Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   2   3   4   5   6   7   8   9   ...   28

 

pulu  verirlərmiş.  Bu  nitqin  ən  sanlı  yerini  aşağıdakı  möcüz  kəlmələr  təşkil  edir. 



“Xalqdakı  sərvətin  dəyəri  56  milyard  manatdan  36  milyarda  enmişdir.  Bu 

cümlədən  kənd  iqtisadiyyatı  yüzdə  68  nisbətində  qaib  eyləmişdir.  Müxtəlif 

komissarlıqlara istədikləri təxsisatdan maliyyə komissarlığı 1 100 000 000 manatı 

rədd etmək məcburiyyətində qalmışdır”. 

 

İCTİMAİ VƏ SİYASİ MÜVAZİNƏT 

 

Məlum  olduğu  üzrə,  kommunist  diktatorluğu  fəhlənin  kəndli  üzərinə 



hakimiyyət  əsası  ilə  qaimdir.  “Hərbi  kommunizm”  dövründə  bu  hakimiyyət  tam 

mənası ilə tətbiq olunurdu.  Kommunizm  siyasətən  hakim və daxili  müharibələrdə 

müzəffəriyyyət  qazanınca  kəndlinin  iqtisadi  müqavimətinə  məruz  qaldı.  Kəndli 

əkdiyini  əvəzlə  hökumətə  vermək  nizamına  qarşı  üsyan  edincə  Lenin  “Yeni 

iqtisadi  siyasət”  politikasına  keçməyi  zəruri  gördü.  Çünki  “bir  sinfi  aldatmaq 

mümkün  deyildi”.  “Leninizmin”  yeni  təlimatına  görə  “yeni  siyasətin”  təməlini 

“kəndli  ilə  fəhlənin  ittifaqı”  təşkil  edirdi.  Bu  ittifaqın  iqtisadi  mənası  isə  kəndli 

məhsulatına qarşı şəhər məmulatı yetişdirməkdən ibarətdir. Halbuki, yuxarıda izah 

edildiyi  vəchlə  sovet  sənayesi  inkişaf  edən  kəndli  iqtisadiyyatından  doğan  bu 

ehtiyacı  ödəməkdən  aciz  idi.  Hökumət  çox  mühüm  bir  dilemma  qarşısında 

qalmışdı.  Məmləkəti  düşdüyü  böhrandan  qurtarmaq  uçün  ya  kəndli  məhsulatını 

əsas qəbul edərək böyük sənaye ilə əcnəbi ticarət inhisarından vaz keçəcək, yaxud 

sosialist  iqtisadiyyatının  bu  mühüm  əsaslarını  mühafizə  ilə  bərabər  sənayeni 

inkişaf etdirmək üçün kəndli uzərinə yüklənəcək və möhtac olduğu bol sərvəti onu 

soymaqla təmin edəcəkdir. 

Hərbi  kommunizmin  ləğvindən  sonra  keçən  beş  il  əsnasında  böyük 

ziqzaqlarla  gah  irəli,  gah  geri  gedən  kommunist  siyasəti  iştə  bu  iki  qütb  arasında 

sallanıb durmuşdur. 

Kommunizmin  mücərrəd  məfhumlarına  sədaqətdən  ayrılmayan  romantik 

zümrələr  “yeni  iqtisadi  siyasət”  əmdləri  ilə  çox  məşğul  olmanı  məfkurəçiliklərinə 

sığışdırmayaraq mərkəzdəki mötədil qüvvətlər üzərinə təzyiq icra eyləmiş, zaman-

zaman yeni burjuaziya ilə kəndli iqtisadiyyatı üzərində hərbi kommunizm dövrünü 

andıran səbr, şiddət və müsadirə tətbiqini təmin eyləmişlərdir. 

Digər  tərəfdən  kəndli  dəryası  içində  kommunizm  nizamı  qurmanı  zatən 

xam  bir  xəyal  kimi  təsəvvür  edən  zümrə  bütün  səyini  -  “yeni  siyasət”i 

dərinləşdirməyə  sərf  eyləmiş,  nəticədə  “kəndliyə  doğru”  düsturunu  “zəngin 

olunuz!” - şüarı ilə təkmil eyləmişdir (Buxarinin məşhur “Sürüclisani”). 

Bu  iki  qütb  arasında  müvazinət  təmin  etmək  manevrası  ilə  kommunist 

diktatorluğunu  sövq  edən  “realist”  zümrə  isə  gah  sola,  gah  sağa  yaltaqlıq  etmək 

surətilə  işləri  idarə  etmiş,  hər  necə  olsa  da  bolşevik  hakimiyyətinin  bir  az  daha 

davamını təminə etibarsız olacaq tədbirlər qəbulunu başdansovdu etməmişdir. 



 

İllər keçdikcə Rusiya ictimai bünövrəsinin əhəmiyyətli qismini təşkil edən 



kəndli  ünsürü  təsirini  daha  ziyadə  göstərmiş,  hökuməti  öz  mətləbləri  qarşısında  o 

və  ya  bu  şəkil  ilə  boyun  əyməyə  məcbur  eyləmiş,  getdikcə  aşkar  söylədiyi 

fəaliyyəti  ilə  iqtisadi  və  siyasi  bir  çox  köməklikləri  hasilə  gətirə  bilmişdir. 

Əksəriyyətlə  iqtisadi,  qismən  də  siyasi  (seçkilərdə  bəzi  güzəştlər)  olan  bu 

yardımlar sayəsində fəaliyyəti gözə çarpacaq qədər artan kəndli, üzərindəki “fəhlə 

hakimiyyəti”  çəkə  bilməyəcək  hala  gəlmiş,  müxalif  bir  vəziyyətə  keçdiyini  ya 

seçki  əsnasında  göstərdiyi  müstəqillik  və  ya  da  müxtəlif  səmiyyətlərdə  irəli 

sürdüyü  tələblərlə  isbat  eyləmişdir.  Keçən  il  əsnasında  baş  verən  seçkilərdə 

kəndlilər  öz  namizədlərini  keçirdikləri  kimi,  kommunist  firqəsi  listlərini  də  çox 

kərə rədd eyləmiş, əskidən bəri məşhur olan kənd sovetləri sədrlərini bir çox yerdə 

qaralamışlardır. 

Siyasi mahiyyətə malik olan bu hadisənin ifadə etdiyi məna aşkardır:  

“Hərbi  kommunizm”  zamanında  da  zümrə  ixtilaflarına  tamamilə  biganə 

qalmayan  kommunist  firqəsində  daxili  hərb  bitdikdən  və  yeni  iqtisadi  siyasətə 

keçdikdən  sonra  bu  ixtilaflar  xüsusilə  şiddətlənmişdir.  Mənəvi  nüfuzu  ilə  firgə 

daxilindəki  vəhdəti  təmin  edən  Lenindən  sonra  ildən-ilə  şiddət  kəsb  edən  firqə 

içərisindəki zümrə mücadilələri bu dəfə çox qəti və ciddi bir radəyə gəlmişdir. Belə 

ki,  firqə  maşınını  əlində  saxlayan  zümrə  tərəfindən  Trotskidən  sonra  bu  dəfə  də 

başda Zinovyev olduğu halda Kamenev, Laşeviç və Ossovski kimi liderlərin məsul 

firqə  və  sovet  mövqelərindən  atılması  fövqəladə  hadisələrdən  sayıla  bilməz.  Bu 

xüsusdakı  hadisələri  rəsmi  bolşevik  mənbələrinə  nəzərən  təsbit  edəlim.  “Pravda” 

(25  iyun  1926)  qəzetəsinin  təsvir  etdiyi  mənzərə  belədir:  “14-cü  konqrenin  qəti 

surətdə  qadağan  etməsinə  baxmayaraq,  bolşevik  firqəsindəki  müxalifət,  fişqə 

vəhdəti  əleyhindəki  icraatından  asudə  olmamış,  leninizmin  bolşevik  firqəsi 

daxilində  fraksionlar  təşkili  haqqındakı  fikirlərini  nəzəri-e'tibarə  almayan 

müxaliflər  fəaliyyətlərini  yalnız  mərkəzə  inhisar  etdirməklə  qalmamış,  vilayətlərə 

qədər  yaymışlardır.  Öz  fikirdaşlarını  zorakı  və  hərəkətlərini  mütəşəkkil  bir  hala 

qoymaq  üçün  bir  mərkəz  yaratmış,  vilayətlərlə  münasibət  yaratmaq  niyyəti  ilə 

vəkillər  təyin  etmiş,  şifrə,  parol  və  sairə  hazırlamışlar.  İş  o  radəyə  gəlmiş  ki, 

müxaliflər  Moskva  qərbində  olan  bir  ormanda  böyük  bir  yığıncaq  toplamış,  gizli 

surətdə  toplanan  bu  yığıncaqda  komitəçiliyin  bütün  təfərrüat  və  ənənələrini  tətbiq 

eyləmişlərdir.  Rəsmi  təbliğin  dediyinə  görə  “kommunist  firqəsinin  həyatında  ilk 

dəfə  olaraq”  Üçüncü  internasional  üzvlərindən  birisi  Belenkin  bu  yığıncaqda 

sədrlik eyləmiş və  yenə “ilk  dəfə olaraq” hərbi şura  komandanlığından  və ümumi 

mərkəz  namizədlərindən  bir  şəxs  Laşeviç  burada  məruzə  etmişdir.  Bu  yığıncaqda 

ümumi partiya mərkəziyyətinə qarşı qəti bir hərəkət fikri ilə mütəşəkkil bir surətdə 

müxalifətə keçmək qərarı almışdır”. 

Bütün  bu  müxalifətlərin  şəxsən  Zinovyev  tərəfindən  idarə  edildiyi  isbat 

olunmuşdur. Yaradılan müxalifət icraatının izləri hər tərəfdən Zinovyevə gəlirmiş. 

O  yalnız  daxili  müxalifəti  deyil,  Üçünsü  internasionala  daxil  əcnəbi  kommunist 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə