Azərbaycan elmlər akademiyasi şardəN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix04.11.2017
ölçüsü0,69 Mb.
#8351
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

18 

 

Tələsik  xəbərlər  poçt  vasitəsilə  çatdırılır.  Qasidləri  (xəbər  və  ya  məktub 



aparanları.—V.A.)  çapar  adlandırırlar.  Bu  söz  feli  sifət  olub  türk  dilindən  gəlir, 

çapan  deməkdir.  Bu  sözdən  də  «çapqan»  əmələ  gəlir  ki,  türk  dilində  «qasid» 

(poçtalyon) mənasındadır. Lazım olub at tapılmayanda çaparlar zirəklik göstərirlər. 

Şərqin  heç  yerində  əsaslı  poçt  yoxdur.  Səfəvilərdə  şah  və  hakimlərin  çaparları 

harda  əlləri  Səh.—243  nə  at  keçsə,  onu  da  minirlər,  onlara  ixtiyar  verilir  ki,  uzun 

yolla  çıxanları  da  atdan  saldırıb,  özləri  minsinlər.  Keçdikləri  yerlərin  hakimləri 

onların  atlarını  nallatmağa  borcludur.  Bu,  çox  pis  qanundur.  Müqavimət 

göstərməyə gücü və cəsarəti çatmayan, kiçik adamlar məcbur olurlar ki, ya onlara 

pul, ya da atlarından düşüb, atlarını versinlər, sonra da dallarınca qaçsınlar. Onlar 

(qasidlər—V. A.) saraya gələn xaricilərin, şah qulluğunda olan zabitlərin, hörmətli 

adamların atlarını almağa cürət etmirlər. Mühafizləri olmadığından belə işlərin pis 

nəticə  verəcəyindən qorxurlar. Adətən  keçdikləri kəndlərdən at  götürürlər. Hər üç 

kənddən birində at götürə bilirlər. Atı gətirmək üçün nökərlərini göndərirlər. 

Dəstədəki  çapar  nəzər-diqqəti  tez  cəlb  edir.  Arxadan  bağlanmış  paltoları 

(yapıncı—V.A.),  yəhərin  qaşına  keçirilmiş  kiçik  çantaları  olur:  çanta  yəhərin 

qaltaqlarına  bağlanır.  Onların  xəncəri,  qılıncı  böyürlərində  ox  qabı,  əllərində 

dəyənək  olur.  Yayı  isə  sinələrinə  keçirirlər.  Uzun  şarflarını  boyunlarına  iki  dəfə 

doladıqdan  sonra  kürəklərində  və  göbəkləri  üstündə  xaç  şəklində  kəmərlərinə 

bağlayırlar. Onları uzaqdan görəndə atdan düşəcəklərini hiss edənlər qaçıb gizlənir, 

ya  əvvəlcədən  pul  hazırlayırlar,  ya  da  pul  hazırlaya  bilməyəndə  atlarını  onlara 

verirlər.  Çaparlar,  adətən  iki-iki  gedirlər,  o  qədər  qabiliyyətli  adamlardırlar  ki, 

əllərindən qaçmaq olmur: onlara təslim olmaq lazım gəlir. 



Səh.—244. Onlar, müqavimət göstərənləri dəyənəklə, qılıncla vururlar. Bəzi 

çaparlar istədiklərinin yerinə yetiriləcəyini fikirləşib zor işlətmirlər. 

Böyük  adamlar  o  zaman  qeyri-adi  məbləğdə  ağır  xərc  çəkməyə  məcbur 

olurlar ki, şah Qulam şah və ya başqa bir hörmətli adam vasitəsilə onlara sərəncam, 

yaxud  hədiyyə  göndərmiş  olsun.  Belə  olduqda  gəlib  çatan  kimi  geyindirmək, 

gedərkən  nüfuzlarına  və  göstərdikləri  qulluğa  uyğun  hədiyyə  vermək,  qaldıqları 

müddətdə qonaq etmək, əyləndirmək lazım gəlir. Öyrəndim ki, Qulam şahın gəlişi 

(ondan danışmışam) İrivan hakiminə yatmaq və yemək xərci hesaba alınmadan 400 

tümənə  (18  min  livr)  başa  gəlmişdir.  Əksər  hallarda  göndərdiyi  adama  hansı 

hədiyyənin  veriləcəyini  şah  özü  müəyyənləşdirir.  Onda  hədiyyələri  ikiqat 

artırmağa  məcbur  olurlar.  Göndərilmiş  adamların  hansı  ailəyə  mənsub  olmaları, 

xidmətləri  və  saraydakı  nüfuzlarına  uyğun  hərəkət  edirlər.  Hər  şeyə  fikir  verirlər. 

Göndərilmiş adam (Qulam şah—V.A.) və ya onun valideynləri şaha yaxındırlarsa, 

yaxın əlaqə yarada bilsinlər deyə, onlarla daha nəsib rəftar edirlər. Yeri gəlmişkən, 

xatırladım  ki,  şah  1669-cu  ildə  baş  nazirin  oğlunu  müşketyorlar  polkunun 

komandirliyi  vəzifəsinə  çəkmişdi.  Əlahəzrətin  əmri  ilə  qızıl  və  gümüş  əşyalar 

hazırlayan  ustalar  (burada  saray  zərgərləri—V.  A.)  ona  daş-qaş  və  şahanə  paltar 

gətirirlər. 




19 

 

Səh.—245.  Şah  öz  zövqünə  uyğun  hazırlanmış  bir  neçə  daş-qaşın  əvəzi 

olaraq, 

polk 


komandirinin 

300 


tümənlik 

hədiyyə 


verməli 

olduğunu 

müəyyənləşdirmişdi.  Saray  zərgərlərindən  4  nəfər  ən  nüfuzlu  şəxs  bu  əşyaları  və 

paltarları gətirdilər, 300 tümən əvəzinə 400 tümən aldılar; (18 min livr edir) əlavə 

olaraq, onlara dəbdəbəli ziyafət verildi. 

Üç saat toyda oturub, nahardan sonra evə qayıtdım. Orda çalmalarında daş-

qaşla  bəzənmiş  cıqqa  olan  bəydən  və  onun  kirvəsindən  (poruçitel—zamin  olan 

şəxs?  Bəlkə  sağdış)  başqa  doqquz  adam  qalmışdı.  Ev  sahibi,  onun  qardaşları, 

oğlanları  hakimin  vəzifəli  şəxsləri  ilə  salonun  aşağısında  ayaq  üstə  durmuşdular. 

İçəri girən qonağın qabağına... kiçik çini boşqabda mürəbbə qoyurdular. Mürəbbə 

böyük  bir  taza  tökülmüşdü.  Tazlar  ağacdan  qayrılıb  rəsmlərlə  bəzənmiş  və  qızıl 

suyuna çəkilmişdi, tərtəmiz idi. Məclis yerdən hündürlüyü iki pye (fut) olub, belə 

bir  şənlik  üçün  darlıq  edən  alçaq  bir  salonda  keçirilirdi.  Salon  məhəccərlənmiş 

çadırla örtülmüş həyətə baxırdı. Ora daxil olanda məclisi əyləndirən güləşçilər və 

qladiatorlar  gördüm.  Əyinlərində  qabaq  və  arxa  tərəflərini  tutmaq  üçün  lazımi 

qədər  enli,  dəridən  hazırlanmış  qısa  tuman  olan  güləşçilər  (pəhləvanlar—V.  A.) 

çılpaq  idilər.  Ayıb  yerləri  görünməsin  deyə,  qısa  tumanı  bud  hissədən  bərk-bərk 

sıxırlar.  Onların  qısa  tumanı  var,  bədənlərinə  başdan-başa  xına  (happa)  tozu  ilə 

qarışdırılmış bitki yağı çəkilmişdir. Onlar narıncı rəngə boyanmış kimi görünürlər 

ki, hər deyəndə uduzmasınlar. Güləşçilər Şərqin hər yerində belədir, lap dünya bina 

olandan belədir. 

Səh.—246.  Böyük  mükafatlar  uğrundakı  yumruq  döyüşləri  və  güləş 

yarışlarında  hamısı  bu  cür  geyinir.  Rəqibini  bədəninin  gücü  ilə  yıxıb  saxlaya 

bilmək  qələbə  sayılır.  Rəqib  məğlub  olduğunu  etiraf  edənə  qədər  döyüş  davam 

edir. Adətən, məğlubu çiyinlərinə götürüb atırlar. Qonaqlardan biri çox məşhur bir 

pəhləvandan  (məşqçi  mənasında—V.  A.)  danışdı.  Dedi  ki,  365  günün  365-ni  də 

məşqçiliklə  keçirir,  şəyirdlərini  öyrədirdi,  lakin  fəndlərdən  birini  heç  kimə 

öyrətməyib,  özü  üçün  saxlamışdı.  Buna  gizlədilmiş  fənd  deyirlər.  Farsların  günəş 

təqvimində  (burada  hicri-şəmsi—V.  A.)  ayların  hər  birində  30  gün  var.  Farslar 

təqvimlərindəki əlavə beş günə işarə ilə «gizlində qalan günlər» ifadəsini işlədirlər. 

Vaxtilə  onun  yanında  köməkçi  olmuş  şəyirdlərindən  biri  ustadının  daha  çox 

məşhur olmasına dözməyib, öz gücünə və zorbalığına güvənərək əyalət hakiminin 

qarşısında  onu  meydana  çağırır.  Məşqçi  yaramaz  şəyirdinin  bu  sahədəki 

üstünlüyünü açıqca hiss etsə də, gizli saxladığı fəndə arxayın olub, onun çağırışını 

qəbul  edir.  Vitse-kral  bu  dueldə  (burda  güc  sınamaq,  güləşmək—V.  A.)  iştirak 

etmək  istəyib,  bu  yarış  üçün  gün  və  yer  təyin  etdi.  Adi  yarışlarda  olduğu  kimi, 

məşqçi yığışanları heyran qoydu. Məşqçi birdən rəqibinin ortasından yapışıb, kəllə 

mayallaq vururmuş kimi başı üstündən atdı. Ora çoxlu tamaşaçı yığışmışdı. Onlar 

sırtıq  şəyirdin  məğlub  olmasını  arzulayırdılar  və  bunu  görüb  ucadan  alqışladılar. 

Məğlub  olan  isə,  adətə  görə,  gedib  vitse-kralın  ayaqlarına  düşdü,  qışqıra-qışqıra 

dedi ki, düşməni (məşqçisi—V. A.) ona bu fəndi öyrətməyib. Bəli,— doğrudur,—




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə