Azərbaycan elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix01.11.2017
ölçüsü0,63 Mb.
#7630
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

19 

 

proqramın  maddələri  də  əhəmiyyətdən  ari  deyildir.  Rusiya  fəhlələri  arasındakı 



əhval-ruhiyyəni az-çox formula etdiyindən bu proqram maddələrini aşağıdakı kimi 

nəql edirik: 

I.  Kommunist  internasional  səmiyyəti  ilə  Beynəlmiləl  Kommunist  fəhlə 

sindikatları  birliyinin  yenidən  təşkili  ilə  bu  müəssisələrə  hökumət  kassasından 

təsisat  verilməsinin  qadağan  edilməsi.  2.  Kommunist  firqəsi  dövlət  makinası 

üzərindəki  təsirindən  vaz  keçməlidir  və  hakim  bir  sinif  təşkil  etmək  əzmindən 

daşınmalıdır.  Çünki  o,  məmləkətdə  azlıq  təşkil  edir.  3.  Əcnəbi  ticarət  inhisarının 

ləğvi. Çünki bu sistem rus xalqının iqtisadi vəziyyətini yüzdə 99% pisləşdirmişdir. 

4.  sabiq  sülalə  nümayəndələri  jandarma  korpusu  və  böyük  məmurlardan  başqa 

bütün əhalinin iştirakı ilə bərabər və gizli seçmə üsulu üzrə plebisisit keçirmək. 5. 

Edam  cəzasının  ləğvi.  1924-cü  ildən  etibarən  edam  cəzasını  tətbiqə  nəzəri  olaraq 

səlahiyyətdar  olmayan  siyasi  zabitlər  idarəsi,  fəhlə  müxalifət  qrupunun  hesabına 

görə  2000-dən  çox  adam  edam  eyləmişdir.  6.  Başqa  məmləkətlərdə  başqa 

dövlətlərə  qarşı  üsyan  çıxarmaqda  olan  kommunist  firqələrinə  yardımı  hökumət 

qəti surətdə rədd etməlidir. 7. Bütün tutulmuşlara  ümumi  əfv  verilməli  və cinayət 

işləri  yenidən  baxılmalıdır.  Çünki  Stalin  diktatorluğunda  olan  hərc-mərclik  içində 

görülən  cinayət  hökmlərinin  belə  yüzdə  99-u  qərəz  və  qızışdırma  əsəri  olaraq 

görülməkdədir.  8.  Firqə  kooperativ  və  sair  sənaye  işlərinin  idarəsindən  kənar 

edilməlidir.  9.  Sürkündə  olanlarımız  geri  dönməli  və  ali  dövlət  müəssisələri 

seçilməli  və  təşkil  oluncaya  qədər  hökumət  kəndli  və  fəhlə  sovetləri  əlində  olub 

kommunist firqəsi işlərə müdaxilə etməməlidir. 10. Mətbuat azadlığı, söz azadlığı 

və  din  azadlığı.  11.  Fəhlələr  ilə  kəndlilər  arasında  istedadlı  və  zəkalı  adamların 

zühur  eylədiyini  nəzərə  alaraq  milli  bir  demokrat  rejimii  təsisi  zamanı  bu 

qüvvələrdən dəxi istifadə etmək yolunun təmini. 12. Torpağın əvəzsiz kəndli əlində 

qalması  təmin  olunmalıdır.  13.  Dövlət  kapitalizminin  məmləkət  üçün  zərərli 

olduğunu fəhlə müxalifəti təsbiq edər. Bu sayədə fəhlənin qazancı ayda orta olaraq 

36  manata  enmişdir.  14.  Diktatorluğu  nəzərə  alaraq  bu  şərait  daxilində  bir  çox 

fəhlə  və  kəndlinin  öz  arzusu  və  iradəsi  xaricində  kommunist  firqəsinə  mənsub 

olduğu  mülahizəsilə,  Üçüncü  İnternasional  hakimiyyətini  ləğv  etməklə  bərabər, 

kommunistləri  ümumi  surətdə  təqib  və  cəzalandırmaq  niyyətindən  daşınmaq. 

Çunki  bu  xüsusda  göstəriləcək  şiddət  xalq  kütlələrini  Üçüncü  İnternasional  ilə 

istər-istəməz birləşdirə bilir. 

 

BÜROKRATİYA İLƏ FİRQƏ 

 

Bütün  əsaslı  nöqtələrindən  sarsılan  və  hər  cür  müxalifət  cərəyanlarına 



məruz  qalan  bolşevik  hakimiyyətinin  bu  gediş  ilə  varacağı  nəticəni  anlamaq 

müşkül deyildir.  Görülən işin nə sosializm,  nə də demokratizm olmadığına  yalnız 

müxalifət  rəisləri  deyil,  kommunist  firqəsinin  böyük  əksəriyyəti  də  inanmışdır, 

hətta muxaliflərini imansızlıqda ittiham edən bu günkü qalib stalinçilər belə səmim 




20 

 

qəlblərində  bu  hərəkatın  vəd  olunmuş  sosializmə  doğru  bir  gediş  olmadığına 



qanedirlər. 

Kəndlini  idealizə  edən  sağlarla,  kəndli  mənafeyinə  göz  qapayan  solların 

ikisini  də  xətada  görən  stalin  14-cü  qurultayda  söylədiyi  bir  nitqində  bu 

“təmayüllərdən  hankısı  doğrudur?  sualı  qoyula  bilməz”  demiş.  “Təmayül  kənar 

həddində  yaramazdır.  Yalnız  bu  qədər  var  ki,  sağa  doğru  çəkən  təmayülə  firqə 

mücadilə  etmək  adətinə  haqq  ilə  malikdir.  Bu  xüsusda  təcrübəsi  çoxdur.  Halbuki 

sola doğru çəkən təmayülə qarşı mücadiləyə firqə qətiyyən hazırlanmamış. Bunun 

üçündür  ki,  doğru  yoldan  kənara  çıxan  cərəyanlardan  firqə  xüsusilə  sola  gedən 

təmayüllə  daha  çox  və  daha  ciddiyyətlə  mücadilə  etməlidir.  Hücum  atəşinin 

qüvvətlisi bu səmtə yönəldilməlidir”, deyə əlavə etmişdir. 

Bu diplomatik çıxışdan aşkar görünür ki, Stalin zümrəsi kəndliyə istinadla 

kommunist hökumətini iş başında saxlamaq istəyir. Başqa bir təbirlə ifadə edəcək 

olursaq  deməliyik  ki,  sollar  tərəfindən  müdafiə  olunan  kommunist  idealizmi 

ortadan  qalxmış,  məfkurənin  qüdsiyyəti  çirkaba  batmış,  indi  görülən  iş  ancaq 

kommunist  firqəsi  tərəfindən  vücudə  gətirilən  bürokratiyanın  həyatını  bir  az  daha 

uzatmaqdan  başqa  bir  şey  deyildir.  Sözün  qısası,  kommunist  bürokratiyası  ilə 

kommunist  firqəsi  mücadilə  halındadır.  Kommunist  firqəsi  özünə  təzyiq  edən 

bürokratiyaya  qarşı  firqə  daxilində  olsa  da  domokratiya  davasına  qalxışır. 

Zümrələrə,  fraksialara  azadlıq  istəyir.  Bunlardan  bir  qismi  bu  tələbi  hətta  digər 

sosialist firqələrinə mövcudiyyət haqqı vermək tələbinə qədər irəlilədirlər. 

Stalin bürokratiyası isə müxalifətin bu davasını leninizm əleyhində qəbul 

edərək  firqə  vəhdətinin  əsl  olduğunu,  zümrə  və  fraksion  təşəkküllərinə  qətiyyən 

icazə  verilməyəcəyini  irəli  sürür.  Birisi  gizli  təşkilat,  digəri  də  dəmir  disiplinə 

(intizama-  A.R.)  və  “Çeka”  tədbirinə  müraciət  edir.  Baxalım  hankı  tərəf  qalib 

gələcək?  Fəqət  hankısı  qalib  gəlsə  də,  nəticə  bolşevik  diktatorlununun  məhvidir. 

Çünki bu surətlə kommunist firqəsi öz varlığını zail etmiş olur. 

Bolşevik  zavalını  sürətləndirəcək  ən  böyük  amil,  şübhəsiz,  firqədəki 

ixtilafın Qızıl Ordu sıralarına da keçməsidir. Ordunun bu mücadilə keşməkeşlərdən 

nə  dərəcəyə  qədər  aralı  qaldığını  kəsdirmək  təbii  ki,  asan  deyildir.  Fəqət  14-cü 

qurultay  münaqişələri  əsnasında  hərbiyye  komissarı  Voroşilovun  müxaliflərə 

xitabən  “Atəşlə  oynamayınız!”  deyə  nəşr  etdiyi  bəyannamə  ilə  hər  münaqişə 

çıxdıqsa Qızıl Ordu komandanlığında icra olunan yerdəyişmələrə baxılacaq olursa, 

kommunist  hökumətinin  bu  yeganə  istinadgahını  təşkil  edən  qüvvətin  də  rahat 

buraxılmadığı aşkar olur. 

Bundan başqa keçirdiyi maliyyə çətinliyi üzündən vəzifəli mütəxəssislərin 

miqdarını  azaltmaq  məcburiyyətində  qalan  sovet  hökuməti  “teritorial”  milis 

təşkilatına  müraciət  edir  ki,  bu  da  günün  birində  əleyhinə  dönəcək  kəndlini 

Hökumət  nəzarətinə  çox  da  tabe  olmayan  əsgəri  bir  təşəkkül  halına  gətirməkdən 

ibarətdir. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə