Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   2   3   4   5   6   7   8   9   ...   28

11 

 

olan  “Velikorusiya”  ilə  əksəriyyətlə  kəndli  və  əkinçi  halında  olan  qeyri-rus 



cümhuriyyətlər  arasında  milli  rəqabəti  gücləndirir.  Çarlıq  zamanında  da 

Velikorusiya  sənaye  etibarilə  istehsalçı,  xammal  etibarilə  istehlakçı  idi.  İndi  dəxi 

vəziyyət  eynidir.  Bu  qədər  fərqlə  ki,  çar  Rusiyası  vilayətlərin  istehlak  etdiyi 

məmulatı  təmamilə  emal  edə  bildiyi  halda,  indiki  Rusiya  bu  ehtiyacı  ödəməkdən 

çox uzaqdır. Moskva  özü bu  ehtiyacı  mahiyyətilə  ödəmək  iqtidarında  olmamaqla 

bərabər,  əcnəbi  ticarət  inhisarını  əlində  saxladığından  bu  ehtiyacın  vilayət  - 

cümhuriyyətlər  üçün  xaricdən  təmini  məsələsi  də  mübahisə  mövzusu  ola  bilməz. 

Nəticədə  bir  Qafqasiya,  bir  Ukrayna,  bir  Türkustan  petrolunu,  kömürünü, 

pambığını  və  sairəsini  tamamilə  Moskvaya  verdiyi  halda,  möhtac  olduğu  maşın, 

parça, paltar və sairəni əldə edə bilmir. İş bu hal nəticəsində kəndlər şəhərlərə qarşı 

müxalifətə  keçdikləri  kimi,  ümumi  heyət  ilə  sənaye  Moskva  mərkəzinə  nisbətlə 

kəndlər  vəziyyətində  olan  milli  cumhuriyyətlərdə,  Kommunist  firqələrində  belə, 

mərkəzdən qaçan milli təmayüllər qüvvətlənir. 

Sovet  Rusiya  mərkəzi  ilə  bu  mərkəzə  tabelik  bədbəxtliyinə  düşən  bir 

məmləkət  arasında  cərəyan  edən  münasibətlərin  tarixi  başlı-başına  bir  mövzudur. 

Bu  mövzu  dünya  müstəmləkə  siyasətinin  müxtəlif  zaman  və  məkanlarda  aşkar 

etdiyi  istismar  şəkli  və  üsulları  ilə  ditqətəlayiq  müqayisələr  üçun  çox  dəyərli 

materiallar  verir.  Fəqət  məqsədimiz  Rusiyada  hazırda  cərcyan  edən  hadisələri 

təsbit olduğundan, gündəlik hadisələr arasından bu mövzuya bağlanan ən muhümü 

üzərində  duralım.  Qızıl  qalpaq  altında  müşahidə  olunan  milli  hərəkətin  ən 

diqqətəlayiq  hadisəsi  şübhəsiz,  Ukrayna  separatçılığıdır.  Bu  haqda  dünya 

mətbuatına əks edən şayiələri heç də mübaliğəli hesab etmək olmaz. 

Siyasi  cəhətdən  Velikorus  istilasından  qurtula  bilməyən  Ukraynanı 

mədəniyyətcə olsun Moskvanın təsirindən qurtarmaq üçün Ukrayna vətənpərəst və 

milliyyətçilərindən bir çoxu idarələrə girmiş, fəal bir surətdə çalışmağa başlamış və 

az zamanda Ukrayna idarələrini milliləşdirmək xüsusunda çox böyük nəticələr əldə 

etmişlərdir. 1923-cü ildə dövlət maşını (başdan-ayağa qədər, çox cüzi bir istisna ilə 

rusca olaraq işləyirdi. 1925-si ildə dövlət işləri yüzdə 20 nisbətində ukraynalaşmış 

idi. İndi isə yüzdə 65 nisbətində milliləşmişdir. Kəndlərdə isə milliləşmə tamamilə 

icra edilmişdir. 

İki il əvvəl ukraynalı firqə katiblərinin ədədi yüzdə 25 nisbətində idi. İndi 

isə  40  ilə  49  nisbətindədir.  Ümumi  mərkəz  siyasi  bürosunun  9  üzvündən  7-si 

ukraynalıdır. Ukrayna İcra heyəti üzvləri arasında 11-i ukraynalıdır. Üzvlərin cəmi 

18-dir.  22  Xalq  İcra  Komitəsi  sədrlərindən  25-i  ukraynalıdır.  Mərkəzi 

müəssisələrdə  yüzdə  55  ilə  66  nisbəti  təşkil  edən  ukraynalıların  ikinci  dərəcəli 

təşkilatlardakı miqdarı yüzdə 65 nisbətinə çatmaqdadır. 

Dövlət  idarəsində  bu  şəkildə  olan  milliləşmə  digər  xüsusatda  da  çox 

mühüm  müvəffəqiyyətlərə  nail  olmuşdur.  İlk  məktəblər  yüzdə  80  nisbətində 

milliləşmişdir. Artıq qalan 20 nisbəti isə ukraynalı olmayan azlıqda qalanlar təşkil 

edirlər.  İkinci  dərəcəli  məktəblər  yüzdə  60  nisbətində  milliləşmişdir.  Xarkov 




12 

 

universitetindəki  Ukrayna  tələbəsinin  nisbəti  23-dən  46-ya  çatmışdır,  İki  il  əvvəl 



Ukrayna dilində çıxan qəzetlərin  miqdarı ümum  mətbuata nisbətlə  yüzdə 37 ikən, 

indi  yüzdə  61-i  təşkil  edir.  İl  yarım  əvvələ  qədər  ukrayna  dilində  dərslik  kitablar 

yox  kimi  idi.  İndi  bunların  miqdarı  yüz  mini  keçmişdir.  Ukraynada  nəşr  olunan 

kitabların  yüzdə  80-i  ukraynacadır. Ukraynada  ruslar bəzi  yerlərdə  öz  övladlarını 

oxutduracaq rus məktəbləri tapa bilmirlərmiş. 

14  avqust  tarixli  nüsxəsində  “İzvestiya”  qəzetəsi  Ukrayna  ayırıcılığından 

aşkar surətdə bəhs etməkdədir.  Qəzetə Ukrayna  sovet  Cümhuriyyətinin paytaxtını 

təşkil edən Xarkovun çox zamandan bəri Moskva ilə yaxşı münasibətdə olmadığını 

etiraf edir. Ukraynalılar öz məmləkətlərində russa danışanlarla bir növ barışmırlar 

və ukraynaca bilməyən məmurları işdən qovurlar. “İzvestiya”nın yazdığına görə bu 

işdən  qovulanların  əksəri  Moskvadan  göndərilmiş  məmurlardan  ibarətdir. 

Qəzetənin  yazdığına  görə,  yaxında  Moskvadan  Xarkova  Ukrayna  separatçılığına 

son qoymaq səlahiyyətilə hazırlanmış bir komissar göndəriləcəkmiş. 

15  avqust  tarixi  ilə  “Havas”  agentliyinin  nəşr  elədiyi  məlumata  görə, 

Kommunist  firqəsi  daxilindəki  çəkişmələrin  üzə  çıxması  ilə  Ukrayna  Kommunist 

firqəsindəki  separatçılıq  daha  da  şiddətlənmişdir.  Üzvlərinin  əksəriyyəti  şəxsi 

əlaqələrlə  Moskvaya  bağlı  olan  Ukrayna  Kommunist  Firqəsi  Mərkəzi  heyəti 

gündən-günə  qüvvətlənən  separatçı  cərəyanlarla  mübarizə  etməkdən  aciz  bir  hala 

gəlmişdir. 

Separatçılar 

Ukraynanın  istiqlalını,  Moskvaya  faktik  olaraq 

bağlanmamağı  və  bunlardan  ən  ifratları  isə  sovetlər  İttifaqından  çıxmağı  tələb 

edirlər. 

Səlahiyyətli  bolşevik  xadimləri  bu  hərəkata  əcnəbi  dövlətlər  tərəfindən 

rəvac  verildiyi  qənaətini  izhar  etməklə  şiddətli  tədbirlərə  əl  atmaq  lüzumunu  irəli 

sürürlər. 

Ukraynadakı  vəziyyəti  hekayə  edən  bu  hal  az-çox  qeyri-rus 

cümhuriyyətlərin  hamısında  özünü  göstərir.  Türk  elləri  ilə  Qafqasiya 

cümhuriyyətlərində dəxi bu hərəkətin bariz misallarını tapmaq olar. 

1923-cü  ildəki  Azərbaycan  şərab  spirtini  Rusiya  buğda  spirti  ilə 

rəqabətdən salmaq məqsədi ilə Qafqasiya daxilində köməksiz bir şərait altına salan 

Moskva  qərarnaməsini  tənqid  edən  “Azərbaycan  ticarət  və  sənaye  müdiriyyəti” 

Zaqafqaziya  komissarlar  şurasına  göndərdiyi  şikayətnaməsində  “bu  kimi 

siyasətlərin  oxşarları  ancaq  kapitalist  dövlətlərin  yenicə  istila  etdikləri 

müstəmləkələrində arana bilər. Fəqət bu siyasət kapitalist məmləkətlərə yaraşsa da, 

müttəfiq  sosialist  cümhuriyyət  federasionu  arasında  qəbul  edilməməlidir...” 

deyirdi. 

Türküstanlı  kommunistlərdən  Rıskulovun  “Müstəmləkəçi  yoldaşlara” 

qarşı  mübarizəsi  məşhurdur.  Onun  1920-ci  ildə  Bakıda  açılan  Şərq  millətləri 

qurultayındakı tənqidləri bolşevik rəislərini az əsəbiləşdirməmişdir. 

1924-cü  ildəki  sultan  Əliyev  hadisəsi  şimallı  türk  kommunistləri 

arasındakı çox  mühüm bir separatçılıq hərəkatını isbat edirdi. O zaman Türküstan 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə