Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

29 

 

verildiyi kimi, Sovetlər İttifaqı daxilində Rusiya Federasyonuna nisbi bir üstünlük 



haqqı verilmək surətində olsa belə bu şəklə razı gəlməmişdir. 

Yuxarıda söylədiyimiz vəchlə Mərkəzi İcraiyyə Komitəsi İttifaqlar Şurası 

ilə  Millətlər  Şurası  üzvlərinin  birlikdə  bir  yerə  toplaşması  ilə  yaranır,  Mərkəzi 

İcraiyyə  Komitəsi  öz  simasında  bütün  səlahiyyətini  21  üzvündən  ibarət  bir 

“Divani-rəyasət”ə  tərk  edər.  Bu  21  üzvdən  yeddisi  İttifaqlar  Şurasının  divani-

rəyasət  üzvü,  digər  yeddisi  də  Millətlər  Şurası  divani-rəyasət  üzvlərindən  ibarət 

olub qalan yeddi üzvü iki məclisin birkə yığıncaqlarında seçilir.  

6  iyun  qanununa  görə  “İcraiyyə  Komitəsi,  Divani-rəyasətinin”  hökmü 

Xalq  Komissarlar  Şurası  üzərinə  dəxi  nüfuzludur

*

.  Divani-rəyasət  Komissarlar 



Şurasının qərarlarını ləğv edə bilər. Eyni zamanda divani-rəyasət İttifaqa daxil olan 

bütün hökumətlər və məhəlli icra komitələrinin qərarlarını da poza bilər. Divan ya 

müştərək və ya ittifaqa daxil olan üzvlərə aid bütün müəssisələr tərəfindən tənzim 

olunan  qanun  layihələrini  təsdiq  və  yaxud  inkar  etmək  səlahiyyətinə  malikdir. 

Digər  tərəfdən  Mərkəzi  İcraiyyə  Komitəsinin  bütün  qərarları  sovetlər  İttifaqı 

daxilində bilavasitə və təxirə salmadan tətbiq və icra olunmalıdır. (Halbuki əvvəlcə 

Mərkəzi  İcraiyyə  Komitəsi  qərarlarının  müstəqil  və  muxtar  cümhuriyyətlərdə 

tətbiq  və  icrası  üçün  adı  çəkilən  cümhuriyyətlərdə  icra  qüvvəllərinin  ayrıca 

qərarına lüzum verdi. Deməli ki, bu surətdə 6 iyun qanunu mərkəziyyətə doğru bir 

qədəm də atmışdır). 

İndi  də  mərkəzi  federal  hökuməti  ilə  ittifaq  üzvləri  arasındakı  vəzifə  və 

səlahiyyətin paylaşdırılması  vəziyyətinə baxaq: İttifaq komissarlıqları  “müştərək”, 

“birgə” və “muxtar” komissarlıqlardan ibarət olub üç cürədir. Xaric, Hərbi, dəniz, 

yollar, 


poçt-teleqraf 

və 


xarici 

ticarət 


kimi 

müştərək 

komissarlıqlar 

mərkəzləşdirilmiş  xüsusatı  idarə  edirlər.  Bunların  müttəhid  məmləkətlərdə  yalnız 

birər  agentliyi  olur.  Ali  İqtisad  Şurası  iaşə,  çalışma,  maliyyə  və  fəhlə-kəndli 

müfəttişliyi kimi birgə komissarlıqların bütün cümhuriyyətlərdə birər şöbələri olub 

bu  şöbələr  məhəlli  cümhuriyyətlər  tərəfindən  seçilirsə  də,  icraatlarında  sovetlər 

İttifaqı  komissarlıqlarına  tabe  olunurlar.  Və  yalnız  daxiliyyə,  ədliyyə

*

,  kənd 


iqtisadiyyatı,  maarif,  səhiyyə  və  ictimai  təminat  kimi  altı  komissarlığa  aid 

                                                           

*

Xalq  Komissarları  Şurası-Heyəti-Vükəla  mənasındadır.  Rusiya  Heyəti-Vükəlası  eyni  zamanda  bütün 



Ыovetlər İttifaqının Heyəti-Vükəlası hökmündədir. Bunlardan “müştərək” və “müttəhid” komissarlıqlar 

başında bulunanlar bütün cümhuriyyətlərə hakim olub “muxtar” komissarlıqları idarə edənlər isə sadə 

Rusiya Federasionunun işləri ilə məşğul olurlar. 

 

*



1926-cı  ildə  qurulan  Rusiya  sosialist  Federativ  Cümhuriyyətləri  konqresində  verilən  qərara  görə 

Rusiya  birliyinə  daxil  olan  muxtar  vilayət  və  muxtar  cümhuriyyətlərin  məhkəmələrində  baxılan  işlər 

Rusiya  ədliyyə  komissarlığının  və  yaxud  Rusiya  prokurorluğunun  istədiyi  zaman  Moskvaya  cəlb 

olunaraq orada baxılacaqdır. Bu qərar muxtar cümhuriyyətlər nümayəndələrinin etirazına baxmayaraq 

əksəriyyətlə qəbul edilmişdir. 

 



30 

 

vəzifələrin  icrası,  ittifaq  müqaviləsi  səbəbinə  görə  məhəlli  hökumətlər  öhdəsində 



qalmışdır. 

Fəqət, 6 iyun müqaviləsinin birinci maddəsində deyilir: “Ümumi əsaslar”a 

aid xüsusiyətlər gözdən keçirilirsə, o zaman mərkəzi hökumət səlahiyyətinin yalnız 

siyasətə  deyil  bir  çox  xususiyyətə  dəxi  şamil  olduğu  görünər.  Məsələn,  xarici  və 

daxili istiqrazlar yalnız o, icra və bu xüsusda cümhuriyyətlər ittifaqına icazə verir. 

Xarici ticarəti idarə etdiyi kimi, daxili ticarətə aid əsasları da təsis edir. Məmləkət 

iqtisadiyat  və  sənaye  haqqındakı  əsasları  o  tənzim  edir:  hətta  bəzi  fərdi  sənaye 

müəssisələri  belə  nəzarət  altına  alır.  (Fərz  edək  ki,  Bakı  neft  ocaqları,  Gürcüstan 

marqansı, Ukrayna kömür mədənləri. Türküstan pambıq təsərrüfatı bilavasitə onun 

tərəfindən  idarə  olunur.  Ümumi  sovet  büdcəsini  o  tənzim  etməkdən  başqa  xüsusi 

sovet  büdcələrini  də  müəyyənləşdirir  və  ya  təsdiq  edir.  Ərazinin  bölünməsinə  və 

istifadə tərzinə, xalq maarifinə və səhiyyə işlərinə aid nizami əsasları o təyin edir. 

Mühacirətə  aid  qanunların  və  mühacirət  fondunun  təsisini,  ədliyyə  təsisatı  ilə 

cinayət  məsəlləsi  qanununun  əsaslarını  və  çalışma  haqqındakı  qanun  ilə  sair 

xüsusiyyətləri də o təmin və ya tənzim edir. 

Göründüyü  kimi,  ayrı-ayrı  cümhuriyyətlərin  səlahiyyət  dairəsi  üçün 

adətən heç bir  şey buraxılmamışdır.  Siyasi, ictimai, iqtisadi,  mədəni  və idarəetmə 

həyatında  bir  sahə  yoxdur  ki,  orada  muxtar  cümhuriyyətlər  üçün  mərkəzdən 

müstəqil olaraq hərəkət etmək səlahiyyəti buraxılmış olsun. 

Zatən sovet huquqşünasları burjua hüquqşünaslarını tənqid edirlər; onların 

federativ  cümhuriyyətlərdə  məhəlli  hökumətlərə  verilən  səlahiyyət  dairəsinin 

genişliyində “hürriyyət və istiqlal” görmələrinə gülürlər. Əksinə, bir cümhuriyyətin 

“vəzifəsi” nə qədər az olarsa sovet hüquqçularından Qureviçə görə “hürriyyəti” də 

o  qədər  çox  olur,  zəhməti  azalır,  özünü  daha  çox  sərbəst  hiss  edərmiş.  Ona  görə 

“məhəlli  hökumətin  hüququ  nə  qədər  az  olarsa,  mərkəzi  hökumətdən  görəcəyi 

yardım o nisbətdə çox olar”. Eyni müəllifə görə “sovet muxtariyyəti müvəqqəti bir 

zaman  üçün  mərkəzdən  qaçan  qüvvətləri  yıxmaq,  ona  müqabil  mərkəzəçəkən 

qüvvət və təmayülləri təşviq etmək üçündür”. Federativ hökumət onun üçün irəliyə 

atılmış  bir  addımdır  ki,  o,  “milli  məsələni  uzatmağa  vasitə  olur”.  Bir  məsələ  ki, 

onun “demokratca mərkəzləşmiş bir dövlətdə qətiyyən yeri yoxdur”. Hətiqətən də 

bu  günkü  sovet  federasyonunu  təşkil  edən  cümhuriyyətlərin  yalnız  adı 

cümhuriyyətdir.  Sovet  hüquqçularından  Magerovskinin  dediyi  kimi  bu 

cümhuriyyətlər birər “quberniya” (vilayətdən) başqa bir şey deyildir. Bu quberniya 

cümhuriyyətləri  belə  bir  aralıq  tamamilə  heçə  endirilən  bir  sovet  proqramı 

müzakirə  edilmiş,  şiddətli  müxalifətə  məruz  qaldığı  üçün  təbliğatı  qismən 

tənzimlənmiş,  qismən  də  təxirə  salınmışdır.  Buna  “İqtisadi  bölüşdürmə 

proqraması”  deyirlərdi.  Bu  proqrama  görə  bütün  ittifaq  milli  cümhuriyyət 

hüdudları  nəzərə  alınmadan  iqtisadi  vilayətlərə  bölünəcək  və  hər  vilayət  iqtisadi 

cəhətdən  hər  cürə  siyasi  və  milli  hüdudlar  xaricində,  sırf  iqtisadi  imkanlar  və 

faydalar  mülahizəsilə  idarə və bu xüsusda bilavasitə  mərkəzə  bağlı olunacaqlardı. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə