Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   2   3   4   5   6   7   8   9   ...   28

 

məhsuldarlığının  getdikcə  aşağı  düşməsi,  vəsait  və  sərmayə  yox  ikən  idxal  etmək 



ehtiyacının  gündən-günə  artması  -  budur  nəzər-diqqəti  əhəmiyyətlə  cəlb  edən 

məsələlər silsiləsi!...” 

Məmulat ilə məhsulatın əmtəə təşkil edən qismi arasındakı tənasübsüzlük 

“Pravda”ya  görə,  pul  dövriyyəsi  üçün  dəxi  böyük  bir  təhlükə  təşkil  etməkdədir. 

Kəndli  məhsulunun  satışından  hasil  etdiyi  pul  müqabilində  möhtac  olduğu 

məmulatı tapmayınca, bazar pul ilə dolur və çervon manatın alım qüvvəti üzərində 

şiddətli bir təzyiq icra edilir”

1

 



Özlərini bu müşkül vəziyyətdən qurtarmaq üçün bolşevik iqtisadçıları bir 

tərəfdən  müsadirə  siyasətinə  keçir,  “artıq”  xərcləri  azaldır,  fəhlə  miqdarını 

məhdudlaşdırır,  rüşvətxorluq  və  sui-istemallar  ilə  ciddi  surətdə,  öz  təbirləri  ilə, 

“vəhşicəsinə”  mübarizəyə  girişirlər.  Digər  tərəfdən  də  xaricdən  əmtəə 

gətirilməsinin  idxalını  qadağan  edir  və  məhdudlaşdırırlar.  Buna  o  dərəcəyə  qədər 

lüzum  hiss  edirlər  ki,  siyasətən  məmaşat  etmək  zərurətində  olduqları  Şərq 

ölkələrinə  qarşı  belə  qatı  tədbirlər  almaqdan  və  İran  ilə  Türkiyə  bazarlarını 

“vəhşicə”  zərərə  salmaqdan  da  çəkinməyirlər.  Belə  ki,  bolşevik  təmayülatı  ilə 

tanınan bir Tehran qəzetəsi “Özünə Şərq millətlərinin hamisi və xilaskarı deyə süs 

verən”  sovet  hökumətini,  bu  siyasətindən  dolayı  “İngilis  dövlətindən  daha  bədtər 

bir  müstəmləkəçi”  şəklində  görür  və  yenə  bu  üzdən  Türkiyə-Sovetlər  İttifaqı 

dostluğuna  çox  qiymət  verən  “Cümyhuriyyət”  qəzetəsi  “Türkiyə  tüccarına  qarşı 

göstərilən  iqtisadi  sovet  zülmündən”  şiddətli  bir  lisanla  bəhs  etmək  zərurətində 

qalır. (“Cümhuriyyət” № 816).  

Axırən “Sovetlər İttifaqı Ali İqtisadi Şurası”nın rəisi Derjinski “Məsləklər 

birliyi  konqresi”ndə  “sənaye  inşaatı  ilə  iqtisadi  çətinliklər”  mövzusunda  bir  nitq 

irad  eyləmişdi.  Moskvada  nəşr  olunan  “Raboçaya  qazeta”nın  rəvayətinə  görə 

Derjinski  bu  nitqində  sənayenin  düçar  olduğu  maliyyəsizlik  fəlakətindən  bəhs 

eyləmiş,  hökumətin  “müvəqqəti  olaraq”  bəzi  fabrikaları  qapamaq  və  bir  çox 

fəhləni  vəzifədən  xaric  etmək  zərurətində  qaldığını  söyləmişdir.  Eyni  nitqin 

“Pravda”  qəzetəsində  dərc  edilmiş  təfsilatından  anlaşıldığına  görə  sovet  sənayesi 

“inkişafının  ən  yüksək  imkanına  gəlmiş  olduğu  halda”  məmləkətdəki  ehtiyacı 

aradan qaldıra bilmir, əmtəə böhranının qarşısını almır. Çünki kəndlini son illərdə 

artan  alım  qüvvətinə  müqabil,  əksər  ilə  köhnəlmiş  maşınlarda  işləmək 

                                                           

1

202  nömrəli  “Ekonomiçeskaya  jizn”  qəzetəsində  dərs  edilmiş  rəqəmlərə  nəzərən  V.  Kruman  imzalı 



məqalədə 1926-çı ildəki hökumət tərəfindən təyin olunan ərzaq qiyməti ilə sənaye əmtəənin bazardakı 

qiymətləri  müqayisə  edilərsə  ukraynalı  bir  kəndlinin  1  pud  çovdar  müqabilində  -  23,  1  pud  buğda 

muqabilində  -  31,  bir  pud  arpa  müqabilində  16  qəpik  aldığı  aşkar  olur.  Bu  rəqəmlərin  müxtəlif 

vilayətlərə görə alacağı şəkli isə aşağıdakı kimi təsbit edə bilərik: Şimali Qafqaziyada çovdarın pudu 31 

qəpik, Volqaboyunda buğdanın pudu - 40, çovdarın pudu -24 qəpikdir. Ümumiyyətlə söyləmək lazımdır 

ki,  kəndlilərin  hal-hazırda  məhsullarına  müqabil  aldıqları  qiymətin  alım  qüvvəti  müharibədən  əvvəlki 

qüvvətin 1/3-ni təşkil edir. 

 



 

məcburiyyətində  qalan  sənaye,  xüsusilə  geniş  əhali  ehtiyacını  rəf  edən  yüngül 



sənaye  fabrikaları  arzu  olunan  miqdarda  məmulat  yetişdirə  bilmirlər.  Maşınlar 

yalnız maddən deyil, mənən də köhnəlmişdir. Yəni yalnız material etibarilə deyil, 

sistem  etibarilə  də  yaramaz  bir  hala  gəlmişdir.  Bütün  bunları  aradan  qaldırmaq 

üçün  xaricdən  alətlər  və  yeni  maşınlar  gətirmək  vacib  ikən,  hökumət  inşaat 

proqramını  qısaltmaq  məcburiyyətində  qalmışdır.  Bu  qənaət  sənaye  məsarifində 

450  milyon  manata  çatmışdır.  Bu  məbləğin  yarıdan  çoxu  xammal  fəslinə  aid 

olduğundan,  xüsusilə  parça  fabrikaları  ilə  kağız  və  sairə  emal  edən  müəssisələrin 

qapanması  lazım  gəlmiş,  yəni  xalqın  fəaliyyətinə  ən  çox  möhtac  olduğu  yüngül 

sənaye qismi tətilə uğramışdır. 

Çətinliklər  yalnız  sənaye  sahəsi  ilə  məhdudlaşıb  qalmamışdır. 

Derjinskinin bəyanatına nəzərən “Vneştorq” müəssisəsi də vəzifəsini yerinə yetirə 

bilməmişdir.  Hökumət bu xüsusda radikal tədbirlər görmək zərurətində qalmışdır. 

Bir  kərə  “Vneştorq”  əcnəbi  məmləkətlərdən  satın  aldığı  material  ilə  əmtəə  və 

sairədə  aldanmışdır.  Alınan  şeylər  cins  etibarilə  çıxmış,  qiymət  etibarilə  də  baha 

başa  gəlmişdir.  Daxildəki  əmtəə  qıtlığı  da  çervon  manatın  alım  qüvvətini  xaricə 

nisbətən əksiltdiyindən ixracat zərərli, idxalat karlı bir hala gəlmiş, buna görə zatən 

maddi  çətinliklər  içində  olan  məmləkəti  daha  çox  muşkilat  və  iflasdan  qorumaq 

üçun  Derjinski  müvəqqəti  olaraq  idxalatın  məhdudlaşdırılmasına  doğru  gedilməsi 

zərurətini izah və şərh eyləmişdir

*



Derjinski  irəlidə  göstərdiyimiz  nitqində  digər  bir  hadisəni  də  izah 

eyləmişdir:  “Əmək  məhsuldarlığı  ilə  zəhmət  haqqı  arasında  həddindən  artıq  bir 

fərq var”mış. Fəhlə maaşı artırıldığı halda, fəhlə əməyinin səmərəsi azalırmış. Bir 

il  əsnasında  maaş  yüzdə  30  nisbətində  artmış  ikən  əməyin  məhsuldarlığı  ancaq 

yüzdə  23  nisbətində  artmışdır.  Derjinski  fəhlənin  “boşuna  vaxt  keçirməsinə  qarşı 

mübarizə”  etmək  lüzumunu  irəli  sürür,  halbuki  bu  səmərəsizlik  fəhlədən  çox 

maşınların “həm maddətən, həm də mənən köhnəlməsindən” irəli gəlir. 

Bu  məcranın  dövlət  büdcəsi  üzərindəki  təsiri  haqqında  bir  fikir  vermək 

üçün  sovetlər  səfiri  Rakovskinin  Parisdə  istədikləri  istiqrazı  təmin  edə  bilmək 

qayğısilə həqiqəti gizlətməmək ehtiyacından doğan bir sayaqla söylədiyi nitqindən 

bir-iki cümləni itibas edəlim: Rakovskinin bu nitqinə nəzərən, məmləkət faciəli və 

pərişan  bir  haldadır.  Məsələn,  Sibiryadakı  (Yalnız  Sibiryadamı?)  məktəb 

çocuqlarının  üçdə  ikisi  məktəbsizdir.  Xalq  səhiyyəsinə  sərf  olunak  təxsisatın 

miqdarı  isə  gülüncdür.  Kənd  dispanserləri  adambaşına  ildə  səkkiz  qəpik  dərman 

                                                           

*

 Sovetlər İttifaqı Ticarət komissarlığının verdiyi məlumata nəzərən Avropa hüdudunda on ay əsnasında 



məcmu 1.046 milyon manat miqdarında bir mübadilə yapılmışdır ki, bundan 493 milyonu ixracat, 571 

milyonu da idxalatdan ibarətdir. On ay əsnasındakı açıq 78 milyon manata çatmaqdadır. 

Asiya hüdudlarındakı ticarət mübadiləsinin miqdarı isə 9 ay əsnasında 116,7 milyon manatı bulmuş ki, 

bundan 53,6 milyonunun ixracata, 63,1 milyonunun da idxalata aid olduğunu nəzərə alırsaq, açığın 0,5 

milyon manatdan ibarət olduqu görülür. 

  



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə