Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   55   56   57   58   59   60   61   62   63

 
209
 5.1 
Bakı  şəhərində keçmiş «26 Bakı komisarı» bağının adı 
dəyişdirilərək “Qaçqınlar meydanı” qoyulsun. Orada yerləşən ictimai-siyasi 
və bədii əhəmiyyətini itirmiş, millətin tarixi yaddaşına zidd olan memorialın 
yerinə 1,5 milyon azərbaycanlı qaçqınlarına həsr olunmuş abidə kompleksi 
ucaldılsın. 
 5.2 
Bakının Dağüstü parkında 1918-ci il soyqırımında həlak olmuş 
18 min azərbaycanlının xatirəsinə həsr edilmiş abidə ucaldılsın. 
 5.3 
Ağdamda Xocalı  şəhidlərinin basdırıldığı  qəbiristanlıqda Xocalı 
faciəsinə  həsr edilmiş memorial abidə  və Xocalı  şəhərində (azad edildikdən 
sonra) tarix-memorial abidə kompleksi yaradılsın. 
 5.4 
Azərbaycan Respublikası dövlət nümayəndələrinin sülh məramı 
ilə uçan vertolyotun salındığı yerdə - Xocavənd rayonunun Qarakənd 
kəndində (azad olduqdan sonra) həlak olmuş dövlət xadimlərinin, millət 
vəkillərinin və başqa şəhidlərin adını əbədiləşdirən və bu faciəni əks etdirən  
abidə qoyulsun. 
 5.5 
Bakı  və Yevlax şəhərlərində terrorçuluq əməlləri nəticəsində 
partladılmış qatar, bərə  və avtobusun həlak olmuş  sərnişinlərinin xatirəsini 
yad edən mərmər lövhələr qoyulsun. 
 6. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 5-ci 
maddəsində göstərilən məsələlərə Bakı  şəhər icra hakimiyyəti, Azərbaycan 
Respublikasının Mədəniyyət Nazirliyi və yaradıcılıq təşkilatları ilə birlikdə 
baxsın və onları mövcud qaydalar çərçivəsində (müsabiqə  əsasında, 
ictimaiyyətin və mütəxəssislərin fikri nəzərə alınmaqla) həll etsin. 
 7. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 
1988-ci ildən başlayaraq erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı 
törədilən cinayətləri öyrənmək və materiallar toplamaq üçün hökumət 
komissiyası yaratsın. 
HÖKUMƏT   KOMİSSİYASI: 
 
- qanunla müəyyən edilmiş qaydada istintaq işlərinin aparılmasına 
kömək edir və öz tərkibində hüquq-mühafizə orqanlarının səlahiyyətli 
işçilərini, peşəkar hüquqşünasları, mütəxəssis-alimləri və ekspertləri 
birləşdirir; 
 - 
cinayətlərin forma və metodlarını, törədilən  şəraiti və amilləri 
örənir; 
 - 
ayrı-ayrı  vətəndaşlara, milli və ictimai mənafeyə  dəyən ziyanı,  
onun həcmini, mövcud beynalxalq qanun-qaydanın pozulma dərəcəsini 
müəyyənləşdirir; 
 - 
toplanmış materialları ümumiləşdirərək türk, ingilis, rus, ərəb 
dillərində  və başqa dillərdə  nəşr olunmasını  tə’min edir və uluslararası 


 
210
vasitələrlə yayır, insan hüquqları ilə  məşğul olan beynalxalq təşkilatlara 
çatdırır; 
 
- öz fəaliyyətini respublika büdcəsindən maliyyələşdirir. 
 8. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yaradılan 
hökumət komissiyasına, Azərbaycan Respublikasının prokurorluğuna, Milli 
Təhlükəsizlik Nazirliyinə, Ədliyyə Nazirliyinə, Dövlət Mətbuat Komitəsinə, 
Elmlər Akademiyasına və Nazirlər Kabinetini yanında Baş Arxiv İdarəsinə 
tapşırılsın ki, erməni terrorizminin və totalitar rejimin günahsız qurbanları - 
bütün məhkum olunanlar və sair kütləvi represiyalara qalanlar haqqında 
sorğu-informasiya və arxiv mə’lumatlarını açıqlamaq və ictimaiyyətə 
çatdırmaq məqsədi ilə “Azərbaycanlılara qarşı soyqırımı siyasəti (erməni 
terrorizmi qurbanları)” və “Totalitarizm dövrünün repressiyaları” 
mövzularında Azərbaycan Respublikasının rəsmi ağ kitablarını buraxsınlar. 
 
Azərbaycan Respublikasının prezidenti  
Əbülfəz Elçibəy. 
 
Bakı şəhəri, 23 fevral, 1993-cü il. 
 


 
211
 
14. 1948-1953-cü illərdə azərbaycanlıların  
Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi 
surətdə deportasiyası haqqında Azərbaycan Respublikası 
prezidentinin 
 
F Ə R M A N I 
 
 
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı  məqsədyönlü  şəkildə 
həyata keçirilmiş etnik təmizləmə  və soyqırım siyasəti nəticəsində xalqımız 
ağır məhrumiyyətlərə, milli faciə  və  məşəqqətlərə  mə’ruz qalmışdır. 
Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində 
azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazidən-min illər boyu 
yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi 
qətl və  qırğınlara mə’ruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni 
abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 
 SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 
1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı 
növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar  əsasında 1948-1953-cü 
illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-
baba yurdlarından kütləvi surətdə  və zorakılıqla sürgün olunmuşdur. Adi 
hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar 
rejimin mövcud repressiya qaydaları geniş  tətbiq edilmiş, minlərlə insan, o 
cümlədən qocalar və körpələr ağır köçürülmə  şəraitinə, kəskin iqlim 
dəyişikliyinə, fiziki sarsıntılara və  mə’nəvi genosidə dözməyərək həlak 
olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin siyasəti 
ilə    yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd 
mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində  və  həyata 
keçirilməsində iştirakı da az rol oynamamışdır. 
 
Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca 
araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. 
 Yuxarıda göstəriləni nəzərə alaraq  
QƏRARA ALIRAM: 
 
1. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın 
hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində 
keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun 


 
212
beynəlxalq  ictimaiyyətə çatdırılması  məqsədi ilə  aşağıdakı  tərkibdə dövlət 
komissiyası yaradılsın: 
Dövlət komissiyasının sədri : 
Heydər Əliyev  -     Azərbaycan Respublikasının prezidenti 
Dövlət komissiyası sədrinin müavini: 
Artur Rasizadə -   Azərbaycan Respublikasının Baş naziri 
Dövlət komissiyasının üzvləri: 
Ramiz Mehdiyev -   Azərbaycan Respublikası Prezidenti İcra Aparatının 
rəhbəri 
Vasif Talıbov  -   Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 
İzzət Rüstəmov  -   Azərbaycan Respublikası Baş    nazirinin müavini 
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini 
Həsən Həsənov  -    Azərbaycan Respublikası xarici işlər naziri 
Namiq Abbasov -    Azərbaycan Respublikasının milli təzlükəsizlik naziri 
Ramil Usubov -  Azərbaycan Respublikasının daxili işlər naziri 
Eldar Həsənov -    Azərbaycan Respublikasının Baş prokuroru 
Südabə Həsənova  - Azərbaycan Respublikası ədliyyə nazirinin birinci 
müavini 
Xanlar Hacıyev -   Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  
Sirus Təbrizli -   Azərbaycan Respublikasının mətbuat və informasiya naziri 
Vəfa Quluzadə -    Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə 
dövlət müşaviri 
Hidayət Orucov -   Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə 
dövlət müşaviri 
Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti İcra Aparatının 
humanitar siyasət şö’bəsinin müdiri 
Şahin Əliyev  -     Azərbaycan Respublikası Prezidenti İcra Aparatının 
qanunvericilik və hüquq ekspertizası məsələləri 
şö’bəsinin müdiri 
Fuad Ələsgərov -   Azərbaycan Respublikası Prezindenti İcra Aparatının 
dövlət-hüquq şö’bəsinin müdiri 
Yusif Hümbətov -   Azərbaycan Respublikası Prezindenti İcra Aparatının 
ərazi idarəetmə orqanları ilə iş şö’bəsinin müdiri 
Əli Həsənov -        Azərbaycan Respublikası Prezindenti İcra Aparatının 
ictimai-siyasi şö’bəsinin müdiri 
Rafael Allahverdiyev - Bakı şəhər icra hakimiyyətinin başçısı 
Nizami Xudiyev -   Azərbaycan Respublikası Dövlət Televiziya və Radio 
Verlişləri Şirkətinin sədri 
Fəraməz Maqsudov - Azərbaycan Elmlər Akademiyasının prezidenti 


 
213
Anar Rzayev -         Azərbaycan Yazıçılar Birliyinin sədri 
Cəmil Quliyev -     Azərbaycan Elmlər Akademiyası ictimai elmlər 
bölməsinin akadkmik-katibi əvəzi 
İqrar Əliyev -       Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun 
direktoru 
Budaq Budaqov  -     Azərbaycan Elmlər Akademiyası Coğrafiya 
İnstitutunun direktoru 
Ataxan Paşayev -   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 
Baş Arxiv İdarəsinin rəisi 
Yusif Yusifov -    N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
ümumi tarix kafedrasının müdiri 
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın icrası ilə bağlı 
məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının prezidenti 
Bakı şəhəri,  18 dekabr 1997-ci il
 


 
214
 
15. Azərbaycanlıların soyqırımı haqqında 
Azərbaycan Respublikası prezidentinin 
F Ə R M A N I 
 
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı 
əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş 
həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. 
Azərbaycan xalqına qarşı  dəfələrlə törədilmiş  və uzun illərdən 
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin 
açılmamış səhifələrindən biridir. 
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay 
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi 
torpaqlarımızın bölünməsinin  əsasını qoydu. Azərbaycan xalqının bu 
milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir 
müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə 
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı 
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. 
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının  ərazilərində 
məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla 
müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının 
himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün 
yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə,  əslində, 
azərbaycanlıların öz torpaqlarından qovulması  və  məhv edilməsi 
siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları  təbliğ 
olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında 
yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının 
tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar 
reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif 
olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. 
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni 
qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq  şəkildə 
genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan 
başlanan vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan  ərazisindəki 
azərbaycanlı  kəndlərini  əhatə etdi. Yüzlərlə yaşayış  məntəqəsi 


 
215
dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı  vəhşicəsinə  qətlə 
yetirildi. Bu hadisələrin təşkilatçıları  məsələnin mahiyyətinin 
açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik 
törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin 
avantürist torpaq iddialarını pərdələmişlər. 
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral 
və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz 
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci 
ilin mart ayından etibarən  əksinqilabçı ünsürlərlə mübarizə  şüarı 
altında Bakı kommunası  tərəfindən ümumən Bakı quberniyasını 
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata 
keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri 
cinayətlər Azərbaycan xalqının yaddaşına  əbədi həkk olunmuşdur. 
Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli mənsubiyyətinə görə 
məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri 
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, 
məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini 
xarabalığa çevirmişlər. 
Azərbaycanlıların soyqırımı Bakı,  Şamaxı, Quba qəzalarında, 
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın 
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu 
ərazilərdə dinc əhali kütləvi surətdə  qətlə yetirilmiş, kəndlər 
yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin 
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər  Şurası 1918-ci il 
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq 
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart 
soyqırımını, ilkin mərhələdə  Şamaxıdakı  vəhşilikləri,  İrəvan 
quberniyası  ərazisində ermənilərin törətdikləri ağır cinayətləri 
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici 
İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin 
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 
ümummilli matəm günü kimi qeyd edilmişdir.  Əslində bu, 
azərbaycanlılara qarşı yürüdülən soyqırımı  və bir əsrdən artıq davam 
edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət 


 
216
vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu 
işin başa çatmasına imkan vermədi. 
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün 
istifadə edən ermənilər 1920-ci ildə  Zəngəzuru və Azərbaycanın bir 
sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı 
dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi 
siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. 
Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı  əhalinin 
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi 
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi 
torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail 
oldular.  
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən 
etibarən Azərbaycan xalqına qarşı 
kəskin mənəvi təcavüz 
kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə 
yayılan kitab, jurnal və  qəzetlərdə milli mədəniyyətimizin, klassik 
irsimizin, memarlıq abidələrimizin  ən nəfis nümunələrinin erməni 
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda 
onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını 
formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni 
xalqı”nın surətini yaradaraq əsrin  əvvəlində regionda baş verən 
hadisələr  şüurlu surətdə  təhrif olunur, azərbaycanlılara qarşı soyqırım 
törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. 
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən 
və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə 
məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları 
ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində  təhsil almasına 
əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. 
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində 
misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma 
prosesi baş verir. 
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda 
böyüməsinə  zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə 
qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan 


 
217
ədəbiyyatı  və  mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz 
ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. 
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə 
yönəlmiş böhtanlar siyasi və  hərbi təcavüz üçün ideoloji zəmin 
yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-
hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında 
ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. 
Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci 
illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına 
Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət 
vermədi. 
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ 
konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi 
torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət 
verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin 
Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin 
qeyri-konstitusion qərarını  və Moskvanın  əslində bu vilayəti Xüsusi 
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını 
xalqımız ciddi narazılıqla qarşıladı  və mühüm siyasi aksiyalara əl 
atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər 
zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə  də, 
Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən  əl çəkmədi. Məhz elə 
bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən 
xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə 
azərbaycanlı  məhv və  şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə 
məruz qoyuldu. 
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli 
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk 
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi,  əsir 
alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı 
avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq 
soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından 
didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. 
Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı 
zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. 


 
218
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri 
torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara 
qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin 
ayrı-ayrı  mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə 

 
1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan 
Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi 
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət 
vermək borcunu tarixin hökmü kimi qəbul edir. 
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini 
qeyd etmək məqsədilə qərara alıram: 
1. 31 mart azərbaycanlıların soyqırımı günü elan edilsin. 
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki, 
azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə  həsr olunmuş xüsusi 
sessiyanın keçirilməsi məsələsinə baxsın. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının prezidenti 
 
Bakı şəhəri, 26 mart 1998-ci il 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə