Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

17 

 

oldu.  İngiltərədəki  ümumi  tətili  könlü  istədiyi  məcraya  sövq  etmək  imkanından 



məhrum  qaldıqdan  sonra  kömür  çıxaranların  müqavimətini  möhkəmləndirmək 

üçün  ingilis  fəhlə  sindikatları  ilə  rus  fəhlə  sindikatları  nümayəndələrindən  ibarət 

olaraq  vücudə  gətirilən  ingilis-rus  komitəsini  də  dağıtdı.  Bu  komitə 

müzakirələrində  ingilisdən  daha  çox  ingilis  görünən  rus  nümayəndələrinin  siyasi 

bir  qəsdlə  hərəkət  etdikləri  ingilis  nümayəndələrinə  tamamilə  əyan  oldu.  Bunun 

nəticəsində  İngiltərə  hökuməti  Tred-Yunlar  konqresində  iştirak  etmək  məqsədilə 

İngiltərəyə gəlmək istəyən Rusiya Fəhlə sindikatları nümayəndəsi Tomskiyə icazə 

vermədi.  Və  bu  qadağan  İngiltərə  fəhlələri  tərəfindən  ciddi  bir  etiraz  belə 

doğurmadı.  Bu  etibarsızlıq  yalnız  Avropadakı  fəhlə  təşkilatları  və  sindikatları  ilə 

olan  münasibətdə  deyil,  Moskvanın  ən  sadiq  tərəfdarları  olan  Avropadakı 

kommunist firqələri birər-birər Moskvadan uzaqlaşmaya, hər tərəfdə çürüməyə və 

parçalanmaya başlamışlardır. Üçüncü  internasional  halhazırda  Rusiya Kommunist 

Firqəsində  müşahidə  olunan  böhraiın  eynini  yaşamaqda,  ifratçılarla  mötədillər 

arasında şiddətli mücadilə və çarpışmalara səhnə olmaqdadır. Sovet höküməti artıq 

bütün dünya proletariatının böyük bir şövqi-inqilabla özlədiyi və xəyalında idealizə 

etdiyi sənnətəbənzər bir məmləkət şəklindən çıxmışdır. 

Fransa,  Almaniya,  Belçika  və  sair  Kommunist  firqələri  bir  neçə  qismə 

ayrılmış, Moskvanın ayırdığı vəsait azaldıqca onların da hərarəti kəsilmiş, atəşləri 

sönmüşdür.  hələ  bolşeviklərin  lap  çox  güvəndikləri  Almaniya  Kommunist 

Firqəsindəki  parçalanma  vəziyyəti  son  həddinə  çatmış,  firqə,  sözün  tam  mənasilə 

dağılmışdır. 

Diqqətəlayiqdir  ki,  hələ  sabit  bir  hala  düşməyən  Avropa  dövlətlərindəki 

ictimai  və  iqtisadi  titrətmə  üzündən  çıxan  çətinliklər  kommunistliyə  mail  sol 

firqələri  qüvvətləndirməkdən  çox,  İngiltərə  ilə  Fransada  olduğu  kimi,  daha  sağ 

qüvvətlərin iş başına gəlmələrinə səbəb olmuşdur. Belə ki, Rusiyadakı kommunist 

təcrübəsindən  doğan  nəticələr  Avropa  müvazinəsini  pozmağa  çalışan  bolşevik 

səylərini səmərəsizliyə məhkum buraxmış bu işin demokratiyaya ziyan vurmaqdan 

və faşizmin çörəyinə yağ sürtməkdən başqa bir faydası görülməmişdir. 

Avropadakı demokratiya  hərəkatına öz boşboğaz müdaxiləsi ilə az ziyan 

vurmayan Moskva müdaxiləçiləri Şərqdəki hurriyyət və istiqlal hərəkatlarına dəxi 

yerli-yersiz  müdaxilələri  ilə  az  zərər  verməmişlərdir.  Məsələn,  İrandakı  yeni 

vəziyyətin  cümhuriyyət  şəklində  deyil,  yeni  şahlıq  şəklində  qərarlaşmasına 

bolşevik  siyasətinin  qanunsuz  cümhuriyyətçiliyi  ilə  şübhəli  şahçılığının  az  təsiri 

olmamışdır. 

Eyni  metodla  Sovet  hökuməti  Çindəki  milli  hərəkatı  dəxi  çox  çətinliyə 

salmışdır. Hər nə qədər Kanton hökumətinin son müvəffəqiyyətləri ilə iftixar etsə 

də,  bolşevik  hökuməti  Çan  Zulin  hökumətindən  gördüyü  həqarətlərə  qatlaşmaq 

məcburiyyətində  qalmışdır.  Şərqi  Çin  dəmir  yolundakı  icraatından  dolayı  Çan 

Zulinə  ikinci  protesto  notasını  göndərən  Qızıl  Moskvanın  öz  hüququnu  silahla 

müdafiə  edəcəyi  təxmin  edilə  bilməz.  O  ancaq  başqalarını  ixtilal  və  ixtilaflara 




18 

 

təhrik  edir,  fəqət  özü  mahiyyətsiz  hərbə  atılacaq  dərəcədə  qüvvətli  və  ehtiyatsız 



deyildir.  Bolşeviklər  buradakı  intriqaları  ilə  dəxi  təcavüzi  olmaqdan  ziyadə 

müdafiə  xarakterli  bir  plana  bağlıdır.  Qərbdə  Əmniyyət  və  bitərəflik  müqavilələri 

bağlayan sovetlərin Şərqdə fəal bir qrup planlar tətbiqi ilə məşğul olduğunu təxmin 

edənlər varsa, aldanırlar. 

Avropada  nə  bahasına  olursa-olsun  bir  üsyan  çıxarmaq  işində 

müvəffəqiyyətsizliyə,  Şərq  hərəkatını  bolşevikləşdirmək  xüsusunda  peşmançılığa 

uğrayan  kommunist  hökuməti  Avropa  dövlətləri  arasında  çox  ağır  və  quru  bir 

hərəkətlə  olsa  da,  baş  verən  sabitləşmə  və  müvazinəti  pozmamaqla  bərabər,  çox 

möhtac  olduğu  əcnəbi  sərmayəsini  də  cəlb  edə  bilməmişdir.  Makdonald 

hökumətini  sovetlərə  yeni  istiqraz  təmini  uçün  razı  edən  sovet  diplomatları 

Balduvin  hökumətinin  müqavimətindən  sonra  bütün  ümidlərini  fransaya 

bağlamışlardı.  Fəqət Krasini  əvəz  edən  Rakovskinin bütün  məharət və  bəlağətinə 

baxmayaraq,  Rusiya-Fransa  danışıqlarının  həmən  gördüyümdə  ilişib  qaldığı 

məlumdur.  Heryö  Fransası  ilə  işi  başa  gətirə  bilməyən  sovetlərin  Puankaredən  üz 

görəcəkləri  əlbəttə,  danışıq  mövzusu  ola  bilməz.  Özü  xeyirxahlığa  möhtac  olan 

Fransanın  etibarsız  Rusiya  bolşsviklərinə  pul  borc  verəcəyi  kimsənin  ağlına 

gəlməz! 

Beynəlmiləl  münasibətlərdəki  bütün  bu  mənfi  nəticələrə  baxmayaraq  bu 

fəslin  başında  işarət  etdiyimiz  kimi,  “Sovetlər  İttifaqı”  kapitalist  dövlətlərlə  təsis 

etdiyi  münasibətlərin  pozulacağı  ehtimalından  çox  qorxur.  Sovet  mətbuatı  daima 

belə bir təhlükədən bəhs edib durur. 

 

RUS FƏHLƏSİ NƏ DEYİR? 



 

Məlum  olduğu  üzrə,  kommunist  hakimiyyəti  fəhlə  naminə  qurulmuş  bir 

müəssisədir.  İbtidada  bu  hakimiyyət  fəhləni  az-çox  təmsil  edirdi.  Bolşevizm  rus 

fəhləsinin qeyri təbii vəziyyətindən doğulmuş bir qüvvə kimi qəbul edilirdi. Fəqət 

bu  gün  kommunist  hökuməti  artıq  bir  fəhlə  hökuməti  olmaqdan  çıxmış,  siniflər 

fövqündə bir klin hakimiyyəti şəklinə girmişdir. Bu klin Avropa fəhləsi üzərindəki 

romanitik  təsirini  itirməzdən  əvvəl,  təbii  ki,  rus  fəhləsi  üzərindəki  təsirini 

itirmişdir. Rus fəhləsi naminə kommunist hökumətinə qarşı təşkil olunan müxalifət 

artıq firqə daxilildə “fəhlə qrupları” təşkil etmək şəklindən çıxaraq açıq müxalifət 

şəklini almışdır. İndi bu müxalifət olduqca müəyyən siyasi bir qüvvə halına gəlmək 

üzrədir.  “Fəhlə  müxalifəti”nin  hal-hazırda  əcnəbi  məmləkətlərdə  bürosu  və 

propaqanda aparacaq nümayəndələri vardır. Bunlardan, Qızıl Ordudakı xidməti ilə 

tanınan,  çox  məsul  firqə  vəzifələrində  olmuş  Badyan  adlı  fəhlədən  yetişmə  bir 

kommunistin icazə ilə Berlinə gələrək burada firqədən istefa etməsi və açıq surətdə 

müxalifətə  keçməsi  günün  diqqəti  cəlb  edən  hadisələrindəndir.  Bolşevik  mətbuatı 

Badyanın  kommunist  firqəsinə  mənsub  nüfuzlu  bir  fəhlə  olduğunu  inkar  edə 

bilməmişdir.  Fəhlə  müxalifəti  adına  əcnəbi  məmləkətlər  mətbuatında  yayılan 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə