Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
  1   2   3   4   5   6   7   8   9   ...   47


 
- 1 - 
 
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası 
(AFSEA) 
 
«Fəlsəfə» jurnalına əlavə 
 
 
 
Səlahəddin Xəlilov 
AFSEA-nın İdarə Heyətinin sədri 
 
 
 
 
 
 
İslam dünyasında milli fəlsəfi fikir  
və onun tədrisi məsələləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2008  


 
- 2 - 
 
 
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun  
YUNESKO-nun dəstəyi ilə  
«Dünya fəlsəfəsi kontekstində islam bölgəsi fəlsəfəsinin  
tədqiqi və tədrisi problemləri» 
 mövzusunda keçirdiyi elmi-nəzəri konfransa həsr olunur. 
 
 
 
 
 
 
 
 
S.S. Xəlilov 
İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. –  
Bakı, «Azərbaycan Universiteti» nəşriyyatı, 2008 – 113 səh.
  
 
Kitabçada  fəlsəfənin  tədrisi  və  ictimai  şüura  təsiri  ilə  bağlı  bir 
sıra  aktual  məsələlər  nəzərdən  keçirilir. Milli  fəlsəfi fikrin  spesifikası 
və  onun  ümumbəşəri  fəlsəfi  fikirlə  vəhdət  şərtləri  araşdırılır. 
Azərbaycanın  ali  və  orta  məktəblərində  fəlsəfi  biliklərin  tədrisi  ilə 
əlaqədar bəzi problemlər müzakirəyə çıxarılır.   
 
 
 
 
 
 
 
 
 
 
 
© S.S.Xəlilov 
© «Azərbaycan Universiteti» nəşriyyatı, 2008  
 
 
 


 
- 3 - 
 
 
 
 
 
 
 
 
                     Ön söz əvəzi:  
                       
Konfrans iştirakçılarına müraciət 
 
 
Hər  bir  xalqın  tarixində  cari  ictimai-siyasi  problemlərlə  yanaşı,  xalqın 
strateji  inkişaf  xəttini  müəyyən  edən,  milli  özünüdərkdən  irəli  gələn  vəzifələr  də 
vardır. Lakin təəssüf ki, xalqın milli-siyasi mənliyini ifadə edən və dövlətçilik şüu-
runun təcəssümü olan taleyüklü məsələlər bəzən dövrün cari problemləri içərisində, 
siyasi  debatların,  lokal  ictimai-siyasi  maraqların,  habelə  maddi  ehtiyacların  təmin 
edilməsindən irəli gələn fərdi və ictimai səylərin mübarizəsi səhnəsində arxa plana 
keçir və bəzən tamamilə unudulur.  
Belə mühüm amillərdən biri fəlsəfədir.  
Təəssüf ki, bu gün Azərbaycanda fəlsəfəyə münasibət qənaətləndirici deyil. 
Fəlsəfəsiz  yaşamaq  az  qala  normaya  çevrilmişdir.  «Bizdə  fəlsəfə  yoxdur,  filosof 
yoxdur» fikri az qala fəxrlə söylənir və fəlsəfəsiz həyatın əslində bizə nə kimi bir 
aqibət hazırladığı barədə heç düşünülmür də. 
Milli  və  ümumbəşəri  maraqların subyektləri real ictimai  qüvvəyə  çevrilmə-
dikdə, hər şey fərdi iqtisadi maraqlar və nəfsani hisslərin təsir dairəsinə düşdükdə, 
maraqlar  fəzasında  şəxsi  amalları  ifadə  edən  vektorların  istiqaməti  güclü 
ümummilli  və  ümumbəşəri  hisslərin  təsirilə  ümumi  yön  almadıqda  fəaliyyətlər 
sistemi  əvəzinə  fəaliyyətlərin  xaosu  yaranır  ki,  burada  əvəzləyici  vektor  sıfra 
bərabər  olur.  Hamı  hansı  isə  istiqamətdə  hərəkət  edir,  hamı  çalışır-vuruşur, 
fəaliyyət göstərir, ümummilli inkişaf əmsalı isə yenə də sıfra bərabər olur. Millət nə 
özü inkişaf edir, nə də bəşəriyyətin inkişafında müsbət rol oynaya bilir.  
Fərdi  fəaliyyətləri,  səyləri  yönəldən  maraqlar  adi  şüur  səviyyəsində  müəy-
yənləşdirildiyi  halda,  ümummilli  və  ümumbəşəri  maraqların  tənzimlənməsi  və 
fəaliyyət üçün əsas götürülməsi fərdi şüurun strukturunda fəlsəfi təfəkkürün  iştirak 
dərəcəsindən asılı olur. 
Sovet  dövründə  fəlsəfə  proqramları  və  dərslikləri  bir  qayda  olaraq  ancaq 
marksizm-leninizm  fəlsəfəsini  əhatə  edir  və  fəlsəfə  tarixi  haqqında  qısa  bir  giriş 
verilirdi. Bu girişdə isə əsasən Qərb fəlsəfi fikir tarixi nəzərdən keçirilirdi. Nəinki 


 
- 4 - 
bütövlükdə  İslam  dünyasının,  hətta  Azərbaycan  fəlsəfi  fikrinin  də  geniş  şəkildə 
tədris  olunması  mümkün  deyildi.    Ancaq  bəzi  ixtisas  fakültələrində  «fəlsəfənin 
əsasları»,  «dialektik  və  tarixi  materializm»  kursları  ilə  yanaşı,  «fəlsəfə  tarixi»  də 
tədris olunurdu. Lakin təəssüf ki, burada da proqram əsasən antik fəlsəfə və yeni 
dövr  Qərb  fəlsəfəsi  üzərində  qurulurdu.  Əsas  dərsliklər  rus  dilindən  tərcümə 
olunurdu.    Azərbaycanda  nəşr  olunmuş  dərslik  və  dərs  vəsaitlərində  isə  ancaq 
Azərbaycanla  bağlı  müəyyən  əlavələr  edilirdi.  Türk  dünyasının  və  bütövlükdə 
İslam dünyasının fəlsəfi düşüncə özəllikləri bu dərsliklərdə öz əksini tapa bilmirdi.  
Elə indi də nəinki Avropada, ABŞ-da və digər Qərb ölkələrində, hətta Uzaq 
Şərqdə,  Mərkəzi  və  Cənubi  Amerikada,  Afrikada  və  s.  çıxan  dərsliklər  fəlsəfə 
tarixini  ancaq  Qərb  düşüncəsi  timsalında  təqdim  edir.  Ən  çox  narahatlıq  yaradan 
məsələ isə bundan ibarətdir ki, hətta bir sıra İslam ölkələrində də dərsliklər Qərb 
fəlsəfəsinin  təsiri  altında  hazırlanır  və  milli  düşüncənin  xüsusiyyətləri,  tarixi  və 
bugünü haqqında kifayət qədər məlumat verilmir. 
Məsələyə tamamilə fərqli qütbdən yanaşılması halları da narahatlıq doğurur. 
Belə ki, fəlsəfə tarixini ancaq İslam fəlsəfəsi bazasında təqdim etmək təşəbbüsləri 
də  ziyanlıdır.  İndi  Türkiyədə  həm  Qərb  fəlsəfəsinin,  həm  də  İslam  fəlsəfəsinin 
öyrənilməsinə geniş yer verilir. Hər iki qütbə dair əsas fəlsəfi mənbələr müasir türk 
dilinə  tərcümə  edilmişdir.  Laikn  təəssüf  ki,  qərbçilər  və  islamçılar  bir  araya  gələ 
bilmədiyindən, fəlsəfənin ümumdünya tarixi inkişaf prosesi vahid bütöv bir hadisə 
kimi deyil, alternativ üsullarla, iki fərqli baxış bucağından təqdim olunur. Məqsəd 
isə orta əsr İslam fəlsəfəsinin müasir dünya fəlsəfəsi strukturunda necə yer aldığını 
göstərmək,  milli  fəlsəfi  fikrin  ümumbəşəri  tərəqqidə  iştirakını  isbat  etməkdən  və 
dünya fəlsəfəsinin bütöv mənzərəsini tarixi gerçəkliyə adekvat surətdə çəkməkdən 
ibarətdir.  
Dünya fəlsəfi fikrini Qərb fəlsəfəsi ilə eyniləşdirən və İslam Şərqində yaran-
mış  fəlsəfi  fikir  nümunələrini  ya  ilahiyyat  kimi,  ya  da  orijinallıqdan  uzaq  şərh 
nümunələri kimi təqdim etməyə çalışan müəlliflər təəssüf ki, çoxluq təşkil edirlər. 
Bizim  vəzifəmiz  isə  ilk  növbədə  fəlsəfənin  ümumbəşəri səciyyəsi  ilə  yanaşı,  həm 
də milli səciyyə daşıdığını və milli məfkurənin ayrılmaz komponenti və hətta əsası 
olduğunu göstərmək və bu baxımdan məhz milli fəlsəfi fikir tarixinin öyrənilməsi 
və bu sahədə əldə edilmiş biliklərin fəlsəfə proqramları və dərsliklərin strukturuna 
daxil edilməsindən ibarətdir. Diqqəti belə bir cəhətə də yönəltmək lazımdır ki, bu 
cür  təşəbbüslər  əsasən  «fəlsəfə  tarixi»  kursları  ilə  əlaqədar  göstərilir.  «Fəlsəfənin 
əsasları»  isə  çox  vaxt  yenə  də  Qərb  modelinə  uyğun  surətdə  qurulur.  Ayrı-ayrı 
fəlsəfi problemlərin şərhində bir qayda olaraq Qərb filosoflarının konsepsiyaları və 
modelləri  istifadə  olunur.  Milli  fəlsəfi  fikir  isə  guya  ancaq  tarixi  keçmişimizi 
öyrənmək  baxımından  dəyərli  ola  bilərmiş.  Lakin  bu  zaman  unudulur  ki,  fəlsəfi 
biliklər məhz milli düşüncə tərzinin nəzəri əsasları və metodologiyası kimi təqdim 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə