Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

Kama çatmıĢ padĢah, asiman üzəngili, zəfər hərəkətli, müqəddəs adamların 
müqəddəsi,  Sultanların  ağası,  Allahın  yer  üzərində  su  və  palçıqdan  yaratdığı 
xaqanların  havadarı  olan  hökmdar,  Sahibəzzamanın  köməkçisi,  Allahın 
qaliblərinin  ən  yaxın  adamı,  Yəni  Allahın  kölgəsi  əlaHəzrət  Əbülmüzəffər  ġah 
Təhmasib  ibn  ġah  Ġsmayıl  Heydəri,  Cüneydi,  Səfəvi,  Musəvi,  Hüseyni,  Ələvi-
Allah  mülkünü  və  səltənətini  əbədi  etsin  -  hər  iki  aləmə  Ģadlıq,  ədalət  və  ehsan 
yağdırdı.  Allah  ona  ehsan  etməklə,  məxluqata  da  ehsan  etdi.  930-cu  [ildə]  rəcəb 
[ayının]  19-da  (23  may  1524)  səltənət  və  padĢahlıq  taxtına  oturdu.  «Axiruz-
zəman
194
 əbcəd hesabı ilə onun səltənətinin tarixinə müvafiq olduğu üçün «Axirüz-
zəman»ın səltənəti o əlahəzrətə məxsusdur. 
Məhəmmədin  dini  və  on  iki  imam  məzhəbinin  rövnəqi  o  əlahəzrətin 
hökmdarlığı  zamanı  (B-252b)  elə  bir  mərtəbəyə  çatıb  əlveriĢli  Ģərait  yaratdı  ki, 
Sahibül-əmr zühur etmək bayrağı qaldırsın. 
Gizli  qalmasın  ki,  asimana  bənzər  ali  xilafət  taxtı  onun  cülusu  ilə  yaraĢıq 
tapdı. O Həzrətin (cülusu) dövlətin inkiĢafına səbəb oldu. O Süleyman Ģövkətlinin 
lələliyinə  Div  Sultan  Rumlu  təyin  olundu.  Çayan  Sultanın  Köpək  Sultan  adı  ilə 
tanınan  qardaĢı  Mustafa  (M-227a)  Sultan  Ustaclu  qardaĢının  əvəzinə  hakimiyyət 
tapdı və əmirül-üməralıqda Div Sultanla Ģərik oldu. 
Mirzə  ġahhüseynin  vəzifəsi  oranın  pak  seyidlərindən  olub,  elm,  hüsnxət, 
inĢa,  üslubiyyat,  vəzirlik  qayda-qanunları  və  sahibdivanlıqda  bərabəri  olmayan 
seyid Qazı Cahan Hüseyni Qəzviniyə verildi.
195
 
Mənimsəmə  və  fırıldaqçılıqda  az  bir  vaxtda  ixtiyar  sahibi  olub,  bəzi 
qəbahətlərinə  görə  ittiham edilmiĢ Xacə  Cəmaləddin
196
  -  Məhəmməd Təbrizi [və] 
Mir  Seyid  ġəhristaninin  müdaxiləsi  ilə  vəzirlik  mənsəbinə  çatmıĢ  ölkənin 
mustovfisi  ġəmsəddin  saxta  dəftərlər  və  qaydalar  düzəltdikləri  üçün  tutulub  həbs 
edildi.  Nəhayət,  ədalətli  nəsilli  hökmdar  [ġah  Təhmasibin]  buyuruğu  ilə  o,  ali 
orduda  yandırıldı.  Bu  vaxt  onun  Heyrani  Həmədaninin
197
  bu  beytini  öz  vəziyyəti 
ilə əlaqədar oxuması məĢhurdur: 
«Bəlanın astanasında ev tutdum, məni atəĢ bürüdü, hər kəs bəla astanasında 
ev tutsa, belə olar». 
Mövlana Ədhəm MünĢi Xiyarsi Qəzvini də fitnə törətdiyinə görə qətl edildi. 
Qazı  Cahan  Qəzvini  ilə  Mir  Cəmaləddin  Məhəmməd  Sədr  Astarabadi 
arasında  ziddiyyət  olduğuna  görə  Ģaban  ayında  Mir  Qəvaməddin  Hüseyn  Nəqib 
Ġsfahanini  sədarətdə  onunla  (Mir  Cəmaləddin  Məhəmmədlə)  Ģərik  etdilər.  [ġah 
Təhmasib] qıĢı Təbrizdə keçirdi.
198
 
Cuhə Sultan Təkəluya Ġsfahan vilayətinin [hakimliyini] verib yola saldılar. 
Toyuq ili (mart 1525 - mart 1526)-931-ci ildə (29.X.1524-17.X.1525) Cəlal 
bayraqları (ġah Təhmasib) Səhənd və Ucan yaylağına gəlib,
199
 [gününü] eyĢ-iĢrətlə 
keçirərkən,  özbəklərin  Xorasana  gəlməsi  xəbəri  ona  çatdı.  Buna  görə  Ģahın 
müĢayiətçilər  dəstəsi  o  tərəfə  yola  düĢərək,  Təbrizin  Əlixan  bağında  düĢərgə 
saldılar. Nəhayət, [istilanı] ləğv etmək üçün yola düĢdülər. 


Əmirül-üməralıqda  Köpək  Sultandan  irəli  olan  Div  Sultan  Rumlu  ilə 
məsləhətləĢib,  özbəkləri  dəf  etməyi  ona  tapĢırdılar.  [O],  yüksək  dərgahdan 
ayrılaraq,  yola  düĢdü.  Ġraq  və  fars  əmirləri  Təbəristan  sərhəddindəki  Lar 
yaylağında onunla birləĢdilər. 
(M-227b)  Qəzanın  fərmanı  ilə  Ġsfahan  hakimi  Cuhə  Sultan  Təkəlu,  ġiraz 
valisi  Əli  Sultan  Zülqədər,  Həmədan  sahibi  Qaracə  Sultan  Təkəlu  və  MəĢhədi-
müqəddəs  hakimi  Burun  Sultan  Təkəlu  (B-253a)  yuxarıda  adı  çəkilən  yaylaqda 
onun  ətrafında  birləĢib,  Köpək  Sultanı  və  Ustaclu  tayfasını  dəf  və  ləğv  etməyi 
qarĢılarına  məqsəd  qoydular.  Oradan  Xorasana  getməmiĢ,  ali  dərgaha  (ġah 
Təhmasibin  yanına)  yola  düĢdülər.  Bu  xəbər  dünyanın  pənahı  [ġah  Təhmasibin] 
dərgahına  çatdıqda,  Köpək  Sultan  o  fitnəni  mülayimliklə  dəf  etmək  inamı  ilə 
onların qarĢılanmasına hörmət əlaməti olaraq Kərmrudun Türkman kəndinə gəldi. 
Onlarla birləĢərək ali taxtın ayağına (ġah Təhmasibin yanına)  yola düĢdülər. 
ġahın  ordusu  Təbrizin  xaricində  Çərəndab  çölündə  yerləĢirdi.  Elə  ki, 
əmirlər çatdılar, Ģahın ayağını öpməklə Ģərəfləndilər. 
Bir gün fitnəni dəf etmək bəhanəsi ilə Qarıncə bəy Hacı Fəqihlu Ustaclu və 
Narın bəy Qacarı öldürdülər. Qazı Cahanı tutub Lori qalasına göndərdilər.
200
 Onun 
mənsəbini  Div  Sultanın  ailəsinə  mənsub  olan  Mir  Səfər  Avəsiyə  verdilər.  Köpək 
Sultan  iĢi  belə  gördükdə  öz  vilayətinə  yola  düĢdü.  Cuhə  Sultan  onun  yerinə 
hökmlərə  möhür  vurdu.  Div  Sultan  məlikul-üməra  və  Cuhə  Sultan  səltənətin 
sütunu oldu. 
Həmin  ildə  Mir  Cəmaləddin  sədr  və  Mir  Möhsin  rizəvi  Qumi  cənnətlik 
oldular.  «Udxuluha  Bisəlamin  aminə»
201
  (oraya  salamat  girin)  onların  vəfat 
tarixidir.  Həmçinin  bu  ildə  Sam  mirzənin  lələsi  DurmuĢ  xan  Heratda  vəfat  etdi. 
Onun  vəzifəsi  ğardaĢı  Hüseyn  xan  ibn  Əbdi  bəy  ġamluya  verildi.
202
  Hüseyn  xan 
Allahın  kölgəsi  ġah  [Təhmasibin]  bibisi  oğlu  idi.  Həmçinin  ġirazın  hakimi  Əli 
Sultan  Zülqədər Təbrizdə  vəfat  etdi.  Onun qoĢunu və  vəzifəsi  əvvəl qardaĢı oğlu 
Murad Sultana, sonra isə (M-228a) Həmzə Sultan Caməsblu
203
 Zülqədərə verildi. 
Ġt  ilində  (mart  1526  -  mart  1527)-932-ci  ildə  (18.X.1525-7.X.1526) 
[sarayda]  olmadığına  görə  hakimiyyətdən  məhrum  edilmiĢ  Köpək  Sultan  Ustaclu 
rəcəb  [ayının]  əvvəllərində  (aprel  1526)  Rumlu  və  Təkəlu[lar]  ilə  vuruĢmaq 
məqsədi  ilə  Xalxal  tərəfdən  Sultaniyəyə  gəldi.  Ustaclu  əmirlərindən  bəziləri,  o 
cümlədən Qılıc xan ibn Xanməhəmməd və Sarı Birə qorçibaĢının qardaĢı MüntəĢa 
bəy  ġeyxlər
204
,  QorçibaĢı  Bədr  bəy  və  Kürd  bəy  onunla  birləĢdilər  və  ali  orduya 
tərəf yönəldilər. 
ġənbə [günü] səhər, Ģaban [ayının] 14-də (26 may 1526) türklərin Səksəncik 
adlandırdıqları HəĢtad-coft [adlı] yerdə Ģahanə döyüĢ baĢ verdi. Bu zaman Qaracə 
Sultan  Təkəlu  Həmədandan  [gəlib]  həmin  yerə  çatdı  və  gəlib  çatması  ilə 
Ustacluların əlində öldürülməsi bir oldu. Burun Sultan Təkəlu da öldürüldü. Ancaq 
Rumlu  və Təkəluların böyük  qorçilərin və əmirləri Ustaclulara güc  gəldi. Ustaclu 
əmirləri  onlara  arxa  çevirdilər  və  Əbhərə  getdilər.  Orada  Təkəlunun  yorğa  at 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə