Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   2   3   4   5   6   7   8   9   10   ...   28

15 

 

və istiqlal deyildir”. Budur Moskvanın mədəni təsirindən uzaqlaşmaq şüarı altında 



saxlanan əsl məqsəd, milli istiqlal məqsədi! 

Ukrayna  Kommunist  Firqəsinin  ən  mühüm  rəhbərlərindən  olan  Çubar 

Xarkov  firqə  yığınsağında  Ukrayna  kəndlilərinin  əhvali-ruhiyyə  və  siyasi 

təmayüllərini  təhlil  edərkən  bu  kəndlilərin  “Moskvadan  uzaq,  Moskvaya  heç  bir 

şey  verməyəyin.  Sosializmin  təsisi  uçün  nə  lazımsa  hamısı  bizdə  vardır.  Kafi 

dərəcədə kömür, dəmir  və ərzaq bizdə varkən nədən Moskva ilə bağlanaq. Nədən 

ruslara  tabe  olaq!”  deyə  düşündüklərini  təhlil  eləmişdir.  Bu  ruh  yalnız  kəidliləri 

deyil,  firqə  üzvlərindən  bəzilərini  dəxi  cəlb  edirmiş.  Belə  ki,  Çubardan 

öyrəndiyimizə  baxılırsa  “şovinizm  kənddə  artdığı  kimi,  şəhərdə  də  artır.  Şəhərli 

Ukrayna ziyalısı qanadlanır və özünə mühüm bir mövqe tutmaq istəyir... Nəticədə 

şovinist Ukrayna ziyalılarının yaydığı məfkurə Ukrayna gəncliyinə də təsir edir”. 

Budur  sovet  mətbuatından  çıxan  həqiqətlər  və  etiraflar  ki,  bizə  son 

zamanlarda  aktual  (əməli)  bir  şəklə  girdiyindən  bəhs  olunan  və  Ukrayna 

separatçılığının  xalq  kütləsi  içində  dərin  köklər  buraxmış  ciddi  bir  hərəkat 

olduğunu iddia etməyə imkan verir. 

Milliyyətçilik  yalnız  Ukraynada  deyil,  Azərbaycanda  dəxi  vəziyyət 

almaqda  olduğundan  sovet  mətbuatı  az  şikayət  etməyir.  Azərbaycan  şerinin  indi 

milliyyət  ruhuna  tərcüman  olduğundan,  ədəbi  məcmuələrin  “xırda  burjua 

təmayülatı”na  qapıldığından  “Qızıl  Azərbaycan”  tənqidçiləri  daima  şikayət  edib 

dururlar. 

Rəsmi  sovet  komissarlarının  ruscanı  Azərbaycanda  yaymaq  üçün 

uydurduqları  əsarət  fəlsəfəsinə  rəğmən  Avropa  mədəniyyəti  ilə  bilavasitə  təmas 

edən  Azərbaycan  kəndləri  (kommunist  olanları  belə),  ruscanın  Azərbaycan  üçün 

bir  mədəniyyət  naqili  olduğunu  qəbul  etməyir;  Ukraynada  olduğu  kimi,  “bizə  rus 

mədəniyyəti  deyil,  Avropa  mədəniyyəti  lazımdır!”  deyirlər  və  bunun  üçün 

Moskvaya  deyil,  Avropaya  tələbə  göndərməyin  vacib  olduğunu  irəli  sürürlər. 

Mahmud  Qarayev  bundan  bir  neçə  ay  əvvəl  söylədiyi  nitqlərindən  birində  “Açıq 

çarpışmada məğlub olan müsavatçılığın məktəb sıralarında pusqu qurub bolşevizmi 

oradan  devirmək  fikrində  olduğunu”  zikr  və  sovet  hökumətini  milliyyət  ruhunu 

yayan  müəllimlərlə  mübarizəyə  dəvət  edirdi.  Bakıda  toplanan  türkoloji  konqresin 

“pantürkistlər  tərəfindən  istifadə  olunmamasını  təmin  üçün  yaxşı  əmək  sərf 

edilməsinə rəğmən, yuxarıda adı çəkilən konqresdə “nə yapsalar da bizi böyük türk 

kültür  və  mədəniyyəti  yaratmaq  əzmindən  döndərəməzlər”  mənasında  söylənən 

hərarətli nitqlər iradını qadağan edə bilməmişlərdi. 

Əvəl, kəndli fəaliyyəti şəklində sinif müxalifətinə məruz qalan kommunist 

hakimiyyəti,  eyni  zamanda  milli  separatçılıq  müxalifətinə  də  məruzdur.  Çar 

Rusiyasının  məhvinə  səbəb  olan  iki  mühüm  amil  Qızıl  rus  imperializminin  də 

əsaslı zəifliyini təşkil edir. 

 

 



16 

 

BEYNƏLMİLƏL VƏZİYYƏT 

 

Lenin  yeni  iqtisadi  siyasəti  elan  edərkən  bunun  kommunizm  üçün 



müvəqqəti  bir  tənəffüsdən  ibarət  olduğunu  elan  eyləmişdi.  Halbuki  kommunist 

firqəsinin 14-cü konqresi bu  “tənəffüs”ün  kapitalist dövlətlərlə Sovetlər Birliyinin 

dinc  yanaşı  yaşamalarını  ifadə  edən  uzunca  bir  dövr”lə  əvəz  olunmasını 

qüvətləndirmişdir

*



Kommunistlər “İqtisadi Brest-Litovsk” dedikləri bu “təpəffüs”ün elanı ilə 



bütün  ümidlərini  Avropada  zühur  edəcək  inqilabi  hərəkatların  qüvvətlənməsinə 

bağlamışdılar.  Halbuki  indi  14-cü  konqresin  qərarı  nəticəsində  kommunistlər 

“kapitalist  dövlətlərdə  qismən  olsun  sabitləşmə  hasil  olunduğuna  və  Avropa 

burjuaziyasının 

siyasi 

cəhətdən 



qüvvətləndiyinə” 

qane 


olmaq 

məcburiyyətindədirlər

*



Əvvəlcə sosialist Rusiya ilə kapitalist Avropanın “bir arada yaşamayacağı 



qənaətində olan bolşeviklər indi “uzunca bir dinc münasibət” dövrünə girdiyindən 

sonra  bu  münasibətin  pozulması  ehtimalına  qarşı  çox  həssaslıq  göstərir  və  bunu 

heç  də  arzu  etməyirlər.  “Avropa  dövlətləri  ilə  təsis  etdiyimiz  bu  münasibət 

beynəlmiləl  əmniyyətimizi  təmin  edirmi?”  sualına  14-cü  konqres  qərarlarını  şərh 

edən  Yaroslavski  “bu  münasibət  çoxaldıqca  onun  günün  birində  pozulması 

ehtimalı  bizi  daha  çox  qorxuda  buraxır”  deyə  cavab  vermişdi.  Eyni  müəllif 

beynəlmiləl vəziyyətdə hərb ehtimalı olub-olmadığını təhlil edərkən sonra belə bir 

təhlükənin  mövcud  olduğunu  irəli  sürərək  “sovetlər”in  bu  ehtimala  qarşı  hazır 

olmaları lüzumundan ciddiyyətlə bəhs eyləmişdir. 

Bu  iqtibaslardan  da  göründüyü  kimi,  bolşevik  hökuməti  beynəlmiləl 

siyasətdə  müdafiə  vəziyyəti  almışdır.  Onun  qonşuları  ilə  bağladığı  bitərəflik  və 

hücum  etməmə  anlaşmaları,  qüvvətindən  irəli  gələn  müsbət  bir  hadisə  olmaqdan 

daha  çox  mənfi  bir  zəiflik  əlamətidir.  Bütün  qeyrət  və  səylərinə  baxmayaraq 

Moskva  diplomatları  “Avropa  sabitliyini”  pozmaq  üçün  Almaniyanın  Millətlər 

Cəmiyyətinə  girməsinə  mane  ola  bilmədilər.  Və  bu  gün,  bu  mühüm  hadisə 

qarşısında  “Avropa  sabitliyinin  hələ  davam  etməkdə  olduğunu”  etiraf  etmək 

məcburiyyətindədirlər. 

Beynəlmiləl  münasibətlərdəki  sabitlikdən  öz  hesabına  çox  böyük 

təhlükələr  görən  sovet  hökuməti  bir  tərəfdən  Estoniya  və  Bolqarıstan  kimi  sui-

qəsdləri  qüvvətləndirir,  digər  tərəfdən  də  Avropa  fəhlə  sindikatları  ilə  anlaşmaya 

və  vahid  cəbhə  təsisinə  səy  edirdi.  Birinci  növdən  olan  təcavüz  təşəbbüsləri  puç 

olmağa məhkum qaldığı kimi, ikinci növdən müdafiə manevrləri dəxi suya düşmüş 

                                                           

*

“14-cü konqres nələri Həll etdi?” səhifə 9, Moskva.



 

*

 Eyni əsər, səhifə 10. 



 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə