Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   20   21   22   23   24   25   26   27   28

58 

 

yaşları görünür. Sabir yaratdığı ictimai yumor növilə türk ədəbiyyatında orijinal bir 



varlıqdır. 

Sabirlə  bərabər  “firdövsi-ilhamat”  şairi  Məhəmməd  Hadi  Şirvani 

meydana  atılır.  Bu  romantik  şairin  hürriyyətə  olan  vurğunluğu  onun  ən  böyük 

ilham  qaynağıdır.  O  insanın  yaradıcı  düşüncəsini  boğan  adətlərə  candan  üsyan 

edər.  O,  ağlın  hər  cür,  mənasız  qeydlərdən  azadlığını  mütləq  surətdə  tələb  edir. 

Üzü  açıq,  çarşafsız  müsəlman  qadını  onun  gözündə  qurtulan  bütün  şərqin 

simvoludur. 

Məhəmməd  Hadi  ilə  bərabər  Bakıda  mərhum  Əli  bəy  Hüseynzadənin 

idarəsi  altında  yayınlanan  ictimai,  ədəbi  və  siyasi  ağır  başlı  “Füyuzat”  məcmuəsi 

ətrafında başqa şairlər də toplanmış bulunurlar. “Füyuzat”, xalqçı və realist “Molla 

Nəsrəddin”  məktəbinə  müqabil,  Azərbaycanın  idealist  və  romantik  məktəbinin 

fikirlərinə  tərcüman  olurdu.  Tam  o  zamankı  bir  İstanbul  şivəsilə  yazıldığı  üçün 

fikirləri  geniş  kütlə  arasında  “Molla  Nəsrəddin”  fikirləri  ilə  rəqabət  edəcək  bir 

halda  deyildi.  Buna  müqabil,  onun  milli  düşünür  Azərbaycan  ziyalıları  üzərində 

buraxdığı  təsir  böyükdü.  Hələ  Türkiyə-Azərbaycan  mədəniyyət  münasibətindəki 

rolu  fövqəladə  idi.  Türkiyə  tənzimat  ədəbiyyatının  örnəkləri  ilə  Azərbaycanı  o 

tanışdırırdı. 

Bu  dövr  əsnasında  (1905-1917)  Azərbaycan  teatro  sənətkarlığında  da 

müvəffəqiyyətlər  qeyd  olunur.  Azərbaycan  repertuarı  həyati  və  vətəni  yeni 

əsərlərlə  zənginləşir.  Avropa  dramının  klassik  əsərləri  tərcümə  olunur.  Namiq 

Kamalın  “Vətən”i  ilə  Şəmsəddin  Saminin  “Bəsa”sı  Azərbaycan  səhnəsindan 

düşmür.  Qüdrətli,  professional  artistlərdən  ibarət  dram  truppaları  qurulur. 

Azərbaycan  səhnəsinin  ən  böyük  müvəffəqiyyəti  Azərbaycan  operasının 

doğuşudur. 1907-də xalq müəllimi Hacıbəyli Üzeyirə Füzulinin ölməz əsəri “Leyli 

və  Məcnun”u  bəstələyərək  səhnəyə  çıxarmaq  nəsib  olur.  Təcrübənin  görülməmiş 

müvəffəqiyyətlə  nəticələnməsindən  ürəklənən  müəllif  çalışmalarına  davam  edir. 

Şəxsən Üzeyir və onu təqlid edən başqaları tərəfindən bir sıra yeni musiqili əsərlər 

yazılır.  Eyni  Üzeyir  bəyin  “Arşın  mal  alan”  operetti  görülməyən  bir 

müvəffəqiyyətlə  taclanır,  Qısa  bir  zaman  keçmədən  “Arşın  mal  alan”  bütün 

Qafqasiya  dillərinə  çevrilir.  O,  Bakı,  Tiflis  və  Rəvan  səhnələrində  eyni 

müvəffəqiyyətlə  təkrarlanır.  İran,  Türkiyə,  Türküstan  və  Balkan  səhnələrindəki 

təmsilləri  də  məlumdur.  Üzeyir  məktəbinin  təsis  etdiyi  Azərbaycan  operası, 

bundan  bir  az  əvvəl  rəhmətə  gedən  banisinin  gözü  önündə  bütün  dünyaya  əks 

edəcək  dərəcədə  operalar,  operettalar,  simfoniyalar,  baletlər  və  qeyrilərə  malik 

olmuşdur.  Klassik  mövzulardan  “Leyli  və  Məcnun”la  işə  başlayan  kompozitor, 

sənət  mərtəbəsini böyük xalq dastanı  “Koroğlu” operası ilə tamamlamışdır. Sırası 

gəlmişkən  bunu  da  qeyd  edim  ki,  Avropa  təsiri  altında  doğan  yeni  mədəniyyət 

əsərlərində biz keçmiş Azərbaycan ənənələrinin yeniləndiyinə şahid oluruq. Dram, 

komediya,  iqtibas  və  tərcümədən  ziyadə  həqiqi  həyat  mövzularına  və  xalq 

ənənələrinə  əhəmiyyət  verir.  Hekayəçilikdəki  dil  sadəliyi  xalq  dastanlarındakı 




59 

 

üslubu andırır. Müasirləşən musiqi yaradıcılığı XVI və XVII yüzillərdən bəri Azəri 



xalqı  içində  yaşayan  mövzular  və  motivlər  üzərinə  işlənir.  Vaxtilə  saz  şairləri 

tərəfindən  obalarla  oymaqlarda  oxunan  dastanlar  opera  səhnəsinin  birər 

mövzusunu təşkil edir. İştə “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Xurşudbanu və “Şah 

Abbas”, “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Koroğlu” operaları. Bunlar vaxtilə 

birər  məsnəvi  və  ya  dastanlardı.  İndi  kompozitorlar  tərəfindən  səhnə  texnikiyə 

uydurulmuş,  verimli  aktyorlarla  aktrislər  və  gözəl  səsli  xanəndələrin  hummətilə 

Avropasayağı bir əsər şəklində təmsil olunurlar. 

Bu  dövr  Azərbaycanda  yayınlanan  qəzetlər  sözün  müəyyən  mənasilə 

anlaşılacağı  şəkildə,  sırf  günlük  hadisələrlə  siyasi  həyata  ayrılmış  birər  orqan 

deyillərdi.  Bu  qəzetələr  eyni  zamanda  mədəniyyət  həyatının  bütün  səhifələrini  də 

idarə və əks etdirirlərdi. 1918-ə qədər Azərbaycan cəmiyyət və  mətbuatı üzərində 

təsir  yapan  və  ədəbiyyatda  əkslərini  bulan  tarixi  amil  Rusiya  ilə  bərabər  qonşu 

Türkiyə  ilə  İranda  cərəyan  edən  məşrutiyyət  və  hürriyyət  hərəkatlarıydı. 

Azərbaycan  mühiti  bu  hərəkatlardan  ilham  alaraq  milli  qurtuluş  fikirlərilə 

canlanırdı. Bu canlanma hərəkatı başda daha ziyadə dini-siyasi fikirlərin təsirində 

bulunurdu. O dərəcədə ki, türk dili, türk qəzetəsi və türk teatrosu deyiləcəyi yerdə 

müsəlman dili, qəzetəsi və teatrosu deyilirdi. Fəqət milli oyanış cərəyanı getdikcə 

təbii  məcrasını  bulur.  Milli,  bütün  müəssisələr  kimi  mətbuat  da  milli  mədəniyyət 

motivlərinə keçir. Türkiyədəki məşrutiyyət hərəkatı üzərinə gəlişən milliyətçilik və 

türkçülük  cərəyanı  Azərbaycanda  əkslər  yapır  və  nəticədə  türk  milli  şüuru  xalqın 

bütün  təbəqələrini  bürüyür.  Balkan  hərbinin  zühuru  isə  bu  ruh  halətini  xüsüsilə 

qabardır. O biri tərəfdən Rusiya çarlığının İran məşrutiyyət hərəkatı üzərində icra 

etdiyi zülmü dünya ictimaiyyətinin həyəcanına səbəb olur. Bu həyəcana tərcüman 

olan  şair  Müznib  “Yəbnəl-İvan”  dediyi  rus  hökumətinə  yazdığı  bir  həcviyyə 

dolayısı ilə Sibiriyaya surülür. Və buradan ancaq yapdığı uzaqgörənlik nəticəsində 

xilas olur. O, həcviyyəsində imperatorluğun cəzaya uğrayacağını yazmışdı. 

Belə  həyəcanlı  durumda  Azərbaycan  birinci  dünya  müharibəsi  dövrünə 

girirdi.  1915-də  “Açıq  söz”  qəzetəsi  nəşr  olunur.  “Türkləşmək,  islamlaşmaq, 

müasirləşmək” şüarını başlığı altında dərc edən bu orqan Azərbaycan türkçülərinin 

fikirlərini yayan bir orqandı. Bu qəzetə artıq milli və mədəniyyət müəssisələrindəki 

“müsəlman”  sifəti  yerinə  “türk”  sifətini  işlədirdi.  Qəzetənin  bu  cəsarəti  hərbi 

senzorun  etirazına  səbəb  olmuş  və  bu  üzdən  əməlli-başlı  müşkilat  və  mücadilə 

zühur  etmişdi.  “Açıq  söz”  qəzetəsi  sadə,  öndə  gedən  ziyalıları  ətrafında 

birləşdirməklə  qalmayıb,  eyni  zamanda  zamanın  ruhlara  hökm  edən  iki  şairini  də 

öz  mühərrirləri  arasına  almışdı.  Bunlardan  biri  “Qoşma”  və  “Dalğa”  şairi  Əhməd 

Cavad, digəri də “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Siyavuş” və sairə kimi mənzum 

və  “Topal  Teymur”  kimi  mənsur  dramlar  yazan  Hüseyn  Caviddir.  Əhməd  Cavad 

daha ziyadə heca  vəzni ilə lirik parçalar  yazır və bu lirizminə  eyni zamanda  milli 

və  siyasi  bir  həyəcan  qatırdı.  Məsələn,  Azərbaycanlı  qardaşın  yardımına  qoşan 

anadolulu Məhmədciyin məzarını beytlərlə oxşuyurdu. 




60 

 

Sonradan bir  ədib və dramaturq olaraq şöhrət qazanan Cəfər Cabbarlı da 



ilk  məqalələrini  bu  qəzetədə  dərc  etdirmişdi.  (Bu  qəzetənin  müəssis  və  naşiri  bu 

konfransı verən Rəsulzadə Məhəmməd Əmin olmuşdur.) 

Bu  dövrdəki  Azərbaycan  cəmiyyətinin  Birinci  dünya  savaşının  sonuna 

bağlanmış  ümidləri  vardır.  Bu  ümidlərə  “Açıq  söz”  qəzetəsinin  ilk  nüsxəsində 

basılan  baş  məqaləsi  bu  surətlə  tərcüman  olurdu:  “Dəhşətlərinə  şahid  olduğumuz 

böyük muharibə, böyük bir həqiqəti, əsrimizin milliyət əsri olduğunu isbat etdi. 

Dünyanın xəritəsi qəribə dəyişəcək - deyə heyrətlə qarışıq bir cümlə indi 

bir  çox  ağızlardan  eşidilməkdədir.  Dünya  xəritəsinin  alacağı  yeni  şəklə 

vətəndaşların fədakarlığı, dövlətlərin təşkilati və orduların  əzəməti ilə bərabər heç 

şübhə  yoxdur ki,  aşkarlıq və  möhkəmlik peyda  etmiş  milliyyət  məfkurələrinin də 

böyük təsiri var və olacaqdır. 

Özünü  lüzumunca  bilib  də  istiqbal  üçün  müəyyən  bir  ideal  (məfkurə) 

bəsləyən  millət  şübhəsiz  ki,  böyük  bir  qüvvət  təşkil  edər.  Şübhəsiz  ki,  sözün  tam 

mənasilə  alçalacaq  qədər  topların  hakim  olduğu  hərb  meydanlarında  təsirsiz 

qalmayan  bu  qüvvət  yaşıl  mahudlu  (çuxa)  barışıq  masası  üzərində  də  əsaslıca  bir 

təsir yapacaq. 

Hər  hankı  qalib  tərəf  az-çox  uzun  bir  dinclik  vücudə  gətirmək  istərsə, 

əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvəti-milliyyət məfkurəsinə göz 

yuma  bilməz!  Bunun  belə  olacağı  arabir  gələcək  sülhü  haqqında  söz  söyləyən 

Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhuyyuna (barışçılar) mənsub 

siyasilərcə  milliyyət  əsasına  riayət  etmiyəcək  millətlərin  hüququnu  gözətmiyəcək 

bir  sülh  müahidənaməsi  çox  çəkməz  yırtılır  və  uzun  çəkən  bir  dinclik  təmin 

edəmməz. 

Təbii  haqqları  payimal  olmuş  tək  bir  millət  daima  qaldıqca  Avropa 

dövlətlərinin  tarazlığı  həqiqi  və  uzun  çəkən  bir  sülh  üzü  görməkdən  məhrum 

qalacağı kimi, öz vətəndaşları arasında ögey-doğmalıq (özgəlik-özlük) göstərən bir 

dövlət  də  həqiqi  bir  qüvvətə  dayanamıyacaq,  mütərəqqi  və  qüvvətli  bir  təşkilata 

malik olmayacaqdır. 

Demək  ki,  müəyyən  bir  məfkurəyə  və  əksər  fərdlərincə  tanınmış  bir 

qayeyi-əmələ  malik  olan  millətlər,  dövlətlər  arasındakı  münasibətdə  əhəmiyyət 

qazandıqları  kimi,  dövlətlərin  daxili  siyasətləri  üzərinə  də  böyük  təsirlər  icra 

edəcəklərdir. Bu surətlə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər 

şeydən  əvvəl  özlərini  (kəndilərini)  bilməli,  müəyyən  fikir  və  əməllər  ətrafında 

birləşərək  böyük  bir  məfkurəyə,  qayeyi-xəyalə  hədəf  olacaq  o  işıqlı  ulduza  sahib 

olmalıdırlar.  Çünki  müttəhid  bir  ruh  və  müştərək  bir  qayəyə  malik  olmayan 

millətlərlə  yeni  əsaslar  üzərinə  qurulacaq  həyat  hesablaşmaycaq  və  belə  bir 

silahdan  məhrum  qalan  camaatlar  kimsəyə  söz  eşitdirəmmiyəcəklərdir!”  (2  ekim 

1915. № 1.) Bu ana fikri biz Hüseyn Cavidin bu beytlərində buluruq: 

 

Qoşaraq nura səhli et pamal! 




61 

 

Həp sənindir şərəf, ümid, iqbal. 



Şaşırıb durma böylə.... bir aydın 

İdeal arxasınsa qoş, çırpın! 

səni qurtarsa qurtarır birlik, 

Çünki birlikdədir fəqət dirilik! 

 

Şair İbrahim Tahir isə artıq milli istiqlaldan açıqca bəhs açaraq: “Yekanə 



nuhdeyi-amal istiqlali-millətdir!” deyir. 

Azərbaycan  topluluğu  belə  bir  ruh  və  həyəcanla  Birinci  Dünya  savaşına 

girir. Hələ 1911-də təşkil və 1917-də təkmil olunub milli proqramla çalışan siyasi 

bir  partiyanın  (Milli  Azərbaycan  “Müsavat”  Xalq  Partiyası)  təlqinləriylə 

Azərbaycan  turklüyü  müstəqil  bir  dövlət  qurumuna  doğru  addımlar  atır.  Nəhayət 

hərbin sonlarında Rusiya imperatorluğu çökür və bu fürsətdən istifadə edilir, 31 il 

əvvəl bu günün bir misli, 28 mayis 1918-də Azərbaycan Şurayi-Millisi Azərbaycan 

Cümhuriyyətinin istiqlalını bütün cahana elan edir. 

Bəyanlar,  bəylər!  28  mayis  1918  Azərbaycan  tarixinin  ən  böyük  bir 

günüdür.  Bu  gündə  türk  və  müsəlman  icmaları  içində  şərq  ilə  qərb 

mədəniyyətlərinin qarşılaşdığı coğrafi bir sahədə  gəlişən  Azərbaycan  mədəniyyəti 

tarixi  seyrinin  əhəmiyyətli  bir  mərhələsinə  varmışdır.  Yüz  il  əvvəl  Rusiya 

çarlığının idarəsinə ayrı-ayrı xanlıqlar şəklində keçən Azərbaycan indi yekparə bir 

mədəniyyət  varlığı  və  millət  birliyi  halında  yenidən  dünyaya  doğulurdu.  Seçdiyi 

hökumət  şəkli  ilə  o  sadə  Azərbaycan  deyil,  bütün  türk  və  islam  dünyasında  bir 

yenilik  göstərirdi:  Cümhuriyyət  qururdu.  Beynəlmiləl  demokratiya  prinsiplərinə 

dayanaraq  qurulan  bu  cümhuriyyət  mavi,  qırmızı,  yaşıl  -  üç  rəngli  bayrağı  ilə 

Azərbaycan  mədəniyyət  ənənələrinin  bir  xülasəsini  rəmzləndirirdi  Mavi  rəng-

türklüyün,  yaşıl  rəng-islamlığın,  qırmızı  rəng  də  çağdaşlığın  əlamətidir.  Vaxtilə 

“Füyuzat” məcmuəsinin fazil mühərriri “türk qanlı, islam imanlı və firəng qiyafətli 

olalım”-demişdi. Sonra türkçülüyün böyük filosofu Ziya Göyalp bu üçəm ümdəni 

daha  elmi  bir  üslubla  işləmiş  və  eyni  şüar,  dediyimiz  kimi,  sonra  “Açıq  söz” 

qəzetəsinin başlığı altında bulunmuşdur. 

Bütün  Qafqasiya  ilə  bərabər  Azərbaycan  Cümhuriyyəti  də  bolşevizmin 

dəmir pərdəsi arxasına alındıqdan sonra məmləkətin siyasi coğrafiyası kimi mənəvi 

mədəniyyət  mühiti  də  dəyişmişdir.  Burda  rol  oynayan  tarixi  mədəniyyət  amilləri 

normal  seyrlərindən  qalmış,  rus  kommunizmi  ilə  totalitarnzminin  böyük  əngəlləri 

ilə qarşılaşmışlardır.  İndi orada rəsmən hakim olan  mədəniyyət idealı  “Böyük rus 

milləti  ilə  birləşmək”  idealıdır.  Fəqət  28  mayis  1918  tarixində  milli  və  mədəni 

istiqamətini almış istiqlal dövründə gediləcək mədəniyyət yolunu bəlləmiş bulunan 

Azərbaycan bu istila basqısı altında belə həqiqi yolundan çıxmamış, var qüvvətilə 

varlıq  mücadiləsinə  davam  etmiş  və  edir.  Bunu  isbat  etmək  üçün  31  ildən  bəri 

bolşevik  rejimi  altında  bulunan  Azərbaycandakı  milli  mədəniyyət  olaylarını 

gözdən keçirmək gərəkdir ki, bu mövzuya ayrıca bir konfrans ayırmaq istər. İndilik 




62 

 

bu  qəd’r  qeyd  edim  ki,  31  ildən  bəri  orada  türk,  müsəlman  və  Qərb  mədəniyyət 



dünyasının bildiyi  mədəniyyət dəyər və  idealları ilə  kommunist dəyər və  fikirləri 

arasında  amansız  bir  mücadilə  vardır.  Bu  müsadilə  indiki  halda  bütün  dünya 

ölçüsündə gedən böyük mücadilənin bir parçasıdır. 

Bu  günlərdə  türkcə  qəzetlərə  əks  edən  bir  məqaləni  bəlkə  də  çoxunuz 

görmüşdür. Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovenliyi zühur etmişdir. Rus 

mədəniyyət ölçülərini mütləq surətdə qəbul etmiyənlər buna müqabil millətlərarası 

mədəniyyət  dəyərlərini  qiymətləndirənlər  kosmopolitizm  ilə  ittiham  olunur  və 

yaxanı  NKVD-nin  əlinə  verirlər.  Dünən  nasionalist  deyə  təqib  olunanlar  bu  gün 

kosmopolit deyə cəzalandırılırlar. Sovet qəzyetlərindən nəql olunan məlumata görə 

Rusiyanın  özündə  ədəbiyyat,  elm,  sənət  və  musiqi  sahələrinə  mənsub  bir  çox 

insanlar bu kosmopolitizm ilə suçlandırılaraq mövqelərindən atılmış və meydandan 

qaldırılmışlardır. Eyni  müdhiş dalğa  Azərbaycana  da  sirayət etmiş.  24  mart 1949 

tarixli  “İzvestiya”  qəzetəsi  sovet  musiqisinin  formalizm  ilə  modernizmə  itaət 

etməsini  istiyənlərə  hücum  edir,  sonrada  Ozolevets  adında  birisini  “Azərbaycan 

kompozitorlarını  ruslaşmaq  və  bu  surətlə  qeyb  olub  ortadan  getməmək  üçün  rus 

musiqi  mədəniyyətinin  ənənələrini  təqib  etməməyə”  təşviq  etdiyi  üçün  xırpalıyır 

və  onu  “utanmaz  füzul”  deyə  təhqir  edir.  Eyni  zamanda  16  mart  1949  tarixli 

“Literaturnaya  qazeta”da  isimləri  çəkilən  bir  sıra  Azərbaycanlı  ədib  və 

muhərrirlərin  hələ  “Füyuzat”  məсmuəsi  ənənələrinə  bağlanıb  türkçülük  və 

müsəlmançılıq  yaparaq  Avropa  romantizmindən  ilhamlı  olduqları  şiddətlə  tənqid 

olunur. 

Bəyanlar,  bəylər!  Demək,  mücadilə  davam  edir  və  tariximizdən  qüvvət 

alan  mədəniyyət  ənənələri  bütün  zorluqlar  və  küslüklərə  rəğmən  hələ  canlılıq 

göstərir.  Müzəffər  olacaqları  şübhəsizdir.  Çünki  getdikləri  yol  tobiidir,  çünki  bu 

mədəni dünyanın  yürüdüyü  mədəniyyət  və tərəqqi  yoludur. Son ucu, zəfər, onun-

üç 


rəngli 

istiqlal  bayrağının,  Milli 

Azərbaycan  Türk  Demokratik 

Mədəniyyətinindir!.. 

  

 

 




63 

 

QEYDLƏR 

 

Rusiyada siyasi vəziyyət. Müəllif bu əsəri Türkiyədə yazmış, ilk dəfə 1926-cı ildə 



İstanbuldakı “Amədi mətbəəsi”ndə çap etdirmişdir. “Milli Azərbaycan nəşriyyatı” 

seriyasından  olan  “Rusiyada  siyasi  vəziyyə”  dördüncü  kitabdır.  Məlum  olduğu 

kimi  həmin  seriyadan  birinci  kitab  M.  Ə.  Rəsulzadənin  “Azərbaycan 

Cümhuriyyəti”dir. 

1.  “Hərbi  kommunizm”  -  Bolşeviklərin  1918-20-ci  illərdə  xalqa  sırıdığı  iqtisadi 

siyasət. Ərzaq sapalağı bu siyasətin ən uğursuz təməl daşı idi. 

2.  “Yeni  iqtisadi  siyasət”  -1921-ci  ildən  30-cu  illərin  ortalarınadək  davam 

etmişdir.  Bu  dövrə  kapitalizmdən  sosializmə  keçid  dövrü  də  deyilir.  Bu  dövrdə 

ərzaq sapalaq ərzaq vergisi ilə əvəz olunmuşdur. 

3. Əmniyyət sandığı - əmanət kassası mənasındadır. 



Milliyyət  məsələsində  bolşevik  nəzəriyyatı  ilə  əməliyyatı.  Bu  əsər  ilk  dəfə 

Məhəmməd Əmin Rəsulzadənin redaktəsi ilə 1928-ci ildə İstanbuldakı “Orxaniyyə 

mətbəəsi”nin  buraxdığı  “Milliyyət  və  bolşevizm”  məqalələr  məcmuəsində  çap 

edilmişdir.  

1.  Lehistan-Polşa  nəzərdə  tutulur.  Bolşeviklərin  şərq  siyasəti  -  Bu  məqalə  də 

“Milliyyət və bolşevizm” toplusunda basılmışdır. 



Azərbayan  mədəniyyət  ənənələri.  Bu  əsər  “Azərbaycan  kültür  gelenekleri” 

sərlövhəsilə 1949-cu ildə Ankaradakı “sipahi mətbəəsi”ndə nəşr olunmuşdu. Kitab 

Azərbaycan  Kültür  Dərnəyinin  təşəbbüsü  ilə  28  may  1949-cu  ildə  Azərbaycan 

istiqlalına  həsr  edilmiş  konfransda  M.  Ə.  Rəsulzadənin  söylədiyi  məruzədən 

ibarətdir. 

1. Azərbaycan  Kültür  Dərnəyi. Əsası 1 fevral 1949-cu ildə M. Ə. Rəsulzadənin 

təşəbbüsü ilə Ankara şəhərində qoyulmuş və bu günədək fəaliyyət göstərir. 

2.  Bu  beytin  sətri  tərcüməsi  belədir:  “haradadır  o  şah  Toğan  əliaçıqlığı  ki,  mən 

onun qarşısında dilimlə sən-sən deyəm”. 

Tərtibçidən: M Ə. Rəsulzadənin “Bolşeviklərin Şərq siyasəti” kitabında toplanmış 

əsərlərinin dili qismən sadələşdirilmişdir. 

 

 



64 

 

Kitabın içindəkilər



 

I Rusiyada siyasi vəziyyət ...................................................................................... 3 

Bir müqəddimə ......................................................................................................... 3 

İqtisadi böhran .......................................................................................................... 3 

İctimai və siyasi müvazinət ...................................................................................... 7 

Milli mübarizə və parçalanma hərəkatı .................................................................. 10 

Beynəlmiləl vəziyyət .............................................................................................. 16 

Rus fəhləsi nə deyir? .............................................................................................. 18 

Bürokratiya ilə firqə ............................................................................................... 19 

Hadisələr qarşısında vəzifəmiz ............................................................................... 21 

II Miliyyət məsələsində Bolşevik nəzəriyyatı ilə əməliyyatı .............................. 23 

Bolşevik firqəsi - materialist və kosmopolit ........................................................... 23 

Milliyyət məsələsi bolşeviklər üçün ....................................................................... 24 

Qayə deyil, alətdir .................................................................................................. 24 

“Sovet federalizmi” və “ayrılmaq haqqı” ............................................................... 26 

“Sovetlər İttifaqı” təşkilati-əsasiyyəsi .................................................................... 27 

Sovet Hökumət təşkilatlarında ikilik ...................................................................... 31 

Milliyyət məsələsi yalnız bir göstərişdir ................................................................ 33 

Daxildə mərkəziyyət, xariсdə imperializm ............................................................. 35 

III Bolşeviklərin şərq siyasəti ............................................................................... 36 

Göstərişli şüarlardan biri ........................................................................................ 36 

Milli istiqlal hərəkatları və bolşevizm .................................................................... 38 

Çin təcrübəsindən alınan dərslər ............................................................................ 40 

Buxarinin tərifi, Mahmud bəyin təfsiri ................................................................... 42 

Kommunizm təhlükəsi mövcuddur ........................................................................ 44 

IV Azərbaycan mədəniyyət ənənələri ................................................................. 46 




65 

 

Qeydlər ................................................................................................................... 63 



 

 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə