Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   2   3   4   5   6   7   8   9   ...   28

 

firqələrindəki  sol  ünsürləri  də  firqədə  hakim  və  mərkəz  mövqeyində  olan 



stalinçilərə qarşı sövq etməkdən bir an qəflət etməyirmiş. 

Bu  surətdə  qəti  və  ciddi  bir  müxalifətə  keçən  zinovyevçilər  keçən  il 

əleyhində  olduqları  Trotski  və  qrupu  ilə  dəxi  birgə  hərəkət  etməklə  ittiham 

olunurlar.  Stalinin  14-cü  konqresdə  söylədiyinə  görə  vaxtilə  Trotskinin  edamını 

tələb  edən  Zinovyev  bu  dəfə  onun  özü  ilə  barışmış,  onunla  bərabər  mərkəz 

heyətinə qarşı mövqe tutmuşdur. 

Bunu da  söyləməliyik ki, kommunist firqəsindəki  müxalifət eyni cinsdən 

deyildir. Bunlar bir tərəfdən Zinovyev tərəfindən idarə olunan sollar, digər tərəfdən 

də Sokolnikov və Medvedyev kimi sağlar arasında müxtəlif fərqlərlə ayrılan çoxlu 

zümrələrdən ibarətdir. 

Bu  müxaliflərə  görə  indiki  idarə  Rusiyanı  sosializmə  deyil,  kapitalizmə 

aparır.  Fəqət  bu  nitqdən  sonra  sağdakı  tənqidçilərlə  soldakı  müxaliflər  ayrılırlar. 

Sağdan “Qurduğunuz çox yaxşı, yalnız hərəkətinizdə məntiqli olun və Lenin kimi 

Rusiyanın  bütün  dünyada  təkbaşına  bir  kommunist  sənəti  yaradamayacağını  açıq 

etiraf edin” - deyirlər və bundan çox qəti və müəyyən nəticələr çıxarırlar. Belə ki, 

müxaliflərin  bu  yoldan  gedən  qismi,  başda  Medvedyev  ilə  Şlyapnikov  olduğu 

halda  sovetlərin  tətbiq  etdiyi  dövlət  sənayesi  yerinə  əcnəbi  sərmayələrə  imtiyaz 

ətasını,  Üçüncü  internasionalın  ləğvini,  sovetlər  daxilində  digər  sosialist  və  fəhlə 

partiyalarına siyasi fəaliyyət üçün sərbəstlik verilməsini irəli sürürlər. Medvedyev 

Bakıdakı tərəfdarlarına yazdığı bir məktubda bu əsasları çox açıq bir surətdə izah 

eyləmişdir.  (Bu  məktub  “Pravda”da  tənqid  edilmişdir.)  Bu  məktuba  nəzərən 

Üçünsü  internasional  “rus  altunu  ilə  hərəkətə  gətirilən  bir  (qrup  kiçik  burjua 

boşboğazçılarından  mütəşəkkil  bir  cəmiyyətdir  ki,  özünə  dünya  fəhləsinin  ən 

radikal  bir  təmsilçisi  tövrin  verərək  fəhlə  hərəkatını  pozmaqla  məşğuldur”. 

Medvedyevlərcə  Avropadakı  fəhlə  birliklərini  pozmaq  və  Rusiyanı  dünya  fəhlə 

hərəkatı ilə pozuşdurmaq, inqilabın da, Rusiyanın da əleyhində bir işdir. Bunlarca 

Makdonald çərəyanı ilə belə vuruşmaq deyil, anlaşmaq lazımdır.  

Sağdakı tənqidçilər bu  günkü firqə idarəsini “demokratiyaya” doğru ləng 

və tərəddüdlü seyr və hərəkətdə ittiham etdikləri bir zamanda, başlarında Zinovyev 

ilə  Üçünsü  internasional  “boşboğazlar”ı  olan  zümrə  ümumi  mərkəzi,  Rusiyanı 

həqiqi  “leninizm”  əsaslarından  uzaqlaşdırdığı  üçün  töhmətləndirir.  Zinonyev 

“Etdiyiniz  cinayətdir,  geriyə  dönməli,  Leninə  qayıtmalısınız”,  -  deyir. 

Zinovyevçilərsə,  bütün  dünya  burjua  əsa-sı  üzərində  qaldıqı  halda,  Rusiya  bir 

sosialist  ölkəsi  olaraq  istiqbalından  əmin  ola  bilməz.  Bunun  üçün  sovetlər 

İttifaqının  səyi  dünya  inqilabına  sərf  olunmalı,  kəndli  ilə  xırda  burjua  siniflərinə 

verilən güzəştlər də ifrata varmamalıdır. 

Bu kiçicik təhlildən görünür ki, Kommunist firqəsi bir tərəfdən həqiqi rus 

mənafeini  güdən  sağlar,  digər  tərəfdən  də  beynəlmiləl  inqilab  ideallarından  əl 

götürməyən  sollar  arasındakı  çəkişmələrə  səhnə  olmuşdur.  Medvedyev  ilə 

Zinovyev qütbləri arasında müxtəlif şəkil və xüsusiyyətlər daşıyan qruplar çoxdur. 




10 

 

Bunlar  arasında  hakim  bir  vəziyyəti  tutan  qrup  stalin  zümrəsidir.  Bu  zümrə 



mahiyyət  həddində  zinozyevçilər  kimi  məmləkətdəki  sağlaşma  təmayülatından 

doğan təhlükəni inkar etməməklə bərabər, zinovyevçilərin çarə olaraq göstərdikləri 

yola girməyi daha çox təhlükəli hesab edirlər, Onlarca, yenidən təhkimləşdirmə və 

təkcə  fəhləyə  istinadla  kəndli  və  xırda  burjua  mənafelərinə  göz  yumulmasına 

gedilərsə,  Leninin  ən  böyük  vəsiyyətlərindən  olan  fəhlə-kəndli  ittifaqı  pozular, 

sovet  sisteminin  bel  sümüyü  qırılar.  Bu  siyasət  onlarsa  yalnız  rus  kəndlisindəki 

fəaliyyəti 

daha  artıq  şiddətləndirməklə  qalmaz,  eyni  zamanda  milli 

cümhuriyyətlərdəki 

“yenilikçilik”,  “Alaş  orduçuluq”,  “petluraçılıq”  və 

“müsavatçılıq” kimi qeyri rus milliyyətçilərini də qüvvətləndirə bilər

1

. Bunun üçün 



sovetlər  seçkilərində  fəaliyyət  və  həyat  mövqeləri  inkar  edilməyən  yeni  ictimai 

ünsürlərlə mübarizə etmək üçün cəbhədən hücum siyasəti çox zərərli imiş. 

Sağdakı təntidçilərin də, soldakı müxaliflərin də öz qənaətlərini qüvvədən 

felə gətirmək üçün təmin etmək istədikləri silah, firqə içərisində zümrə və fraksion 

hürriyyətini  təmin  etməkdir.  Mərkəz  mövqeyindəki  hakim  zümrənin  ən  çox 

qorxduğu da budur. Əslində bu, “leninçiliyin” ən böyük əsaslarından birini, bəlkə 

də birinsisini təşkid edir. Leninsə, firqə içərisində fikir zümrələri təşkil etmək caiz 

deyildir.  Fraksion  təşəkkülü  qadağandır.  Bolşevik  firqəsindəki  bütün  müxalifətlər 

daima  bu  prinsip  ilə  mücadilə  etmiş,  təşkilat  maşınını  əlində  saxlayan  enerji 

liderlər  bu  əsasa  istinadla  müxalifəti  əzmiş,  döymüşlərdir.  Belə  olmaqla  bərabər, 

həyat,  kommunist  firqəsini  daima  yeni  bir  müxalifətlə  qarşı-qarşıya  qoymuş, 

məfkurə  ilə  həyat  arasındakı  təzad  çoxaldıqca  zümrələr  arasındakı  ixtilaf  da 

nizamnamə  çərçivəsinə  sığmayacaq  qədər  bir  şişkinlik  göstərmiş,  nəhayət  bu 

şişkinlik  bir  gün  Trotskini,  o  biri  gün  də  Zinovyevi  rəyasət  məqamından  atmaq 

kimi  qatı  tədbirlərə  əl  atmaq  şəklində  partlayış  vermişdir.  14-cü  firqə  (konqresi) 

qərarına  rəğmən  gizli  fəaliyyətdə  davam  edərək  Zinovyevin  uzaqlaşdırılması  ilə 

nəticələnən  bu  müxalifət  artıq  məşhur  bolşevik  vəhdətinin  boş  bir  lafdan  ibarət 

olduğunu meydana qoymuşdur. 

 

MİLLİ MÜBARİZƏ VƏ PARÇALANMA HƏRƏKATI 

 

Fəhlə  ilə  kəndli  ittifaqından  bəhs  edən  sovet  hökuməti  düçar  olduğu 



müşkülatda  ən  çox  bu  ittifaq  yoxsulluğundan  ziyan  çəkdiyi  kimi,  bu  hökumətin 

millətlər arasında həmrəylik vücudə gətirdiyindən bəhs edən propoqandaları da göz 

boyasılığından başqa bir şey deyildir. 

Daxili  Rusiyada  firqə  içərisindəki  zümrə  çəkişmələri  kəndin  şəhərə  qarşı 

aldığı  vəziyyəti  əks  etdirdiyi  halda,  mərkəzi  Rusiya  ilə  hüduddakı  vilayət  və 

“cümhuriyyət”lər  arasındakı  münasibətdə  də  bu  hal,  nisbətən  sənayi  bir  şəkildə 

                                                           

1

 



Türküstan, Qırğızıstan, Ukrayna və Azərbaycan milliyyətçiliyinə verilən adlardır. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə