Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   2   3   4   5   6   7   8   9   ...   63

 

Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və  Çənnəp mahalları 
türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar. 
Ruslardan himayə görən ermənilər silahlanaraq indiki Ermənistanın 
hər yerində  və Yuxarı Qarabağda dəfələrlə basqınlar edərək silahsız və 
müdafiəsiz olan Azərbaycan türklərini qırmış,  əmlaklarını qarət edərək 
doğma yurdlarından didərgin salmışlar.  Bu    cür  qırğınlar 1905-1906-cı, və 
1915-1920-ci illərdə daha kütləvi  şəkil almış, demək olar ki, indiki 
Ermənistanın hər bölgəsində türklərə qarşı soyqırım (genosid) siyasəti həyata 
keçirilmişdir. 
1948-53-cü illərdə Harutyunov-Mikoyan-Stalin üçlüyünün həyata 
keçirdiyi deportasiya aksiyasına göz yumulmuş, 150 minə yaxın Azərbaycan 
türkünün Ermənistanda repressiyaya məruz qalması faktı uzun müddət 
gizlədilmişdir. 
1988-ci ildən etibarən ermənilərin Rusiyanın hərbi potensialına və 
Qərbdə  bəzi ermənipərəst dövlətlərin himayəsinə arxalanaraq yenə  də 
Qarabağda azərbaycanlılara qarşı kütləvi surətdə soyqırımı  həyata 
keçirmələrinə dünya ictimaiyyəti biganə qaldığı kimi, 1988-ci ildə 
Ermənistanda Azərbaycan türklərinə qarşı törədilən soyqırımdan da 
çoxlarının xəbəri yoxdur. 
Həmin dövrdə Ermənistanda yaşayan Azərbaycan türklərinin 
sıxışdırılıb çıxarılması ilə yaşayış  məntəqələrinin adlarının dəyişdirilməsi 
paralel surətdə aparılmışdır. 
Azərbaycanda yaşayan ermənilərə Dağlıq Qarabağda süni surətdə 
muxtariyyət verildiyi halda, indiki Ermənistanda yaşamış Azərbaycan 
türklərinin hüquqları  ən kobud şəkildə pozulmuş, ləyaqətləri alçaldılmış  və 
təhqir edilmişdir. Ermənistanda həmişə antiazərbaycan təbliğatı aparılmışdır. 
Milli  ayrıseçkilik,  şantaj,  şovinizm, rasizm və anneksiya siyasəti 
Ermənistanda rəsmi dövlət səviyyəsində aparıldığından, XX əsrin sonunda 
bir daha ermənilərin tarixin müəyyən mərhələlərində vaxtaşırı özünü büruzə 
verən "paranoyya" dövrü, yaxud   "erməni xəstəliyi"nin yeni təzahürü 
yetişmişdir. 
Bu kitab yuxarıda qeyd edilən məsələləri qismən də olsa açıqlamaq 
və indiki Ermənistan  ərazisində yaşamış Azərbaycan türklərinin iki əsrlik 
faciəsini xronoloji şəkildə  əks etdirmək, Dağlıq Qarabağda və digər 
rayonlarda azərbaycanlıların başına gətirilən faciələri dünya ictimaiyyətinin 
nəzərinə çatdırmaq məqsədinə xidmət edir. 
Erməni mətbuatı, erməni tarixçiləri tarixi saxtalaşdırmaq işində 
mahir  olduqları üçün Ermənistanda yaşayan Azərbaycan türkləri haqqında 


 

rəsmi və statistik məlumatları  mətbuat səhifələrinə  çıxarmamış,  ən yaxşı 
halda isə təhrif edilmiş şəkildə təqdim etmişlər. 
İndiki Ermənistandan, yəni azərbaycanlıların öz tarixi torpaqlarından 
qaçqınlıq tarixinə dair kitab və monoqrafiyaların yazılmasının mühüm 
əhəmiyyəti həm də ondadır ki,  bu əsərlər erməni siyasətbazlarının, erməni 
diasporunun xaricdə  və keçmiş SSRİ  ərazisində Azərbaycan haqqında 
yaymış olduqları  hər cür bədnam fikirləri alt-üst edir, erməni təbliğatının, 
erməni faşizminin əsl simasını açıb göstərir. 
Bu istiqamətdə aparılan tədqiqatın başlıca məqsədi azərbaycanlıların  
keçmişdə  və bu gün erməni təcavüzü sayəsində qarşılaşdığı qaçqınlıq 
problemini hərtərəfli açıb göstərmək, bütün bu ağrılı-acılı  məsələləri həm 
tarixi sübutlarla, həm də faktik materiallarla dünya ictimaiyyətinə
beynəlxalq təşkilatlara daha obyektiv şəkildə çatdırmaqdır.   
Fikrimizcə, mövcud monoqrafiya ermənilərin azərbaycanlılara qarşı 
həyata keçirdikləri soyqırım siyasətinin iç üzünün açılması sahəsində atılan 
addımlardan biri kimi qiymətləndirilə bilər.  
 
 


 
10
 
I FƏSİL.  
QƏRBI AZƏRBAYCANA ERMƏNİƏRİN KÜTLƏVİ AXINI VƏ 
AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XYII-XIX 
ƏSRLƏR) 
 
 
1. ERMƏNİLƏRİN DÖVLƏT YARATMAQ  SƏYLƏRİ  
 
İndiki Ermənistan və ona bitişik  ərazilərdə  pərakəndə halında 
yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan 
verən amillərdən  ən başlıcası XYI-XYII əsrlərdə  Səfəvilərlə Osmanlı 
Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları 
Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq 
üçün xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə 
etmişdilər. 
Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət  əlaqələrinin 
genişlənməsində xüsusi rol oynayırdılar.  Şahlığın  ərazisində olan erməni 
kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar vergiləri yerli hakimlərə deyil, 
birbaşa şah xəzinəsinə verirdilər.
1
  
Erməni tarixçiləri I Şah Abbas haqqında nə qədər hədyan yağdırsalar 
da, fakt odur ki, 1605-ci ildə onun fərmanı ilə şahlığın ərazisində pərakəndə 
yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. 
Bu məqsədlə  İsfahan  şəhərinə yaxın  ərazidə Yeni Culfa şəhəri salınmış, 
burada yaşayan ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici 
ticarətlə  məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta Şah Abbas 
bu tikililər üçün xəzinədən pul ayırmış  və bu işi mükafatlandırmışdı.
2
 
Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə  İtaliya, Fransa, 
Prussiya ilə ticarət  əlaqələri yaratmışdılar. Yeni Culfa tacirləri Hindistanın 
əksər böyük şəhərlərində kontorlar təşkil etmişdilər.
3
  
Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-
daşır, nəticədə onların dövlət yaratmaq üçün iştahaları daha da güclənirdi. Bu 
işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində 
                                                           
1
 Петрушевский  И.П.,  Очерки  по  истории  феодальных  отношений  в 
Азербайджане и Армении в XYI - начале XIX в., Ленинград, 1949, səh. 181. 
2
 Байбуртян  В.А.,  Армянская  колония  Новой  Джульфы  в XYII веке,  Иряван, 
1969, səh. 21. 
3
 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963, səh. 29. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə