Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   2   3   4   5   6   7   8   9   ...   28

13 

 

basmaçılarıyla,  Azərbaycan  millətçiləri  ilə,  hətta  Türkiyə  və  İran  zümrələri  ilə 



təmasa girən və bütün bu millətlərdəki siyasi qüvvətlərlə gizli münasibət təsis edən 

Sultan  Əliyev  yalnız  əski  xidmətlərinə  hörmətən  edam  edilmədi.  Ancaq  özünün 

firqədən ixracı ilə kifayətlənildi. 

Gürcüstandakı  “Mötəzilə”nin  Moskva  ilə  mücadilələri  də  məşhurdur. 

Çakayanın  Moskvaya  göndərdiyi  protesto  raportu  vaxtilə  ifşa  edilmişdi. 

Azərbaycanda dəxi “Budaqovçuluq” adı ilə məşhur bir cərəyan zühur eyləmişdi ki, 

buna  birləşən  partizanlar  kommunist  olduqları  halda,  firqənin  milli  proqrama  aid 

ümdə və qərarlarının səmimiyyətlə tətbiqini istəyir və bu xüsusda israr edirdilər. 

Mərkəziyyətçi  kommunistlər  öz  aralarından  zühur  edən  bu  kimi 

“mötəzilə”yə  qarşı  amansız  davranır,  “milliyyət  xəstəliyinə”  tutulan  bu 

“arxadaşları” dərhal ya Moskvaya cəlb edir və yaxud Sibiryanın uzaq bir guşəsinə 

göndərərək onlara eskimoslar arasında təbliğatçı vəzisfəsi tapşırırlar. 

Fəqət  bütün  bu  tədbirlərə  rəğmən  milliyyət  davası  hər  cür  maniə  və 

müşkilata  baxmayaraq,  özünə  sadiq  mücahidlər  toplayır  və  çox  böyüməklə  sərf 

etmək surətilə olsa da, tərəqqi və inkişaf edir. 

Ümumi məktəblərlə dövlət idarələrinin milliləşməsi xüsusunda mütəmadi 

surətdə  baş  verən  mücadiləni  təsbit  etməklə  bərabər  milli  ədəbiyat  və  milli  tarix 

əsərlərini nəşr xüsusunda göstərilən təşəbbüslərin çox tərifəlayiq bir səy olduğunu 

da burada qeyd edə bilərik. Bu təşəbbüslərin nə  kimi bir  məqsədlə icra edildiyinə 

bir misal olmaq üzrə Azərbaycan ədəbiyyat cəmiyyətinin böyük şairimiz Füzulinin 

400  illiyini  bayram  etmək  məqsədilə  nəşr  eylədiyi  risaləyə  yazdığı  müqəddiməni 

buraya  nəql  edirik.  Risalənin  müqəddiməsində  deyilir  ki:  “Azərbaycan  ədəbiyyat 

cəmiyyətinin  ən  başlısa  işlərindən  biri  də  türk  ədəbiyyatının  qiymətli  abidələrini 

tapıb  yaşatmaq,  onları  meydana  gətirən  dahiləri  unutqanlıq  pərdələri  içindən 

çıxararaq xalqa və xüsusilə türklərdə kültür və mədəniyyət oladığı iddiasını gizli-

gizli məqsədlərlə ortaya ataraq öz riyakar tarixlərinə şərəf qeyd etmək istəyən Qərb 

sənət  simsarlarına  göstərərək  bu  kirli  böhtanı  üzərimizdən  atmağa  çalışmaqdır. 

Azərbaycan  ədəbiyyat  cəmiyyəti  qiymətli  şairi  Füzulinin  400-cü  ili  şərəfinə  tarixi 

bir  gecə  hazırlarkən  tarixi  bir  vəzifə  də  yapmış  və  eyni  zamanda  o  geniş  türk 

xalqları kütləsinə də tarixdəki qiymətləri, dühaları tapıb çıxarmaq, hörmət və təqdir 

etmək xüslarında da ilk doğru yol göstərmə borcunu ifadə etmiş olur”. 

Milli  müxalifət  cərəyanının  qeyri-rus  kommunist  zümrələri  arasındakı 

məfkurəvi  qüvvəni  təqdir  edə  bilmək  üçün  yenə  Ukrayna  həyatına  qayıdaq: 

Yuxarıda  qeyd  olunan  təfsilatdan  göründüyü  kimi,  Ukrayna  milliyyətpərvərliyi 

kommunist  internasionalizminin  hər  şeyi  bərabərləşdirən  mənfi  təsirinə  rəğmən, 

nasionalizm nöqteyi-nəzərindən çox mühüm nəticələrə gəlmişdir. 

Ukraynadakı bu hərəkatın nə kimi bir ruhla hissiyyatlanıb hankı əməllərlə 

mütəhərrik  olduğunu  öyrənmək  üçun  sovet  mətbuatında  görünən  bəzi  nəşrləri 

gözdən keçirmək lazımdır. Bu nəşrlər bizə “ukraynalaşdırma” siyasətinin “Sovetlər 

İttifaqı”  ayamasını  daşıyan  “Böyük  Rusiya”  ideyası  nöqteyi-nəzərindən  nə  kimi 




14 

 

təhlükələrin  içərisində  olduğunu  göstərir.  Bu  tədqiqat  eyni  zamanda  bizə  Avropa 



qəzetlərinə  əks  edən  Ukrayna  separatçılığı  haqqındakı  şayiələrin  də  əsl  və  fəslsiz 

olmadığını isbat edir. 

Ukrayna  Mərkəzi  İcraiyyə  heyətinin  üçüncü  ümumi  yığıncağındakı 

Kommunist  fraksionuna  qarşı  baş  verən  bayanatında  firqə  katibi  Kaqanoviç 

Ukraynada  milli  şovinizmin  hökmran  olduğunu  gizlətməyirdi.  Kaqanoviçin 

etirafına görə, Ukraynada həm Ukrayna, həm yəhudi, həm də velikorus şovinistliyi 

varmış. Bu şovinistlik xüsusilə ukraynalılar tərəfindən hərarətli bir surətdə davam 

etdirilməkdədir.  Kommunizm  məfkurəçiləri  “siniflər  xaricində  və  fövqündə  milli 

mədəniyyət yoxdur və ola bilməz” deyə hər kəsi başa salmaqda ikən milli Ukrayna 

məfkurəçiləri  bunun  ziddinə  rəvac  verərək  “milli  azadlıq  və  milli  kültürün  bu 

hürriyyəti  istehsal  yolundakı  əhəmiyyəti  məsələsini  pərdələyərək”  Kaqanoviçin 

firqə  konqresində  söylədiyi  kimi  “kommunist  mühitindəki  daha  zəif  təbəqələrin 

fikirlərini  zəhərləyirlər”.  Digər  firqə  rəislərindən  Kotnevşinin  söyləməsinə  görə, 

Ukrayna  firqəsinin  içində  elələri  varmış  ki,  “sənayeyi-nəfisə  ilə  ədəbiyyata 

bağlanan iqtisadi, siyasi və istehsal işlərinə aid xüsusiyyətlərdən ayırmaq tərəfdarı” 

imişlər.  Bu  kommunistlər  milləti  öz  mahiyyətində  bütöv  bir  təsisat  kimi  qəbul 

edərək milliyyət məsələsinə də mütləq bir qiymət verirlərmiş. 

Göründüyu  kimi,  milli  şüur,  tətbiq  olunan  şiddətli  kommunizm 

məngənəsinin  əzici  qısqaclarından  sıyrılaraq  bolşevik  firqəsini  sarsıdır.  Yuxarıda 

qeyd olunan Kotnevşinin dediyinə  görə, fəhlə sindikatları konqreslərindən birində 

kommunistlərdən  birinin  çıxıb  da  rəhbər  olaraq  çalışdığı  vahid  fəhlə  sindikatının 

milli cümhuriyyət sindikatlarına ayrılmasının faydalı olduğundan bəhs eyləmişdir. 

Ukrayna  kommunist  firqəsinin  son  konqresində  Xivyelov  adında  bir 

kommunistin  Ukrayna  ədəbiyyatı  haqqındakı  milliyyətpərvəranə  nitqi  qeylu-qala 

səbəb  olmuşdur.  Ukrayna  ədəbiyyat  və  mədəniyyətinin  özünəməxsus  bir  qiymətə 

malik  olduğundan  bəhs  edən  bu  natiq  ukraynalılar  üçün  mədəni  xüsusatda 

Avropaya baxmaq lazım gəldiyini söyləmişdir. “Avropaya üz çevirmək” məsələsi 

Ukraynada  ən  çox  münaqişəyə  səbəb  olan  bir  məsələdir.  Bura  ziyalıları  arasında 

“iki  mədəniyyət”  haqqındakı  münaqişə  qədər  fikirləri  məşğul  edən  başqa  bir 

ictimai  mövzu  yoxdur.  Bu  iki  mədəniyyətdən  birisi  rus,  digəri  də  Avropa 

mədəniyyətidir.  Bu  mövzu  üzərində  cərəyan  edən  münaqişə  əsnasında  ukraynalı 

kommunistlərdən  birisi  “rus  kültürü  ilə  Ukrayna  kültürünün  mücadilə  halında 

olduğundan” bəhs eyləmişdir. 

Məlum olduğu üzrə bolşeviklərdə bütün günahları “burjuaziya”nın üstünə 

yıxmaq adəti vardır Ukraynadakı bu əhvali-ruhiyədən bəhs edən sovet mühərrirləri 

bu  klassik  metoda  sadiq  qalaraq  yazırdılar  ki:  “sərhəd  boyundakı  burjuaziya 

vəziyyətə  görə  istiqamət  alır.  O,  əyalətlərin  sovetlər  İttifaqından  çıxmasına  rəvac 

verir.  Burjualar  bu  separatçılıq  hərəkatı  ilə  əyalətlərdəki  fəhlələri  sovetlər 

mərkəzindən  ayırmaqla  zəif  düşürmək  və  sonra  istədikləri  kimi  istismar  edərək 

kapitalist Qərb dövlətlərinin ağuşuna atmaq istərlər. həqiqi məqsədləri isə hurriyyət 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə