Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


 İLKİN QAÇQINLIQ DÖVRÜ VƏ ERMƏNİ VİLAYƏTİNİN TƏŞKİLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   2   3   4   5   6   7   8   9   ...   63

 
17
 
2. İLKİN QAÇQINLIQ DÖVRÜ VƏ ERMƏNİ VİLAYƏTİNİN TƏŞKİLİ 
 
Qərbi Azərbaycandan — indiki Ermənistan  ərazisindən Azərbaycan 
türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın  Şərqi Gürcüstanı 
ilhaq etməsi və bunun nəticəsində  Şəmşədil və Loru-Pəmbək bölglərinin 
rusların əlinə keçməsi anından başlamışdır. 
1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının 
komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 
14 kəndindən təxminən 5-6 min türk əhalisi bölgəni tərk edərək  İrəvan 
xanlığı ərazisinə sığınmışlar.
1
  
Sonralar Pəmbək  əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə 
girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri 
Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına 
sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars 
paşası Məmməd paşaya müraciət etmişdi.
2
  
1804-cü ilin yazında  İrəvan xanlığının  ərazisindən 2 min erməni 
qaçaraq rusların himayəsinə keçmiş  və onlar Loru-Pəmbək bölgəsində 
məskunlaşdırılmışdılar.
3
 Həmin il rus qoşunları  Şörəyelə daxil olur. 1805-ci 
il oktyabrın 20-də  Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə 
Şörəyelin  əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd 
imzalayırlar. Məhz bundan sonra həmin  ərazidə yaşayan türklərin qaçqınlıq 
dövrü başlanmışdır. Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin 
bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində  İrəvan xanlığının və 
Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar. 
Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları  kəndlərə 
hücum edib erməniləri qovmaq istəyirdilər. 1807-ci il avqustun 26-da general 
Nesvetayev qraf Qudoviçə yazdığı  məktubda göstərirdi ki. qarapapaqlar 
Gümrü yaxınlığında yerləşən Tapanlı və Qoçqant kəndlərinə basqın etmiş, 7 
erməninin başını  kəsmişlər.
4
 Oktyabrın 29-da göndərilən raporta isə 
                                                           
1
 Акты, собранные Кавказскою археографическою комиссиею. Архив главного 
управления  наместника  Кавказа, I cild, Tiflis, 1866, sənəd 801. (Bundan sonra, 
AKAK) 
2
 AKAK, II cild, sənədlər 1867-1869. 
3
 Военная  энциклопедия,  СПб. 1912, səh. 587; Парсамян  В.А.,  Истори 
армянского народа, I kitab, İrəvan, 1972, səh.20. 
4
 AKAK, III cild, sənəd 435. 


 
18
Şörəyelin yerli sakinlərindən 26 ailənin Qars paşalığına qaçdıqları qeyd 
edilir.
1
  
Şərqi Anadoluda yaşayan ermənilər  İrəvan xanlığının ruslar 
tərəfindən işğalını  səbirsizliklə gözləyirdilər. Bəyazid paşalığında yaşayan 
ermənilər 1806-cı ilin sentyabr ayında Tiflisə məktub göndərmişdilər ki, rus 
qoşunları İrəvanı ələ keçirən kimi, 10000 erməni hər şeylərini atıb gələcəklər. 
Ərzurum ermənilərindən 200 ailə rusların  İrəvanı  ələ keçirdiklərini eşidib 
hətta yola düşüblərmiş. Onlar Qarsa çatanda bu xəbərin yalan olduğunu 
eşidib, orada gözləməyə məcbur olmuşdular. Eyni zamanda həmin məktubda 
göstərilir ki, İrəvan sakinlərindən (xanlığın  ərazisindən) 500 tatar 
(azərbaycanlı) ailəsi Qarsa köçmüşdür.
2
  
Rus qoşunları  Şörəyelə daxil olanadək sultanlığın  ərazisində 170-ə 
yaxın kənd olmuşdur. 1805-ci ilin statistik məlumatlarına görə isə Şörəyeldə 
sultan Budağın itaətində cəmisi 524 ailə yaşamışdır.
3
 Həmin ərazidə rusların 
istər türklərlə, istər  İrəvan xanının, istərsə  də  İran  şahının vəliəhdi Abbas 
Mirzənin qoşunları ilə müharibələri nəticəsində  Şörəyelin kəndlərinin 
əksəriyyəti xaraba qalmış,  əhalisi isə qaçqın düşmüşdür. Sonradan həmin 
ərazidə Türkiyədən gələn ermənilər məskunlaşmışdılar. Sultan Budaq və 
kapitan Cəfər bəyin 1809-cu ilin dekabrında general-mayor Haqverdova 
yazdıqları  ərizədə göstərilirdi ki, İranla müharibə  nəticəsində  kəndlər 
dağıdılıb xaraba qalmış  və bütün Şörəyel  əyalətində  cəmisi 250 ev 
qalmışdır.
4
  
1813-cü il oktyabrın 12-də Rusiya ilə  İran arasında bağlanan 
Gülüstan müqaviləsinə  əsasən  Şəmşədil, Loru-Pəmbək və  Şörəyel  əyalətləri 
Gəncə, Qarabağ,  Şəki,  Şirvan, Bakı, Quba, Dərbənd, Talış xanlıqları  və 
Dağıstan həmişəlik Rusiyanın tərkibinə qatılır. 
19-cu  əsrin  əvvəllərində  İrəvan xanlığı 15 mahaldan – Qırxbulaq, 
Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, 
Səədli, Talın, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, 
Dərəçiçək və Göyçə mahallarından ibarət idi.
5
 Xanlığın mərkəzi  İrəvan 
şəhərini 1804-1813-cü illərdə ruslar ələ keçirmək üçün iki dəfə  cəhd 
göstərmişdilərsə  də, buna nail olmamışdılar. Gülüstan müqaviləsinin 
                                                           
1
 Yenə orada, sənəd 437. 
2
 AKAK, III cild, sənəd 917. 
3
 AKAK, IY cild, sənəd 1447. 
4
 AKAK, IY cild, sənəd 681. 
5
 Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его 
присоединения к Российской империи, СПб 1852, səh. 442-446. 


 
19
bağlanmasından 14 il sonra yenidən başlanan Rusiya-İran müharibəsi zamanı 
1827-ci il iyunun 26-da ruslar Naxçıvan  şəhərini, sentyabrın 20-də 
Sərdarabad qalasını, oktyabrın 1-də isə  İrəvan qalasını  ələ keçirmişdilər. 
İrəvanın  ələ keçirilməsində xüsusi xidmətlərinə görə Xüsusi Qafqaz 
korpusunun komandanı general İ.F.Paskeviçə  "Qraf Erivanski" titulu 
verilmişdi. 
Rus qoşunlarının  İrəvan xanlığını  işğal etməsində ermənilər xüsusi 
fəallıq göstərmişdilər. Eçmiədzin kilsəsi, xüsusən də arxiyepiskop Nerses 
arxada təxribatla məşğul olur, rus qoşunlarına silahla yardım edirdilər. 
Ermənilərin Abbas Mirzənin qoşununa içəridən zərbə vurmasına aid Erməni 
vilayətinin rəisi A.Çavçavadze 1828-ci il mayın 21-də Paskeviçə yazmışdı: 
"İrəvan  əyalətinin Nurnus kənd sakini erməni Hakan Harutyunov Abbas 
Mirzənin ordusunda topçu kimi xidmət edərkən, avqustun 17-də döyüş 
zamanı top atəşini rus qoşunlarına deyil, əks istiqamətə – İrəvan xanının 
qoşunlarına tərəf yönəltdiyi diqqəti cəlb etmişdir. Harutyunov onun 
hərəkətinin diqqəti cəlb etdiyini duyan kimi döyüş meydanından qaçmışdır. 
Ancaq bədbəxtlikdən Eçmiədzin monastırının yaxınlığında tutulmuşdur. 
İrəvan sərdarı Hüseyn xan onun gözlərini çıxarmış, burnunu, dodaqlarını və 
dabanlarını kəsmişdir."
1
  
Paskeviç Erməni vilayətinin idarəsinə 1828-ci il iyulun 4-də 
göndərdiyi məktubda bildirmişdir ki, müharibə zamanı xanlığın  ərazisində 
rus komandirlərinin məktubunu gəzdirdiyinə görə Astvatsaturovanın  ərini 
öldürmüş, rus generalı Benkendorfun dəstəsinə  bələdçilik etdiyinə görə isə 
Hovhannes  Əsliyanın gözlərini çıxarmış, burnunu və dilini kəsmişdilər. 
Arxiyepiskop Nersesin təqdimatı ilə  hər üç ailəyə 10 çervon qızıl verilmiş, 
onların ailəsinə 30 manat təqaüd kəsilməsi qərara alınmışdı.
2
  
1828-ci il yanvarın 25-də imperator buyruğu ilə arxiyepiskop Nerses 
İranla müharibə zamanı göstərdiyi sədaqətə, səyinə  və  şücaətinə görə 
müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi.
3
  
Rus ordusunun İrəvan  şəhərinin  ətraf bölgələrini işğal etdiyi zaman 
həmin  ərazilərdən müsəlman  əhalisinin didərgin edilməsi haqda Paskeviç 
1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi 
ki, qarapapaqlardan 100 ailə  və ayrımlardan 300 ailə Qarsa qaçmışlar, 
qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman cəlalı kürdləri isə 
Muşa qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçib Həsən xanın 
                                                           
1
 AKAK, YII cild, sənəd 443 
2
 Yenə orada, sənəd 440. 
3
 Собрание актов...., I cild, səh. 54. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə