Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
  1   2   3   4   5   6   7   8   9   ...   28


 

AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI NİZAMİ  



adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 



 

 

 



 

MƏHƏMMƏD ƏMİN 

RƏSULZADƏ 

 

 



 

 

 



 

 

BOLŞEVİKLƏRİN ŞƏRQ 



SİYASƏTİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı- “Sabah”- 1994 


 

Ərəb və latın qrafikasından transliterasiya edəni və çapa hazırlayanı 



ASiF RÜSTƏMLİ 

 

Redaktoru filologiya elmləri namizədi 



TEYMUR KƏRİMLİ 

 

 



Məhəmməd  Əmin  Rəsulzadə.  “Bolşeviklərin  Şərq  siyasəti”  -  Bakı 

“Sabah”, 1994. 134 səh. 

 

 

Oxuculara  təqdim  olunan  bu  kitabda  müəllifin  20-ci  illərin  ortalarında 



bolşeviklərin daxili və xarici siyasətindən, milli məsələyə münasibətindən, eləcə də 

Azərbaycan  mədəniyyətinin  qaynaqlarından  bəhs  edən,  bu  gün  də  öz  aktuallığını 

yaşadan dörd əsəri toplanmışdır. 

Kitab  geniş  oxucu  auditoriyası  üçün  nəzərdə  tutulmuş  və  dili  qismən 

sadələşdirilmişdir. 

 

P 0503020907-1 -94 



 029-94 

 

 



© “Sabah” nəşriyyatı, 1994 

Nəşriyyat redaktoru Şirindil Alışanov. 

Mətbəənin direktoru Əkbər Vəliyev. 

 

 



Rəssamı: Viktor Ustinov. 

Texniki redaktoru: Tariq Ağayev. 

Korrektoru: Vəsilə Xəlilova. 

  

 



Yığılmağa verilmiş 14. XII. 1993-cü il. Çapa imzalanmış 29. 06. 1994-cü 

il. Kağız formatı 70x90

1/32

. Mətbəə kağızı № 1. Yüksək çap üsulu ilə. Şərti ç. v. 5,0 



Tirajı 5000. sifariş № 27. Qiyməti Müqavilə yolu ilə. 

 

“Sabah” nəşriyyatı 370001, Bakı-1, 



İstaqlaliyyət küçəsi, 10. 

“Qızıl Şərq” icarə mətbəəsi, 370000, Bakı, 

Həzi Aslanov küçəsi-80. 



 

RUSİYADA SİYASİ VƏZİYYƏT 



 

BİR MÜQƏDDİMƏ 

 

Son  zamanlarda  Rusiya  vəziyyəti  təkrar  diqqətləri  cəlb  etməyə  başladı. 



Avropa  və  Amerika  qəzetlərini  həftələrlə  işğal  edən  fövqəladə  hadisə  və 

vaqeələrdən  bəhs  edən  qismində  bu  şayiələr  olduqca  mübaliğəlidir.  Fəqət 

Rusiyanın  bu  günkü  hakimi  olan  kommunist  firqəsi  daxilində  cərəyan  edən 

mücadilə  və  zümrə  çakişmələrinə  aid  hadisələr  üzərində  durmaya  layiq  dərəcədə 

ciddi və şayani-diqqətdir. Belə ki, aşağıda rəsmi vəsitələr üzərinə təhlil edəcəyimiz 

bu  mühüm  hadisənin  sovet  diktatorluğu  tarixində  çox  mühüm  bir  dönüm  nöqtəsi 

təşkil etdiyində Rusiya əhvalına vaqif tədqiqatçılar əksəriyyətlə yekdildirlər. 

Kommunist  firqəsini  başlıca  olaraq  iki  düşmən  fraksiona  bölən  və  əski 

firqə  əməkdarlarını  ,bir-birinə  qarşı  qoyan,  bir  tərəfdən  gizli  müxalifət  tərtibatını, 

digər  tərəfdən  də  şiddətli  nizam-intizam  tətbiqatını  zərurət  etdirən  bu  hadisə 

Rusiyanın  məruz  qaldığı  iqtisadi,  siyasi  və  beynəlmiləl  müşkilat  və  böhranlarla 

şərtlidir. 

Əlimizdə mövcud məlumat və sənədlər üzərinə təsəvvür edə bildiyimiz bu 

ağır  vəziyyət  içərisində  məfkurəvi  anlaşmadan  uzaqlaşan  və  həyata  dəvət  etdiyi 

müxalif  ruhlara  qarşı  mübarizədə  zəif  və  aciz qalan  bolşevik  hakimiyyətinin  artıq 

sonunu təşkil edən bir dövri-ibtidasında olduğuna hökm edirsək yanılmarıq. 

 

İQTİSADİ BÖHRAN 

 

Kommunist  firqəsini  qaçılmaz  sonuna  yaxınlaşdıran  bu  dağılma  və 



tənəzzül  dövrünü  haqqı  ilə  qiymətləndirə  bilmək  üçün  siyasi  hər  cür  hadisələrin 

zühur  və  inkişafında  çox  təsirli  bir  rol  oynayan  ünsürlərdən  bəzilərini  gözdən 

keçirmək  lazımlıdır.  Bu  ünsürlər  arasından  birincisi,  şübhəsiz  Rusiyanın  düşdüyü 

iqtisadi vəziyyətdir. 

“Hərbi  kommunizm”

1

  təxribatına  nisbətlə  bir  yaxşılaşma  dövrünü  təşkil 



edən  “Yeni  iqtisadi  siyasət”

2

  əməllərini  tətbiq  etməklə  kommunist  idarəsi,  özünə 



müxalif  olan  ictimai  zümrələri  qismən  həyata  dəvət  etməklə  bərabər,  əqlincə  bu 

müxalif  zümrələri  öz  hakimiyyətində  tutacaq  hakim  mövqeləri  bizzat  əlində 

saxlamışdı  ki,  bu  da  başlıca  böyük  sənaye  ilə  zəruri  ticarətin  dövlət  inhisarında 

olmasından ibarət idi. 

Beş  ildən  bəri  qurulan  icraat  bolşevik  hökumətinin  “yeni  iqtisadi 

siyasət”dən gözlədiyi nəticəni verməmişdir. Diktatorluq bu qədər qorxduğu iqtisadi 

böhran  ilə  mali  iflasın  önünə  keçməmiş,  həyatı  bir  az  daha  vəz  etməyə  müvəffəq 

olmaqla bərabər, sovet hökuməti məzməi xəstəliyinin təhlükəli arizəsini təşkil edən 

iqtisadi böhranla təkrar qarşı-qarşıya gəlmişdir. 



 

İndiki  Rusiyada  ölkə  sənayesi  üç  qismə  bölünmüşdür:  dövlət  sənayesi, 



kooperativ  sənayesi  və  xüsusi  əllərdə  olan  sənaye.  Dövlətin  bizzat  özü  tərəfindən 

idarə olunan böyük sənaye istehsalatı ilə digər iki növ sənaye istehsalatı arasındakı 

münasibəti göstərən rəqəmlər tədqiq olunacaq olursa, sovet hökumətinin “hakimi-

zirvə”-deyə  qiymətləndirdiyi  böyük  sənayenin  özünə  çox  da  əmin  bir  istinadgah 

olmadığı görülür. 

Sabiq maliyyə komissarı Sokolnikovun bir raportundan anlaşıldığına görə 

məcmui 6,7 milyard manat təşkil edən sənaye məmulatından 1,3 milyardı, təqribən 

yüzdə  14-ü  kiçik  sənaye  hissəsinə  aiddir.  Bundan  dövlət  idarəsində  olan  kiçik 

sənaye müəssisələrinin payına 132,9 milyon (yəni yüzdə 8), kooperativ idarəsində 

olan  müəssisələrin  payına  240  milyon  (yəni  yüzdə  8),  xüsusi  əllərdə  olan 

müəssisələrin payı da 2 635,9 milyon (yəni yüzdə 87) manat vəsait ayrılmışdır. 

Göründüyü  kimi,  əksəriyyətlə  əhalinin  möhtac  olduğu  zəruri  tələbat 

malları  istehsal  edən  kiçik  sənaye  məmulatı  sahəsində  hökumət  xüsusi 

təşəbbüskarlarla  rəqabətdən  acizdir  və  bu  acizlik  getdikcə  artır.  Çünki  böyük 

sənayeyə aid əskidən mövcud alətlər ya köhnəlmiş və yaxud xarab edilmiş, bundan 

sonrakı  inkişafı  üçün  yeni  maşın  və  alətlərə  olan  ehtiyacın  təminilə  lazım  olan 

sərmayə  də  bolşevik  xəzinəsində  yoxdur.  Hər  hankı  bir  sənayenin  dirçəlişi  və 

inkişafı  üçün  zəruri  olan  kapital  yığımından  bolşevik  hökuməti  məhrumdur. 

Məzkur  Sokolnikovun  ifadəsinə  görə  kəndlərdə  olan  kapital  250  milyon  altun 

manat miqdarında ikən bu yığım sovet hökumətinin istifadə edə biləcəyi bir şəkildə 

deyildir. Kəndlilər pullarını əmniyyət sandıqlarına və banklara qoymurlar. 1913-cü 

ildə  əmniyyət  sandıqlarında  500  milyon  manatlıq  kəndli  yatırdı  (tövdiatı)  vardı. 

Halbuki indi Sovetlər İttifaqındakı əmniyyət sandıqlarına verilən tövdiat 50 milyon 

manatdan artıq deyildir. Və bu miqdar daxilində kəndli tövdiatı qətiyyən yoxdur. 

Bu  şərait  daxilində  iqtisadi  sisteminin  bünövrəsini  təşkil  edən  böyük 

sənayenin dirçəlişi və inkişafı üçün lazım  gələn  sərmayəni sovet hökuməti əcnəbi 

məmləkətlərdə  təşkil  edəcəyi  istiqrazla  alacağı  kredit  vasitəsilə  təmin  edə  bilərdi. 

Halbuki ümdələrindən  fədakarlıq etmək  surətilə olsa da o, bu pulu bu  günə qədər 

ala  bilməmiş,  bundan  sonra  alacağına  da  ümid  yoxdur.  Böyük  sənaye  yalnız 

sərmayəsizlik  üzündən  deyil,  idarəsizlik  üzündən  də  dərin  bir  böhran 

keçirməkdədir.  Məmulat  hökumətə  çox  baha  başa  gəlir.  Daxili  bazarın  ehtiyacını 

ödəyəcək  miqdardan  çox  az  və  bahalı  olduğundan  bu  məmulat  təbii  ki,  kənd 

istehsalatının  qiyməti  üzərində  də  əks  təsir  göstərir.  Əcnəbi  məmləkətlərə  sövq 

üçün toplanılan ərzaq qiyməti cahan siyasətində rəqabət edə bilməyəcək bir şəkildə 

yüksəlir.  Məmulat  ilə  məhsulat  qiymətləri  arasında  tərs  mütənasib  bir 

müvazinətsizlik hasilə gəlir. Nəticədə “Pravda” qəzetəsinin aşağıda təsvir etdiyi bir 

mənzərə  qarşısında  qalırıq;  “...il  yarımdan  bəri  zaman-zaman  şiddət  peyda  edən 

əmtəə  qıtlığı,  məmulat  ilə  məhsulat  qiymətlərinin  bariz  bir  surətdə  bir-birindən 

uzaqlaşması;  kiçik  satış  qiymətləri  ilə  topdansatış  qiymətlərinin  biri-digəri  ilə 

mütənasib 

olmaması, 

maaşın  çoxalma  meyli  göstərdiyi  halda,  əmək 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə