14
nəvazişlə ölkəni idarə etdi. Xristian olmasına, ərdə olmasına (onun əri Quriya
şahzadəsi idi) baxmayaraq, Minqreliya şahzadəsi Levan Dadyanın bacısı ilə
evləndi. Bunu özünə qarşı edilən sui-qəsd kimi qiymətləndirən Levan acıqlanaraq,
onu (Quriya şahzadəsini) knyazlıqdan saldı, gözlərini çıxartdı, onun Rüstəm xana
verdiyi qadını özünə arvad etdi. Əgər belə danışmağa cəsarətim çatsa, bu müdhiş
əlaqəyə gürcü və Minqrel ruhanilərinin mane olmaq cəhdləri heç bir nəticə
vermədi. Həmin şahzadə qızın adı Mari idi. O, hazırda Gürcüstan hakimi Şahnavaz
xanın arvadıdır.
Rüstəm xan 1640-cı ildə öldü. Onun cəsədi Quma gətirilib, dəfn edildi. O
zaman Teymurazın qohumu Şahnavaz xan İsfahanın baş hakimi idi. Rüstəm xan
sonsuz olduğu üçün onu oğulluğa götürmüş, şaha ona öz doğma oğlu kimi baxması
üçün yalvarmışdı. Əlahəzrətin də uşaqdan xoşu gəlmiş, onu sünnət elətdirmiş və
şəhərin hakimliyini ona vermişdi. Gürcüstanın hazırkı vitse-kralı odur, səksəndən
çox yaşı var, hələ də çox gümrahdır.
Rüstəm xan ölən kimi, onun arvadı Mari öz gözəlliyi haqqında Səfəvi
şahının eşitdiyini, onu gətirmək (Səfəvilərə gətirmək—V. A.) üçün əmr verdiyini
eşitdi. Ona Miqreliyaya qaçmağı və gizlənməyi məsləhət bildilər.
Səh.—150. Haqqında şahın məlumatı olduğu üçün Səfəvi imperiyasında ona
yer olmadığına əmin olduğu üçün, başqa bir yol tutub, Tiflis qalasına gəlib, orada
üç gün gizləndi. Bu zaman o, Tiflis qalasının komendantının arvadları ilə görüşür.
Həmin qadınlar onu görəndən sonra şaha məktub yazıb onun bir o qədər də gözəl
olmadığını, yaşlı olduğunu bildirdilər. Son günlərini öz ölkəsində yaşamasına icazə
almaq üçün o, şaha yalvarır. Eyni zamanda şaha çoxlu qızıl-gümüşdən ibarət
hədiyyə, qeyri-adi gözəlliyə malik olan dörd cavan, bakirə qız göndərir... Üç aydan
sonra şahdan əmr gəlir ki, Şahnavaz xan onunla evlənmək istəyir.
Səh. —151. Gürcü əyanlarının çox böyük əksəriyyəti zahirən Məhəmmədi
idilər. Bəziləri bunu sarayda qulluq əldə etmək, bəziləri dövlətdən müavinət almaq
üçün etmişdilər. Bəziləri də şah ilə öz qızlarını evləndirmək şərəfinə nail olmaq və
ya onları saray xanımlarının xidmətinə keçirmək üçün belə etmişdilər. Belə bir
çirkin nəciblik onların ən gözəl qızlarının şaha təqdim olunmasına səbəb olmuşdu.
Onların mükafatı isə müavinət və ya qulluq idi. Məhəmməd dinini isə qabaqcadan
qəbul etmək lazım idi. Müavinət isə rütbəyə görə idi: adətən iki min eküdən çox
olmurdu...
Səh.—153. Kaxet krallığı hal-hazırda Səfəvi şahına tabedir (bunu demişik).
Oranı Şahnavaz xan fəth edib. Onun oğlu orda vitse-kral olmaq üçün Məhəmmədi
olmuşdur...
Səh.—155. Kür mənbəyini Gürcüstan dağlarından alır. Şamaxıdan bir lyö
kənarda Paynar (Qaynar—V.A.) deyilən yerdə Arazla birləşir, dənizə tökülür.
Adətə görə, gürcü şahzadəsi şahın hədiyyələrini və məktublarını qapıdan çöldə
almalıdır, çünki onlar Səfəvilərdən Tiflisə gəlir...
15
Səh.—156. İmperiyanın başqa əyalət hakimləri də bu cür şahın onlara
göndərdiyi hər hansı bir şeyi şəhərdən kənarda qəbul etməlidir. Bu, şahın adamları
tərəfindən risksiz və zəhmətsiz, asanlıqla onları tutmaq vasitəsidir...
Səh.—158. ...Məhəmmədi imperiyasına aid olsa da, Tiflisdə heç bir məscid
yoxdur. Səfəvilər orda məscid tikmək üçün əllərindən gələni etmişlər, lakin
məqsədlərinə nail ola bilməmişlər. Əhali əldə silah üsyan etmiş, fəhlələrlə pis
rəftar etmişdir.
Səh.—159. Onlar bir neçə il ərzində Tiflis qalasında kiçik bir məscid tikə
bilmişlər.
Yaxşı qorunduğu üçün əldə silah qalaya daxil olub, məscidin tikintisinə
mane olmağa gürcülər cəsarət etməmişlər.
Səh.—163. ...Gürcülər heç vaxt onu Tiflis adlandırmırlar. Qala deyirlər.
Səh.—164. Tiflis axırıncı əsrlərdə iki dəfə türklərin əlində olmuşdur. Birinci
Səfəvi şahı II İsmayılın dövründə və ondan sonrakı dövrdə, Süleyman hakim olan
kimi, eyni vaxtda Təbrizi də tutmuşdur.
Səh.—173. Farsda hökmdarları böyük və kiçikliyinə görə fərqləndirirlər.
Məsələn: Midiya və Gürcüstan böyük canişinlikdir. Qaraman və Jedroziya kiçik
canişinliklərdir. Bəylərbəyi əyanlar əyanı deməkdir. Bundan bir az kiçiyi xan
adlanır. Belə hökmdarları ümumi bir adla arkondolet (imperiya əyanı)
adlandırırlar. Arkondolet yəhudi mənşəli arki sözündən olub şahzadə deməkdir,
yunanlar arxont biz avropalılar (V. A.)—arşi sözünü onlardan götürmüşük:
arximandrit baş monax, arxidyakon «baş keşiş» deməkdir.
Səh.—178. Məndə şah fərmanı vardır. Tərcüməsi belədir:
— Qala komendantlarının ticarət xidmətçiləri, krallıqların icarədarları,
şəhər məmurları, yollardakı, körpülərdəki gömrükçülər və böyük ticarət yollarının
rəisləri çox yüksək və ali saraya daş-qaşla bəzənmiş nadir əşyalar gətirən, ticarətin
gülü, fransız tacirləri, c.-b Şardən və c.-b Rezəni tanımaq şərəfinə nail olmalıdırlar.
Onlar Şahın qullarının karxanasını (bütün rütbəli şəxslər şahın qulu sayılırdı—V.
A.) ağzına qədər doldurub artıq qalana kimi bu kimi şeylərlə təmin etməyə
qabildirlər. Onlar bu mübarək nişanlı fərmanla şərəfləndirilmişlər və bu məqsədlə
də səyahət edirlər. Hara gəlib çatsalar, orada onlara mütləq hər cür hörmət
göstərilməli, lazım olan hər cür vacib kömək edilməlidir.
Həm də mütləq surətdə onları əziyyətə salmamalı, hər hansı bir tərzdə
olursa-olsun, qanunlardan irəli gələn tələblər onlardan israrla tələb edilməlidir.
Əgər şahın insan sincindən olan və tacirlərə qarşı iddia edən qulları haqqında bu
barədə qulağa səda gələrsə, bu münasibət pis nəticə verəcəkdir.
Səh.—179. Şəvval, h. 1076.
Səh.—203. Tiflisdən iki lyö cənubda, kiçik bir dağı keçdikdən sonra Kür
üstündə Soğanlı (q) adlı nəhəng bir qəsəbə var. Bir az aralıda Səfiabad deyilən şah
evi var. Səfinin yaşadığı yer mənasındadır. O, Səfəvi şahıdır, 1627-ci ildən
hökmranlığa başlayıb...