyalar və milli münaqişələr 
Rusiya imperiyasının çox məharətlə hazırladığı planların mərhələ-mərhələ 
həyata keçirilməsinin məntiqi nəticəsi idi. Onun nəticələrinə elmi münasibət 
bildirilməli, Türkmənçay  və Gülüstan müqavilələrinin mahiyyəti bugünkü 
və  gələcək nəsillərə çatdırılmalıdır. Ümumiyyətlə, biz bir xalq kimi 
unutqanlıq və biganəlik hisslərini qanımızdan, canımızdan çıxartmağa 
çalışmalıyıq. 
Adətən tarixdən ibrət götürməyən xalqların faciələri təkrarlanır. 
Bəziləri üçün tez, bəziləri üçün gec. 
XIX  əsrin  əvvələrində Rusiyanın Zaqafqaziyanın işğalı anından 
etibarən indiki Ermənistan ərazisində min illər boyu yaşamış türk boylarının 
(oğuz, qıpçaq) səksəkəli, qanlı-qadalı günləri başlamışdır. İki əsrlik imperiya 
siyasətinin nəticəsi kimi türklərə qarşı  dəfələrlə törədilən qırğınlar, 
soyqırımları, deportasiyalar nəticəsində onlar həmin  ərazilərdən sonuncu 
nəfərinədək qovulmuşlar. 
Tarix boyu özgə torpaqlarda gözü olan ermənilərin "Böyük 
Ermənistan"  dövləti yaratmaq kimi sərsəm ideyaları "xristian himayəçiliyi" 
pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə 
uyğun gəlmişdir. Hindistanı  və Yaxın  Şərqi işğal etmək arzusunda olan 
Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri kəsiyində özünə 
etibarlı dayaq lazım idi ki, əlverişli  şərait yetişən kimi, həmin etibarlı 
ərazidən tramplin kimi istifadə etsin. 
1828-ci ildə Rusiya ilə  İran arasında imzalanan Türkmənçay 
müqaviləsinə  əsasən  Şimali Azərbaycanın Naxçıvan və  İrəvan xanlıqları 
ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin 
yaşadığı  həmin  ərazilərə  İran və Türkiyədən kütləvi surətdə ermənilər 
köçürülmüşdü ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə 
nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü 
möhkəmləndirilsin. 
Ermənilərin  İran və Türkiyədən indiki Ermənistan  ərazisinə kütləvi 
surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən  İrəvan 
əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, 
Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, 
Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan 
əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə